Tofiq Xəzər



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə6/229
tarix13.12.2017
ölçüsü4,78 Mb.
#15422
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   229

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

24 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

«Ulduz»  gənclik dərgisi isə digər variantdan – kollektiv 



söhbətdən istifadə edir.  BaĢ redaktor Elçin Hüseynbəyli 

də daxil  olmaqla yaradıcı kollektivin Çingiz Abdullayev, 

Vaqif Səmədoğlu, Zəlimxan Yaqub kimi tanınmıĢ 

sənətkarlarla söhbətləri effektli olmaqla, yazıçı Ģəxsiyyəti 

və ədəbi həqiqətlərin müxtəlif yönlərdən açımına xidmət 

edir. 


Prosesin iĢıqlandırılması və əhatə olunmasında cari ədəbi 

orqan kimi «Ədəbiyyat qəzeti»nin də payı var. Ədəbiyyat 

tariximizin açılmamıĢ səhifələri ilə bağlı araĢdırmalar,  

görkəmli yazarlar haqqında təhlil və yubiley yazıları,  

Anar, Kamal Abdulla, Sabir Rüstəmxanlı kimi nüfuzlu 

qələm sahibləri ilə  polemik masalar qəzetin fəaliyyətində 

təqdirəlayiq cəhətlərdəndir.  Bununla belə, fikrimcə, cari 

ədəbi orqan olduğu üçün qəzetin çağdaĢ ədəbi prosesə 

daha mütəhərrik və dinamik müdaxiləsinə  ehtiyac  

duyulur.  

AYB-nin son qurultayında spesifik ədəbi-tənqid dərgisi 

kimi təsis olunan «Körpü» bir neçə tənqidçi və yazıçının 

iĢtirakıyla  polemik masalar keçirir. Tənqidçi və baĢ 

redaktor Əsəd Cahangirin iĢtirakıyla   Məmməd Orucun, 

Elçin Hüseynbəylinin yaradıcılığının bu cür müzakirəyə 

cəlb olunması uğurlu alınmaqla, həm də   xeyli marağa 

səbəb olub.  



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

25 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

Təqdirəlayiq haldır ki, ictimai-siyasi təmayüllü  bir sıra  



mətbuat orqanları da cari ədəbi prosesə geniĢ yer ayırırlar. 

Bu sırada «525-ci qəzet», «Yeni Azərbaycan», «Azadlıq», 

«Ədalət», «Kredo»  qəzetləri daha öncül mövqe nümayiĢ 

etdirirlər. Bu da qeyd olunmalıdır ki, həm ədəbi-tənqidi 

materialların sayı, həm də sanbalı baxımından ən çox 

diqqəti çəkən  «525-ci qəzet»dir. Bu qəzet öz ədəbi-bədii 

platforması etibarilə istər ənənəyə, istərsə də yeniliyə 

münasibətdə ən optimal  variantı,  tolerant mövqeni, qızıl 

ortanı tuta bilir.   

Təsadüfi deyil ki, ədəbiyyat müstəvisində  polemik masa 

ənənəsi də ( Əkrəm Əylisli, Ramiz RövĢən və s.) «525-ci 

qəzet»lə bağlıdır.    

Virtual müzakirələr yönündə isə «YeniSi» sənət cərəyanı 

daha çox təcrübəyə malikdir. Qəzetlərdən isə   yenə də 

«525-ci qəzet» virtual tənqid yönündə ilk addım 

atanlardandır.  Ötən il bu qəzetdə Kamal Abdullanın 

«Sehrbazlar dərəsi» romanının virtual müzakirəsi keçirildi 

və böyük diqqətə səbəb oldu.  Elə bilirəm ki, internet 

əsrində yaĢadığımızı və bu Ģəbəkədə böyük oxucu qrupu 

toplandığını nəzərə alaraq gələcəkdə ədəbi prosesə  virtual 

baxıĢ formalarından geniĢ istifadə edilməlidir. 

Son illərdə  nəsr, poeziya və dramaturgiyamız yeni əsərlər 

hesabına xeyli zənginləĢib, müxtəlif nəsillərin təmsilçiləri 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

26 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

ədəbi prosesdə fəal iĢtirak edirlər. Tənqid  bu prosesi 



bütün mahiyyət və istiqamətləriylə əhatə etməsə də, 

müəyyən səviyyədə iĢıqlandırmağa müvəffəq olub. 

Bu sırada Xalq yazıçısı, sosial-mənəvi problemlər 

qaldıran məhsuldar romançı Sabir Əhmədlinin müstəqillik 

dönəmində qələmə aldığı «Kütlə», «Axirət sevdası», 

«Kef», «Ömür urası» romanları haqqında tənqidçi-

ədəbiyyatĢünas Fərhad Mədətovun orijinal yozum və 

maraqlı dəyərləndirmələrlə nəzəri çəkən «Sabir 

Əhmədlinin romanları» monoqrafiyasını qeyd etmək 

istərdim. 

Xalq yazıçısı Anarın Azərbaycan və ümumtürk 

coğrafiyası masĢtabında taleyüklü problemlər qaldıran 

«Ağ qoç, qara qoç» əsəri də yetərli tədqiqata cəlb olunub. 

Roman haqqında çoxsaylı məqalələr yazılıb. Tənqidçi 

Əsəd Cahangirin «Platondan Anara qədər» adlı 

monoqrafik tədqiqatında isə əsər həm milli, həm də bəĢəri 

ədəbi qaynaqlar kontekstində  təhlilini tapıb. 

Xalq yazıçısı Əkrəm Əylislinin «ƏtirĢah Masan» roman-

reportajı da istər professional ədəbi-tənqiddə doğurduğu 

rezonans, fərqli rəylər, istərsə də oxucu marağı 

baxımından bəxti gətirən əsərlərdən oldu. Xalq yazıçısı, 

tənqidçi-ədəbiyyatĢünas Elçin, tanınmıĢ nəsr tədqiqatçısı 

Akif Hüseynov və digər çoxsaylı müəlliflər romana ən 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

27 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

müxtəlif yönlərdən öz münasibətlərini bildirən yazılarla 



çıxıĢ etdilər. 

Orta nəslin ən görkəmli nümayəndəsi, yaradıcılığının 

indiki mərhələsində daha çox romançı kimi məĢhurlaĢan 

Kamal Abdullanın «Yarımçıq əlyazma», «Sehrbazlar 

dərəsi» romanları da oxucu təəssüratları, ədəbi tənqid və 

akademik  səviyyədə tədqiq olunmuĢ əsərlərdəndir.    

Lakin peĢəkar tənqid  prosesi yalnız iĢıqlandırmaq yox, 

əhatə və Ģərh etməyi, eyni zamanda, yönləndirməyi də 

bacarmalıdır.  Təəssüf ki, bu sahələrdə ciddi boĢluqlar 

qalmaqdadır. 

Biz çox zaman ədəbiyyatda hadisə yaranmamasından 

gileylənirik. ÇağdaĢ ədəbiyyatda da öyünə biləcəyimiz 

böyük hadisələr hələlik müĢahidə olunmur. Amma istisna 

da olsa,  fenomenlər, yaxud, ədəbiyyatımızın xarici 

ölkələrdə tanınması yönündə müəyyən uğurlar var.   

Mən ilk növbədə əsrimizin və nəsrimizin nəhəng yazıçısı 

Ġsa Muğanna fenomenini qeyd etmək istəyirəm. Məlum 

olduğu kimi, bu yazıçının 80-ci illərdən sonrakı 

yaradıcılığı  tamamilə fərqli istiqamətdədir. «Ġdeal» 

romanı ilə üzə çıxan və «Əbədiyyət», «Gur ünü», 

«Cəhənnəm», «Ġsa həq, Musa həq», «Qəbristan» 

əsərlərində öz apogeyinə yüksələn Ġsa Muğanna 

fenomeninin fəlsəfi, ideya-estetik kök və mahiyyətində 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə