Tofiq Xəzər



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə11/229
tarix13.12.2017
ölçüsü4,78 Mb.
#15422
növüYazı
1   ...   7   8   9   10   11   12   13   14   ...   229

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

44 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

Müasir rus tənqidçilərindən biri tənqiddə baĢ verən 



tənəzzülü təfəkkürün intiharı kimi dəyərləndirib. Mən 

hesab edirəm ki, tənqidçi vicdanının intiharı təfəkkürün 

intiharından daha təhlükəlidir. Çünki  heç bir meyara etina 

etməyən, vicdansız və ədalətsiz tənqidçi təfəkkürü 

ədəbiyyatı susuz, bəhrəsiz səhralığa apara bilər.    

Ötəri də olsa, tez-tez rastlanan iki mənfi meyli də qeyd 

etmək istərdim. Bu meyllərdən birincisi mətnə 

sədaqətsizlikdir. Yəni, tənqidçi real mətndən yox,  özünün 

Ģəxsi fantaziyalarından çıxıĢ edərək oxucunu azdırır və  

yazıçı ilə oxucu arasında körpü yaratmaq funksiyasından 

daha çox, o körpünü yandıran təxribatçı funksiyasını 

yerinə yetirir.  

Daha bir bağıĢlanmaz hal ədəbi fakta münasibətdə 

tənqidin dövlət ittihamçısı, prokuror qismində çıxıĢ 

etməsidir. Halbuki, tənqid ədəbiyyatın vəkili, müdafiəçisi, 

sipəri olmalıdır. 

Bir Ģərtlə ki, tənqidin özünün də müəyyən müdafiə sipəri  

olsun. Reallıq isə budur ki, ədəbiyyatın keĢiyini çəkməli 

olan tənqidin özü  tam müdafiəsiz vəziyyətdədir.Tənqidçi 

yuxusuz gecələr, aramsız mütaliə, səhhətini itirmək, 

maddi məhrumiyyətlər bahasına Sözü qoruyur. Bəs 

tənqidçinin Ģəxsiyyətini, hüquqlarını kim qoruyur? 

Mətbuat haqqında qanunlarmı, məhkəməmi, ayrı-ayrı 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

45 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

vicdanlı qələm sahiblərimi?! Təəssüf ki, böyük əksəriyyət 



artıq öz vicdanının da səsinə  qulaq asmır.  Nəticədə 

cəmiyyətdən, ədəbi mühitdən müdafiə görməyən  

tənqidçidə  Ģərdən, nalayiq iftiralardan, qoluzorlulardan, 

cibizorlulardan, qrup, Ģəbəkə hücumundan  özünümüdafiə  

hissi baĢ qaldırır və o çox zaman  deyə biləcəklərindən 

daha çox deyə bildiklərini deyir. Bundan isə yenə də 

ədəbiyyat uduzur. Bəs  nə etməli?   

  

 



 

  

   



 

 

 



«Hər kimin ağı qara isə, utansın!»  

 

ÇağdaĢ ədəbi tənqidimiz: problemlər, mülahizələr… 



 

    


  

 

  




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

46 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

AMEA-nın Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı 



Muzeyinin Gənc Alimlər ġurasının təĢəbbüsü ilə «ÇağdaĢ 

tənqidimizin vəziyyəti» mövzusunda keçirdiyi elmi 

seminarın materialları                                                             

 

 



 

ĠĢtirakçılar:      

 

Mübariz Məmmədli 



Rahid Ulusel 

Vaqif Yusifli 

Əsəd Cahangir 

Aydın Xan 

Məlahət Kələntərli  

ġəfəq Əlibəyli 

Kamil Allahyarov  

Nərgiz Cabbarlı 

Raminə Məmmədova 

Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinin əməkdaĢları  

Gənc Alimlər ġurasının üzvləri 

tələbələr 

 

 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

47 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

 



 

MÜBARĠZ MƏMMƏDLĠ:  XoĢ gəlmisiniz. 

Azərbaycan ədəbiyyatının indiki dövrünü sovet dövrü ilə 

müqayisə edək. Sovet dövründə ədəbiyyatĢünaslığın digər 

sahələrində olduğu kimi, ədəbi tənqiddə də bir nihilizm 

var idisə, indi biz daha çox özünəməftunluğa, narsisizm 

deyilən bir Ģeyə rast gəlirik. O vaxtlar biz bəzən bədbin 

olur, deyirdik ki, ədəbi proseslə ayaqlaĢmırıq, bizdə 

Çingiz Aytmatov, Nodar Dumbadze kimi yazıçılar 

yetiĢmir, ədəbiyyatımızda «hadisə» ola biləcək əsərlər 

yoxdur və sair… 

Amma indi əsassız olaraq, sübutsuz-filansız 

özünəməftunluğa varırıq, özümüzə aludə oluruq. Bu, ifrat 

dərəcəyə varmaqdı. Elə bilirəm özünəməftunluq və 

özündənimtina – bunların hər ikisi inkiĢafımıza xələl 

gətirən Ģeylərdi. Tənqidimiz də bu qüsurlardan xali deyil. 

Ġndi isə «ÇağdaĢ tənqidimizin vəziyyəti» adlı məruzə ilə 

çıxıĢ etmək üçün sözü Rahid Uluselə müəllimə verirəm. 

Sonra məruzə ətrafında çıxıĢlar olacaq.  

 

RAHĠD ULUSEL:  Tənqid hər hansı normal cəmiyyət və 



mədəniyyətin vacib komponentidi. O, mədəniyyətdə təlim 

üslubu yaradır. Ġnsanlar düĢünür, araĢdırır, tənqidçilər 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

48 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

özləri tənqid obyekti olunmaq üçün imkanlar qazanırlar. 



Yəni ədəbiyyatda tənqidi baxıĢın özü də tənqidi 

münasibətin obyekti ola bilir. 

Son üç yüz ildə ġərq cəmiyyətlərinin Qərb 

cəmiyyətlərindən geriqalma səbəblərindən biri də budur 

ki, ġərq mədəniyyətləri əsasən monoloq üslubu, monoloq 

ruhu, Qərb cəmiyyətləri isə tənqid, özünütənqid ruhunda 

inkĢaf edib. Monoloq üslubu ġərqdə monarxiyaya, 

yuxarıdan deyilənlərə sözsüz itaətə gətirib çıxarıb. Qərbdə 

isə aĢağıdan yuxarıya cəmiyyət daim özünü tənqid edib.  

Təsəvvür edin ki, Volter öz malikanəsindən bütün 

Avropaya məktublar yazırdı. Ġndi məlum olur ki, o, ömrü 

boyu 70.000 məktub yazıb. Bu məktubların böyük 

əksəriyyəti Avropa monarxiyasını tənqid ruhunda idi.  

Tənqid təkcə ədəbiyyatda deyil, mədəniyyətin ümumi 

ruhunda olmalıdı. Adətən, bizdə belə olmur, çox təəssüf… 

Mən gənclik yaĢlarında, universiteti qurtaran vaxtlarımda 

bir kitab yazmıĢdım: «Tənqidin metodologiyası». 

Təsəvvür edin ki, Rəsul Rza kimi hörmətli, nüfuzlu bir 

Ģəxs, Aslan Aslanov kimi bir adam nə qədər çalıĢdılarsa, o 

kitabı həmin vaxt çap etdirə bilmədilər. Əleyhdarlarım 

deyirdilər ki, bunu gənc alim yazıb, olmaz belə.    Demək 

istəyirəm ki, Azərbaycan cəmiyyətində tənqid qəbul 

olunmurdu. Sağ olsun Anarı, «Qobustan» jurnalının 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə