The scientific and pedagogical



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə21/102
tarix18.06.2018
ölçüsü5,08 Kb.
#49651
1   ...   17   18   19   20   21   22   23   24   ...   102

49 
 
A.Ə.Hacıyeva 
 
UNCTAD metodologiyasına görə, ümumilikdə TMK-nın iqtisadi fəaliyyəti və 
ayrılıqda onun xarici komponenti aşağıdakı əsas parametrləri ilə təsvir olunur: 
FA – TMK-nın xarici aktivləri; TA – TMK-nın aktivləri; 
FS – TMK-nın xarici satış həcmi; TS – TMK-nın satış həcmi; 
FE – TMK-da xarici işçilərin sayı; TE – TMK-da işçilərin sayı; 
FAF – TMK-nın xarici filiallarının sayı; TAF – dünyada  TMK filiallarının ümumi 
sayı. 
Bu kəmiyyətlər əsasında TMK-nın xaricəyayılmasını xarakterizə edən göstəricilər 
hesablanmışdır: 
1. TMK-nın xarici aktivlik miqyasını  və  dərəcəsini qiymətləndirmək üçün 
UNCTAD tərəfindən hazırlanmış şirkətlərintransmilliləşmə indeksi - (TNI transnationality 
index). 
TNI = (FA / TA + FS / TS + FE / TE) / 3 • 100%. 
Transmilliləşmə indeksi şirkətin xarici əməliyyatlarının nə  qədər  əhəmiyyətli 
olduğunu vəbu və ya digər TMK üçün xarici bazarlarda xarici filiallarının nə  dərəcədə 
əhəmiyyətli olduğunu səciyyələndirir.  İndeks nə  qədər böyük olarsa, şirkət üçün onun 
xarici filiallarının aktivliyi bir o qədəryüksək olar 
2. Beynəlmiləlləşmə indeksi (II - beynəlmiləlləşmə indeksi) xarici filialların sayını 
bütünfilialların sayına bölməklə hesablanır: 
II = (FAF / TAF) • 100%. 
3. Filial şəbəkəsinin genişliyi indeksi (NSI - şəbəkənin genişiyi indeksi): 
NSI = N / (N * -1) • 100%, 
burada N * - hər hansı XBİ alan ölkələrin sayı və N - TMK-nın filialları olduğu 
ölkələrin sayı. 
UNCTAD-ın tərəfdar çıxdığı dünyanın ən iri qeyri-maliyyə TMK-sının reytinqinin 
tərtibi metodikası xarici aktivlərin həcmi üzrə  şirkətlərin ranjirə olunmasına  əsaslanır. 
Hazırda dünyanın 100 ən iri TMK-sı ümumi xarici aktivlərin 12%-nə, ümumi xarici 
satışların 16%-nə və işçi qüvvəsinin 14%-nə nəzarət edir. 
TMK-ların sahəvi mənsubiyyəti onların aktivlərinin həcminə əhəmiyyətli dərəcədə 
təsir göstərir. Buna görə, yerli və xarici aktivlər arasında ardıcıl olaraq ikiyə bölünməyə 
əsaslanan UNCTAD-ın reytinqlərin tərtibi üzrə mövcud metodikası ona gətirib çıxarır ki, 
onların liderləri xarici mülkiyyətində iri maddi aktivlərə – təbii ehtiyatlara, maşınqayırma 
istehsalına, infrastruktur obyektlərinə və s. hüququ  olan TMK-nın kapital tutumlu sahələri 
olurlar. Bu, şirkətlərin sahə qrupları  tərəfindən həyata keçirilən hesablamalar ilə sübut 
edilir. 
Şirkətin ölkəmənsubiyyətinəzərə alınmaqla transmilli indeksin təhlilindənbelə 
nəticəyə  gəlmək olar ki, inkişaf etmiş ölkələrin(məsələn, Hollandiya, İsveç, Finlandiya
İsveçrə) kiçik ölçülü TMK-ları öz fəaliyyətləriniana  şirkətin baza ölkəsindən çox xarici 
ölkələrdə həyata keçirirlər. Belə ki, milli bazarların məhdud imkanları onları ABŞ,  


50 
 
A.Ə.Hacıyeva 
 
Yaponiya, Almaniya kimi böyük dövlətlərin transmilliləşmə indeksi orta cəviyyədən aşağı 
olan TMK-larından fərqli yeni bazarlar axtarmağa məcbur etdi [2]. 
Nəticə 
Dünya təsərrüfatını mahiyyətcə, transmilli istehsala çevirməklə TMK-lar onun 
tərəqqisini müxtəlif istiqamətlər üzrə: texniki səviyyəsinin, məhsulun keyfiyyətinin və 
istehsal səmərəliliyinin artırılmasından  şirkətlərin menecmenti və idarə olunmasının 
təkmilləşdirilməsinə  qədər xeyli dərəcədə  şərtləndirdi.Törəmə  şirkətləri və filialları 
vasitəsilə dünyanın bir çox ölkələrində onlar ana şirkətlər tərəfindən yaradılmış vahid 
elmi-istehsal və maliyyə strategiyası  çərçivəsində  fəaliyyət göstərirlər, dünya iqtisadi 
sisteminin dinamik inkişafını təmin edən, nəhəng elmi-istehsal və bazar potensialına malik 
olurlar[8]. 
TMK-nın mərhələli təhlili dünya iqtisadiyyatının aşağıdakı transmilliləşmə 
meyllərini aşkara çıxarmağa imkan verir: 
• dünya iqtisadiyyatında  əsas oyunçulara çevrilən  ən iri korporasiyaların sürətli 
inkişafı (o cümlədən TMK-nın filial şəbəkəsinin artımı hesabına); 
• dünya fond bazarının inkişafı və strateji ittifaq mexanizminin istifadəsi vasitəsilə 
TMK-ların və onlarınöz məhsullarını ana ölkəyə “bağlılığı” dərəcəsinin azaldılması; 
• kapitalın təmərküzləşdirilməsi, bazar iqtisadiyyatı  şəraitindəo, istehsal xərclərinin 
azaldılmasını, ETTKİ-nin daha yaxşı həyata keçirilməsi imkanını, səmərəli reklamı, əlavə 
məsrəflərinvə digər xərclərin minimuma endirilməsinitəmin etməklə  rəqabət 
mübarizəsində sağ qalmaq amili sayılır; 
• iqtisadiyyatın beynəlmilələşməsinin və dünya bazarının inkişafınınnəticəsi kimi 
TMK-nın formalaşması və inkişafı; 
• kapitalın transmilliləşməsibütün müasir iqtisadiyyatın institusional inkişafının 
xarakterik xüsusiyyəti olur. 
Sonda qeyd etmək lazımdır, TMK özündə, xüsusilə  də qlobal maliyyə böhranı 
şəraitində, dövlət və beynəlxalq nəzarət tərəfindən xüsusi diqqət tələb edən dünya 
təsərrüfat  əlaqələri sistemində olduqca mürəkkəb və daim inkişaf edən hadisəni ehtiva 
edir. 
 
Ədəbiyyat 
 
1.Филиппов В.А., Богатырева Л.В. Аналитические центры и 
транснациональные корпорации. М.,ЛЕНАНД, 152 с., 2008. 
2.Владимирова И.Г. Исследование уровня транснациональности компаний. 
Менеджмент в России и за рубежом, № 6, с. 99-114, 2001 
3. Крейдич Т.В. Тенденции транснационализациимировой экономики в 
условиях глобализации. // Вестник МГТУ, том 13, № 1, c.209-214, 2010. 
4.Richard E. Caves, Multinational Enterprise and Economic Analysis, 2007 


51 
 
A.Ə.Hacıyeva 
 
5.G.K. Helleiner, Transnational corporations and direct foreign investment, 1989 
6.ШмиттгоффКлайвМ. Экспорт: правоипрактикамеждународнойторговли. 
 7. 
Куликов Р.А. К вопросу олределения критериев понятия ТНК. 
Международное публичное и частное право, № 2(17), с. 3-11, 2004. 
8. Михайлушкин А.И., Шимко П.Д. Экономика транснациональной 
компании. Учеб. Пособие для вузов. М., Высш. Шк., 335 с., 2005. 
9. Поляков В.В., Щенина Р.К. Мировая экономика и международный бизнес. 
М., КноРус, 656 с., 2005. 
 10. 
Солодков Г.П., Рубинская Э.Т., Рубинская Э.Д. Международный бизнес: 
организация и управление. Учеб. Пособие. Ростов н/Д, Феникс, 379 с., 2009. 
 11. Доклад о мировых инвестициях за 2016 год. «Гражданство» инвесторов: 
вызовы политики. Основные тенденции и общий обзор. ООН, Нью-Йорк и Женева, 
2016 г., 63 с. 
12. Черников Г.П., Черникова Д.А. Очень крупные транснациональные 
корпорации и современный мир. М., ЗАО, «Экономика», 399 с., 2008. 
 
 
FEATURES AND TRENDS OF CAPITAL  
TRANSNATIONALIZATION IN MODERN CONDITIONS 
 
Hajiyeva A.A. 
Summary 
 
The article investigates the nature and content of transnationalization process, considers 
modern features of transnational corporations as a subject of international economic 
relations, studies formation stages and sources of transnationalization production 
process,indicates the author's approach on key indicators of capital's transnationalization.  
The key words: transnationalization, internationalization, globalization, transnational 
corporations, capital.  
 
ОСОБЕННОСТИ И ТЕНДЕНЦИЙ ТРАНСНАЦИОНАЛИЗАЦИИ  
КАПИТАЛА В СОВРЕМЕННЫХ УСЛОВИЯХ 
 
A.A.Гаджиевa   
Резюме 
В 
данной 
статьерасскроена 
сущность 
и 
содержания 
процессатранснационализации, 
рассмотрены 
современные 
особенности 
транснациональных корпораций, как субъект международных экономических  


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə