The scientific and pedagogical



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə20/102
tarix18.06.2018
ölçüsü5,08 Kb.
#49651
1   ...   16   17   18   19   20   21   22   23   ...   102

47 
 
A.Ə.Hacıyeva 
 
- müxtəlif xammal sahələrinə üfüqi diversifikasiya və  ya  bu  və ya digər hallarda 
TMK-nın iqtisadi sabitliyini və maliyyə sabitliyini təmin edən bir sahə  çərçivəsində 
texnoloji prinsip üzrə şaquli diversifikasiya; 
- müxtəlif ölkələrdə onların daxili bazarlarının ölçüsünü, iqtisadi artım templərini, 
qiymətləri, iqtisadi resurslara çıxışı  və siyasi sabitliyi nəzərə almaqla, baş (ana) şirkətin 
müəssisələrinin optimal bölgüsü imkanı; 
- xarici filialların yerləşdirilməsi ölkələrində borc vəsaitləri və onun korporasiya 
üçün  əlverişli  şəraitdə  və yerlərdə  tətbiqi nəzərə alınmaqla, TMK-nın bütün sistemi 
çərçivəsində kapitalın qısa müddətdə toplanması reallığı; 
- TMK-nın xarici filialının məhsul istehlakçılarına bilavasitə yaxınlığı  və yerli 
bazarların perspektiv inkişafı və qəbul edən ölkənin oxşar şirkətlərinin rəqabət potensialı 
haqqında etibarlı məlumat əldə etmək imkanı; 
- müxtəlif ölkələrdə dövlətin xarici siyasətindənTMK-nın maraqlarına uyğun 
istifadə imkanlarını təmin etmək; 
- TMK-nın köhnəlmiş texnologiya və  məhsullarını xarici filiallara “atmaqla” və 
TMK şöbələrinin resurslarını baza ölkələrində ana şirkətin yeni texnologiyalarının işlənib 
hazırlanmasına səfərbər etməklə, onların istehsal ömrünü uzatmaq imkanının artması; 
- birbaşa investisiyaların hesabına bu və ya digər ölkəninbazarına öz mallarının 
gətirilməsi yolunda ixrac maneələrini aradan qaldırmaq imkanı; 
- dünyanın bir çox ölkələrinin maliyyə vəsaitlərinin geniş istifadəsi
- müxtəlif ölkələrdə  əmtəə, valyuta və maliyyə bazarlarının vəziyyəti haqqında 
fasiləsiz məlumatlandırma, bu isə kapital axınını maksimummənfəət almaq üçün əlverişli 
şəraiti olan ölkələrə birbaşa olaraq tez yönəltməyə imkan verir; 
- TMK rəhbərliyinin daimi diqqəti və  nəzarəti altında yerləşən və davamlı 
olaraqtəkmilləşdirilən bütün korporasiyanın optimal təşkilati strukturu [9]. 
Transmilli biznesin özünəməxsus xüsusiyyəti ondan ibarətdir ki, TMK-lardünya 
bazarının ehtiyaclarını nəzərə almaq və öz məhsullarının istehsalına qədərxeyli dərəcədə 
tələb formalaşdırmaq imkanına malikdirlər. Belə ki, üstün inhisar mənfəətinin 
reallaşdırılması yalnız istehsal ölçülərininbu məhsullara mövcud ictimai tələbata və artıq 
formalaşmış istehsal gücünə uyğun olaraq şüurlu məhdudlaşdırılması zamanı mümkündür, 
onda korporasiyaların yaratdığı bu çərçivələrTMK-ların özlərinin mövcudluğu üçün zəruri 
şərtə çevriləcəkdir. 
Hal-hazırda TMK-lar dünya sənaye istehsalının 50%-dən çoxuna, dünya xarici 
ticarətinin 60% -dən çoxuna, eləcə də yeni avadanlıq, texnologiya və nou-hau üçün patent 
və lisenziyaların qlobal bazasının 80%-nə  nəzarət edirlər [10]. 
Transmilli korporasiyaların ümumi artımının ən əhəmiyyətli göstəricilərindən biri 
birbaşa xarici investisiyalar (BXİ) sayılır. 1982-ci ildən 2006-cı ilə  qədər dövr ərzində 
BXİ-nin ümumi axını cari qiymətlərlə 20 dəfə artaraq 59 mlrd. dollardan 1,23 trilyon 
dollara yüksəlmişdir.2015-cü ildə isə bu göstərici 2014-сü illə müqayisədə 38 faiz  


48 
 
A.Ə.Hacıyeva 
 
artaraq 1,76 trilyon ABŞ dollarından çox olmuşdur. Bu göstərici 2008-2009-cu illərin 
maliyyə böhranından sonra ən yüksək göstəricidir. Araşdırmalar göstərir ki, son 
onilliklər  ərzində birbaşa xarici investisiyaların həcmi beynəlxalq ticarətə  və ÜDM-ə 
nisbətən daha sürətlə artır. Orta müddətli perspektivdə 2017-ci ildə BXİ-nin qlobal 
axınlarının artımının bərpası, 2018-ci ildə isə, qlobal artımın gözlənilən sürətlənməsi 
şəraitində 1,8 trln. dolları ötəcəyi proqnozlaşdırılır[11].  
Şirkətlərin birləşmə  və qovuşmalarının sayı  kəskin surətdə artmışdır. TMK-ların 
xarici filiallarında məşğulluğun həcmi 4 dəfə artmışdır. Son illərdə inkişaf etmiş və inkişaf 
etməkdə olan ölkələrin  əksəriyyətində BXİ daxilolmalarıartmışdır. BXİ daxilolmalarının 
məcmu həcmi son illərdə9-12 trilyon dollar civarındadır. Bu rəqəm təxminən 80 000 
transmilli korporasiyaların və onların 900 000 xarici filiallarının fəaliyyəti ilə bağlıdır 
[12]. 
Dünya iqtisadiyyatının qloballaşmasına kömək edən amillər aşağıdakılardır: 
- rabitənin inkişafı; 
- mədəniyyət mübadiləsi və mədəni dəyərlərin bərabərləşdirilməsi; 
- nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi; 
- resurslar uğrunda dövlətlərarası rəqabət; 
- dünya maliyyə və fond bazarının inkişafı. 
TMK investisiya siyasətini reallaşdırır, yeni istehsal və idarəetmə texnologiyaları 
gətirir, ÜDM-i artırır, ixrac gəlirlərini artırılmaq və ya idxalı azaltmaqla tədiyə balansına 
müsbət təsir göstərir. Bütün bu dəyişikliklərölkə iqtisadiyyatını gücləndirir, onun 
vətəndaşlarının yaşayış səviyyəsini yüksəldir. 
Qloballaşmanın və TMK-nın inkişafının əsas təhdidləri aşağıdakılardır: 
- bazarın inhisarlaşması; 
- kiçik dövlətlərin suverenliyinə  təhlükə; 
- ətraf mühitə təhlükə və digər təhdidlər. 
TMK-nın inkişafının mərhələli təhlili belə bir nəticəyə  gətirib çıxarır ki, transmilli 
korporasiyalar dünya iqtisadiyyatının qloballaşmaya doğru irəliləməsini sürətləndirir, bu 
isəmüasir  şəraitdə onun xarakterininəhəmiyyətli dərəcədə  dəyişiminə  səbəb olur.Artıq 
XXI əsrin əvvəllərində dünya iqtisadiyyatının yalnız dörddə biri sərbəst bazar şəraitində, 
dörddə üçü isə özünəməxsus planlı sistemdə  fəaliyyət göstərir ki, burada da TMK 
daxilində azad bazar qanunları işləmir və daxili (transfer) qiymətlər korporasiyaların özləri 
tərəfindən müəyyən edilir. Nəticədə, özündə planlaşdırma və bazar prinsiplərini 
birləşdirən konvergent iqtisadi sistemə keçid baş verir. 
İnamla demək olar ki, TMK-lar iqtisadi gücünu artıraraq və beynəlxalq iqtisadi 
əlaqələrə  və bütövlükdə dünya iqtisadiyyatına daha böyük təsir göstərərək dünya 
təsərrüfatçılıq sistemindəən mühüm iqtisadi subyektlərə çevrilməkdədirlər. 
3. Kapitalın transmilliləşdirilməsinin əsas göstəriciləri 
 


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə