www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
57
E-antologiya:
çağdaĢ filoloji materiallar
və milli ədəbiyyatımızın dünya ədəbiyyatı ilə qoĢa
addımlamasını, daha doğrusu, onun içində özünü necə
hiss etməsini diqqətdə saxlamalı, bu ədəbiyyatların
balansında oxucu meylinin və zövqünün
istiqamətlənməsinə kömək etməli, bunları
stimullaĢdırmalıdı.
Hazırda Azərbaycanda əsasən gənc yazarların qüvvəsi ilə
«Dünya ədəbiyyatı» jurnalı çap olunur. Biz uzun zaman
həsrətində olmuĢuq ki, kaĢ Azərbaycanın da «Ġnostrannaə
literatura» kimi bir jurnalı olaydı. Ġndi var. Bəs
münasibət? – Yoxdu. Jurnalda dünya ədəbiyyatının ünlü,
yeni sözlü, yeni ideyalı yazarlarının, fikir adamlarının
əsərləri çap olunur. Yəqin ki, jurnal getdikcə daha çox
orijinaldan tərcüməyə üstünlük verəcək. Bu, olduqca
vacibdi!. Xüsusilə, milli ədəbiyyatımızla müqayisələr
aparmağa, tənqidi mülahizələr yürütməyə kifayət qədər
bol material var. Təəssüf ki, tənqidimiz dar çərçivədə
düĢünmək «ənənəsi»ndən əl çəkməyib – o hələ də
resenziya orbitindən güclə çıxır. Ən ağrılısı budu ki,
mövzu, problem dairəsi geniĢ olan yazılarda da çox zaman
«resenziya» ağlı, ülgüsü ilə düĢünülür. Tənqid həm də
monumental yaradıcılıq üsulu kimi ədəbiyyat dünyasının
orbitində hərəkət edə və onu professional düĢüncə-
yanaĢma obyektinə çevirə bilər.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
58
E-antologiya:
çağdaĢ filoloji materiallar
Yenilikçiliyə həssaslıqla yanaĢan, dünya ədəbiyyatı ilə
fəal ünsiyyətə can atan ədəbiyyatçıların redaktorluğu ilə
çap olunan «Körpü», «Dünya ədəbiyatı», «Ulduz»
jurnalları ardıcıl olaraq dünya ədəbiyyatından seçmələr
verir. Bu, qeyd etdiyimiz kimi, milli ədəbi düĢüncənin
özünü dünya ədəbiyyatı məkanında hiss etməsi üçün
olduqca vacibdi. ÇağdaĢ tənqidimizin belə təbii kontakt
situasiyasına münasibətsiz qalması qeyri-normaldı.
Halbuki, həm görülən iĢin texnologiyasına münasibət,
həm də çap olunan materialların araĢdırılması tənqid üçün
yetərincə olmalıdı.
Çap olunan kitablarda, əsasən, ədəbiyyat problemlərinə,
ayrı-ayrı yazıçı və Ģairlərmizin yaradıcılığına
ədəbiyyatĢünaslıq və tənqidin müĢtərək münasibətinin
Ģahidi oluruq. Tədqiqatlar daha çox nəzəri, Ģərhi planda
aparılır. Ancaq tənqidi analitikanın yetərincə əhatəli
münasibətini görmürük. Bu münasibət daha çox
fraqmentar xarakter daĢıyır. Tənqid daha çox Azərbaycan
mətbuatında çevik görüntüləri, hərəkət dinamikası ilə
təzahürünü tapır. Sosial-tənqidi düĢüncə ədəbi-tənqidi
diskussiya meydanına çağırır. Dialoq mühitinin
gücləndirilməsinə, ədəbi polemosa meyllər oyanır.
Diqqətçəkəndi ki, buna səylər tənqidin özü ilə bərabər
yazıçı və jurnalistlərdən də gəlir.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
59
E-antologiya:
çağdaĢ filoloji materiallar
Tənqid yazıçılarımızın nəsr, Ģairlərimizin poeziya
yaradıcılığına daha çox fərqli planda baxır, nəzəri-tənqidi
ümumiləĢdirmələrlə ədəbi prosesin axar və yönləri əhatə
olunmur. Yalnız «Ġlin ədəbi yekunları»nda onu müəyyən
sistem parametrlərində çevrələməyə cəhd edilir.
Ədəbi prosesi bütün spektrləri ilə konseptual tutarda
görükdürmək tənqidin ən mühüm vəzifələrindəndi ki, hələ
tənqid buna yetərincə nail olmur. Tənqid bunu onunla izah
edir ki, ədəbi proses ortaya o qədər də sanballı əsərlər
çıxara bilmir. Belə əsərlər nadir hallarda olsa da, ərsəyə
gəlir. Ancaq gəlməsə də, tənqid ədəbiyyatın vakuumlarını
görməli, göstərməli, ədəbi prosesin dinamikasını yaradıcı
enerjidən, təpərdən düĢməyə qoymamalıdı.
Tənqidin öz nəzəri-metodoloji problemlərinə, peĢəkarlıq
məsələlərinə, yeni dövrün ədəbi istiqamətlənmələrində
özünümüəyyənləĢdirmə xüsusiyyətlərinə də diqqət
yönəldilir. Tənqid çalıĢır ki, ədəbi prosesin öz ümumi
tempindən aĢağı düĢməsinin qarĢısı alsın, böhran və
tənəzzül dövrü baĢa çatsın. Tənqidin yeni nəzəri-
metodoloji və estetik prinsiplərlə, özü də hər cür
orijinallığa imkan verən prinsiplərlə iĢləməsi zərurətini
son illərin yaradıcılıq axtarıĢları bütün aydınlığı və
kəskinliyi ilə üzə çıxarır.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
60
E-antologiya:
çağdaĢ filoloji materiallar
Ədəbi prosesin və ayrı-ayrı əsərlərin, əlbəttə, daha çox
təzə çap olunan əsərlərin təhlilində tənqid bir sıra
çatıĢmazlıqları, əsasən də, cəmiyyəti saran dürlü
problemlərin, qaynar soruların, mənəviyyatda baĢ verən
yeni dəbərtilərin, insani münasibətlərdə gərginləĢmələrin,
Azərbaycanın qlobal dünya axınlarında özünü toparlaya
bilməsinin, yabançı təsirlərə müqavimət duyğusunun
qabarıq görüntüləri ilə, süjet, xarakter, obraz yaradılıĢları
ilə bədii sənətdə mükəmməlcə əks tapmamasını az və ya
çox dərəcədə görür və vurğulayır. Ədəbiyyatda, poetik
təcrübədə təqlid-imitasiya hallarını, plagiatlıq, xüsusilə
Ģeirdə bir-birini yamsılamaqdan əl çəkməzliyi, vaysınma
psixolojisini, süni dərdçəkərliyi görür və tənqid edir.
Tənqidi düĢüncəni çərçivələyən ortodoksal ölçülər öz
əhəmiyyətini itirdikcə, sökülüb atıldıqca, tənqidi
yaradıcılıqda subyektiv baĢlanğıc güclənir. Amiranə
tənqid, diqtə tənqidi tükəndikcə ortaya ədəbiyyata doğma
münasibətin istiliyi, məhrəmliyi gəlir. Və bu da təbii
olaraq tənqiddə janr müxtəlifliyi, üslub əlvanlığı, forma
axtarıĢlarını törədir. Tənqiddə həm yazıçıların, həm də
oxucuların marağına səbəb olan bu dəruni qatların
açılması baĢlanğıc ərəfəsindədir. Özünü eĢitməklə
ədəbiyyatı dinləməyin üsulları tükənməzdir.
Dostları ilə paylaş: |