Turizm sah?sind? biznesin t?skili pdf


Əmtəə birjası aşağıdakı əsas funksiyaları yerinə yetirir



Yüklə 17,39 Mb.
Pdf görüntüsü
səhifə9/121
tarix20.01.2023
ölçüsü17,39 Mb.
#98883
1   ...   5   6   7   8   9   10   11   12   ...   121
turizm-sahasinda-biznesin-taskili

Əmtəə birjası aşağıdakı əsas funksiyaları yerinə yetirir: 
- ticarət sazişlərinin bağlanması üzrə vasitəçilik xidmətinin göstərilməsi;
- əmtəə ticarətinin qaydaya salınması, ticarət əməliyyatlarının tənzimlənməsi və ticarət 
mübahisələrinin həll edilməsi;
- qiymətlər, istehsalın vəziyyəti və qiymətə təsir edən digər amillər haqqında məlumatların 
toplanması və çap olunması.
Bazar iqtisadiyyatlı ölkələrdə əmtəə birjaları müvəffəqiyyətlə fəaliyyət göstərirlər.
London əlvan metallar, Liverpul pambıq, Sinqapur kauçuk və s. ixtisaslaşdırılmış əmtəə birjaları 
buna bariz sübutdur. Hazırda Rusiyada 150-dən çox, Azərbaycanda isə yalnız bir əmtəə birjası vardır.
Beləliklə, müxtəlif formalarda təşkil edilən topdansatış ticarəti məhsulun istehsalçıdan bazara doğru 
hərəkətinin ilkin mərhələsini əhatə edir. Topdansatış ticarəti istehsal və istehlakı əlaqələndirərək 
vasitəçilik xarakteri daşıyır.
Maliyyə biznesi
– kommersiya fəaliyyətinin xüsusi növüdür. Burada alqı-satqı obyekti 
spesifik əmtəə-pul, valyuta və qiymətli kağızlar hesab edilir. Maliyyə biznesinin fəaliyyət sahəsi 
kommersiya bankları və fond birjaları hesab edilir. Maliyyə biznesi valyuta bazarının və qiymətli 
kağızlar bazarının təhlilini və marketinq tədqiqatlarının aparılmasını nəzərdə tutur.
Banklar ilə müştərilər arasında münasibət müqavilə xarakteri daşıyır. “Bank və bank fəaliyyəti 
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müştəri kredit-hesablama xidməti 
üçün bankı sərbəst seçir.
8Œ1ā23Œ8ā(Œā
1
12


Sahibkar öz pul vəsaitini banklarda saxlayır və digər 
təşkilatlar qarşısındakı öhdəlikləri üzrə nağdsız 
qaydada hesablaşma aparır. Bank öz müştərilərinə 
kredit xidməti göstərir. Bu cür münasibətin hüquqi 
forması kredit müqaviləsi adlanır. Həmin müqavilənin 
xarakterik xüsusiyyəti ondan ibarətdir ki, borcverici 
kimi bank çıxış edir. Bank üçün əsas fəaliyyət növü, 
kredit verməkdir, onun hesabına bank mənfəət əldə 
edir.
Kredit kapitalın hərəkətini ifadə edir və yenidən bölüşdürmə, tədavül xərclərinə qənaət, kapitalın 
təmərküzləşməsi və mərkəzləşdirilməsinin sürət- ləndirilməsi funksiyalarını yerinə yetirir.
Sığorta iqtisadi təhlükəsizliyin və əmin-amanlığın təmin olunması üsullarından biridir, düşünülmüş
ağıllı ehtiyatlılıqdır. Sığorta sığorta olunan və ya xeyrinə sığorta müqaviləsi bağlanmış digər şəxslərə 
dəyən zərərin ödənilməsi yolu ilə onların əmlakının və əmlak mənafelərinin müdafiəsi sahəsində 
münasibətdir. Sığortanın iqtisadi mahiyyəti ondan ibarətdir ki, zərərlə nəticələnən əlverişsiz 
vəziyyət baş verən zaman dəyən zərəri minimuma endirməkdir.
Təhlil subyektindən asılı olaraq müəssisənin maliyyə hesabatının xarici təhlili içərisində 
auditor xidməti xüsusi yer tutur. Auditin inkişafının hüquqi bazasını “Auditor xidməti haqqında” 
Azərbaycan Respublikası Qanunu (1994-cü il) təşkil edir. Audit – mülkiyyət formasından və təşkilati 
hüquqi tabeçiliyindən asılı olmayaraq respublika ərazisində fəaliyyət göstərən bütün təsərrüfat 
subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının, mühasibat və maliyyə 
hesabatlarının müstəqil yoxlanılmasıdır. Audit yoxlamaları məcburi və ya təsərrüfat subyektlərinin 
təşəbbüsü ilə könüllü ola bilər.
Lizinq
– istehlakçının sifarişi əsasında əmlakı satın almaqla onu istehlakçıya müəyyən 
müddətə icarəyə vermək məqsədilə həyata keçirilən xidmət növüdür. Lizinq xidməti sahibkarlıq 
fəaliyyətini maliyyələşdirməyin ən əlverişli üsullarından biridir. Lizinq münasibətləri “Lizinq 
xidməti haqqında” Azərbaycan Respublikası Qanununun (1994-cü il) vasitəsilə tənzimlənir. Sahibkar 
lizinq xidmətindən istifadə etməklə müxtəlif cüristehsal amillərinin, istehsal təyinatlı binalar, 
dəzgahlar, maşınlar, avadanlıqlar, nəqliyyat vasitələri və s. əmlak ala bilər.

Yüklə 17,39 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə