Turizm sah?sind? biznesin t?skili pdf



Yüklə 17,39 Mb.
Pdf görüntüsü
səhifə6/121
tarix20.01.2023
ölçüsü17,39 Mb.
#98883
1   2   3   4   5   6   7   8   9   ...   121
turizm-sahasinda-biznesin-taskili

11) Maliyyə planı.
Bu sizin planınızın çox mühüm hissəsidir, biznesə başlamağın ən məsuliyyətli və 
çətin məqamıdır. Çünki, elə bir adam yoxdur ki, işin əvvəlində maliyyə çətinlikləri ilə rastlaşmasın. 
Siz hesablamalısınız ki, nəzərdə tutduğunuz təsərrüfat fəaliyyətini (biznesi) həyata keçirmək üçün 
sizə nə qədər pul lazımdır.
Deməli maliyyə planında biznesinizi həyata keçirmək üçün 
sizə lazım olan pulun məbləğini göstərirsiniz. Sonra özünüzün 
maliyyə imkanlarınıza baxırsınız, nə qədər nağd pulunuz var? 
Bunu da planda göstərirsiniz. Bundan başqa mülkiyyətinizdə 
elə bir əşya, vasitə vardırmı ki, (əşya, avadanlıq və s. ) onu satıb 
çatışmayan xərcinizi ödəməyə istifadə edəsiniz? 
Bunlar hamısı 
sizin maliyyə planınızın aktivini, yəni maliyyə imkanlarınızı 
təşkil edir.
8Œ1ā23Œ8ā(Œā
1
8


Əgər sizin aktiviniz biznesə başlamağa imkan vermirsə, bu zaman siz maliyyə köməyi almaq üçün 
kiməsə müraciət etməlisiniz. 
Biznesdə yenicə işə başlamaq istəyən üçün bu o qədər də asan iş 
deyildir. Sizə banklar, dostlarınız və başqaları müəyyən faizlərlə maliyyə köməyi göstərə bilərlər. 
Bundan başqa təsərrüfat fəaliyyətinizdə lazım olacaq maşın, avadanlıq və s. də maliyyə mənbəyi 
kimi nisyə olaraq müəyyən faiz ödənişi ilə ticarət təşkilatlarından, aqroservis müəssisələrindən 
ala bilərsiniz. 
Beləliklə alacağınız borc pul (faizi də hesablanmaqla) və nisyə maşın, avadanlıq 
və s. (pul ifadəsində, faizi də hesablanmaqla) sizin passiviniz, yəni borcunuz olacaqdır.
Bu da 
maliyyə planında göstərilməlidir. Lakin maliyyə planının bu hissəsini hazırlayanda siz yaxşı götür-
qoy etməlisiniz. Yəni elə maliyyə mənbəyi axtarıb tapmalısınız ki, bu sizin üçün əlverişli olsun.
Sonra hesablamalısınız ki, sizin biznesinizin nə vaxtdan başlayaraq gəlir gətirəcəkdir? 
Bundan sonra hər ay və bütünlüklə il üçün və sonrakı aylar və il üçün büdcənizi, gəlir və çıxarınızı 
(əmək haqqı, vergilər, təsərrüfat və icarə xərcləri və s.) müəyyən edib bunlara əsasən maliyyə 
planınızın gözlənilən balansını çıxarmalısınız. Beləliklə hər ayın sonuna alınan balans gələcək ayın 
əvvəlinin balansı olacaqdır.
Unutmaq olmaz ki, siz biznesinizin inkişafına nail olmaq istəyirsinizsə, gəliriniz çıxarınızı 
üstələməlidir. Əks həlda bu, müflisləşməyə səbəb ola bilər. Belə bizneslə məşğul olmaq səmərəli 
deyil. Deməli planın başqa, əlverişli variantı tərtib edilməlidir. Bir neçə variantda biznes plan 
işlənildikdən sonra, bu variantların ən səmərəlisi seçilir və gələcəkdə istifadə olunmaq üçün qəbul 
edilir.
Biznesin məqsədi dedikdə müəssisənin kifayət qədər uzun 
müddət ərzində nail olmağa cəhd etdiyi son nəticə başa 
düşülür. Biznesin xarakterindən, inkişaf səviyyəsindən və 
s. amillərdən asılı olaraq məqsədi müxtəlif ola bilər.
Buna misal olaraq aşağıdakıları göstərmək olar: 
- mənfəətin əldə edilməsi;
- biznes fəaliyyətini inkişaf etdirmək üçün zəruri vəsaitlərin 
toplanması;
- cəmiyyətə zəruri əmtəə və xidmətlərin təqdim edilməsi

Yüklə 17,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə