The scientific and pedagogical



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə17/102
tarix18.06.2018
ölçüsü5,08 Kb.
#49651
1   ...   13   14   15   16   17   18   19   20   ...   102

40 
 
İ.Erdoğan 
 
Cədvəl 3. Ortodontik müalicə tətbiq edildikdən 3 ay sonra diş ərpi nümunələrində 
müxtəlif mikroorqanizm nümayəndələrinin kəmiyyət və keyfiyyət göstəriciləri (n=15). 
Mikroorqanizmlər 
Kəmiyyət və keyfiyyət göstəriciləri 
Sayla
KƏV/mq % 
-lə 
Lactobacillus spp. 
12 
2,54 ± 0,043 * 80,0 ± 10,33 * 
Streptococcus sanguis 
14 
3,97 ± 0,049 *
93,3 ± 6,44 * 
Streptococcus mutans 

0,73 ± 0,055 
13,3 ± 8,78 
Staphylococcus epidermis 

1,75 ± 0,086 * 53,3 ± 12,88 * 
Staphylococcus saprophyticus

0,19 ± 0,040 
13,3 ± 8,78 
Candida spp. 

1,83 ± 0,032 *
46,7 ± 12,88  
Corynebacterium spp 

1,26 ± 0,105 
13,3 ± 8,78 
Pseudomonas 

0,98 ± 0,096 
20,0 ± 10,33 
Bacillus 

0,44 ± 0,120 
13,3 ± 8,78 
Qeyd: *-müalicəyə qədərki dövrə görə ehtimallılıq dərəcəsi р<0,05. 
Staphylococcus epidermis növünün rast gəlinməsi qrup üzrə 8 nəfərdə olmaqla 
qrupun 53,3 ± 12,88% -ni əhatə etməklə, 1,75 ± 0,086 KƏV/mq koloniyalaşma 
qabiliyyəti nümayiş etdirmişdir.  Staphylococcus saprophyticus mikroorqanizminin 
koloniyalaşma qabiliyyəti 0,19 ± 0,040 KƏV/mq, rast gəlinməsi isə 15 xəstədən cəmi 2 
nəfərdə olmaqla 13,3 ± 8,78% müəyyənləşdirilmişdir.  Candida cinsli göbələkciklərin 
müvafiq göstəriciləri uyğun olaraq, 1,83 ± 0,032 KƏV/mq, 7 nəfər -46,7 ± 12,88% 
müəyyən edilmişdir. Corynebacterium və Bacillus növlərinin hər ikisinin rast gəlinməsi 2 
nəfər yaxud qrupun 13,3 ± 8,78% -ni təşkil etsə də onların koloniyalaşma qabiliyyətləri 
müvafiq olaraq, 1,26 ± 0,105 KƏV/mq və 0,44 ± 0,120 KƏV/mq müəyyən edilmişdir. 
Pseudomonas növlərinin breketlərin tətbiqinin 3 –cü ayında rast gəlinməsi qrup üzrə 3 
nəfərdə olmaqla, 20,0 ± 10,33% pasiyentləri  əhatə etməklə, 0,98 ± 0,096 KƏV/mq 
koloniyalaşma nümayiş etdirmişdir. 
Diş  ətinin vəziyyəti ağız boşluğunun, o cümlədən də onun mikrobiosenozunun 
əsas göstəricilərindən hesab olunur. Diş ətinidə baş verən patoloji proseslərin də əsasında 
dişlərin səthində müxtəlif amillərin təsirilə toplanmış diş  ərpi və diş daşı kimi 
çöküntülərin bakterial tərkibinin təsiri dayanır. Diş  ərpi diş daşına nisbətən daha aktiv 
mikrobioloji mühitdir, çünki, onun tərkibində su daha çoxdur mineral materiallar isə 
nisbətən azdır. Diş ərpinin tərkibindəki bakteriaların həyat fəaliyyətlərinin nəticəsi kimi 
meydana gələn bəzi bioloji aktiv maddələr qonşuluqda olan diş  əti toxumalarına 
qıcıqlandırıcı  təsir göstərərək iltihabi reaksiyaların meydana gəlməsinə  səbəb olur. 
İltihaba uğramış diş ətinin əsas əlamətlərinə yüngül təsirlərdən qanama, qamaşma hissi və 
şişkinlik –qızartı aiddirlər. Diş ətinin şişkinliyi artdıqca onun hipertrofiyası ilə nəticələnir. 
Diş ətlərinin hipertrofiyası da öz növbəsində diş ərpinin sonrakı kütlələrinin toplanması 
üçün şərait yaradır. Yuxarıda qeyd etdiklərimiz qüsurlu dövran təşkil edərək diş ətlərinin 
vəziyyətinin daha da dramatikləşməsinə  və yeni diş  ərpi kütlələrinin diş  səthinə 
çökməsinə  rəvac verir. Müxtəlif mikroorqanizm cins və növləri diş  rəpinin 
formalaşmasının müxtəlif dövrlərində onun daxili mühitində dominantlıq təşkil edə bilər 
ki, bu da ərpin daxilində aerob yaxud anaerob mühitin nisbətindən və diş ərpi kütləsinin 
qalınlığından asılıdır. Diş ərpinin daha dərin yerlərində əsasən anaerob mikroorqanizmlər 
üstünlük təşkil etməkdədirlər. Anaerob mikroorqanizmlərin həyat fəaliyyəti məhsulları 
daha “turş” xarakterli olduğundan onlar dişin sərt toxumaları üçün daha destruktiv  


41 
 
İ.Erdoğan 
 
xarakter daşıyırlar. Ortodontik müalicələr zamanı diş səthində ərp və digər çöküntülərin 
toplanması zamanı da diş ətində də oxşar dəyişikliklər inkişaf edir. Tərəfimizdən tədqiqat 
zamanı orotodontik müalicə zamanı dişlər üzərində toplanan diş  ərpi kütlələrinin 
mikrobioloji tərkibinin gingivitdən  əziyyətdən çəkən  şəxslərin diş  ərpi kütlələrinin 
mikrobioloji göstəricilərinin müqayisəsi məqsədilə apardığımız müayinə  tədbirləri 
zamanı müayinələrə  cəlb edilmiş 16 nəfər gigiyenik səbəbli gingivitidən  əziyyət çəkən 
şəxslərin diş  ərpi nümunələrinin tədqiqi zamanı  Lactobacillus növlərinin gingivitli 
pasiyentlər qrupunda rast gəlinməsi 10 nəfərdə olmaqla, 62,5 ± 12,10% pasiyentləri əhatə 
etsə  də, kolonyalaşma qabiliyyəti 2,18 ± 0,081 KƏV/mq müəyyən edilmişdir. 
Ginigivitdən  əziyyət çəkən  şəxslərdən  əldə edilmiş diş  ərpi nümunələrində isə 
Streptococcus sanguis növünün rast gəlinməsi 13 nəfərdə, yəni 81,3 ± 9,76% olduğu 
halda onların koloniyalaşma qabiliyyəti 3,31 ± 0,056 KƏV/mq civarında tərəddüd 
etmişdir. Bu qrupda dişəti altı diş  ərpi nümunələrində Streptococcus mutans növünə 
demək olar ki, heç rast gəlinməmişdir və koloniyalaşma qabiliyyəti də 0 –a yaxın 
olmuşdur (cədvəl 4). Staphylococcus epidermis növünün rast gəlinməsi isə 4 nəfərin 
bioloji nümunələrində olmaqla, pasiyentlərin 25,0 ± 10,83% -ni əhatələmişdir. Bu növün 
koloniyalaşması isə 0,49 ± 0,087 KƏV/mq müəyyən edilmişdir. Stafilokoklar cinsinə aid 
edilən digər növ olan  Staphylococcus saprophyticus üçün bu göstəricilərin  hamısı 0 –a 
yaxın olmuşdur. 
Cədvəl 4. Gingivitdən  əziyyət çəkən  şəxslərin diş  ərpi nümunələrində müxtəlif 
mikroorqanizm cins və növlərinin rast gəlinməsi və koloniyalaşma qabiliyyətinin 
göstəriciləri. 
Mikroorqanizmlər 
Kəmiyyət və keyfiyyət göstəriciləri 
Sayla KƏV/mq %-lə 
Lactobacillus spp. 
10 
2,18 ± 0,081  62,5 ± 12,10  
Streptococcus sanguis 
13 
3,31 ± 0,056  81,3 ± 9,76  
Streptococcus mutans 



Staphylococcus epidermis 

0,49 ± 0,087 25,0 ± 10,83 
Staphylococcus saprophyticus



Candida spp. 

1,45 ± 0,046
18,8 ± 9,76 
Corynebacterium spp 

0,31 ± 0,030
12,5 ± 8,27 
Pseudomonas 

1,60 ± 0,235
12,5 ± 8,27 
Bacillus 

0,32 ± 0,060
12,5 ± 8,27 
 
Candida cinsli göbələklərin diş  əti altı çöküntüləri nümunələrindən  əldə edilmiş 
nümunələrindən 3 –ündə, yəni 18,8 ± 9,76% gingivitli şəxslərdə rast gəlinmişdir, onların 
koloniyalaşma qabiliyyətləri isə 1,45 ± 0,046 KƏV/mq müəyyənləşdirilmişdir. 
Corynebacterium, Pseudomonas və Bacillus növlərinin hər birinin rast gəlinməsi qrup 
üzrə 2 nəfərin diş ərpi nümunələrində rast gəlinməklə ümumi gingivitli pasiyentlərin ayrı 
–ayrılıqda 12,5 ± 8,27% -ni əhatə etsələr də, müvafiq mikroorqanizm növlərinin 
koloniyalaşma qabiliyyətləri uyğun olaraq, 0,31 ± 0,030 KƏV/mq, 1,60 ± 0,235 KƏV/mq 
və 0,32 ± 0,060 KƏV/mq aşkarlanmışdır. 
Nəticə: Breketlərin tətbiqindən sonra ağız boşluğunun mikrobiosenozunun 
kəmiyyət və keyfiyyət dəyişikliklərinin öyrənilməsi məqsədilə  tədqiqat aparılmışdır. 
Tədqiqat nəticəsində Corynebacterium, Pseudomonas və Bacillus növlərinin hər birinin  


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə