Tofiq Xəzər



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə8/229
tarix13.12.2017
ölçüsü4,78 Mb.
#15422
növüYazı
1   ...   4   5   6   7   8   9   10   11   ...   229

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

32 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

Getdikcə dünyaya daha sıx inteqrasiya olunan müasir 



ədəbi prosesləri tənqidin klassik  metodologiyası və  

mətnə yanaĢma prinsipləri ilə əhatəli Ģərh etmək çətindir. 

Əsas məqsədi milliyyətsizləĢdirmə olan və milli 

mədəniyyətlərin baĢı üzərində Domokl qılıncı kimi 

dayanan  qloballaĢma təhlükəsini də nəzərə alsaq, demək 

olar ki, Azərbaycan tənqidinin milli ideologiya və 

strategiyasının iĢlənib hazırlanması təxirəsalınmaz  

vəzifələrdən biri kimi qarĢıda durur.  Azərbaycan Milli 

Elmlər Akademiyasının müxbir üzvü, tənqidçi-

ədəbiyyatĢünas Nizami Cəfərov bu istiqamətdə ardıcıl və 

sistemli fəaliyyət göstərən alimlərimizdəndir. Onun  

müxtəlif illərdə qələmə aldığı «Kitabi-Dədə Qorqudla 

Ġslama keçidin poetikası», «Genezisdən tipologiyaya», 

«Qədim türk ədəbiyyatı», «Dilin etnik yaddaĢı» kimi 

fundamental əsərləri milli ədəbiyyatĢünaslığa böyük 

töhfədir. 2004-cü ildə nəĢr olunan «Klassiklərdən 

müasirlərə» kitabında toplanmıĢ bir çox məqalələr  isə 

həmin araĢdırmaların davamı olmaqla daha konseptual 

əhəmiyyət kəsb edir. Azərbaycan ədəbiyyatının tarixi, 

mənĢəyi, predmeti, dövrləri, intibahı, qədim türk epos 

mədəniyyətindən yazılı ədəbiyyata keçid mərhələsi, bədii, 

dini-estetik, ideya-fəlsəfi istiqamətlərinin milli və 

ümumĢərq  mədəniyyəti kontekstində Ģərhi verilən bu 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

33 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

kitab çağdaĢ milli tənqidin manifestasiyasını 



müəyyənləĢdirməklə, həm ona, həm də ədəbiyyatımıza 

yön verərək baĢsız atlı durumundan xilas edə bilən ədəbi 

strategiya örnəyi kimi çox böyük dəyərə malikdir.    

Dünya ədəbiyyatĢünaslığı və elmi-nəzəri fikrindən 

məlumatsızlıq da çağdaĢ ədəbi tənqidin  kəsiri kimi  

qabarıq hiss olunmaqdadır və bu çatıĢmazlıq nüfuzlu 

qələm sahibləri tərəfindən  dönə-dönə qeyd olunub.Son 

dövrdə bu boĢluğun doldurulması yönündə də ciddi iĢlər 

görülür. Mən ilk növbədə Bakı Slavyan Universiteti 

Tərcümə Problemləri Mərkəzinin «Filoloqun kitabxanası» 

seriyasından tərcümə və çap etdirdiyi bir neçə kitabın 

adını çəkmək istərdim. Bunlar görkəmli  alim Məmməd 

Qocayevin tərcüməsində M. Baxtinin «Dostoyevki 

poetikasının problemləri», Aydın Talıbzadənin 

tərcüməsində Y. E. Qolosovkerin «Mifin məntiqi» və 

N.Xomskinin «Dil və təfəkkür» kitablarıdır. 

Slavyan Universiteti Tərcümə Problemləri Mərkəzində 

professional mütərcimlər tərəfindən çevrilmiĢ adıçəkilən 

əsərlər  hər bir tənqidçinin stolüstü kitabı ola bilər.Ümid 

edirik  ki, Mərkəz gələcəkdə ümumdünya filoloji 

fikrindən yeni qiymətli tərcümələr etməklə ədəbi tənqidin 

elmi-metodoloji bazasını daha da möhkəmləndirəcək. 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

34 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

Təqdirəlayiq haldır ki, ayrı-ayrı gənc yazarlarımız da 



məlum kəsiri aradan qaldırmaq üçün təĢəbbüs  

göstərmiĢlər. Məsələn,  Ģair-tərcüməçi Səlim 

Babullaoğlunun baĢ redaktoru olduğu «Dünya ədəbiyyatı» 

dərgisinin xəttiylə çıxan çağdaĢ gürcü və özbək 

ədəbiyyatından seçmələr kitabında bu ölkələrin avanqard  

tənqidindən çevirmələr verilib. Sözügedən ölkələrin 

ədəbiyyatlarındakı proseslərin əsas istiqamətlərini əks 

etdirən bu nümunələr uzun müddət postsovet məkanında  

eyni ideoloji sistemdə yaĢamıĢ  ölkələrdəki analoji 

prosesləri müqayisə baxımından xeyli material verir.  

Bu sırada Əsəd Cahangirin Leonid Andreyev, Ġrina 

Adelgeym, ġota ĠotaĢvili,  Aleksandr Dugin, Ġlya Ġlin, 

Cozef Kerrol, Ġlqar Fəhminin Sergey Kornev, Dmitri 

Zatonski kimi tanınmıĢ tənqidçilərdən etdiyi tərcümələr də 

qeyd edilməlidir.  Təəssüf ki, son tərcümələrin əksəri 

postmodernizmlə bağlıdır və  daha fundamental 

təmayüllər diqqətdən kənarda qalıb. Bununla belə, onlar 

son illər ədəbiyyatımızı baĢına götürmüĢ postmodernizm  

hərcmərcliyinə, xaosa müəyyən bir aydınlıq gətirməsi ilə 

diqqəti çəkir. 

Amma biz nə qədər Avropa elmi-nəzəri fikri ilə 

inteqrasiyaya cəhd etsək də, unutmamalıyıq ki, 

Azərbaycan ədəbiyyatı əsas kökləriylə ümumĢərq 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

35 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

mədəniyyəti və bədii-estetik fikri üzərində formalaĢıb. 



RegionlaĢma dövründən sonra bu ənənələrin bir qismi  

qırılıb. On yeddinci əsrə qədər Azərbaycan ədəbiyyatının, 

xüsusən poeziyanın nəhəng bir qolunu təĢkil edən 

təsəvvüf Ģeiri də qırılmıĢ ənənələrin badına gedərək 

tənəzzülə uğrayıb. Yazıçı-tərcüməçi Afaq Məsudun 

«Xəzər» jurnalında sufi fikir tarixinin görkəmli 

nümayəndələrindən etdiyi tərcümələr bu qırılmıĢ 

ənənələrin bərpasına yeni təkan verə bilməsi baxımından 

çox əhəmiyyətlidir.    

«Ədəbiyyatımızın Vaysman xəstəliyi» məqaləsində Elçin 

tənqidin qüsurlarından danıĢarkən yazır: «Bizim ədəbi 

prosesimizin və ilk növbədə tənqidimizin qüsurlarından 

biri ziyalılığın çatıĢmazlığıdır». 

Təəssüf ki,  həmin vəziyyət bu gün də davam etməkdədir.  

Və mən bu fikrə çağdaĢ tənqiddəki rəhmsizlik, 

ədalətsizlik,  qeyri-əxlaqi yanaĢma hallarını da əlavə 

edərdim.  Bəzən belə faktlar baĢ verir ki, tənqid ədəbiyyat 

tarixində danılmaz yeri olan qələm sahiblərinin, yaxud, 

çağdaĢ ədəbiyyatın istedadlı nümayəndələrinin üzərinə 

yenilik adı altında qərəzli  hücumlar edir, ziyalı etikası, 

mizan-tərəzi bilmərrə unudulur. Təhlil zamanı subyektə 

Ģəxsi münasibət yaradıcılığa  obyektiv münasibəti önləyir. 

Bu yolverilməz və bağıĢlanmazdır. Bu tənqidçi əxlaqına, 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə