Turizm sah?sind? biznesin t?skili pdf


Ƹ897ā>2 &-Œā3)Œ 'ā>3*ā38Œı0ā1āƹ



Yüklə 17,39 Mb.
Pdf görüntüsü
səhifə3/121
tarix20.01.2023
ölçüsü17,39 Mb.
#98883
1   2   3   4   5   6   7   8   9   ...   121
turizm-sahasinda-biznesin-taskili

Ƹ897ā>2 &-Œā3)Œ 'ā>3*ā38Œı0ā1āƹ
24)9193935*ā+ā0&ā=&.
Modulun adı:
Turizm sahəsində biznesin təşkili
Modulun kodu:
-
Saatlar və kredit:
-
Modulun ümumi məqsədi:
Bu modulu bitirdikdən sonra tələbə turizm sahəsində biznesin 
mahiyyətini bilir və təşkilini bacarır.
Təlim nəticəsi 1: Biznes anlayışını bilir və təşkil etməyi bacarır.
Qiymətləndirmə meyarları
1. Biznes anlayışının və biznesin iqtisadi mahiyyətini izah edir.
2. Biznesin məqsədini və və növlərini şərh edir
3. Biznesin təşkilatı hüquq formalarını tanıyır.
4. Müəsissənin yaradılması prosesini və iqtisadi əsaslarını izah edir.
Təlim nəticəsi 2: Turizm biznesində reklam fəaliyyətini bilir və satışı həyata keçirməyi 
bacarır.
Qiymətləndirmə meyarları
1. Reklam fəaliyyətinin mahiyyətini və məzmununu şərh edir.
2. Reklam vasitələri və onların tətbiqi haqqında məlumat verir.
3. Reklamın əsas məqsədini izah edir.
4. Reklam fəaliyyətinin effektivliyi haqqında məlumat verir.
Biznes mədəniyyətinin mahiyyətini bilir.
Qiymətləndirmə meyarları
1. Biznes mədəniyyəti anlayışının mahiyyətini izah edir.
2. Biznes mədəniyyətinin əhəmiyyətini şərh edir.
3. Biznes mədəniyyətinin növlərini ardıcıllıqla izah edir və sadalayır.
4. İşgüzar etika və etiket haqqında məlumat verir
5


«Biznes» sözü dünyanın bütün ölkələrində istifadə olunur. Gəlir gətirən fəaliyyət və bu fəaliyyətlə 
məşğul olan insanlar müxtəlif ölkələrdə müxtəlif cür adlandırılır. Biznes anla-yışı genişdir: biznesə 
təkcə fəaliyyət prosesi kimi deyil, həm də mülkiyyət obyekti kimi baxılır, hansı ki, satmaq, girov 
qoymaq, sığortalamaq, vəsiyyət etmək olar. Biznes ticarət-istehsal-ticarət sxemi üzrə əmtəənin son 
istehlakçıya çatdırılması ilə əlaqədar həyata keçirilən fəaliyyətdir. Deməli, biznes təkcə kommersiya 
fəaliyyəti deyil, həm də istehsal sferasında həyata keçirilən fəaliyyət növüdür. Biznes istehlakçıların 
tələbatının ödənilməsi və mənfəətin (gəlirin) əldə edilməsi məqsədilə təşəbbüskar insanlar arasında 
işgüzar münasibətlərin məcmusudur. Biznes və onun mühüm istiqaməti olan sahibkarlıq fəaliyyəti 
bazar iqtisadiyyatının ayrılmaz tərkib hissəsidir, iqtisadi artım tempini, ümumi daxili məhsulun 
strukturunu və keyfiyyətini müəyyən edir. Biznesin inkişafı demokratik prinsiplərə və azad bazar 
münasibətlərinə əsaslanan milli iqtisadiyyatın formalaşması və davamlı inkişafına kömək edir. 
Belə ki, müasir biznesin sürətli inkişafı sayəsində Azərbaycan iqtisadiyyatında qeyri-dövlət sektoru 
aparıcı mövqeyə çıxmış, yəni ümumi daxili məhsulda onun payı 81 faizə çatmışdır.Biznesin 
məqsədi – müəssisənin uzun müddət öz fəaliyyətində cəhd etdiyi son nəticədir. Biznesin məqsədi 
onun xarakterindən, inkişaf səviyyəsindən asılı olaraq müxtəlif ola bilər. Onlardan ən mühümləri 
aşağıdakılardır:
- mənfəətin alınması;
- biznesin inkişafı üçün zəruri vəsatilərin toplanması;
- cəmiyyətə lazımi əmtəə və xidmətlərin təqdim edilməsi;
- bazarda, sahədə qabaqcıl mövqeyə nail olunması;
- istehlakçıların tələbatının optimal ödənilməsi;
- öz əməkdaşlarına imkanlarını reallaşdırmaq imkanının verilməsi.
Biznesin məqsədində əsasən qarşıya konkret vəzifələr qoyulur və həyata keçirilir. Biznesin məqsədi 
ilə qarşıya qoyulan vəzifələr qarşılıqlı əlaqədardır. Belə ki, əgər biznesin məqsədi fəaliyyətin konkret 
istiqamətini müəyyənləşdirirsə, vəzifə həmin məqsədə kəmiyyət, keyfiyyət və vaxt etibarı ilə nail 
olmağı müəyyənləşdirir.

Yüklə 17,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə