www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
20
E-antologiya:
çağdaĢ filoloji materiallar
çox problemlərin davamı baxımından hazırkı prosesə də
Ģamil oluna bilər.
Müstəqillik dövrü ədəbi tənqidinin nümayəndəsi Əsəd
Cahangirin «Üç əsrimiz və nəsrimiz» və «QloballaĢma
və millilik: dilemmadan çıxıĢ yolu nədədir?» adlı icmal
və panoram səciyyəli yazıları da elmi-nəzəri hazırlığı və
konseptual yanaĢması ilə diqqəti çəkir. Xatırlatmaq
istərdim ki, Azərbaycan nəsrinin ümumi inkiĢaf yolunun
xülasə Ģəklində Ģərhi fonunda yeni nəsil nasirlərin
hekayələrindən bəhs edən «Üç əsrimiz və nəsrimiz»
icmal-məqaləsi Türkiyədə çıxan «Sular günəĢə Ģərqi
söylərkən» kitabına ön söz kimi yazılıb. Həmin yazı
Gürcüstan və Özbəkistanda çıxan ədəbi dərgilərdə də çap
olunub. «QloballaĢma və millilik: dilemmadan çıxıĢ yolu
nədədir?» məqaləsi isə «Drujba narodov» jurnalının
Azərbaycan ədəbiyyatına həsr olunmuĢ xüsusi sayına
(2006-cı il №3) giriĢ kimi nəzərdə tutulub. Bu məqalədə
Azərbaycan Ģeirinin 1500, nəsrin isə bir neçə yüz illik
tarixinə ümumi ekskurs fonunda çağdaĢ nəsr və
poeziyanın yığcam mənzərəsi canlandırılıb, Eyvaz
Əlləzoğlu, RəĢad Məcid, YaĢar, Elçin Hüseynbəyli, Ġlqar
Fəhmi, Elxan Zal Qaraxanlı, QəĢəm Nəcəfzadə, Murad
Köhnəqala, Salam kimi nasir və Ģairlərin yaradıcılığına
konkret münasibət bildirilib. Bunu da qeyd etməliyəm ki,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
21
E-antologiya:
çağdaĢ filoloji materiallar
həmkarım Əsəd Cahangirin adıçəkilən yazıları son illərdə
Azərbaycan tənqidinin xarici ölkələrdə iĢıq üzü görən
örnəkləri kimi təbrikə layiqdir.
Əsədin «DəmirbaĢlar» («Körpü» dərgisi və yeni redaktədə
«525-ci qəzet»in 2007-ci il fevral-may sayları), «BaĢqaları
və Aslan Quliyev»(«Azərbaycan»jurnalı №12) yazıları da
icmal xarakterlidir. Hər iki yazıda çağdaĢ bədii təfəkkürdə
müĢahidə olunan özəl və özgə gəliĢmələr,eksperimentçilik
meylləri dünya fəlsəfi-estetik fikri miqaysında nəzərdən
keçirilib.
Ümumən baxdıqda, ədəbi icmallarda nəsrdən daha çox,
poeziyadakı proseslərin diqqətdə saxlandığı məlum olur.
Tənqidçi Tehran ƏliĢanoğlunun «Azərbaycan Ģeirinə
rezüme» («Tənqid.net», 2007-ci il №1 ), Ġradə
Musayevanın «ġeirimizin bu günü, bu günümüzün Ģeiri»
(«Körpü», 2005-ci il №1), Nərgiz Cabbarlının «Yeni
nəsil poeziyası» («Azərbaycan», 2005-ci il ) icmalları da
bu diqqətin təzahürüdür. Həmin yazılarda çağdaĢ Ģeirin
ruhu, nəfəsi, bədii-estetik konsepsiyası və təmayülləri
müxtəlif mövqelərdən Ģərh edilir.
* * *
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
22
E-antologiya:
çağdaĢ filoloji materiallar
Mən yuxarıda əsasən sistemli layihələri qeyd etdim.
Ümumi prosesin, ayrı-ayrı ədəbi faktların müxtəlif
yönlərdən izlənməsində isə bu gün bilavasitə və birbaĢa
tənqiddə olan yazarların hər biri iĢtirak edib. Bu sırada
bəzən akademiya köĢələrinə çəkilib tənqidi baĢsız
qoymalarından haqsız giley etdiyimiz görkəmli
ədəbiyyatĢünas alimlərimiz - Bəkir Nəbiyev, Nizami
Cəfərov, Akif Hüseynov, Nizaməddin ġəmsizadə, Rahid
Ulusel, Arif Əmrahoğlu, Kamal Abdulla da, praktik ədəbi
tənqidlə məĢğul olan Vaqif Yusifli, Rüstəm Kamal, Aydın
Talıbzadə, CavanĢir Yusifli, Əsəd Cahangir, Azər Turan,
Telman Vəlixanlı, Aydın Xan, Bəsti Əlibəyli, Nərgiz
Cabbarlı, Ġradə Musayeva, Südabə Ağabalayeva, Elnarə
Akimova da, gəncliyin nümayəndələri Oqtay Hacımusalı,
Maral Yaqubova, Qanturalı, Günay Ġsrafilova və baĢqaları
da var. Adıçəkilən yazarların hər birinin xeyli sayda
yazıları üzərində dayanmaq, üstünlük və məziyyətləri
barədə danıĢmaq mümkündür. Ümumi səviyyə barədə isə
qısaca bunu demək olar ki, bir neçə il öncə özünüdərk
mərhələsində olan müstəqqilik dövrü ədəbi-tənqidi
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
23
E-antologiya:
çağdaĢ filoloji materiallar
hazırda ədəbiyyatı dərk mərhələsinə keçməklə həqiqi
missiyasını yerinə yetirməkdədir.
* * *
Tənqidin ədəbiyyat və proses barəsində birtərəfli qaydada
hökm çıxarıb, diaqnoz qoymasında subyektivlik halları
çox olduğundan birmənalı etimad qazanmır. Deməli, yeni
yanaĢma üsulları gərəkir və bu baxımdan zaman ədəbi
söhbətləri, polemik masaları, virtual müzakirələri
gündəmə çıxarır.
Bir əsrə yaxın fundamental ənənələrə malik olan
«Azərbaycan» jurnalı Ġsa Muğanna, Bəkir Nəbiyev,
Seyran Səxavət, Vaqif Bayatlı Odər və digər tanınmıĢ
ədəbiyyat adamları ilə geniĢ spektrli söhbətlər verməklə
ciddi oxucu marağına müvəffəq olub. Qeyd olunan ədəbi
icmalların da əksərən bu jurnalda iĢıq üzü görməsi sübut
edir ki, «Azərbaycan» yenə də ədəbi prosesin ağırlığını
öz çiyinlərində daĢımaqda davam edir.
Dostları ilə paylaş: |