The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 486,18 Kb.
Pdf görüntüsü
səhifə14/23
tarix03.10.2017
ölçüsü486,18 Kb.
#3054
1   ...   10   11   12   13   14   15   16   17   ...   23

www.kitabxana.net

  –  Milli Virtual Kitabxana

 

44 


 

- Namərd çıxdı, qurtardım onunla. 

- Deyirəm axı, sən dəyişilmisən, əvvəlki qız deyilsən. Sən də namərdin birinə bel bağlamışdın. Qızım, 

inanma erkəklərə. Sevgi filan qızları aldatmaq üçün erkəklərin uydurmasıdır. Əsas odur ki, özün-özünə gün 

ağlayasan, gələcəyini düşünəsən. Hamıdan sən istifadə edəsən. İmkan verməyəsən ki, səndən istifadə etsinlər. 

Bax, mən sənin belə olmağını istəyirəm. Onda günü sabah Naillə danışıb görüşünüzü təşkil edərəm. 

Məsmə İncinin göydəndüşmə yumşalmasına xeyli sevindi. İncidə yaranmış dəyişikliyin səbəbini heç cür 

anlamırdı. 

Səhəri gün işdən qayıdarkən Məsmənin gözləri gülürdü: 

- Danışdım Naillə. Dedim qızımın xoşuna gəlmisən. O dəfə utanıb-sıxıldığına görə çıxıb aradan. Tək 

başına evə qaçıb. 

- Nə razılığa gəldiniz? Sövdanız baş tutdu? - İnci eyhamla soruşdu.Məsmə onun ikibaşlı cümləsinə 

əhəmiyyət vermədi. 

- Razılaşdım. Keçən dəfə maşınına əyləşdiyimiz yerdə saat onda. Hər şey özündən asılıdır. Ağlını elə al 

ki, ölsün dərdindən. O səninlə zorla yatmayacaq. Sən də ondan ürəyincə peşkəş almasan, razı olma. Düzdü o, 

sənin bütün ehtiyaclarını ödəyəcək, amma varlığa nə darlıq. Nə qədər çox olsa ziyanı olmaz. 

- Sən nə qədər almısan? 

Qəfil sual Məsməni əsəbiləşdirdi: 

- Sən bu gic-gic danışmağından əl çəkmədin. Nə günə qalmışam ki, qızımı satam? Bizim başqa 

alverimiz var, onun sənə dəxili yoxdur. 

- Yaxşı, hirslənmə. İndi məni özünə arvad alır, yoxsa məşuqə saxlayacaq? 

- Deyir qızlığına əmin oldum, qıza yüngül toy edib arvadım kimi saxlayacağam. 

- Bəs, əmin olmasa? - İnci çaşqınlıqla soruşdu. 

- Onun bizə nə aidiyyatı, nə edəcək. Gül kimi qızsan, sən yaşda qızı hardan tapacaq. Tapan idi neçə 

illərdi tapardı, - sualdan sonra İncinin ani fikrə getdiyini gördü. - Nədi, yoxsa nəsə olub, xəbərim yoxdu? 



www.kitabxana.net

  –  Milli Virtual Kitabxana

 

45 


 

- Heç nə olmayıb, maraq üçün soruşdum. Hər ehtimala qarşı. Birdən... dandı, aldatmaq istədi. 

- Bilirsən onu neynərəm? Dərəbəylikdir bəyəm? Onun deməyi ilədi? Ekspertiza var, məhkəmə var. Elə 

bir oyun açaram başına, adı yadından çıxar. 

- Toydan qabaq nə yoxlama? Əcəbdi. Sənə etibarı yoxdu? 

- Söhbət məndən getmir. Bir dəfə başına gəlib aldatmaq istəyiblər, gözü qorxub. Həm də ki, indi adət 

halını alıb. Heç sevirəm deyənlərin də bir-birinə etibarları qalmayıb. 

Bayaqdan içindəki gərginliyi gizləyən İnci hisslərini pərdələməyə fürsət tapdı: 

- Nə qədər ki, namərd insanlar var, dünya düzələn deyil. Adamları tanımaq olmur. 

Qarşıdakı sınaqdan necə keçəcəyini düşünərək, əlini alnına dayayıb fikrə getdi. 

- Qurtar görüm, - Məsmə onu qınadı, - unut o, "namərdini" qurtarıb getsin. Şükür Allaha ki, onu 

vaxtında tanımısan. Kim bilir başına nələr gətirəcəkdi. Yaxşı ki, belə olub. Allah lazım bilib. Mənim səsimi 

eşidib, səni ayıldıb. O, məni başqa bəndələrindən çox istəyir, inanmırsan? 

- İnanıram. Tanrının mənasını dərk eləmədiyimiz işləri çoxdur, - İnci təsdiqlədi. 

Səhəri günü razılaşdıqları saatda görüş baş tutdu. Bir neçə gün də keçdi. Bu müddət ərzində nə Naildən, 

nə də onunla qalan İncidən xəbər gəlməməsi, Məsməni hövsələdən çıxarmışdı. İki-üç dəfə telefona əl atmaq 

istəsə də, özünü saxlamışdı: görəsən, nə qərara gəldilər, "yoxlama"nə uzun çəkdi? Nəhayət, bir axşam 

telefondan Nailin hikkəli səsi gəldi: 

- Arxanca göndərdiyim taksiyə əyləş, gəl. Gözləyirəm, - cavab gözləməyib, dəstəyi asdı. 

On dəqiqə sonra göndərilən taksiyə əyləşən Məsmə Nailin villasına qədər ürəyini yedi. Nailin 

görüşmədən, sağollaşmadan ağır tonda, hökmlə danışması heç bir yaxşılıqdan xəbər vermirdi. Yəqin, aralarında 

nəsə anlaşılmazlıq, inciklik olub. İncinin yenə tərs damarı tutub, ona görə məni köməyə çağırıb,-Məsmə 

düşündü,- ayrı nə ola bilər? 

Nailin nəinki səsi, rəngi də qaralmışdı. Acığından siqareti dalbadal çəkməkdən yorulmurdu. Qarşısındakı 

stolun üstündəki külqabı siqaret kötüyü ilə dolmuşdu. Otağın o başındakı taxtda üzüqoylu uzanmış İnci səsini 

içinə qısıb göz yaşlarını silirdi. Məsmə onları belə vəziyyətdə görcək haraya başladı: 




www.kitabxana.net

  –  Milli Virtual Kitabxana

 

46 


 

- Nə olub, nə baş verib? Deyin görüm. Bəsdirin, ürəyimi çəkməyin. 

- Daha nə olacaq, - Nail partladı.- utanmırsız, siz məni nə hesab edirsiniz? 

- Ay Nail, niyə belə danışırsan, günahımız nədir? Yoxsa qız sənə qarşı kobudluq edib? 

- Nə qız, - əliylə İncini göstərdi, - bunamı deyirsən? Sübut elə ki, o qızdır!.. Bəli, sənin mənə sırımaq 

istədiyin qızın həqiqətən qızdır. 

Məsmə özündən çıxdı: 

- Nail, nə danışdığını bilirsən? Sən mənim qızıma böhtan atırsan, vallahi, başına bir oyun açaram, bütün 

aləm tamasına yığışar... 

- Dayan, coşma! Telefonu görürsən, - aralıdakı masanın üzərindəki telefonu göstərdi, - götür zəng elə, 

həkimə, polisə, ekspertə, hara istəyirsən. Sübut eylə. Aydan arı, sudan duru qızının qız olmağını. Edə bilsən

mən günahkaram! 

O, sərt addımlarla otağı tərk etdi. Məsmə yerində donmuşdu. Nail ona niyə belə sözlər deyirdi? Məgər 

İnci qız deyildi?! O, üzüqoylu uzanan İnciyə yaxınlaşıb, başını sığalladı: 

- Qızım, bu nə söhbətdi, məni başa sal. Nail düzmü deyir?! 

- Düz deyir, - İnci, hönkürdü. Məsmə eşitdiyi sözün ağırlığından ayaq üstə dayanmayıb, keyiyərək, 

yanındakı kresloya çökdü. 

- İstəsəm də, bacarmadım aldatmağı. Şübhələndi, mən də boynuma aldım olanı... 

- Nə vaxt olub, kiminlə? - Məsmə çığırdı, İncinin yaxasından tutub silkələdi. Aşıb-daşan qəzəbini 

cilovlaya bilmədi, az qaldı əl atıb boğazına boğsun. 

- Niyə məndən gizlətmisən, nankor qız! - Dik gözlərinin içinə baxıb, nəsə xatırladı, - Bildim, sənin o 

"namərdinin" işidir, yeni il gecəsində...Eləmi?... 

"Allahın bəlasının" baxışlarına tab gətirməyən İnci gözlərini yumdu. Yaş yanaqlarından üzüaşağı 

süzülürdü. Məsmə İkrahla onun yaxasını buraxıb, ayağa durdu: 




Yüklə 486,18 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə