The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 486,18 Kb.
Pdf görüntüsü
səhifə12/23
tarix03.10.2017
ölçüsü486,18 Kb.
#3054
1   ...   8   9   10   11   12   13   14   15   ...   23

www.kitabxana.net

  –  Milli Virtual Kitabxana

 

38 


 

Müqavimət göstərmək yersiz idi. Vücudunu bürüyən sərməstlikdən müqavimətə heç halı da yox idi. Xoş 

təmasdan yaranan bədənindəki od nəfəsini kəsir, ağlını alırdı. Getdikcə huşunu itirir, dünyanı unudub, özünü 

başqa aləmdə hiss edirdi. Sevgilisi ilə olan bu aləmdə hər an gözəl və şirin idi... 

Gecənin bu anında onu yandırıb yaxan odun səngiməsi ilə bədənindən nəsə ayrıldığını duydu. Dərk 

etməyə gücü çatmadı. Halsızlıqdan sevgilisini qucaqlayıb, nə vaxt yuxuya getdiyindən xəbəri olmadı. 

Səhərə yaxın ayıldı. Gözlərinə inanmadı. O yataq otağındakı çarpayıda İkramla yanaşı yarıçılpaq 

vəziyyətdə uzanmışdı. Qonşu otaqdan çarpayıyadək əynindən çıxarılmış paltarlar döşəməyə necə gəldi 

səpələnmişdi. Bu, necə olmuşdu? Onlar gərək ki, divanda uzanmışdılar. Bu yatağa necə gəlib çıxmışdılar, 

yadında deyildi. 

Ayağa durmaq istəyəndə qarnının aşağısında ağrı hiss etdi. Ağrıyan hissəni əli ilə tutub sol qolu üstə 

dirsəkləndi. Ağrısının ötüb keçməsini güman edib, əlini çəkəndə barmaqlarındakı qanı görüb, bərk qorxdu. 

Həyəcanla yan-yörəsinə baxdı. Yatağındakı iri qan ləkəsi gözünə sataşanda ağlına gələn fikirdən yerindəcə 

qurudu. Sanki, ürəyi dayandı. Bilmədi sevinsin, ya ağlasın. O, daha qız deyildi... O, qadın olmuşdu!.. O, 

xoşbəxt idi. Dünyada heç olmasa bir arzusuna yetmişdi. Qəlbinin hökmünə rəğmən bəkarətini sevgisinə bəxş 

etmişdi. İndi o nə etsin? Bu dəyişikliyin məsuliyyətini öz boynuna götürsün, yoxsa İkramı fakt qarşısında 

qoysun? Ağlamalı onda olacaqdı ki, İkram faktın məsuliyyətindən qaçıb onun bütün ümidlərini puç edə. Belə 

olarsa, nə edəcəkdi? Bilmirdi. Onda görə də qorxurdu yuxudan ayıldıb, ürəyinin çırpıntısını çatdırmağa. Çox 

vaxt nədənsə qorxduğu başına gəlirdi. Xoşbəxt anlarının ömrünü uzatmaq naminə İkramı oyatmağa tələsmədi. 

Gözlərini yumdu. İmkanı olsaydı, dünyanın qorxulu, pis üzünü görməmək üçün, gözlərini açmazdı. Tanrıdan 

zamanın dayanmasını, əbədiyyətə qovuşmasını dilədi. 

...Gözünü paltar xışıltısına açdı. İkram yerindən qalxıb, otaq boyu döşəməyə səpilmiş paltarların 

arasından özününküləri seçib, əyninə geyirdi.  

- Sabahın xeyir,- İnci onu salamladı, - Nə olub, nə axtarırsan? 

- Başa düşmürəm, maykama qan hardan dəyib? 

İnci güldü: 

- Gecə özündən xəbərin var idi ki, etdiyin hünərini də biləsən? 



www.kitabxana.net

  –  Milli Virtual Kitabxana

 

39 


 

- Nə etmişəm ki, - təəccübləndi, - yatıb qalmışam da.  

- Bundan artıq nə edəcəksən, səni dəvət etmişdim Yeni il gecəsini qeyd edək. Sənsə onu mənimçün zifaf gecəsi 

etdin, - İnci xoş nəzərlərlə gözlərini süzdürdü. 

- Necə? Zifaf? - İkram dönüb yatağa tərəf diqqətlə baxdı. Ağlına gəlməyəcəyi halla rastalaşdığından 

yerindəcə donub qaldı. 

Deyəsən, qanı qaraldı, - İnci düşündü. Onun könlünü almağa tələsdi. 

- Yoxsa ürəyincə deyil, nədən qanın qaraldı? Biz ki, bir-birimizi sevirik? Gec-tez bu olmalı idi. Sadəcə 

toyu gözləməyə səbrimiz çatmadı. Təki toy olsun. Toyu yola verərik. Onun üçün üzülmə. Allah da, özün də 

şahidsən ki, mən sənə məxsusam. Əzizim, sən bununla sevinməli, fəxr etməlisən! 

İnci yaxınlaşıb, onu qucaqladı. Yanağını yanağına söykədi. Gözləmədiyi Yeni il "sürprizi" İkramı 

daxilən sarsıtmışdı. Donuq gözlərini İnciyə zilləsə də, beynində fikirlər qarışmışdı. Bu, "icdivac"dan sonra 

onların münasibətləri necə olacaqdı? İnci ondan əl çəkən deyildi. O, gərək belə bir vəziyyətin başına gələ 

biləcəyini, o halda nə edəcəyini əvvəlcədən düşünməli idi. Ya da indiki çətin vəziyyətə düşməməsi üçün baş 

verməsinin qarşısını alaydı. Sadədil, fağır hesab etdiyi İnci ondan tədbirli çıxmışdı. Məsmə ilə çörək kəsməsinin 

təsiri varmış. Nahaq deyilməyib: "Atı atın yanına bağlasan həm rəng olmasa da, həm xasiyyət olar". Beləsinə 

ailə adını etibar etməkmi olar? 

- Hər halda sən bunu etməməliydin...  

İkramın xeyli müddət danışmayıb, sonra təəssüf dolu cümləsini eşidən İncinin qanı qaynadı: 

- Mən? Mənmi günahkaram? Mən nə etdim ki? Gecə özünü idarə edə bilməməyindən xəbərin vardı? 

Başqa yerdə içib sərxoş gəlməyini də bəlkə mən etmişəm? Sən ağlını itirən halda mən nə etməliydim? Haray 

çəkib imdad istəməliydim? 

- Demək istəyirsən ki, səni zorlamışam? 

- Xeyr, biz bir-birimizi seviriksə, hansı zorlamadan söhbət gedə bilər? Hə, yoxsa daha sevməyini 

danırsan? Nə tez unutdun sevgimizi? Səninki elə bura qədərmiş? - İncini hıçqırıq boğdu. Göz yaşlarını saxlaya 

bilmədi. Ürəyinə gələn başına gəlmişdi. İkram əsgərlikdən qayıdandan bəri onun sevgisindən gözü su içmirdi. 




www.kitabxana.net

  –  Milli Virtual Kitabxana

 

40 


 

İncinin əlləri ilə üzünü örtüb için-için ağlaması İkramın qəlbini ağrıtdı. Niyə öz günahını görmürdü? 

Neçə vaxtdır İnci ilə evlənməyəcəyini qət etsə də niyə fikrini ona açıq demir, gizlədirdi. İnci qəlbindəkini bilsə 

idi bu gecəni onunla keçirməyə razı olardımı? Əlbəttə, yox! Səni sevən insana yalan danışmaq böyük günah 

deyilmi? O, ürəyindəki bütün fikirlərini bir gün, yox, yox, elə bu gün İnciyə deməli idi. Nə qədər acı olsa belə. 

Qıza yaxınlaşıb başını sinəsinə sıxdı, saçlarını tumarladı: 

- Bəsdi, ağlama, mənəm günahkar, mən səhv etdim anlamadan. 

- Peşimansan, eləmi? İçkili olmusan, ağlın özündə olmayıb, belə demək istəyirsən? Amma dünənə kimi 

sevirdin. 

- İndi də sevirəm. İnan Allaha düz deyirəm. Gəl ki, çoxdan sənə bir sözü, həqiqəti demək istəyirdim. 

Qəbul etməyəcəyindən çəkinib, deməyə qorxurdum. Sənə açıq etiraf etməliyəm. Sevmək azdır, səni nə qədər 

sevsəm də, evlənməyimiz mümkün deyil. 

- Niyə? Kim qoymur, kimdən qorxursan? Özün-özünə yiyəlik edə bilmirsən? Kimin sənin könül işinə 

qarışmağa haqqı var? 

- Heç kimin. Heç kim mənə hökm vermir ki, sən İnci ilə evlənmə. Amma gəl ətrafımıza açıq gözlə 

baxaq. Bu evliliyi nə evimizdə ata-anam, nə məhəllədə dostlarım, tanışlarım bəyənməyəcək. Səni almaqla bütün 

yaxınlarımı, ətrafımı itirəcəyəm. Fikirləş, cəmiyyətdən, ətrafdan ayrı yaşamaq olarmı? Belə olan halda bir 

müddət sonra sevgimizin azaldığını hiss edən kimi günlərin birində cəmiyyət bizi bir-birimizə düşmən edib 

ayıracaq. Gözlərimiz sanki yenidən açılacaq, sevginin kor olduğuna inanacağıq. Həqiqət budur! 

- Evlənməyimizi qəbul etməyən sənin cəmiyyətin, mənimlə gəzməyinə necə baxır? 

- Normal! Hətta sevmədiyim, lakin vacib “atributları” yerində olan ailənin qızı ilə məhəbbətsiz 

evlənməyə də normal baxırlar. Sən məni başa düş. Mən zəifəm, ya da sənə olan sevgim yetərincə deyil ki

qarşısına çıxacaq bütün çətinliklərə sinə gərsin, tab gətirsin. Ancaq mən səni atmayacağam. Söz verirəm ki, 

rəsmi olmasa da səni ailəm kimi saxlayıb, qayğını çəkəcəyəm. 

Son cümlə bayaqdan bədbinliyə qapanmış İncini sakitləşdirmək əvəzinə qəzəbləndirdi. İlahi, illərlərlə 

xəyallarında yaşatdığı, sevgisinə güvəndiyi insan arzularını çilik-çilik etməyi azmış, "lütfkarlıq" nümayiş 

etdirirdi: 



Yüklə 486,18 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə