The scientific and pedagogical



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə16/102
tarix18.06.2018
ölçüsü5,08 Kb.
#49651
1   ...   12   13   14   15   16   17   18   19   ...   102

38 
 
İ.Erdoğan 
 
aparılmışdır. Alınmış ədədi verilənlər müasir tələbləri nəzərə almaqla statistik metodlarla 
işlənmişdir. Qrup göstəriciləri üçün orta qiymətlər (M), onların standart xətası (m), 
sıraların minimal (min) və maksimal (max) qiymətləri, həmçinin qruplarda keyfiyyət 
göstəricilərinin rastgəlmə tezliyi müəyyən edilmişdir. Qeyd edək ki, tədqiqat işi zamanı 
alınan nəticələrin statistik işlənməsi Statistica 7.0 tətbiqi kompüter proqramı ilə 
aparılmışdır. 
Mikrobiologiyada koloniya əmələgətirmə vahidi (KƏV) mikrobioloji 
nümunələrdə  həyat qabiliyyətli bakteriya yaxud mikrogöbələklərin sayını göstərir. Bu 
zaman həyat qabiliyyətli dedikdə  nəzarət olunan müxtəlif  şərtlər daxilində ikiyə 
bölünməklə çoxsaylı çoxalma qabiliyyəti nəzərtə tutulur. Koloniya əmələ  gətirən 
vahidlərin “sayılması” zamanı mikroskop altında hüceyrələrin sayılmasından fərqli 
olaraq, həm diri, həm də ölü hüceyrələr deyil yalnız canlı hüceyrələr tələb olunur. 
Hüceyrə kulturasında koloniyaların vizual görünüşü nəzərəçarpacaq dərəcədə böyümə 
tələb edir və koloniyaların bir hüceyrə yaxud hüceyrələr qrupundan törəməsi zamanı 
koloniyaların sayı qeyri –müəyyən olur.  
Tədqiqatın nəticələri və müzakirəsi:  Tədqiqat nəticəsində 15 nəfərdən ibarət 
breket yerləşdiriləcək pasiyentlər qrupunda breketlər yerləşdirilməmişdən  əvvəl  əldə 
edilmiş diş  ərpi nümunələrində  Lactobacillus növlərinin rast gəlinməsi qrup üzrə 40,0 
±12,65% olmaqla 6 nəfərin nümunələrində qeydə alınmaqla, 1,18 ±0,038 KƏV/mq 
koloniyalaşma qabiliyyətinə malik olmuşdur. Streptococcus sanguis növünün breketlərin 
tətbiqindən  əvvəl rast gəlinməsi qrup üzrə 7 nəfər olmaqla 46,7 ± 12,88% -i əhatə 
etmişdir və koloniyalaşma göstəricisi isə 1,90 ±0,063 KƏV/mq qeydə alınmışdır. 
Streptococcus mutans mikroorqanizminə isə diş  ərpi nümunələrində rast gəlinməsi və 
koloniyalaşması demək olar ki, 0 –a bərabər olmuşdur.  Staphylococcus epidermidis 
mikroorqanizminin ortodontik vasitələrin tətbiqindən qabaq diş  ərpi nümunələrində rast 
gəlinməsi 2 nümunədə olmaqla qrup üzrə 13,3 ± 8,78% pasiyentləri  əhatə etmişdir və 
koloniya əmələgətirmə qabiliyyəti isə 0,39 ± 0,070 KƏV/mq müəyyən edilmişdir (Cədvəl 
1).  Staphylococcus saprophyticus növünün qrup üzrə müşahidənin bu dövründə rast 
gəlinməsi  Staphylococcus epidermidis növündə olduğu kimi 2 nəfər olmaqla qrup üzrə 
13,3 ± 8,78% xəstələri  əhatə etsə  də koloniyalaşma göstəricisi nisbətən aşağı, 0,27 ± 
0,035 KƏV/mq qeydə alınmışdır.  
Cədvəl 1. Ortodontik müalicəyə kimi diş  ərpi nümunələrində müxtəlif 
mikroorqanizm nümayəndələrinin kəmiyyət və keyfiyyət göstəriciləri (n=15). 
Mikroorqanizmlər 
Kəmiyyət və keyfiyyət göstəriciləri 
Sayla  
KƏV/mq % 
-lə 
Lactobacillus spp. 

1,18 ±  0,038 
40,0 ± 12,65 
Streptococcus sanguis 

1,90 ± 0,063 
46,7 ± 12,88 
Streptococcus mutans 
0 0 

Staphylococcus epidermidis 

0,39 ± 0,070 
13,3 ± 8,78 
Staphylococcus saprophyticus 

0,27 ± 0,035 
13,3 ± 8,78 
Candida spp. 

1,42 ± 0,046 
20,0 ± 10,33 
Corynebacterium spp 
0 0 

Pseudomonas 
0 0 

Bacillus 
0 0 

 


39 
 
İ.Erdoğan 
 
Müşahidələrin ilkin dönəmində  Candida spp., Corynebacterium spp
Pseudomonas və Bacillus növlərinin rast gəlinməsi və koloniyalaşma göstəriciləri demək 
olar ki, 0 –a yaxın olmuşdur.  Candida cinsli göbələkciklərin breketlərin tətbiqindən 
qabaq qrup üzrə rast gəlinməsi 3 nəfər olmaqla, 20,0 ±10,33% pasiyentləri əhatə etmiş, 
koloniyalaşma göstəricisi isə 1,42 ± 0,046 KƏV/mq müəyyən edilmişdir. 
Pasiyentlərin ağız boşluğuna breketlərin yerləşdirilməsindən 1 ay sonra yuxarıda 
qeyd edilən mikroorqanizmlərin keyfiyyət və  kəmiyyət göstəricilərinin öyrənilməsi 
zamanı isə Lactobacillus növlərinin rast gəlinməsi 15 nəfərdən 13 –ündə olmaqla qrupun 
86,7 ± 8,78% -ni əhatə etmiş, koloniyalaşma göstəricisi isə 3,06 ±0,055 KƏV/mq qeydə 
alınmışdır. Streptococcus sanguis mikroorqanizminin müayinələrin bu mərhələsində diş 
ərpi nümunələrində rast gəlinməsi isə 100% olmaqla 4,18 ±0,052 KƏV/mq 
müəyyənləşdirilmişdir.  Streptococcus mutans növünə isə bu mərhələdə demək olar ki, 
rast gəlinməmiş, koloniyalaşma qabiliyyətləri isə 0 –a yaxın olmuşdur. Bu tendesiya 
müayinənin bu mərhələsində Staphylococcus saprophyticus və Bacillus növləri üçün də 
qeydə alınmışdır. Staphylococcus epidermis növü isə qrupdakı 15 nəfərdən 4 –ünün diş 
ərpi nümunələrində qeydə alınmaqla, 26,7 ± 11,42% pasiyentləri  əhatə etmiş, 0,68 ± 
0,076 KƏV/mq koloniyalaşma qabiliyyəti nümayiş etdirmişdir (cədvəl 2). Cədvəl 2. 
Ortodontik müalicə  tətbiq edildikdən 1 ay sonra diş  ərpi nümunələrində müxtəlif 
mikroorqanizm nümayəndələrinin kəmiyyət və keyfiyyət göstəriciləri (n=15). 
Mikroorqanizmlər 
Kəmiyyət və keyfiyyət göstəriciləri 
Sayla KƏV/mq % 
-lə 
Lactobacillus spp. 
13 
3,06 ± 0,055 * 
86,7 ± 8,78 *  
Streptococcus sanguis 
15 
4,18 ± 0,052 * 
100 * 
Streptococcus mutans 
0 0 

Staphylococcus epidermis 

0,68 ± 0,076 
26,7 ± 11,42 
Staphylococcus saprophyticus 
0 0 

Candida spp. 

1,24 ± 0,067 
33,3 ± 12,17 
Corynebacterium spp 
1 0,38  6,7 
± 
6,44 
Pseudomonas 

0,57 ± 0,085 
13,3 ± 8,78 
Bacillus 
0 0 

Qeyd: *-müalicəyə qədərki dövrə görə ehtimallılıq dərəcəsi р<0,05. 
Candida cinsli göbələkciklərin breketlərin tətbiqindən 1 ay sonra rast gəlinməsi 
qrup üzrə 5 nəfərin diş ərpi nümunələrində olmaqla 33,3 ± 12,17% şəxsləri əhatə etmiş, 
1,24 ± 0,067 KƏV/mq koloniyalaşma qabiliyyəti nümayiş etdirmişdir.  
Pasiyentlərin ağız boşluğuna breketlərin yerləşdirilməsindən 3 ay sonra yuxarıda 
qeyd edilən mikroorqanizmlərin keyfiyyət və  kəmiyyət göstəricilərinin öyrənilməsi 
zamanı isə  Lactobacillus növlərinin rast gəlinməsi qrup üzrə 12 nəfərin diş  ərpi 
nümunələrində rast gəlinməklə ümumi pasiyentlərin 80,0 ± 10,33% -ni əhatə etməklə, 
koloniya təşkil etmə qabiliyyəti 2,54 ± 0,043 KƏV/mq qeydə alınmışdır. Streptococcus 
sanguis növünün ortodontik müalicənin 3 –cü ayında rast gəlinməsi 14 nəfərin diş  ərpi 
nümunələrində olmaqla qrup üzrə 93,3 ± 6,44% olsa da, koloniyalaşma qabiliyyəti 3,97 ± 
0,049 KƏV/mq müəyyən edilmişdir (Cədvəl 3). Streptococcus mutans 
mikroorqanizminin rast gəlinməsi 2 nəfərin bioloji materiallarında müəyyən edilməklə 
ümumi qrup üzrə 13,3 ± 8,78%, koloniyalaşmaları isə 0,73 ± 0,055 KƏV/mq 
hesablanmışdır. 


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə