1
AKADEMIK
KAMAL ABDULLA ŞAIQ OĞLU TALIBZADƏ
HƏYAT VƏ FƏALİYYƏTİNİN ƏSAS TARİXLƏRİ
1923, 14 avqust
Bakı şəhərində anadan olmuşdur
1930-1940
Bakıdakı 9, sonra 14 №-li məktəbin şagirdi
1940-1945
Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsində oxumuş və oranı
fərqlənmə diplomu ilə bitirmişdir
1945, 2 aprel
Azərbaycan Dövlət Universitetinin «Tərifnaməsini» almışdır
1945, 25 iyun
SSRİ Xarici İşlər Komissarlığının Qəbul Komissiyasının qərarı və Azərb.KP
MK-nın Birinci katibi M.J.Bağırovun rəsmi zəmanəti ilə imtahan verib Moskva
Ali Diplomatiya Məktəbinə qəbul olunmuşdur
1945-1948
Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat və Dil İnstitutunda
aspirant
1945, 25 oktyabr
Nizami adına Ədəbiyyat və Dil İnstitutunun kiçik elmi işçisi
1946-1990
SSRİ Həmkarlar İttifaqının üzvü
1947-1990, 27 yanvar Sovet İttifaqı Kommunist Partiyasının üzvü
1948, 11 yanvar
Bakı şəhəri Voroşilov Rayon Sovetinin 33-cü dairəsindən deputat seçilmişdir
1949, 10 iyun
ADU-nun Elmi şurasında «Abbas Səhhətin həyat və yaradıcılığı» mövzusunda
dissertasiya müdafiə etmişdir
1949, 17 noyabr
Nizami adına Ədəbiyyat və Dil İnstitutunun baş elmi işçisi
1949
Nizami adına Ədəbiyyat və Dil İnstitutu Elmi şurasının üzvü
1950-1952
Azərbaycan Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasında
müəllim
1952-1960
Nizami adına Ədəbiyyat və Dil İnstitutunda şöbə müdiri
1953, 21 iyul
Baş elmi işçi elmi adı verilmişdir
1953, yanvar
Azərbaycan Yazıçılar İttifaqının üzvü
1954 – bu günədək
Azərbaycan Yazıçılar Birliyi İdarə heyətinin üzvü
1957-1975
Azərbaycan Yazıçılar Birliyi tənqid və ədəbiyyatşünaslıq bölməsinin rəhbəri
1957-1976
«Müasir dövrdə dünya ədəbiyyatının inkişaf qanunauyğunluqları» Respublika
Əlaqələndirmə şurasının sədr müavini və sədri olmuşdur
1960-1981
Nizami adına Ədəbiyyat və Dil İnstitutunun elmi işlər üzrə dirktor müavini
1965, 29 aprel
ADU-nun Elmi şurasında filologiya elmləri doktoru alimlik dərəcəsi almaq üçün
«XX əsrin əvvəllərində Azərbaycan ədəbi tənqidi» mövzusunda dissertasiya
müdafiə etmişdir
1965-1976
Azərbaycan Yazıçılar İttifaqı Rəyasət heyətinin üzvü
1966, 17 may
S.Vurğunun anadan olmasının 60 illiyinə həsr olunmuş Ümumbakı elmi
sessiyasında «S.Vurğunun ədəbi-tənqidi görüşləri» mövzusunda məruzə etmişdir
1967
Azərbaycan Elmlər Akademiyasında Jəlil Məmmədquluzadənin anadan
olmasının 100 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi sessiyada «Molla
Nəsrəddin curnalının ədəbi mövqeyi» mövzusunda məruzə etmişdir
1968, 2 fevral
Azərbaycan EA Rəyasət heytinin qərarı ilə «Müasir dövrdə dünya ədəbiyyatının
inkişaf qanunauyğunluqları» Problem Şurasının sədri təyin edilmişdir
1968, 14 fevral
Azərbaycan «Bilik» cəmiyyətinin «Fəxri fərmanını» almışdır
1968, 16 fevral
Azərbaycan EA-nın Rəyasət heyətinin qərarı ilə Nizami adına Ədəbiyyat və Dil
İnstitutunun direktoru vəzifəsini icra etmişdir
1969, 4 iyun
Azərbaycan EA-nın Əlaqələndirmə Şurasının «Azərbaycan ədəbiyyatında
realizm» probleminə həsr olunmuş Ümum Respublika müşavirəsində «XX əsr
Azərbaycan tənqidində realizm» mövzusunda məruzə etmişdir
1969
Azərbaycan «Bilik» cəmiyyətinin Bakı şöbəsinin Ədəbiyyat və İncəsənət
Metodik Şurasının sədri
2
1970, 31 mart
SSRİ Ali Sovetinin «Əmək igidliyinə görə» medalı ilə təltif olunmuşdur
1971
Azərbaycan KP MK-nın orqanı «Azərbaycan Kommunisti» curnalı redaksiya
heyətinin üzvü
1971, 1 iyun
Azərbaycan Yazıçılarının V qurultayında «Azərbaycan sovet tənqidi və
ədəbiyyatşünaslığı son beş ildə» mövzusunda məruzə etmişdir
1972, 18 aprel
Nizami adına Ədəbiyyat İnstitutunun elmi sessiyasında «N.Nərimanov və XX
əsr Azərbaycan tənqidi» mövzusunda məruzə etmişdir
1972, 19 iyul
SSRİ AAK-n qərarı ilə «Professor» elmi adı verilmişdir
1972
Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun Müdafiə Şurasının sədr
müavini.
1972, 17 oktyabr
Azərbaycan SSR EA-da Əlaqələndirmə şurasının Sovet Şərqi xalqlarının
ədəbiyyatlarında realizm problemi müşavirəsində «Azərbaycan ədəbiyyatşüna-
slığında Şərq realizmi problemləri» mözusunda məruzə etmişdir
1972, 18 dekabr
Azərbaycan EA-da A.Səhhətin anadan olmasının 100 illiyinə həsr olunmuş elmi
sessiyada «A.Səhhətin naməlum satiraları» mövzusunda məruzə etmişdir.
1974, 20 dekabrda
Azərbaycan Yazıçılar İttifaqı, Azərbaycan SSR «Bilik» Jəmiyyəti və Nizami
adına Ədəbiyyat İnstitunun Abbas Səhhətin anadan olmasının 100 illik
yubileyinə həsr olunmuş elmi-ədəbi yığıncaqda giriş sözü demişdir.
1974, 27 dekabr
Azərbaycan Yazıçılar İttifaqı və Respublika Teatr cəmiyyətinin A.Səhhətin
anadan olmasının 100 illik yubileyinə həsr olunmuş təntənəli yubiley gecəsində
şair haqqında məruzə etmişdir
1976-1987
Azərbaycan Sovet Ensiklopediyası dil və ədəbiyyat elmi redaksiyasının üzvü
1976, 31 mart
Azərbaycan SSR EA-nın M. Ə. Əzizbəyovun anadan olmasının 100 illik
yubileyinə həsr olunmuş yubiley elmi sessiyasında «Bədii ədəbiyyatda M.
Əzizbəyovun obrazı» mövzusunda məruzə etmişdir.
1976, 26 iyun
Azərbaycan EA-da S. Vurğunun 70 illiyinə həsr olunmuş yubiley elmi
sessiyasında «Sənətkarın şəxsiyyəti» mövzusunda məruzə etmişdir
1977
Neapol şəhərində keçirilən Azərbaycan günlərində iştirak etmək üçün
Azərbaycan nümayəndə heyəti tərkibində İtaliyaya getmiş, Roma, Milan,
Florensiya, Venesiya, Pompey şəhərlərindəki rəsmi görüşlərdə olmuşdur
1977, 23 noyabr
İtaliyanın Neopol şəhərinin Şərqşünaslıq Universitetində «Azərbaycan ədəbiy-
yatının tarixi mərhələləri» mövzusunda məruzə etmişdir
1977, 26 oktyabr
Azərbaycan EA-nın elmi sessiyasında «Azərbaycan sovet ədəbiyyatşünaslığının
inkişaf mərhələləri» mövzusunda məruzə etmişdir
1977-ci ildən bu
günədək
İctimai-siyasi Tədqiqatlar və İnformasiya İnstitunun Elmi şurasının üzvü
1978, 11 sentyabr
Azərbaycan EA və Azərbaycan Yazıçılar İttifaqının keçirdiyi yığıncaqda
«L.N.Tolstoy və XX əsrin əvvəllərində Azərbaycan ədəbi fikri» mövzusunda
məruzə etmişdir
1979, 21 may
Nizami adına Ədəbiyyat İnstitunda Mehdi Hüseynin anadan olmasının 70 illik
yubileyinə həsr olunmuş elmi sessiyada giriş sözü demişdir
1980-1986
Nizami adına Ədəbiyyat İnstitutunda Tənqid tarixi və nəzəriyyəsi şöbəsinin
müdiri
1980, 7 fevral
SSRİ EA Rəyasət heyətinin qərarı ilə Sovet Türkoloqları Komitəsinin üzvü
1980, 20 mart
Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.
1980-bu günədək
Azərbaycan EA Ədəbiyyat, Dil və İncəsənət bölməsinin üzvü
1981, 2 iyun
Nizami adına Ədəbiyyat İnstitunun elmi işlər üzrə direktor müavini vəzifəsindən
öz xahişi ilə azad edilmişdir
1981, 20 oktyabr
Azərbaycan EA-da Mirzə İbrahimovun anadan olmasının 70 illiyinə həsr
olunmuş elmi sessiyada «M. İbrahimovun ədəbi görüşlərində ədəbi irs problemi»
mövzusunda məruzə etmişdir
1982, 29 dekabr
Azərbaycanın əməkdar elm xadimi fəxri adı almışdır
1983, 30 sentyabr
Nizami adına Ədəbiyyat İnstitutu və Azərbaycan Yazıçılar İttifaqı birlikdə
anadan olmasının 60 illiyinə həsr olunmuş yubiley yığıncağı keçirmişdir
1983, 10 oktyabr
«Qabaqcıl maarif xadimi» adı verilmişdir
1984, 6 aprel
Azərbaycan EA «Xəbərləri»nin /Ədəbiyyat, Dil və İncəsənət seriyası / baş