VII sinifdə standartların reallaşdırılması və inteqrasiyası cədvəli
5
Sıra
№-si
Altstandart
Dərslikdə
mövzunun
nömrəsi
Fənlərarası
inteqrasiya
(standartların
kodları)
1.1.1.
Maddələri (bəsit,
mürəkkəb, saf), qarı -
şıqları tərkibinə və fiziki xassələrinə
gö rə fərqləndirir.
1; 2; 3; 6
C.: 2.1.7.;
F.: 2.1.3.;
B.: 2.1.2.
1.2.1.
Atomun tərkibini, atom-molekul
təlimini izah edir.
3; 4; 5
F.: 2.1.2.
1.2.2.
İlk kimyəvi anlayışlar və onların
əlaqələrini şərh edir.
1–11
1.3.1.
Maddələrin formuluna əsasən sadə
hesablamalar aparır.
8; 9; 10
Riy. – V s.: 1.2.1.;
1.2.2.; 1.2.3.
1.3.2.
Məhlullar və həllolmaya aid sadə
hesablamalar aparır.
27; 25
Riy.: 1.2.1; 1.2.5;
1.3.1.
2.1.1.
Kimyəvi reaksiyaların əlamətlərini,
əsas tiplərini, başvermə səbəblərini
izah edir.
11; 23
B.: 2.1.1; 2.1.2.
2.2.1.
Sadə reaksiyaların tənliklərini tərtib
edir.
14; 15; 16; 22
2.2.2.
Sadə reaksiyaların tənliklərinə əsasən
hesablamalar aparır.
16; 19
Riy.: 1.3.1.; 2.2.2.
3.1.1.
Sadə təcrübələr, müşahidələr aparır.
2; 11; 12;
14; 21
F.: 3.1.1.; 3.1.2.;
B.: 1.1.3.
3.2.1.
Sadə molekulların modellərini
hazırlayır.
3; 13; 21
F.: 3.1.2.
4.1.1.
Məişətdə işlənən kimyəvi maddələrlə
davranma qaydalarını izah edir.
1; 2
Hb.: 4.2.1.; 4.3.1.;
B.: 4.1.1.
4.1.2.
Maddələrin tətbiqinə aid təqdimatlar
edir.
15; 22; 24
Hb.: 4.2.1.;
B.: 3.2.2.
4.2.1.
Ekoloji-təmiz mühitin saxlanmasının
əhəmiyyətini şərh edir.
22; 23
Hb.: 1.2.1.;
B.: 4.2.1.
C.: 3.2.5.
4.3.1.
Əsas kimyəvi anlayışlar və qanunları
kəşf edən görkəmli alimlər haqqında
məlumatlar toplayır, təqdimatlar edir.
13; 21
F. – VI sin.: 3.2.2.
Çap üçün deyil
Çap üçün deyil
Çap üçün deyil
VII sinfin sonunda şagird:
• Maddələri (bəsit, mürəkkəb, saf), qarışıqları fərqləndirir, maddələrin
formul ları əsasında sadə hesablamalar aparır.
• Sadə kimyəvi reaksiyaların əsas tiplərini, onların başvermə səbəblərini
izah edir, reaksiya tənliklərinə əsasən hesablamalar aparır.
• Sadə kimyəvi təcrübələr və müşahidələr aparır, molekulların modellərini
hazırlayır.
• Kimyəvi maddələrlə davranma qaydalarını, ekoloji təmiz mühitin əhə -
miyyətini izah edir.
• Əsas kimyəvi anlayış və qanunların kəşfi sahəsində görkəmli alimlər
haqqında topladığı məlumatları təqdim edir.
2. Kimya fənn kurikulumunun təlim strategiyaları
Kimya kurikulumunun tətbiqi yeni təlim strategiyalarından istifadə etməyi
tələb edir. Kimya kurikulumunun tətbiqi zamanı təlimin əsas forması olan
dərslərin təşkilinə aşağıdakı tələblər qoyulur:
1. Dərsin ideya-siyasi səviyyəsi dövrün, zamanın tələblərinə uyğun
olmalıdır.
2. Öyrənilən tədris materiallarının elmi səviyyəsi yüksək olmalı, kimya
elminin əsas inkişaf istiqamətlərini əks etdirməlidir. Müəllim dərsin
mövzusu ilə bağlı ən son yeniliklərlə şagirdləri tanış etməlidir, lakin
bu zaman şagirdlər vacib olmayan məlumatlarla yüklənməməlidir.
3. Hər bir dərsin ümumpedaqoji (öyrədici), tərbiyəedici və inkişafetdirici
məqsədləri əvvəlcədən dəqiq müəyyənləşdirilməli, dərsin mərhələləri
və dərsdə tətbiq edilən metodlar, priyomlar həmin məqsədlərə nail
olunmasına xidmət etməlidir.
4. Dərsdə şagirdlərin müstəqil işlərinin təşkilinə geniş yer verilməlidir.
Müstəqil işlərin genişləndirilməsi və mürəkkəbləşdirilməsi sinifdən-
sinfə keçdikcə tədricən aparılmalı, burada şagirdlərin ümumi inkişaf
səviyyəsi və iş şəraiti də nəzərə alınmalıdır.
5. Dərsdə tələb olunan bütün kimyəvi təcrübə növlərindən – nümayiş,
laborator təcrübələri, eksperimental məsələ həlli və b. istifadə olun -
malıdır.
6. Dərs materialının öyrənilməsi həyatla, istehsalatla əlaqələndirilməlidir.
7. Tədris materiallarının öyrənilməsində fəndaxili və fənlərarası inte -
qrasiyadan mümkün qədər istifadə olunmalıdır. Bu məqsədlə şagird -
lə rin keçmiş bilikləri aktuallaşdırılmalıdır.
6
Çap üçün deyil
Çap üçün deyil
Çap üçün deyil
8. Dərsdə kollektivlə, qruplarla, cütlərlə və fərdi iş formaları optimal
şəkildə birləşdirilməli, müstəqil işlərin həm fərdi, həm də kiçik qruplar
şəklində yerinə yetirilməsi vərdişləri möhkəmləndirilməlidir.
9. Dərsin tərkibində fəal təlim metodlarına (problemli təlim, interaktiv
təlim, kompüterlə təlim və b.) üstünlük verilməli, hər hansı metod,
üsul, priyom məqsədəmüvafiq seçilməli və onlardan səmərəli, düşü -
nül müş şəkildə istifadə olunmalıdır.
10. Dərsin gedişi planı tərtib edilərkən onun bütün hissələri, mərhələləri
əv vəlcədən düşünülməli, məntiqi ardıcıllıq gözlənilməli, hər bir his -
səyə ayrılan vaxt düzgün müəyyənləşdirilməli, həm müəllimdə, həm
də şagirdlərdə vaxta qənaət vərdişi yaranmalıdır.
11. Dərsdə mehribançılıq və qarşılıqlı hörmət olmalı, işgüzar mühit ya ra -
dılmalı, hamı azad və rahat şəraitdə fəaliyyət göstərməlidir.
Yaranmış gərginliyi aradan qaldırmaq üçün hərdən emosional çıxışlara
da yer verilməlidir.
12. Dərsdə müntəzəm olaraq şagirdlərin bilik və bacarıqlarının inkişa fı na
nəzarət edilməli, onların fəaliyyəti və səviyyəsi qiy mət lən diril məlidir.
Bu məqsədlə sistematik şəkildə cari və dövri olaraq şifahi və yazılı
yoxlamalar keçirilməli, nəticələr təhlil edilərək şagirdlərin öz lə rinə və
onların valideyninə çatdırılmalıdır.
Müasir Azərbaycan məktəbi praktikasında reallaşdırılan, nisbətən geniş
tətbiq olunan təlim texnologiyaları aşağıdakılardır:
1. Əməkdaşlıqla təlim texnologiyası.
2. Layihələr metodu ilə (layihələrin hazırlanması ilə) aparılan təlim tex -
nologiyası.
3. Modullarla təlim texnologiyası.
Bu təlim texnologiyalarının mahiyyəti, məzmunu və tətbiqi üsulları ilə
qısaca tanış olaq.
Əməkdaşlıqla təlim texnologiyası
Bu təlim texnologiyasında əsas ideya nəyi isə birlikdə yerinə yetirmək
yox, birlikdə öyrənməkdir. Onun tətbiqi zamanı tədris materialını şagirdlər,
əsasən, qruplar və cütlər halında öyrənirlər.
Əməkdaşlıqla təlim texnologiyası müxtəlif metodlarla reallaşdırılır: qrup -
larda təlim metodu, «Ziqzaq» metodu və başqaları.
Qruplarda təlim metodu bir neçə variantda aparıla bilər. Onlardan bəzi lə -
rinin gedişini nəzərdən keçirək. «Kiçik qruplarda (4–5 nəfərlik) əmək daş lıq
metodu» adlanan variantda təlim zamanı müəllim yeni dərs materialını şərh
edir (dərs materialı şagirdlərin müstəqil öyrənə biləcəyi məzmunda ol duqda
7
Çap üçün deyil
Çap üçün deyil
Çap üçün deyil