Ticarət Gəmiçiliyi Məcəlləsi Azərbaycan Respublikasının Qanunu I fəsil. Ümumi müddəalar



Yüklə 5,39 Kb.
Pdf görüntüsü
səhifə21/35
tarix02.06.2018
ölçüsü5,39 Kb.
#47353
1   ...   17   18   19   20   21   22   23   24   ...   35

Dəniz vasitəçiliyi müqaviləsinə görə vasitəçi (dəniz brokeri) sifarişçinin adından və onun 
hesabına gəmilərin alqı-satqı müqavilələri, dənizlə yük daşınması müqavilələri, fraxtetmə 
və yedəkləmə, habelə dəniz sığorta müqavilələri bağlanarkən vasitəçilik xidmətləri 
göstərir. 
Maddə 189. Bu fəsildə müəyyən edilmiş qaydaların tətbiq edilməsi  
Bu fəsildə müəyyən edilmiş qaydalar tərəflərin başqa razılaşması olmadığı halda tətbiq 
edilir. 
Maddə 190. Dəniz brokerinin dəniz agentinin hərəkətlərini yerinə yetirməsi  
Dəniz brokeri sifarişçinin tapşırığı əsasında gəminin limana gəlməsi, limanda olması və 
limandan çıxması ilə bağlı müxtəlif rəsmiyyətləri, habelə bu Məcəllənin 185-ci 
Maddəsinə müvafiq olaraq dəniz agentinin adətən etdiyi hərəkətləri yerinə yetirir. Belə 
halda bu Məcəllənin 181-187-ci maddələrində dəniz agentliyi müqaviləsinə dair 
müəyyənləşdirilmiş qaydalar tətbiq edilir. 
Maddə 191. Dəniz brokerinin xidmətlərinə görə haqq  
Bu Məcəllənin 188-ci maddəsində göstərilmiş müqavilələr dəniz brokerinin vasitəçiliyi 
ilə bağlandıqda, onun vasitəçilik xidmətlərinə görə haqq almaq hüququ vardır. 
Maddə 192. Dəniz brokerinin hesabat vermək vəzifəsi  
Sifarişçinin tapşırığını yerinə yetirdikdən sonra dəniz brokeri sifarişçidən aldığı 
məbləğlərə dair hesabat verməlidir. 
XV fəsil. Dəniz sığorta müqaviləsi 
Maddə 193. Dəniz sığorta müqaviləsinin anlayışı  
Dəniz sığorta müqaviləsinə görə sığortaçı şərtləşdirilmiş haqq (sığorta mükafatı) 
müqabilində sığortalıya və ya xeyrinə sığorta müqaviləsi bağlanmış başqa şəxsə 
(faydalanan şəxs) müqavilədə nəzərdə tutulan hadisələrin (sığorta hadisələrinin) baş 
verdiyi təqdirdə sığortalanmış obyektə vurulmuş zərərin əvəzini müqavilə ilə 
müəyyənləşdirilmiş məbləğ (sığorta məbləği) həddində ödəməyi (sığorta ödənişi 
verməyi) öhdəsinə götürür. Dəniz sığorta müqaviləsi yazılı formada bağlanır. 
Maddə 194. Bu fəsildə müəyyən edilmiş qaydaların tətbiq edilməsi  
Bu fəsildə müəyyən edilmiş qaydalar tərəflərin başqa razılaşması olmadığı halda tətbiq 
edilir. 
Maddə 195. Dəniz sığortasının obyekti  
195.1. Ticarət gəmiçiliyi ilə bağlı olan hər hansı bir əşya mənafeyi dəniz sığortasının 
obyekti ola bilər: gəmi, inşa edilən gəmi, yük, fraxt, habelə sərnişinin gediş haqqı, 
gəmidən istifadə etməyə görə haqq, yükdən gözlənilən mənfəət və gəmi, yük və fraxt ilə 
təmin olunan başqa tələblər, gəmi kapitanının və gəmi heyətinin digər üzvlərinin əmək 


haqları və onlara çatacaq digər məbləğlər, o cümlədən repatriasiya üçün xərclər, gəmi 
sahibinin və sığortaçının öz üzərinə götürdüyü risk (təkrar sığorta). 
195.2. Sığorta obyekti dəniz sığorta müqaviləsində göstərilməlidir. 
Maddə 196. Sığorta riski haqqında məlumat  
196.1. Dəniz sığorta müqaviləsi bağlanarkən sığortalı ona məlum olan və ya məlum 
olmalı və riskin dərəcəsini müəyyənləşdirməkdə mühüm əhəmiyyəti olan halları, habelə 
sığortaçının sorğu verdiyi məlumatları sığortaçıya bildirməlidir. 
196.2. Sığortalı hamıya məlum olan, habelə sığortaçıya məlum olan və ya məlum olmalı 
məlumatları sığortaçıya bildirməkdən azad edilir. 
196.3. Sığortalı riskin dərəcəsini müəyyənləşdirməkdə mühüm əhəmiyyəti olan halları 
sığortaçıya bildirmədikdə və ya yanlış məlumat verdikdə, sığortaçı dəniz sığorta 
müqaviləsindən imtina edə bilər. Belə halda, əgər sığortalı məlumatları bildirməməkdə və 
ya yanlış məlumat verməkdə təqsirinin olmadığını sübuta yetirə bilməsə, sığorta haqqı 
(mükafat) sığortaçıya çatır. 
196.4. Əgər riskin dərəcəsini müəyyənləşdirmədikdə mühüm əhəmiyyəti olan və sığortalı 
tərəfindən bildirilməyən hallar aradan qaldırılıbsa, sığortaçı müqavilədən imtina edə 
bilməz. 
196.5. Müqavilə bağlanarkən sığortaçının sorğusu əsasında məlumatlar sığortalı 
tərəfindən təqdim edilmədikdə, sığortaçı sonradan belə məlumatların verilməməsini əsas 
tutaraq müqavilədən imtina edə bilməz. 
Maddə 197. Sığorta şəhadətnaməsi və sığortanın şərtləri  
Sığortaçı sığortalıya dəniz sığorta müqaviləsinin bağlandığını təsdiq edən sənədi (sığorta 
şəhadətnaməsi, sığorta sertifikatı və ya digər sığorta sənədi), habelə sığortanın şərtlərini 
təqdim edir. 
Maddə 198. Sığorta haqqı (mükafat)  
Sığortalı dəniz sığorta müqaviləsində şərtləşdirilmiş müddətdə sığortaçıya sığorta haqqını 
ödəməlidir. Müqavilə sığorta haqqı ödənilən anda qüvvəyə minir. 
Maddə 199. Dəniz sığorta müqaviləsinin başqa şəxsin xeyrinə bağlanması  
199.1. Sığortalı dəniz sığorta müqaviləsini öz xeyrinə və ya başqa şəxsin (faydalanan 
şəxsin) xeyrinə bağlaya bilər. Bu şəxsin adını bildirmək məcburi deyil. 
199.2. Dəniz sığorta müqaviləsi faydalanan şəxsin adı göstərilmədən bağlandıqda, 
sığortaçı sığortalıya sığorta şəhadətnaməsi və ya təqdim edənin adına digər sığorta sənədi 
verir. 
Maddə 200. Sığortalının və faydalanan şəxsin vəzifələri  


Dəniz sığorta müqaviləsi faydalanan şəxsin xeyrinə bağlandıqda, müqavilə üzrə bütün 
vəzifələri sığortalı daşıyır. Əgər dəniz sığorta müqaviləsi faydalanan şəxsin tapşırığı ilə 
və ya onun tapşırığı olmadan, lakin sonradan onun sığortaya razılığını bildirəcəyi şərti ilə 
bağlanmışdırsa, müqavilə üzrə bütün vəzifələri habelə faydalanan şəxs də daşıyır. 
Maddə 201. Faydalanan şəxsin xeyrinə bağlanmış müqavilə üzrə sığortalının 
hüquqları  
Müqavilə faydalanan şəxsin xeyrinə bağlandıqda, sığortalı faydalanan şəxsin 
etibarnaməsi olmadan müqavilə üzrə bütün hüquqlardan istifadə edir. 
Maddə 202. Sığorta ödənişi verildikdə sığorta şəhadətnaməsinin təqdim edilməsi  
Sığortaçı sığorta ödənişini verdikdə, sığorta şəhadətnaməsini və ya verdiyi digər sığorta 
sənədinin təqdim olunmasını tələb edə bilər. 
Maddə 203. Sığortalanmış yükün özgəninkiləşdirilməsinin nəticələri  
203.1. Sığortalanmış yük özgəninkiləşdirildikdə dəniz sığorta müqaviləsi qüvvədə qalır 
və sığortalının bütün hüquq və vəzifələri yükü əldə edənə keçir. 
203.2. Yük özgəninkiləşdirilənədək sığorta haqqı ödənilmədikdə, onu ödəmək öhdəliyini 
həm sığortalı, həm də əldə edən daşıyır. Sığorta haqqını ödəmək tələbi sığorta haqqının 
ödənilməməsi barədə göstərişi olmayan sığorta şəhadətnaməsini və ya digər sığorta 
sənədini saxlayan şəxsə şamil edilmir. 
Maddə 204. Sığortalanmış gəminin özgəninkiləşdirilməsinin nəticələri  
204.1. Sığortalanmış gəmi özgəninkiləşdirildikdə dəniz sığorta müqaviləsinə gəminin 
özgəninkiləşdirildiyi andan xitam verilir. Gəmi səfərdə olduğu zaman 
özgəninkiləşdirildikdə, sığortalının tələbi ilə dəniz sığorta müqaviləsi səfərin sonunadək 
qüvvədə qalır və sığortalının bütün hüquq və vəzifələri gəmini əldə edənə keçir. 
204.2. Bu Məcəllənin 204.1-ci maddəsində nəzərdə tutulmuş qaydalar sığortalanmış gəmi 
berbout-çarter üzrə fraxtedənin istifadəsinə və sahibliyinə verildikdə, habelə gəmi 
sahibinin məsuliyyəti haqqında dəniz sığorta müqaviləsinə də tətbiq edilir. 
Maddə 205. Sığorta məbləği  
205.1. Müqavilə bağlanarkən sığortalı sığorta etdiyi müvafiq marağın məbləğini (sığorta 
məbləğini) elan etməyə borcludur. 
205.2. Gəmi, yük və ya başqa əmlak sığortalanarkən sığorta məbləği müqavilə bağlandığı 
ana onların həqiqi dəyərindən (sığorta dəyəri) artıq ola bilməz. 
205.3. Müqavilədə sığorta məbləği əmlakın sığorta dəyərindən artıq göstərildikdə, 
müqavilə məbləğin artıq olan hissəsinə münasibətdə etibarsızdır. 
205.4. Sığorta məbləği sığortalanan əmlakın sığorta dəyərindən aşağı elan edildikdə, 
sığorta ödənişinin miqdarı sığorta məbləğinin sığorta dəyərinə olan nisbətinə mütənasib 
olaraq azaldılır. 


Yüklə 5,39 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə