Tofiq Xəzər



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə10/229
tarix13.12.2017
ölçüsü4,78 Mb.
#15422
növüYazı
1   ...   6   7   8   9   10   11   12   13   ...   229

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

40 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

 



 

 

*  *  * 



 

 

 



Ġndi də tənqidin metodoloji və digər problemləri barədə.  

Tənqid o zaman  ciddi əhəmiyyət kəsb edir ki, onun bədii 

mətni nəzəri-estetik dərki mətnin səviyyəsinə ekvivalent  

olsun. Bu cür ekvivalentlik isə  metodoloji prinsiplərin və 

mətnə yanaĢma tərzinin düzgün müəyyənləĢdirilməsindən  

çox asılıdır. Bəzi yazarların timsalında bu proporsiya 

gözlənsə də, ümumilikdə çağdaĢ tənqiddə müxtəlif 

metodologiyaların, eləcə də sosioloji, strukturoloji, estetik 

və ya linqvistik tənqid növlərinin   bir-birinə 

qarıĢdırılması daha çox müĢahidə olunur. Nəticədə 

tənqidin məqsəd və xarakteri də mücərrədləĢir ki, bu 

vəziyyətdə tənqidçi dənizə baĢ vuran, amma nə axtardığını 

bilməyən dalğıca bənzəyir. Bu cür xaotik və səmərəsiz 

yanaĢma  bəzən tənqidçinin  özünü biləndər göstərmək 

istəyindən, əksər hallarda isə bilgisizliyindən qaynaqlanır.  

Digər problemi isə tənqid janrlarına doqmatik sovetoloji 

ənənələr Ģərtləndirir. Bu ənənələrə görə, ədəbi tənqid 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

41 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

resenziya, ədəbi portret, analitik məqalə, icmal kimi bir 



neçə janrla məhdudlaĢır. Halbuki, ədəbiyyatı predmet 

olaraq götürən və onun problemlərinin konseptual 

çözümünə, milli- bəĢəri axınlar zəminində Ģərh və 

təhlilinə xidmət edən  hər bir yazı formasından,  Ģəklindən 

asılı olmayaraq ədəbi tənqid funksiyasını yerinə yetirir.  

Və bu sıraya epistolyar məktub da, esse də, ədəbi oçerk 

də, ədəbi dialoq və  müsahibə də daxildir. Dünya tənqidi 

bu janrların hamısından mütəmadi yararlandığı halda, 

bizdə hələ də yenilikləri «burunlamaq» meyli güclüdür. 

Bu səbəbdən çağdaĢ tənqidin  metodologiyalarını, janr 

təsnifatını müəyyənləĢdirən  və ədəbi ictimaiyyətə 

aĢılayan elmi-nəzəri vəsaitlərə ciddi ehtiyac duyulur.  

Belə vəsaitlərdən biri filoloji elmlər doktoru Vaqif 

Sultanlının 2007-ci ildə nəĢr olunmuĢ «ÇağdaĢ tənqidin 

tədrisi məsələləri» kitabıdır.  Tənqidin doqmatik, 

impressionist, tarixi-obyektiv metodları, əski və yeni  

janrları, eləcə də digər problemləri  aydın, elmi-məntiqi 

dəlillərlə Ģərh olunan bu kitab sözügedən məsələlərə aid 

suallarla üzləĢən tənqidçi üçün dəyərli bir mənbədir.   

Tənqidin bir baĢqa problemi təmayülləĢməməsidir. Dünya 

tənqidində təmayülləĢmə artıq çoxdan mövcuddur.  Bizim 

ədəbiyyatĢünaslığımızda da bu təcrübədən istifadə olunur 

və ədəbiyyatın konkret bir problemini, yaxud, konkret bir 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

42 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

yazıçını öyrənən nizamiĢünas, füzuliĢünas, nəsimiĢünas 



alimlərimiz  elmə ümumi, universal araĢdırmalardan daha 

fundamental xidmət göstərirlər. Bu səbəbdən çağdaĢ  

ədəbi tənqiddə də poeziya, nəsr, dramaturgiya sahələri 

üzrə təmayülləĢmə, ixtisaslaĢma zəruridir və nəsr 

tədqiqatçısı Akif Hüseynovun timsalında bunun nə qədər 

faydalı olduğu  aydın görünür.   

 

 

 



*  *  * 

 

 



 

 ÇağdaĢ tənqidin ciddi iç problemləri də mövcuddur və 

bunlardan birincisi meyarsızlıqdır. Bəzən tənqidçi 

prosesin dinamikasına təsir göstərib onu  öz ardınca 

aparan bilən ədəbi faktları, istedadı, məhsuldarlığı ilə 

seçilən yazarları  görməzliyə vuraraq  Ģəxsi və digər 

münasibətlər səbəbindən subyektiv seçimə üstünlük verir. 

Deyək ki, heç bir üstün ədəbi məziyyəti ilə fərqlənməyən 

adi bir yazar böyük təhlil yazılarının qəhrəmanına çevrilir. 

Həqiqi istedad isə  bu cür ədalətsizlikdən  küsüb 

bədbinləĢir. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

43 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

Fikrimcə, AYB dərgilərinin və ədəbiyyata intensiv yer 



ayıran digər mətbuat orqanlarının vaxtaĢırı monitorinqinin 

keçirilməsi, respondentlərə günün ədəbi prosesi, seçilən 

əsərlər və yazarlar barədə suallar ünvanlayıb  gerçək ədəbi 

faktların müəyyənləĢdirilməsi yolu ilə tənqidçini fakt 

qarĢısında qoymaq və ədalətsizliyi xeyli aradan qaldırmaq 

olar. 


Ümumən götürdükdə, Azərbaycan tənqidi orta əsrlərdən 

üzübəri bütün təĢəkkül tarixi ərzində heç vaxt indiki qədər 

yazıçı ilə tənqidçi arasında  iĢbaz münasibətlər 

səviyyəsinə enməyib. Aydındır ki, bu vəziyyətin böyük 

səbəbi iqtisadi durumla bağlıdır və tənqidçinin onu 

dəyərləndirmək imkanları olan yazıçıdan yazmasında 

böyük qəbahət yoxdur. Bir Ģərtlə ki, o yazıçı həqiqətən 

yazıçı olsun və tənqidçi onun yaradıcılığını tədqiq edərkən 

uydurmalara, ədalətsiz müqayisələrə yol verməsin.  

Məsələn, Füzulinin nə qədər nəhəng olduğunu yaxĢı bilən 

və onun sənətkarlığından monoqrafiya yazan  möhtərəm 

bir təfəkkür adamının adi bir yazarı mədh edərkən Füzuli 

kimi dahiylə müqayisə etməsi heç bir halda ona nüfuz 

gətirmir. Təəssüf ki, belə təhlükəli meyllər yaranmaqda və 

ümumi tənqidin simasızlaĢması haqqında yanlıĢ təsəvvür 

formalaĢmaqdadır.  




Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə