Tit-kim Documen qxd



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə7/27
tarix26.05.2018
ölçüsü0,6 Mb.
#46025
1   2   3   4   5   6   7   8   9   10   ...   27

I FƏSİL. İLK KİMYƏVİ ANLAYIŞLAR

Mövzu 2. Maddələr. Maddələrin xassələri. Qarışıqların

ayrılma üsulları

Аlt standart: 1.1.1.,  3.1.1.

Məqsəd:

Şagird:

– maddə və cisim anlayışlarını fərqləndirir;

– saf maddə və qarışığı tərkibinə, fiziki xassələrinə görə fərqləndirir;

– maddələrin fiziki və kimyəvi xassələri anlayışlarını aydın laş dırır;

– qarışıqların növlərini və hər növ üçün ayrılma üsullarının mahiyyətini

izah edir, sadə təcrübələr, müşahidələr aparır.



Təlim forması: cütlərlə, kollektivlə və kiçik qruplarla iş

Təlim üsulu: dialoji şərhetmə, müstəqil işlərin təşkili, müzakirə, əqli hücum

İnteqrasiya: C.: 2.1.7.;  F.: 2.1.3.;  B.: 2.1.2.

Resurs: saf və qarışıq maddə nümunələri, dərslik

Dərsin gedişi: Cisim və maddə anlayışlarının fərqi nədir? Təbiətdə və

məişətdə rast gəldiyiniz cisim və maddələrin adını deyin. Ağac kömürü, şəkər

və xörək duzu bir-birindən hansı cəhətlərinə görə fərqlənir, onlarda oxşar

cəhətlər hansılardır? Sizin tanıdığınız maddələrdən hansını saf (təmiz), hansını

qarışıq maddə hesab edirsiniz? – suallarına cavab almaqla motivasiya yaradı -

lır və təlim problemi (mövzu) müəyyənləşdirilir. Sonra müəllim saf maddə,

maddələrin xassələri, saf maddə ilə qarışıqları fərqləndirən əsas xüsusiyyətlər,

qarışıqların növləri, onları saf maddələrə ayırmaq üsulları barədə qısa şərh

verir (7–8 dəq). 



Tədqiqat sualı: 1. Saf maddə və qarışıqların hansı fərqləri var? 2. Qarı -

şıq  ların nə kimi ayrılma üsullarını bilirsiniz?

Sonra sinif 4–5 nəfərlik qruplara bö lünür və qruplara tapşırıqlar paylanır.

Əlavə olaraq deyilir ki, əvvəlcə dərs likdəki mövzu 1-i diqqətlə oxu yun və si -

zə verilən suallara cavab ha zır la yın, 12–13 dəqiqədən sonra qrup nü ma yən -

19

  Çap üçün deyil

  Çap üçün deyil

  Çap üçün deyil




dəsi lövhə qarşısında cavabı təqdim et məlidir. Qruplara verilən sual və tap -

şırıqlar aşağıdakı məz mun da ola bilər:



I qrup

a) Qrupa müxtəlif cisimlər (əşyalar) verilir və tapşırılır: eyni maddələrdən

hazırlanmış müxtəlif cisimləri, müxtəlif maddələrdən hazırlanmış eyni ci sim -

ləri ayrıca qruplaşdırın.

b) Saf maddə və qarışığın bir-birindən fərqli hansı xüsusiyyətləri var?

Dəmir tozu ilə kükürd tozu qarışığında maddələri hansı üsullarla ayırmaq olar?

Bu üsulları praktik olaraq yerinə yetirin (qrupa (Fe+S) qarışığı, yarım stəkan

su və maqnit parçası verilir).



II qrup

Mövzu 1-dəki mətnin sonundakı 1,2,4 a) və b) bəndlərində verilmiş sual

və tap şırıqlara cavab hazırlayın.

III qrup

Mövzu 1-dəki mətnin sonundakı 1,3,4 c) və ç) bəndlərində verilmiş sual

və tap şı rıqlara cavab hazırlayın.

IV qrup 

Mövzu 1-dəki mətnin sonundakı 5 və 8-ci sual və tapşırıqlara cavab hazırlayın. 

Gil-su qarışığında maddələrin ayrılma üsullarını təsvir edin.

V qrup

Mövzu 1-dəki mətnin sonundakı 6 və 10-cu tapşırıqlara cavab ha zırlayın.

Spirt-su məhlulunda (qarışığında) maddələrin ayrılma üsulunu təsvir edin.

Vaxt tamam olduqda qrup nümayəndələrinin təqdimatları dinlənilir, mü -

za kirə edilir və qiymətləndirilir.

Qiymətləndirmə aşağıdakı meyarlara görə aparıla bilər:

– saf maddə və qarışıqların fərqli xüsusiyyətlərini bilməsi;

– maddələrin fiziki xassələrini müəyyənləşdirmə səviyyəsi;

– eyni və müxtəlif cinsli qarışıqlara misallar göstərməsi;

– eyni və müxtəlif cinsli qarışıqdakı  maddələrin ayrılma üsullarını mə -

nim  səməsi;

– qrupda iş intizamı və əməkdaşlıq.

20

  Çap üçün deyil

  Çap üçün deyil

  Çap üçün deyil




Mövzu 3. Praktik məşğələ 1. Kimya laboratoriyasında iş

zamanı təhlükəsizlik texnikası qaydaları. Kimya

laboratoriyası avadanlıqları. Labo ratoriya

ştativinin quraşdırılması. Alovun quruluşu.

Xörək du zunun təmiz lənməsi

Аlt standart: 1.1.1., 3.1.1., 4.1.1.

Məqsəd:

Şagird:

– kimya kabineti (məktəbdə kimya laboratoriyası) avadanlığı və onların

funksiyaları ilə tanış olur;

– kabinetdə iş zamanı ən mühüm təhlükəsizlik texnikası qaydalarını öy -

rənir;

– laboratoriyada işlənən dəmir ştativin hissələrini quraşdırır, spirt lampa -



sı nın yandırılması və söndürülməsi praktikasına yiyələnir. Spirt lampası

alovunun üç hissədən ibarət olduğunu yoxlayır;

– xörək duzunun təmizlənməsi təcrübəsini aparmaqla eynicinsli qarı şıq -

dakı maddələrin süzmə və buxarlandırma üsulları ilə ayrılması prak -

tikasını  mə nim səyir;

– müstəqil şəkildə kimyəvi təcrübələri müşahidə etmək, nəticələri hesabat

şəklində yazmaq vərdişi qazanır.

Təlim forması: cütlərlə iş 

Təlim üsulu: müsahibə, laboratoriya məşğələsi, ümumiləşdirici söhbət

İnteqrasiya: F.: 3.1.1., 3.2.1.; B.: 1.1.3.

Resurs: dərslik, təcrübələrin aparılması üçün kimyəvi cihazlar, qablar və

tələb olunan maddələr, stendlər, təhlükəsizlik texnikası qaydaları



Dərsin gedişi: Əvvəlcə şagirdlər kimya laboratoriyasındakı ən mühüm

avadan lıq larla (kimyəvi qablar, cihazlar və başqa ləvazimatlar) tanış edilir,

on ların funksiyaları barədə izahat verilir (buna 7–8 dəqiqə vaxt sərf olunur).

Sonra dərs likdə verilmiş «Kimya laboratoriyasında iş zamanı təhlükəsizlik

texnikası qay da larını» diqqətlə oxumaq təklif olunur (5–6 dəqiqə). Ən mühüm

qaydaların yad   da saxlandığını yoxlamaq üçün 3–4 dəqiqə frontal sorğu

aparılır.

Praktik işin ikinci mərhələsində müəllim dəmir ştativin hissələrini, onların

ştativə necə bərkidilməsini, spirt və ya qaz lampası alovunun üç təbəqəli quru -

luşunu əyani nümayiş etdirir. Alovun ən yüksək və ən aşağı temperatur olan



21

  Çap üçün deyil

  Çap üçün deyil

  Çap üçün deyil




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə