www.kitabxana.net
– Milli Virtual Kitabxana
50
tərəfindən məşğul hesab edilirdi. Bir neçə saat dayanmadan rəqs edib, əyləndilər. Barda içilən əlavə içki özünü
göstərdi. Rəqs etməkdən usanıb, sərin havada sahil gəzintisinə çıxmağı qərara aldılar. Ləpədöyəndə yaxın
keçmiş - uşaqlıqları yadlarına düşdü. Deyə-gülə, çığıra, qaçdı-tutdu oynadılar. Havaların sərinləşməsinə
baxmayaraq, gündüzlər adam əlindən tərpənmək olmayan çimərlikdə qaranlıq düşdüyü üçün kimsə gözə
dəymirdi. Birdən oğlanlardan biri heç kimin gözləmədiyi təklif etdi:
- Gəlin, dənizdə çimək!
Hamının üzündə sual dolu gülüş yarandı:
- Məgər indi çimmək vaxtıdır?
O biri qızlar yerbəyerdən etiraz etdilər:
- Nə danışırsınız? Qaranlıq, su da soyuq. Ölməyimiz çatıb?
Oğlanlar ilk anda tərəddüd etsələr də sonra nə düşündülərsə razılığa gəldilər. O biri iki qız fikirlərindən
dönmədilər:
- Kim istəyir çimsin. Biz çimmirik, oturub burda sizi gözləyirik.
Çimərlik boyu onun çiyinlərini qucaqlayıb gəzən Elvin soruşdu:
- Sən də çimmək istəmirsən? Olmaya canından ötrü qorxursan?
İçdiyi son qədəh İncini başını elə keyitmişdi ki, söhbətin nədən getdiyinin fərqinə varmırdı.
- Kim, mənmi qorxuram? Səhvin var. Mən heç nədən qorxmuram. Çimmək nədir, lap görünən o ada var
ha.., oraya üzərəm.
Elvin heyrətlə sevindi:
- Eşidirsiz, İnci də bizimlə dənizə girəcək. Halaldı...
Qızlar İncini qınadılar:
- Dəli olmusan? Ölməyin çatıb?
www.kitabxana.net
– Milli Virtual Kitabxana
51
- Eh, - İnci əlini havada yelləyib güldü, - ölüm də. Guya qalıb nəyəsə lazımam...
Dəniz sakit idi. Külək əsmirdi. Ay isə göy ümmanında şahanə üzən qayığa bənzəyirdi.
Əvvəlcə iki oğlan dənizə atıldı. Onların ardınca İnci Elvinlə birgə suya girdi. Su soyuq idi. Canına
yüngül üşütmə gəldi, Elvinin qucağına qısıldı. Suyun soyuqluğu canındakı içkinin istisini qaçırmışdı. Qızınmaq
üçün hərəkət etməyə, üzməyə başladı. Sahildən aralandıqca, elə bil su istiləşirdi. Ya da ola bilsin bədəni suya
alışırdı. Elvin də yavaş-yavaş qızışırdı, onu qucağından buraxmaq istəmirdi...
Qorxulu olduğu qədər əsrarəngiz idi. Ayın süd kimi ağ işığında, dənizin içində... Xəffif meh əsir, hər
tərəf su! Ləpələr səni qoynuna alır və... sevgilin boynunu qucaqlayıb qulağına ürəyindən keçənləri pıçıldayır...
İkramı xatırladı. Bədəninə yayılan şəhvani xoş duyğulardan xumarlandı, sarılıb özünü oğlanın ixtiyarına
buraxdı. Elvinin az çəkmədi göstərdiyi fəallıqdan nəfəsi təntidi, gücü tükəndi, onu qolları üstə çox saxlaya
bilməyib suya buraxdı. İnci suya düşərkən Elvinin dostlarının bayaqdan kənardan onları güdən, cilovlanmayan
ehtiraslarını soyutmağa şərait axtaran baxışlarını hiss etdi. Onu bölüşmək istəyən kefli, qizğın üç "canavar" üz-
üzə durmuşdu. Biri o birini xəbərdar edirmiş kimi çığırdı:
-Bax ha... Peşiman olacaqsan...
Son kəlmələrdən İncinin bədəni titrədi. Bu sözlər vaxtilə ona deyilmişdi. Sevgilisinin aşnası olmaq
istəməyən "xanım", indi yüzlərin oyuncağı idi. Hönkürmək istədi. Qəfildən ayağının yerdən üzüldüyünü duydu.
Əl-qol atdı. Elə bil kimsə, nəsə onu dartıb suyun altına çəkirdi. Çabaladıqca duzlu, şor su ağzına dolur, ağırlaşır,
hər şey - sahil də, Ay da an içində sürətlə gözdən itirdi. Qışqırmaq, haray qoparmaq istədi. Gücü çatmadı.
Çatsaydı da imdadına yetəcək Allah bəndəsinin olacağına ümidi yox idi...
Gözlərini açanda başının üstə üzündən nur yağan, ciddi cəhdlə onu ayıltmağa çalışan cavan oğlanı
gördü. Onun sahildə qumun üstündə uzatmışdılar. Ölməyə qoymamışdılar. Xeyli adam başının üstünə
yığışmışdı. Bir az əvvəlki əyləncə dostlarını aradı. Heç biri gözünə dəymədi. Bütün bədəni sızlayır, sərxoşluğu
keçməyən başında isə ağrılar ara vermirdi. Keçirdiyi qorxu canından çıxmadığı üçün özündən asılı olmayaraq
gözləri axır, bayılırdı.
- Necədi? Özünə gəldi?
Qulağına Nailin səsi dəydi. Xoş, təmkinli səs ona cavab verdi:
www.kitabxana.net
– Milli Virtual Kitabxana
52
- Gələcək. Burada ona soyuq olacaq. Sakit otaqda uzanıb dincəlsin, isti çay içsin, ayılacaq.
- Nə gözləyirsiz, - yenidən Nailin səsi eşidildi, - tutun hərəniz bir tərəfindən, aparın kabinaların birinə.
Bu qız əvvəl-axır baş bəlasıdır...
Ayılarkən rəfiqələri İnciyə dənizdəki oğlanların əvvəlcə ağıllarına gətirmədiklərini, sonra onun
həqiqətən batdığını, sudan çıxarda bilmədiklərini görüb sahilə qaçdıqlarını, bu zaman təsadüfən sahildə qızla
gəzən Fateh adlı oğlanın xəbəri eşidən kimi özünü suya atıb onu kürəyində sahilə çıxarmasını nəql etdilər.
İncinin öldüyünü zənn edən Elvin və dostları isə maşına minib qaçıblarmış...
İnci acı-acı gülümsündü: «Bizim elita adamlarımız bunlarmış? Eh, mənəviyyatca onlar da elə bizim
tayımızdır. Bir manatın iki üzü kimi... Deməli, Allahın ona, bəlkə də, xoş gün görməyən yetimliyinə görə yazığı
gəlmiş, qoyulan qanunlara zidd etdiyi günahları da bağışlamış, vaxtsız ölümdən xilas etmişdir.»
Dəhşətli və üzücü gecənin yorğunluğundan şirin yuxuya getdi. Səhər qapının aramla döyülməsi səsinə
oyandı. İçəri cavan oğan girdi. Görən kimi tanıdı. O idi. Sahildə onu ayıltmağa çalışan, üzündən nur yağan
oğlan. Onu dənizdən çıxarıb ölümdən xilas edən, yenidən həyata qaytaran, insanlığı və hünəri ilə qəlbini fəth
edən Fateh!
- Hə, necəsən? Özünə gəlmisən?
İnci ona minnətdarlıq dolu baxışlarla baxdı:
- Sağ ol. Çox sağ ol ki, ömrümü qırılmağa qoymadın. Sən məni təzədən həyata qaytardın. Bu yaşadığım
an üçün, aldığım nəfəs üçün sənə borcluyam...
- Nə danışırsan? Sən mənə yox, Allaha borclusan, səni Allah saxladı, mən sadəcə vasitə oldum, kömək
etdim.
- Dəxli yoxdur. O səni seçib mənə yetirib. Ona görə də mən sənə borcluyam.
Fateh ondan beş-altı yaş böyük olardı. Geniş alnı, iri ala gözləri, xoş hisslər yaradan mehriban baxışları
vardı.
İnci əlini uzadıb onun əlini sıxdı:
- Bilmirəm sənə necə təşəkkür edim, xəcalətindən çıxım, xeyirxahlığının əvəzini necə ödəyim?
Dostları ilə paylaş: |