Kimyəvi tənliklərin öyrənilməsi atomlar, molekullar, kimyəvi formullar,
valentlik, indeks və əmsal anlayışları barədə biliklərin aktuallaşdırılması ilə
başlanır. Bu məqsədlə qısa müsahibə aparılır, cavablar dəqiqləşdirilir sonra
müəllim suyun elektrik cərəyanı ilə parçalanması zamanı reaksiyaya daxil olan
maddənin formulunu sol tərəfdə, reaksiyadan alınan maddələrin formullarını
sağda yazmaqla riyazi tənlik tərtib etməyi təklif edir.
Şagirdlər çətinlik çəkmədən bu tənliyi yazırlar.
Növbəti təklif: əmsallardan istifadə etməklə solda və sağda yazılan mad -
də lərin tərkibindəki atomların sayını bərabərləşdirin. Bunun icrasından sonra
kimyəvi tənliyin tərifi formulə edilir və şagirdlərlə birlikdə kimyəvi tənliklərin
tərtibi üçün alqoritm (ardıcıllıq) müəyyənləşdirilir:
1. Reaksiyaya daxil olan (solda) və reaksiya nəticəsində alınan (sağda)
mad dələrin formullarını yazmaq;
2. Tənliyin sol və sağ tərəfindəki maddələrdə element atomlarının sayını
əm sallar vasitəsilə bərabərləşdirmək (bunun üçün əvvəlcə atomun sayı tək
olan maddə formulunun qarşısına «2» əmsalı yazılır, sonra o biri atomların
sa yı bərabərləşdirilir);
3. Tənliyin sol və sağ tərəfindəki bütün element atomlarının sayının bəra -
bər olduğunu yoxlamaq.
Əmsalların düzgün yazılması vərdişlərini möhkəmləndirmək üçün qrup -
la rın hərəsinə 2 reaksiya sxemi verilir. Bunun üçün dərslikdə mövzu 10-un
so nun dakı çalışmalardan və aşağıdakı sxemlərdən is ti fadə etmək olar:
Al + HCl
→ AlCl
3
+ H
2
Fe + O
2
→ Fe
2
O
3
Fe
2
O
3
+ H
2
→ Fe + H
2
O
P+O
2
→ P
2
O
5
Cu+O
2
→ CuO
Nəticələr qrup nümayəndələrinin təqdimatından sonra müzakirə edilir
və aşağıdakı meyarlarla qiymətləndirilir: fiziki hadisələrin izahı, kimyəvi
hadisə lə rin əlamətlərinin və getməsi şərtlərinin göstərilməsi, kimyəvi tənlik -
lərin tərtibi qay dalarının şərhi, həcmi nisbətlər qanununun izahı, qrupda əmək -
daşlıq, təq dimat.
40
Çap üçün deyil
Çap üçün deyil
Çap üçün deyil
Mövzu 14. Kimyəvi reaksiyalarda maddə kütləsinin
saxlanması qanunu
Аlt standart: 1.2.2., 1.3.1.
Məqsəd:
Şagird:
– qanunun kəşf edilməsində kimyaçı alimlərin fəaliyyətini şərh edir;
– qanunu düzgün formulə edir (tərifini söyləyir) və kimyəvi tənlik üzrə
he sablama aparmaqla onun ödənildiyini, tənliyin solunda və sağında
mad də lərin kütlələrinin bərabərliyini isbat edir;
– qanunun elmi və istehsalat üçün əhəmiyyətini açıqlayır.
Təlim forması: kiçik qruplarla iş, kollektivlə iş
Təlim üsulu: suallara cavab axtarılması, kimyəvi təcrübələrlə müstəqil
işlər, müzakirə
İnteqrasiya: F.: 3.1.1., 3.1.2.; B.: 1.1.3.
Resurs: dərslik, kimyəvi qablar, su, mis kuporosu, Na
2
SO
4
və BaCl
2
məhlulları, KJ və AgNO
3
məhlulları, Fe və Zn metal çubuqlar
Dərsin gedişi:
Sinif şagirdləri 4–5 qrupa bölünür, bütün qruplara belə tapşırıq verilir:
mövzu 11-də ki mətni bir dəfə diqqətlə oxuyun və bu suallara (lövhədən asılır
və ya ekrana salınır) cavab verin:
1. Maddə kütləsinin saxlanması qanununun kəşf edilməsində M.Lo mo no -
sov və A.Lavuazyenin apardığı hansı təсrübələr əsas rol oynamışdır?
2. Bu qanunun düzgün tərifini kim deyər?
3. Bir kimyəvi reaksiya tənliyi üzərində hesablama aparmaqla qanunun
ödənildiyini kim isbat edər?
4. Qanunun nə kimi əhəmiyyəti olmuş və yenə də var?
Mövzu mətninin öyrənilməsinə 8–10 dəqiqə, suallara cavab verməyə isə
5–6 dəqiqə vaxt sərf edilir. Hər sualın cavabı bir qrupun şagirdlərindən so ru -
şulur. Sonra müəllim təklif edir ki, maddə kütləsinin saxlanması qanununu
təs diq edən təcrübələri indi şagirdlər özləri aparsınlar. Bu məqsədlə təcrübələri
aparmaq üçün qruplara aşağıdakı materiallar verilir:
1-ci qrupa
Stəkanlarda eyni həcmdə, eyni qatılıqda Na
2
SO
4
və BaCl
2
məhlulları və
texniki tərəzi.
41
Çap üçün deyil
Çap üçün deyil
Çap üçün deyil
2-ci qrupa
Mis kuporosu məhlulu və dəmir, yaxud sink lövhə və texniki tərəzi.
3-cü qrupa
Yoğun mis məftil, spirt lampası və texniki tərəzi.
4-cü qrupa
Kiçik stəkanda natrium-yodid (NaJ) və ya kalium yodid (KJ) məhlulu,
pipetdə duru gümüş nitrat (AgNO
3
) məhlulu və texniki tərəzi.
Qruplara təcrübələri aparmaq və müşahidə etmək üçün yazılı təlimat da
təqdim edilir. Hamı üçün ümumi tapşırıq belə olur: təcrübəni aparmazdan əv -
vəl sizə verilən maddələri qablarla birlikdə texniki tərəzidə çəkib ümumi küt -
lə ni qeyd edin. Təcrübədən sonra da alınan məhsulları və artıq qalan maddələri
onların yerləşdiyi qablarla birlikdə texniki tərəzidə təkrar çəkin və alınan ümu -
mi çəkini birinci çəki ilə tutuşdurun, fərq oldumu?
Tədqiqat sualı: Kimyəvi reaksiyalarda reaksiyaya girən maddələrin küt -
lələri cəmi ilə alınan maddələrin kütlələri cəminin eyni olmasını atom-molekul
təliminə əsasən necə izah etmək olar?
Cavablar dinlənilir, tam cavab olma dıq da müəllim özü problemi açıqlayır
(ümu mi ləşdirmə).
Yekunda məqsədlərə müvafiq seçilmiş meyarlar əsasında formativ qiy mət -
ləndirmə aparılır. Bunun üçün əvvəlcədən meyarlar cədvəli tərtib edilməlidir.
Meyar cədvəli həm qrupların fəaliyyətini, həm də ayrı-ayrı şagirdin fəa liy yə -
ti ni qiymətləndirmək üçün tərtib oluna bilər.
Cədvəl 3
Meyar cədvəli
Ev tapşırığı: Mövzu 1–11-dəki əsas məsələləri təkrar edin, yarımilin yeku-
nuna aid yoxlama yazı işinə hazırlaşın.
42
Qrup
və ya
şagirdlərin
adı, soyadı
Meyarlar
Qanunun
kəşfi
haqqında
məlumat
Qanunun
formulası
və izahı
Qanunun
əhəmiyyəti
Qrupda
əməkdaşlıq
Təcrübələrin
aparılması
Çap üçün deyil
Çap üçün deyil
Çap üçün deyil
Dostları ilə paylaş: |