www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
28
E-antologiya:
çağdaĢ filoloji materiallar
nələr durur? Yazıçı hansı yaradıcılıq metoduna, hansı
məntiqə, hansı genetik yaddaĢa söykənir? Təəssüf ki,
ədəbi-tənqid az qala otuz illik bir müddət ərzində milli
bədii təfəkkürümüzdə misli olmayan bu fenomeni aça
bilməyib.
Rusiyada yaĢayan ixtiyar yazıçımız Çingiz Hüseynovun
dünyanın sonuncu peyğəmbəri həzrəti Məhəmmədin
həyatından bəhs edən son romanı da Azərbaycan ədəbi-
tənqidi tərəfindən sükutla qarĢılandı. Halbuki, bu roman
Rusiya mətbuatında çox geniĢ rezonansa, mübahisə və
müzakirələrə, hətta qalmaqallara səbəb oldu.
Xalq yazıçısı Elçinin «Bayraqdar» povesti qaldırdığı
aktual, həlli vacib ictimai-siyasi və mənəvi-əxlaqi
problemlər, yüksək sənətkarlıq məziyyətləri baxımından
son illər nəsrimizin çox ciddi nümunələrindən biridir.
Lakin «Bayraqdar» müəyyən tədqiqatlara cəlb
olunmasına baxmayaraq, fikrimcə, özünün lazımı analitik
Ģərhini hələ də tapmayıb. Bəlkə bunun bir səbəbi də odur
ki, tənqidin cəsarəti hələ ki ədəbiyyatın cəsarətindən
geridə qalır.
Ümumən, son bir neçə ildə ədəbi-tənqidin diqqətinə layiq
olan daha bir sıra faktlar meydana çıxıb:
- 2006-cı ildə üçüncü Beynəlxalq «Kitab sənəti»
müsabiqəsində Ģair Çingiz Əlioğlunun «Atlantlar» kitabı
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
29
E-antologiya:
çağdaĢ filoloji materiallar
«Qəribə, maraqlı taleli kitablar» nominasiyası üzrə birinci
yerə layiq görülüb;
- magik realizm kimi nəhəng bir təmayülün beĢiyi olan
Latın Amerikasında - Kolumbiyada dərc olunan Ģeir
antologiyasında Ramiz RövĢənin «Ġlan balası» Ģeiri
kitabın üz qabığına çıxarılıb.;Bu böyük sənətkarın Ģeir,
nəsr yaradıcılığı və esseistikasının bir qismini əhatə edən
«Nəfəs» kitabı isə Azərbaycan oxucusu üçün böyük bir
sürpriz oldu;
- özünəməxsus bütöv bədii-estetik konsepsiyası olan
Vaqif Bayatlı Odər son yaradıcılıq nümunələrində bu
konsepsiyanı üzü səmaya doğru geniĢləndirib;
- daha çox Ģair kimi tanıdığımız Sabir Rüstəmxanlı indi
«Göy Tanrı», «Ölüm zirvəsi» kimi tarixi mövzulu
romanları ilə meydana çıxıb;
- görkəmli nasir Afaq Məsudun yaradıcılığı Frans
Kafkanın vətəni Avstriyada maraqla qarĢılanıb və
tədqiqata cəlb edilib;
- orta nəsil poeziyamızın nəcabətini simvolizə edən Vaqif
Bəhmənlinin üç cildlik əsərləri çap olunub.
- istedadlı nasir və dramaturq Elçin Hüseynbəyli qısa bir
zaman ərzində beĢ roman, ondan çox pyes qələmə alıb.
- ədəbi ictimaiyyətdə xeyli gec tanınsa da, ilk yaradıcılıq
nümunələrindən orijinal istedadını təsdiq edən və unikal
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
30
E-antologiya:
çağdaĢ filoloji materiallar
satirik hekayələri ilə satirik nəsrimizin yeni nəfəslə
dirçəliĢinə ümidlər oyadan Tural Anaroğlunun ilk kitabı
iĢığa çıxıb.
- Ģair Elxan Zal Qaraxanlı özünün «SavaĢ ayələri»
kitabında toplanan, əski dil və özəl tematikası ilə
səciyələnən türkçü Ģeirləri ilə Azərbaycan poeziyasında
analoqu olmayan tamamilə yeni bir cığır açıb;
- Ģair QəĢəm Nəcəfzadə Hollandiyada keçirilən
beynəlxalq poeziya festivalına dəvət alıb;
Ümümən əhatə etsək, nəsrimizin Vaqif Nəsib, Məmməd
Oruc, Azər Abdulla, Sara Nəzirova, Saday Budaqlı, Rafiq
Tağı, Eyvaz Əlləzoğlu, Nəriman Əbdülrəhmanlı, Əlabbas,
YaĢar, RəĢad Məcid, Aslan Quliyev, Mübariz Cəfərli,
Günel Anarqızı, Fəxri Uğurlu, Məqsəd Nur, Ġlqar Fəhmi,
poeziyamızın Firuzə Məmmədli, Tofiq Abdin, Adil ġirin,
Ramiz Qusarçaylı, Ağacəfər Həsənli, Ədalət Əsgəroğlu,
Əlisəmid Kür, Nisəbəyim, Məlahət Yusifqızı, Fərqanə
Mehdi, Əlizadə Nuri, Ġlham Qəhrəman, Sərvaz
Hüseynoğlu, Salam, Etimad BaĢkeçid, Qulu Ağsəs,
AqĢin… kimi müxtəlif nəsildən olan nümayəndələri yeni
kitabları, müxtəlif mətbuat orqanlarında çap olunmuĢ
əsərləri ilə son illərin ədəbi prosesində fəal iĢtirak ediblər.
- Ədəbi-tənqid bu faktların əksərinə öz münasibətini ifadə
edib. Bu münasibətin elmi dəyəri və ədalət ölçüsü isə artıq
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
31
E-antologiya:
çağdaĢ filoloji materiallar
tamamilə baĢqa söhbətin mövzusudur. Və tənqidin əsas
iĢi də məhz bu «baĢqa söhbət»dir.
Son illərdə səngimiĢ poema janrının «ikinci nəfəs»i
açılıb: Xalq Ģairi Fikrət Qocanın «ġəhidlər xiyabanı»,
«Azadlıq», Musa Yaqubun «Dünyanın lələ dərdi»,
Ələkbər Salahzadənin «Xocalı xəcilləri», Ramiz RövĢənin
«Canavar ovu», Əsəd Cahangirin «O Adam», Ədalət
Əsgəroğlunun «Dərdimizin qan rəngi» poemaları janrın
gələcək taleyi barədə nikbin fikirlər doğurur. Bəs sovet
dövrü ilə müqayisədə müstəqillik dövrü poeması arasında
hansı keyfiyyət fərqləri, ideya-estetik dəyiĢikliklər baĢ
verir? Mənzum roman hesab olunan poema çağdaĢ
insanın mənəvi-əxlaqi dünyasındakı dəyiĢmə və
yeniləĢmələrlə, bədii təfəkkürdə gedən inkiĢafla səsləĢə
bilirmi? Məncə, ədəbi-tənqid bu sualların da cavabını hələ
verməyib. Və bütün bunlar hərtərəfli, ədalətli təhlilini
gözləyir.
* * *
Dostları ilə paylaş: |