– elementlərin nisbi atom kütləsinin hansı düsturla hesablandığını
göstərir,
bir neçə elementin nisbi atom kütləsinin ifadəsini yazıb oxuyur;
– atom kütləsi, kütlə ədədi və nisbi atom kütləsi anlayışlarının fərqini
aydınlaşdırır.
Təlim forması: müsahibə, kollektivlə iş, cütlərlə iş
Təlim üsulu: izahetmə, müstəqil işin təşkili
İnteqrasiya: Riy. – V sinif: 1.2.1.; 1.2.2.; 1.2.3.
Resurs: dərslik, iş vərəqi, xüsusi cədvəl
Dərsin gedişi: Əvvəlcə
motivasiya yaradılır: hesablanmışdır ki,
orta həcmdə
bir almanın kütləsi yer kürəsinin kütləsindən (
≈6⋅10
21
ton) nə qədər kiçikdirsə,
ən ağır atomun kütləsi də həmin almanın kütləsindən bir o qədər kiçikdir.
Tədqiqat sualı: Deyin görək belə hissəciyin kütləsini hansı vahidlə ifadə
etmək, hansı tərəzidə çəkmək olar?
Atomların nə qədər kiçik kütləyə malik olduğunu təsəvvür etmək üçün müəl -
lim şagirdlərə dərslikdə verilmiş 4 elementin (H, O, N, C) qramla hesab lan mış
kütlələrini nəzərdən keçirməyi təklif edir və deyir: «Bu qədər kiçik, mənfi
üstlü kəmiyyətlərdən praktik hesablamalar zamanı istifadə etmək əl ve rişli ola
bilərmi?» Bu giriş söhbətindən sonra atomun, eləcə də başqa mik ro hissə cik -
lərin kütləsini ifadə etmək üçün atom kütlə vahidinin (
12
C izotopu kütləsinin
1/12-i) seçilməsi səbəbi izah olunur və elementin nisbi atom kütləsi (Ar) düs-
turu yazılır. Şagird cütlərinə müraciət olunur ki, atom küt lə vahidinin (a.k.v.)
qram la miqdarının
≈1,66 ⋅10
-24
q olduğunu bilərək dərs likdə qramla atom küt -
lələri verilmiş hidrogen, oksigen, karbon və azot atom larının nisbi küt lələrini
he sablasınlar. Bu rəqəmləri dərslikdəkilərlə tutuş durmaq və onları oxumaq da
təklif olunur. Şagird cütlərinə, həmçinin tap şı rılır ki, Kimyəvi elementlərin dövri
sistem cədvəlindən istifadə edərək 4–5 başqa elementin nisbi atom kütləsinin
qiymətini yazıb oxusunlar. 5–6 dəqiqədən sonra cavablar dinlənilir.
Bilik və bacarıqların möhkəmləndirilməsi və ümumiləşdirilməsi mövzu
4-dəki mətnin sonunda verilmiş sual və tapşırıqlarla aparılır.
Bugünkü dərs materialının öyrənilməsində ən fəal və ən zəif iştirak edən -
lə rin fəaliyyəti müvafiq meyarlarla (elementlərin atom kütlələrinin qramla he -
sablamaq, a.k.v.-nin ifadəsini bilməsi, nisbi atom kütləsi düsturunu izah et mək,
elementlərin Ar-ni ifadə etmək və oxumaq) qiymətləndirilir. Qiymətləndirmə
sözlə də, qiymətləndirmə sistemi ilə də qeyd oluna bilər (qiymətyazma mək -
təb li ki tab ça sında aparılır).
Ev tapşırığı: Öyrənilənləri təkrar edin.
25
Çap üçün deyil
Çap üçün deyil
Çap üçün deyil
Mövzu 7. Yoxlama yazı işi (Kiçik Summativ Qiymətləndirmə)
Аlt standart: 1.1.1., 1.2.1., 1.2.2.
Məqsəd: Öyrənilən tədris materiallarının mənimsənilmə səviyyəsini
müəy yənləşdirmək və qiymətləndirmək.
Təlim forması: kollektivlə iş,
fərdi iş
Təlim üsulu: yazılı testləşdirmə
Resurs: videoproyektor, iki variantda test
Yoxlama yazı işini uğurla keçirmək üçün əvvəlcədən hazırlıq işləri görül -
mə lidir: ən azı iki variantda 10–12 suallı testlər hazırlanmalı, keçilənlər təkrar
olun malı, əsas anlayışlar, hesablamalar, qanunlar, məsələlər şagirdlərin diqqə -
ti nə çatdırılmalı (yaxud buna aid plan yazdırılmalıdır), yazı işinin variantlarını
ekrana vermək üçün diaproyektorun sazlığı yoxlanılmalıdır (diaproyektor
olmadıqda variantların sualları qabaqcadan böyük kağıza yazdırılır və işə baş -
ladıqda lövhədən asılır).
Test variantlarının hər ikisi öyrənilən tədris materiallarını, əsasən, əhatə
etməlidir. Nümunə üçün bir variantda test sual-tapşırıqları təqdim edirik:
1. Yalnız saf maddələrdən ibarət sıra hansıdır?
1. Hava 2. Oksigen 3. Azot 4. Çay suyu 5. Distillə suyu
6. Soda 7. Gil
A) 1,2,3
B) 2,3,4
C) 3,4,5
D) 2,3,5,6
E) 4,5,7
2. Yalnız qarışıqlardan ibarət sıra hansıdır?
1. Təbaşir 2. Dəniz suyu 3. Xörək duzu 4. Daş 5. Spirt
6. Qum 7. Yod
A) 1,2,3,4
B) 3,4,5,6
C) 1,2,4,6
D) 3,4,5,7 E) 3,5,6,7
3. Nisbi atom kütləsi necə işarə olunur?
A) Mr
B) Ar
C) Na
D) a.k.v.
E) At
4. Hansı bənddə atom haqqında deyilən ifadə doğrudur?
A) Atom maddənin fiziki xassələrini özündə daşıyan ən kiçik hissəcikdir.
B) Atom molekullardan təşkil olunur.
C) Kimyəvi reaksiyalar zamanı atomlar daha kiçik hissəciklərə bölünür.
D) Atom yüklü hissəcikdir.
E) Atom proton, neytron və elektronlardan ibarət olan elektroneytral
hissəcikdir.
26
Çap üçün deyil
Çap üçün deyil
Çap üçün deyil
5. Xörək duzunun suda məhlulundan (qarışıqdan) duzu hansı üsulla
sudan ayırmaq olar?
A) süzmə
B)
durultma
C) buxarlandırma
D) maqnitlə təsiretmə
E) distillə
6. Sıra nömrəsi 16 olan element atomunda 16 neytron vardır, onun nisbi
atom kütləsi və elektronlarının sayı neçə olmalıdır?
A) 16; 16
B) 48; 16
C) 32; 15
D) 32; 16
E) 33; 17
7. O izotopunda neçə neytron və neçə elektron vardır?
A) 9; 9
B) 9; 8
C) 8; 9
D) 10; 9
E) 9; 10
8. Spirt lampasının alovu neçə hissədən ibarət olur? Alovun ha ra sında
temperatur daha yüksəkdir?
A) bir, yuxarısında
B) iki, yuxarısında
C) üç, aşağı hissəsində
D) üç, yuxarısında
E) üç, orta hissəsində
9. Benzinlə suyun qarışığını hansı üsulla ayırmaq olar?
A) buxarlandırma
B) durultma C) distillə D) çökdürmə E) süzmə
10. Atomların vahidi necə ifadə olunur?
A) qramla
B) milliqramla C) kq-la
D) atom vahidi ilə
E) atom kütlə vahidi ilə
11. Atom kütlə vahidi (a.k.v.) olaraq etalon kimi nə götürülür?
A) hidrogen atomunun kütləsi
B) oksigen atomu kütləsinin -i
C) karbon atomunun kütləsi
D) karbon atomu kütləsinin -i
E) kütləsi 12 olan karbon izotopu (
12
C) kütləsinin -i
12. Kimyəvi birləşmə (saf maddə) üçün doğru olanları göstərin:
1. Kim yəvi birləşmənin tərkibi dəyişkən olur.
2. Kimyəvi birləşmənin tər ki bi sa bit olur.
3. Kimyəvi birləşməni fiziki üsullarla tərkib hissələrinə ayırmaq olar.
4. Kim yəvi birləşməni fiziki üsullarla tərkib hissələrinə ayırmaq olmaz.
5. Kim yə vi birləşmənin tərkib hissələri öz fərdi (fiziki) xassələrini saxlayır.
A) 1,2,3
B) 2,3,4
C) 3,4,5
D) 2,4
E) 3,5
Yazı işinin təşkili və gedişi 35–40 dəqiqədə başa çatdırılmalıdır. Dərsin
sonunda ev tapşırığı verilir: keçilənləri bir daha təkrar edib hər iki variantın
sual la rına cavab hazırlayın. Yazı işinin nəticələri qiymətləndirmə standartları
əsa
sında balla qiymət
lən
dirilir, sonra onlardan beşballı qiymətləndirmə
sisteminə uyğun qiy mət lər çıxarılır.
27
17
8
Çap üçün deyil
Çap üçün deyil
Çap üçün deyil