www.kitabxana.net
– Milli Virtual Kitabxana
53
- Xanım, mən təmənna üçün etməmişəm. Mən bunu etməliydim, başqa cür ola da bilməzdi.
- Başa düşürəm. Sən təmənna üçün etmədiyin kimi, mən də səni həmişə təmənnasız sevəcəyəm.
Baxmayaraq ki, mənim sevgimə ehtiyacın yoxdur. Sənə layiq qadın olmasam da, ömrümün hər anı sənin
olmağa hazıram. Göydə Allaha, yerdə sənə bir can borcluyam.
O gündən İnci Fatehdən əl çəkmədi, kölgə kimi arxasınca süründü. Ürəyində ona qarşı tükənməz sevgi,
məhəbbət duydu. Çoxdandı heç kimi sevmirdi. Qəlbində oyanmış yeni duyğuları onu yenidən
təravətləndirmişdi. Amma bara heç vaxt tək gəlməyən, hər dəfə bir sütül qızla gələn Fatehin ona qarşı
laqeydliyini biruzə verməsə də, qadın kimi qəlbində gizlincə qəm çəkirdi. Laqeydliyin səbəbini anlamayan
İncini heyrət bürümüşdü. Bara gələndən rastlaşdıtı ilk kişi idi ki, onunla yatmağa can atmırdı. Nəhayət, addımı
özü atdı. Gecələrin birində qonağı olmağı xahiş etdi. Fateh razılaşdı. Ancaq şərtlə:
- Qonaqlığın xərci mənlikdir.
- Nə danışırsan, - İnci incidi, - qonağımdan, sevdiyim adamdan pul götürəcəyəm?
- İstəmirsənsə, incimə, onda gözlə mən də səni eyni istəklə sevim. Hələlik gəl dostluğumuzu saxlayaq,
olarmı?
İnci Fatehin düşüncə tərzinə heyran qalmışdı: insan da gözütox olarmış... O həqiqətən sevilməyə
layiqmiş. Sevgi alınıb-satılmadığı kimi, əlçatmazlığa da yüksələndə nə qədər ülviləşirmiş?!
Allah niyə əzəldən onun baxtına beləsini qismət etməmişdi? Qadını sevməyi, xoşbəxt eləməyi
bacarmayan, adları kişi olan zatıqırıqlarla rastlaşmaqdan yorulmuşdu.
Məsmənin hamısını naxələf hesab etdiyi erkəklərin arasında demə əsl kişi olanları da varmış!
Və indi Məsmə bu kişini də öz toruna salmışdı. Niyə? Nə üçün belə olurdu? Fatehi kiminlə görür-
görsün, narahat deyildi, lakin Məsmə ilə bir otaqda olduğunu biləndə onda qəlbinin dərinliklərindən gələn
qəribə bir qısqanclıq hissi yaranmışdı. Bütün qəlbi, beyni yerindən oynamışdı. İllərlə Məsməyə qarşı içində
saxladığı nifrət, kin-küdurət qaynayıb-daşırdı. Evə ayaq basan gündən bədbəxtlik gətirən, ilk sevgisinin qənimi,
gizlində onu Nailə satan, üzdə özünü mələk göstərən bu İblis qadın etdikləri azmış, indi də istəklisinə - Fatehinə
əl atıb. Kim ona verib bu haqqı? O, mənim ömrümdə, yaşamımda nə qədər at çapacaq, bəs deyilmi?
Düşündükcə əsəbindən partlayan İnci dözməyib əl çantasından siqaret çıxartdı.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
54
- Siz Allah məni bağışlayın, dözə bilmədim, - taksi sürücüsündən üzrxahlıq etdi.
- Allah bağışlasın, xanım, - orta yaşlı kişi dilləndi, - çatmışıq.Nə qədər istəyirsiz çəkin.
Başını qaldırıb ətrafa baxdı. Fikirlər yol boyu başını qatdığı üçün taksinin "restoran-bar"ın həyətinə
çatdığından xəbəri olmamışdı. Maşından düşərkən ağlına gələn fikirdən ürəyi sıxıldı. Ona elə gəldi ki, yenidən
geri qayıtmalıdı. Nəyisə evdə qoyub. Üzünü sürücüyə tutdu:
- Evdən çox fikirli çıxdım, ola bilsin nəyisə unutmuşam. Yadıma düşərsə, gecə də olsa gəlib məni evə -
geriyə apara bilərsiz?
- Niyə aparmıram. Gecə mənim üçün sizin kimi xanımla yola çıxmaqdan gözəl nə ola bilər?
- Yaxşı. Razılaşdıq, zəng edərəm, - İnci sürücünün telefonunun nömrəsini götürüb taksidən ayrıldı.
Barda həmkarları ilə görüşəndə ona təəccüblə baxdılar:
- Nə olub sənə? Nə baş verib?
Öz adları ilə deyil Gülya, Lida, Zema çağrılan bu qızlar barın uzaq guşəsində yığışıb siqaret tüstülədərək
vaxtlarını öldürürdülər. Qızların qəfil sualı İncini həyəcanlandırdı:
- Mənə nə olub ki? Yoxsa paltarım paralanıb? - Üst-başına göz gəzdirdi.
- Güzgüdə özünə bax, - Gülya yaxınlıqdakı güzgünü göstərdi, - rəng-ruhun ağarıb. Ya səni it qapıb, ya
da...
- Ya da mən iti qapmaq istəmişəm, eləmi? - İnci divardakı güzgüyə nəzər saldı. Bənizi ağarmışdı,
gözlərinə həyəcan dolu kədər dolmuşdu.
- Yox, qapmağı bacaran deyilsən, ola bilsin kimsə pul atıb, geri ala bilmirsən. Düzmü dedim?
- Sizin dərdiniz ancaq elə puldur.
- Pul olmayıb nə olacaq, - Lida Gülyanın sözünə qüvvət verdi, - fərli pulumuz olsa idi burda nə gəzirdik?
- Nə olubsa, canın sağ olsun, - söhbətə Zema da qoşuldu, - əsas odur ki, vecinə alma. Gəl əyləş dincini
al. Nə çəkirsən?
www.kitabxana.net
– Milli Virtual Kitabxana
55
- Dərd, - İnci güzgüdə özünə baxandan sonra da yol boyu düşündüklərini xatırlayıb ah çəkdi. Əl
çantasından siqaret çıxarıb yandırdı.
- Ver o dərddən biz də çəkək. Tək çəkmə, ürəyinə güc düşər, - qızlar gülüşdülər. İnci siqaret qutusunu
onlara uzadıb boş stullardan birinə əyləşdi. Qutudakı siqaretlərdən hərə birini götürdü.
- Ölmürəm havayı üçün, müft malın qənimiyəm, - Gülya hamıdan tez alışdırıb tüstünü sinəsinə çəkdi.
- İndi keçək əsas məsələyə. De görək nə olub, danış, ürəyinii aç, yüngülləşərsən. Bəlkə köməyimiz
dəydi?
- Heç nə olmayıb, narahat olmayın. Bir az yorğunam, yaxşı dincəlməmişəm, - İnci sifətinə süni gülüş
yaydı.
- Mən bilirəm onun dərdini.
Hamı maraqla Lidaya baxdı.
- Vurulub. Sevir!
- Ooo.., nə yaxşı! - xorla səsləndilər.
- Elədirsə onunla işiniz olmasın, - Zema rəfiqələrini məzəmmətlədi, - başına gəlməyən nə bilir necə
dərddir?
- Vəssalam da, yenə başlayacaq sızıldamağa, - Gülya Lidanın qulağına pıçıldadı.
Eyni aqibətə tuş gələn bu qızlar fərqli, həm də oxşar talelər yaşamışdılar. Öz aralarında "sevgi yanığı"
adlandırdıqları Zema neçə dəfə sevmək istəsə də, sevgisi ya cavabsız qalmış, ya da yarı yolda atıb getmişdilər.
Həmişə belə olurdu. Məsələ ciddiləşəndə, qarşı tərəf onun ailəsi ilə maraqlananda, münasibətlər soyumağa
başlayırdı. Axı, o nə etsin ki, yaşadığı binada atasını ağzı qatıq kəsməyən, anasını "aferistka", pozğun hesab
edirdilər. Od olmayan yerdən tüstü çıxmaz. Görünür anasının “gizlinləri” çoxlarına əyan imiş.Onun günahı
idimi iki böyük bacısı yaşa dolub qız qarımışdılar. Zəhmət çəkib, oxuyub ali təhsil almışdı. Başqa yaşıdları,
tələbə yoldaşları kimi o da ən yaxşısını yemək, içmək, geymək, gəzmək, gəncliyini, ömrünü xoş keçirmək,
kimdənsə geri düşməmək istəyirdi. Yoxsa o da bacıları kimi evdə oturub mücərrəd ömür sürməli idi? Zema
axtarırdı qismətini, sevgisini, firavan yaşayışını. Axtara-axtara Nailin toruna düşüb, bara gəlib çıxmışdı...
Dostları ilə paylaş: |