Tofiq Xəzər



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə3/229
tarix13.12.2017
ölçüsü4,78 Mb.
#15422
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   229

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

11 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

yazmaqla özümü çoxbilmiĢ, zəngin dünyagörüĢlü, 



hərtərəfli mütaliəçi, bilgitoplayıcı intellektual  kimi 

öyünməkdən vaz keçirəm... 

 Fəqət bütün bu qeydlərimə rəğmən – onu da əlavə edim 

ki, xanım yazarın xarici ədəbiyytdan bəhrələnməyi 

təqdirəlayiq hal sayılsa da, milli bədii söz kodlarından, 

kulturoloji genlərdən yan qaçması qayğılandırıcı göründü 

mənə: axı dünyaya yeni Aqata Kristi, yaxud köhnə 

Vladimr Sarokin lazım deyil, əksinə, təp-təzə Orxan 

Pamuk gərəkdir… – Feyziyyənin hekayəsində qəribə bir 

estetik sehrin cazibəsinə düĢmək olar. Bu cəhət isə yenicə 

yazmağa giriĢən yazardan ötrü ən ilkin amil sayılır.  

Lap dərinə gedərək gənc ədəbi pöhrəni qurutmaq azarına 

tutulanlardan olmadığımdan, yazar xanıma bir tərif də 

ismarıclamaq istəyirəm: bundan sonra mənim tərəfindən 

imzasına diqqət ayıracağım bir ad da var – Feyziyyə... 

 

Fərid 



 

Boynuma alıram, yazmasam da, onsuz da bu 

qeydlərimdən anlayacaqsız: indiyə qədər hər Ģey barədə 

bilgi toplayan, öyrənməkdən ötrü sino gedən dostum 

Fəridin varlığı onun yazdıqlarından daha maraqlıydı 

məndən ötrü. Son bir ildə hər atüstü görüĢlərimizdə 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

12 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

intellektimdəki kodları bu gəncə ötürməkdən xüsusi zövq 



alırdım: sanki yeni bir varlıq yaradırdım. Amma onun 

“Mədəniyyət” qəzetinin 8 noyabr 2008-ci il tarixli 

sayındakı Feyziyyənin hekayəsi oxuduğum səhifədə 

verilmiĢ və  haçansa mənə də oxuduğu Ģeirlərini təkrarən 

duyğularıma qatdıqca, içimdəki bu istedadlı insan dəyiĢdi: 

yaratdığımdan yaradıcıya çevrildi... 

 

Buludlar sonuncu mərtəbədə, 



Təyyarə bir mərtəbə aĢağı. 

Daha sonra quĢların mənzilləri. 

QuĢlardan aĢağıda elektrik dirəkləri 

Biz birinci mərtəbədə yaĢayırıq –  

Köhnə, çirkli mərtəbədə… 

 

Mən bilmirəm, bəlkə də heç gənc dostumun özü də 



duymur, fəqət tam məsulliyyətimlə söyləmək içimdən 

keçir: ona Azərbaycan Ģerində çevriliĢ etməkdən ötrü 

yaradıcı səlahiyyət verilib. O baĢqa problemdir ki, bir 

yazar olaraq Fərid bu ağır yükü istedadına, sonra isə 

intellektinə yığmaq iradəsindədir, ya yox... 

 

Mən səni bütöv sevirəm axı. 



Niyə hissə-hissə qopursan məndən!?  


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

13 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

 



- bu cüt misranı oxuyanların çoxu ağız əyəcəklər, amma 

hədər yerə, öncə qoy o Ģeri bütöv halda ürəklərinə 

yükləsinlər. Gənc Ģair hərtərəfli ədəbi təsirlər 

məngənəsindədir. Bu sadə faktı danmaq üçün gərək ya 

Fəridin düĢməni olasan, ya onun dünyaya göz açdığı 

Kürdəmirdəki kənd ədəbiyyat müəllimi, ya da nadan… 

 Gənc qələmdaĢım bu qeydlərimdən xəstəhal olmamalıdır, 

bizim hamımız lap indinin özündə də kimlərdənsə 

bəhrələnmiĢ, ya da ustad imza sahiblərinin təsirinə 

düĢmüĢük. Doğrudur, əgər yaradıcılığının bütün 

mərhələsində bu ədəbi-estetik “təsiri” hansısa sənətkara 

“sevgimizlə” izah etməyə, özümüzə yalandan təsəlli 

verməyə, dolayısı ədəbiyyatı, müqəddəs sözü aldatmağa 

çalıĢırıqsa, onda böytük mənada yanılırıq. Hər halda, 

ədəbi ünümüzün Biləcəridən üzü o yana gedib 

çıxmamasının əsas səbələrindən biri, bəlkə də yeganəsi də 

məhz budur. Fəqət, əgər bütün yaradıcı ömrünü bu 

özünüaldatmalara sərf edəcəksə, elə indinin özündə  Fəridi 

mən də, baĢqaları kimi, dahi adlandırmağa hazıram… 

Fəridin yaratdıqlarını çağdaĢ poeziyamızda, 

ədəbiyyatımızda baĢqalarına nisbətən yeni – günümüzün 

Azərbaycan ədəbi prosesi üçün maraqlı fakt kimi 

qiymətləndirməyimdə iki cəhəti vurğulamaq istəyirəm. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

14 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

Birincisi, onun öz həyatındakı kimi, Ģeirlərində də fəlsəfi 



səmimiyyət, eləcə də məntiqi sadəlik, ikincisi isə milli və 

dünya ədəbiyyatı ilə acgözlüklə tanıĢ ola-ola öz istedadına 

intellekt qatmağı mənim bəyəndiyim tərəflərdir. Sona 

qədər belə getsə, Fərid çağdaĢ Azərbaycan ədəbiyyatının 

dünyaya ürəklə çıxara biləcək imzalarının 

qabaqcıllarından biri olacaq: necə deyərlər, yaĢayarıq-

görərik... 

 

P.S. Redaksiyanın tapĢırığını – Aydın, mümkünsə, köĢə 



yazılarını qısa elə!!! – bu dəfə də yerinə yetirə bilmədim: 

nə etməli, böyük ədəbiyyat barədə qısa yazmaq, sadəcə, 

mümkün deyil…   

 

 



 

 

 



 

 

 



 

 

 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

15 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

 



Bəsti Əlibəyli 

AYB Tənqid seksiyasının müdiri 

 

ÇağdaĢ tənqid və ədəbi proses: 2004-2007-ci 

illər 

 

     



Ədəbiyyat yalnız zövq məsələsi, bədii-estetik hadisə 

olmayıb, həm də ideoloji məsələdir. Çünki ictimai-siyasi 

sistem modelləri də, inqilablar, çevriliĢlər və təkamül 

prosesləri də bir çox hallarda cəmiyyətə ədəbiyyatdan-

mədəniyyətdən daĢınıb və bədii-estetik idrak ictimai-

siyasi idrakın ilkin bazası, hərəkətverici qüvvəsi rolunu 

oynayıb.  

Bəs bədii-estetik idrakın - ədəbiyyatın hərəkətverici 

qüvvəsi nədir? Yəqin ki, iyirminci əsr avtoritar rejiminin 

tənqidə həvalə etdiyi ideoloji jandarm rolunu nəzərə alan 

müəyyən söz adamları hesab edirlər ki, ədəbiyyatın 

hərəkətverici qüvvəsi tənqiddir.  

 

Fikrimcə, indiki müstəqillik, azadfikirlilik çağında 



hərəkətverici qüvvə ifadəsi çox gurultulu səslənir və 

inandırıcı görünmür. Müasir çağda tənqid elmi-metodoloji 




Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə