Tofiq Xəzər



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə9/229
tarix13.12.2017
ölçüsü4,78 Mb.
#15422
növüYazı
1   ...   5   6   7   8   9   10   11   12   ...   229

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

36 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

tənqidçi Ģəxsiyyətinə, ən baĢlıcası, professional tənqid 



prinsiplərinə ziddir.  

Hesab edirəm ki, tənqidin oxucu ilə yazıçı arasında körpü 

yaratmaq, ədəbiyyatı tanıtmaq vəzifələriylə yanaĢı, bir 

vəzifəsi də xeyirxahlıqdır. Yəni, tənqid dağıdıcı yox, 

qurucu tənqid olmalıdır. Doğrudur,  tənqidçi yazıçının 

əvəzinə əsər yaza bilməz.  Amma tənqid, öndə qeyd 

etdiyim kimi, stimulyator ola bilər. Yəni, tənqidçi  sağlam, 

obyektiv və etik təhlilləri ilə yazıçını yetiĢdirə, cilalaya 

bilər. Təəssüf ki, bu gün Aydın Məmmədov, Nadir 

Cabbarlı, YaĢar Qarayev kimi həm özü  iĢıqlı, həm də  

ədəbiyyatı və yazıçını iĢıqlı səmtə yönəldən, dəyərli 

məsləhətləri ilə yaradıcılıq  impulsları verən tənqidçi 

axtaranda  əksərən köks ötürməli oluruq.   

Və təəssüf ki, çağdaĢ Azərbaycan tənqidinin  ədəbiyyatı 

yönləndirməsi faktlarını axtararkən yalnız 

postmodernizmə yoluxma yada düĢür. Gəlin görək,  nədir 

bu postmodernizm? 

 «Mədəniyyət və ədəbiyyatın bütün üslub və imkanlarının 

sinkretik qarıĢığı» və qeyri-ənənəvi mədəniyyət kimi 

səciyyələndirilən postmodernizm  əslində, nihilizmin ən 

ifrat forması olmaqla özündən əvvəlki bütün ədəbi 

ierarxiyaları dağıdan destruktiv  bir cərəyandır.  Görkəmli 

rus tənqidçisi Sergey Kornevin sözləri ilə desək, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

37 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

«postmodern nihilizm tamamilə əks-mədəniyyət 



hadisəsidir. O, ilk növbədə Avropa mədəniyyətinə-onun  

rasionalizminə, sivil pafosuna qarĢıdır».  

MənĢəyini Qərbdən götürən, Qasset, Derrida fəlsəfəsindən 

qaynaqlanan postmodernizm yarım əsrlik tarixi ərzində 

dünya ədəbiyyatına bir Ģey verməyib. Əksinə, Avropanın 

bütöv bir epoxa ərzində formalaĢmıĢ mədəni-estetik 

strukturunu parçalayıb. Sual oluna bilər; bəs Umberto 

Eko, bəs Orxan Pamuk, bəs Patrik Züskind və 

postmodernizmin uğuru sayılan digər  örnəklər?  Mən 

hesab edirəm ki, bu yazıçıların postmodernizmə aid edilən 

əsərləri- nə «Qızılgülün adı», nə «Qara kitab», nə də 

«Əttar» postmodernizmin uğuru olmayıb, müəlliflərinin  

istedadının, böyüklüyünün uğurudur.  

Təəssüf ki, çağdaĢ Azərbaycan tənqidi ədəbiyyatımızı 

milliyyətsiz ölkələrin məhsulu olan və indiyəqədərki 

mədəniyyəti dağıdaraq onu postmədəniyyətə çevirməyi 

hədəfləyən  bu destruktiv cərəyana sözün əsil  mənasında 

yoluxdurdu. Və at öldü, itlər bayram etməyə baĢladı. Bu 

gün ölkədə əli qələm tutan, lakin sözün yerini, çəkisini 

bilməyən hər kəs qabiliyyətsizliyini postmodernizm 

pərdəsi altında gizlədir və irad bildirəni də anlamaz, 

köhnə təfəkkürlü adlandırır. 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

38 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

Ġndi sual olunur;  Qərbin tullantısı olan  belə bir xaotik  



təmayülü cidd-cəhdlə milli ədəbiyyatımıza müncər 

etməyə dəyərdimi? Və bu  tənqidin qələbəsidir, ya 

məğlubiyyəti? Deyərdim ki, məğlubiyyətidir və «ithürənlə 

iĢıqgələn» tərəfi düzgün tərcih edə bilməməsidir. 

Bəlkə də bu məsələyə münasibətdə daha emosiyasız və 

təmkinli mövqe bildirmək olardı. Ona görə ki, zəngin 

ədəbi ənənələrə və onu qorumaq gücünə  malik olan 

Rusiya kimi nəhəng bir ölkə postmodernizmdən yan keçə 

bilmirsə, zaman-zaman kənar ədəbi təsirlərə məruz qalan 

Azərbaycanın da bundan yan keçməsi çətindir. Digər 

tərəfdən, postmodernizm ən azından yeni yaradıcılıq  

axtarıĢları kimi məqbul  sayıla bilər.  Lakin problem budur 

ki, çağdaĢ ədəbiyyatın postmodernizm girdabına 

yuvarlanması kütləvi xarakter alır. 

 

30-cu illərin repressiya tufanında böyük Ģairimiz Səməd 



Vurğunun Mikayıl MüĢfiqə xitabən yazdığı Ģeirdə belə 

misralar vardı: 

«Baxıram Leninin kitablarına 

Dəstədən geriyə qalmamaq üçün». 

Ġndi mən baxıram ki, hətta bizim böyük sənətkarlar, 

məsələn, Azərbaycan neoromantizminin banisi hesab 

olunan çox istedadlı bir yazıçı da ümumi postmodernizm 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

39 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

hay-küyünə uyaraq yazdığı son əsərdə öz estetik 



prinsiplərinin ziddinə gedir. Postmodern görünmək üçün 

əfsunlu dilinə xəyanət edir, əsərinə qarmaqarıĢıq 

elementlər gətirir. Və bundan böyük ədəbiyyat uduzur.  

Eləcə də yeni nəslin bəzi istedadlı yazarlarını müĢahidə 

edəndə görürsən ki, bunun təbii stixiyası tamam baĢqadır 

və öz yolu ilə gedərsə daha  çox uğur qazana bilər. Amma  

hay-küy onu da yolundan azdırır. 

Bununla belə, mən son yarım əsrlik  dünya ədəbiyyatında 

pis, ya yaxĢı təzahürünü tapmıĢ bir cərəyanı tamamilə 

inkar etmək niyyətində deyiləm. «Hər Ģərin mahiyyətində 

bir xeyir, hər xeyirin də mahiyyətində bir Ģər var» 

hikmətiylə yanaĢsaq olsun ki, Azərbaycan ədəbiyyatı da 

sıradan geri qalmamaq üçün bu prosesi keçməlidir. Amma 

necə? Məsələ də elə bundadır. 

Yaxınlarda istedadlı televiziya rejissoru Ramiz Həsənoğlu 

ilə söhbət edərkən Azərbaycanın Qərb mədəniyyətinə 

necə inteqrasiya olunması barədə fikrini soruĢdum. Ramiz 

müəllim dedi ki, «biz Qərb mədəniyyətinə çox hallarda 

onun kanalizasiyasından qoĢuluruq və bu məni çox 

qorxudur». Nə yazıq ki, Azərbaycansayağı 

postmodernizm də Qərb postmodernizminə onun 

kanalizasiyasından qoĢulub. Hər halda, ortada olan 

örnəklərin əksəri belə bədbin düĢünməyə əsas verir.      



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə