The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 486,18 Kb.
Pdf görüntüsü
səhifə2/23
tarix03.10.2017
ölçüsü486,18 Kb.
#3054
1   2   3   4   5   6   7   8   9   ...   23

www.kitabxana.net

  –  Milli Virtual Kitabxana

 



 



Nə qədər yorğun, əzgin olsa da öz xoşu ilə ayağa durmayacaqdı, bir neçə dəqiqədən sonra Məsmə qara-

qışqırıq  ilə başının  üstünü kəsdirəcəkdi. Ayağa durub yuyunmalı, üz-gözünü, əyin-başını qaydaya salıb 

növbəti "iş saatına", yaxınlaşan gecəyə hazırlaşmalı idi. 

Yerindən qalxıb gözlərini ovuşdura-ovuşdura vanna otağına tərəf yön aldı. Məsmə onu bu vəziyyətdə 

görcək laqeyd qala bilməyib bozardı: 

- Fu.., zalımın qızı gör nə qədər içib ki, yanından keçmək olmur. Zəhrimarın iyindən baş çatlayır. Aaaz, 

nə məcburdu belə içəsən, görməmişlik edəsən, hansı gününə şadsan? 

- Sənin kimi anamın olmasına, - İnci atmacalı cavab verib vanna otağına girdi. 

- Olmuşdun mənim tayım. Mən olmasaydım, çoxdan qurd-quşa yem olmuşdun. Yad ellərə aparıb Allah 

bilir, ya qul etmişdilər, ya da itkin düşüb ölmüşdün... 

...Məsmə İncinin analığı idi. Qəlbinin dərinliklərində gizlin nifrət bəslədiy kök, bəstəboy qadın həm də 

onun son ümidgahı idi. On dörd yaşında anasız qalmışdı. Ayın yarısını dənizdə işləyən atasının heç vaxt qədrini 

bilmədiyi, hər evə gələndə gözümçıxdıya saldığı anasını Allah qəfil sağalmaz bir xəstəliyə düçar edib, 

əllərindən aldı. Anasının ili çıxmamış günlərin birində haradansa tapışdığı Məsməni evə arvad gətirdi. İlk aylar 

ailədə bütün işlər qaydasında gedirdi. Məsmə qılıqlı, xoşxasiyyət, hamı ilə yolagedən idi. Yalnız atasının 

dənizdə olan günlərində "qohumlarıma gedirəm", - deyib onu təkbaşınaa qoyub bir neçə gün müəmmalı yox 

olması eşidib bilənə də anlaşılmaz görsənirdi. İnci analığının bir müddət harasa gedib qayıtması barədə atasına 

xəbər verərsə Məsmə ilə davalaşacağından qorxub susurdu. Nəhayət, Məsməni kimlərləsə görənlər atasına 

məsələni çatdırmışdılar. Bir gün işdən evə qəzəbli qayıdan atası Məsmənin üstünə çığırdı: 

- Qızı evdə tək qoyub nə sülənirsən orda-burda it kimi? Qıçını qatdala altına, otur evində. Bir də 

eşitməyim, mən evdə olmayanda özbaşınaa harasa gedəsən... 

- Bəs neynim, on beş gün bayquş kimi oturub səni gözləyim? Mən də insanam, darıxıram. Çıxıb bir 

qohumuma dəymək mənə qəbahətdir? 

- Ağzımı açma qızın yanında. Haçandan qohum-əqrəbalı olmusan? Sənin qohumunun "qostinsanın" 

qabağında nə başı qalmışdı?! Yoxsa keçmiş məskənlərini unuda bilmirsən? 

Söhbətin gözlənilməz şəkil aldığını görən Məsmə arxasını yerə vurmadı: 




www.kitabxana.net

  –  Milli Virtual Kitabxana

 



 



- Bəs məni alanda tanımırdın, gözlərin harda idi? 

İncinin ilk dəfəydi atasına yazığı gəldi: qışqırmaqdan savayı əlindən bir iş gəlmirdi. Həmişə anasını 

yerli-yersiz kiməsə qısqanıb, üstünə hücumlanıb döyən atası, indi elə bil qorxurdu, əl-ayağı bağlanmışdı. Demə 

o, Məsmə ilə eyş-işrət zamanı tanış olub, onun yüngül həyat tərzi keçirməsindən də xəbəri varmış. Gözə 

görünməyən qüvvə atasının gözlərini bağlayıb, ağlını almışdı. Guya Məsməni düz yola çəkib ev qadınına 

çevirəcəkmiş. 

Atasının qadağasından sonra Məsmə əri evdə olmayanda daha harasa yox olmadı. Əksinə, "kişi 

qohumları" və özü sayaq qadınlar evə ayaq açmağa başladılar. Belə vaxtlarda "əngəl" olmaması üçün İncini bir 

iş, ya bəhanə tapıb müəyyən vaxt evdən uzaqlaşdırmağa çalışırdılar. Əvvəllər bu bəhanələri anlamayan İnci 

"qonaqların" ona dikilən harın baxışlarını hiss etdikcə, onları görməmək üçün özü həmin saatlarda evdən 

kənarlaşmağa çalışır, gününü küçələrdə, parklarda keçirən tay-tuşları ilə dostluq etmək məcburiyyətində qalırdı. 

- Ay Məsmə, nə gəşəng qızın var. Meyvəsinin nübarını haçan dərəcəksən, vaxtı döyülmü? 

- Yox a, hələ balacadır. Bir-iki il keçsin, sonra "baxarıq". 

Təsadüfən qulağına dəyən bu sözlərin tam mənasına varmasa da, analığının hiyləgər baxışı qanını 

qaraltmışdı. Artıq dərk edirdi ki, Məsmə atasına yaxşı arvad olmadığı kimi, ona da ləyaqətli ana olmayacaqdı. 

Səlim Məsməni alandan sonra yaxın qohum-əqrəba da onlardan üz döndərmişdi. Günü-gündən dedi-

qodu artır, qonşular da rastlaşanda salamlaşmaq istəmirdilər. Dənizdən yorğun qayıdan atasının əhvalını 

korlamamaq , evdə qırğın salmamaq üçün İnci hər şeydən özünü xəbərsiz göstərsə də, onun az-çox məlumatlı 

olmasını, ürəyində əzab çəkməsini gözlərindən duyurdu. 

Atası peşman olmuşdu. Gümanı düz çıxmamışdı. Məsmədən ona ailə olmayacaqdı. Bəs nə etsin? Necə, 

hansı adla evdən çıxarsın? Ona xəyanət etdiyini boynuna qoya bilərdimi? Çünki Məsmə nə edirdisə, o evdə 

olmayanda edirdi. Özü də səriştə ilə, izsiz-filansız. Məsməyə görə işini atsınmı? Onsuz da tanış-biliş arasında 

əvvəlki hörməti qalmamışdı. İndi də işdə hamıya məlum olacaqdı ki, Səlim arvadının ipini yığa bilmir, evdə 

oturub ayağına bağlamaq məcburiyyətindədir. 

Təzədən evlənmək də asan məsələ deyildi . Özünə layiqini tapmaq üçün xeyli müddət arayıb-

axtarmalıydı. Şübhəsiz başqa evin "otur-duruna" alışmış bir ərsiz arvadla evlənməliydi. Hardaydı beyni, qəlbi 

tər-təmiz qadın, bu yaşında ona ərə gəlib, qızına sahib duraydı? Bu müddətdə dənizdə olanda qızına kim həyan 

olcaqdı? Öz doğma anasını əvəz etməsə də ona analıq etməyi bacaran ev qadını lazım idi. Deməli, yaxşısını 




www.kitabxana.net

  –  Milli Virtual Kitabxana

 



 



tapmaq üçün gözləməli, dözməli, sonra qərar verməliydi. O isə tələsmişdi! Axır vaxtlar daima fikirli gəzirdi. 

Bəzən tək olanda öz-özüylə danışırdı. Hərdən taleyini, Məsməyə rast düşdüyü günü qarğıyır, çox vaxt özünü 

axmaqlığına görə qınayırdı. Əgər İncinin anası sağ olsaydı, lap Məsmə ilə dilxoşluq etsə də yəqin ki, evinə 

gətirməyəcəkdi. Keçmişdə yazıq arvadına etdiyi haqsızlıqları düşünür, bu günləri acı taleyi ilə bağlayırdı. 

Deməli, o, verdiyi acıları, özü də dadmalıydı. Pis olmasa, yaxşının qədri bilinməz deyiblər. 

Fikirdən rahatlıq tapa bilmirdi. Səlim sanki çiyinlərində  ağır yük daşıyırdı. Həmin o yükün nəticəsiydi 

ki, bir payız günü dənizdə hava xoş olsa da hündürlükdən müvazinətini saxlaya bilməmiş, suya düşüb 

boğulmuşdu. Təbii ki, bu, ehtimal idi. Ekspertizanın rəyi beləydi. Bəlkə də ayağı heç büdrəməyib, həyatından 

bezib özünü atmışdı. Özündən və Allahından savayı həqiqəti kim bilə bilərdi? 

Atasının ölümü hamı tərəfindən bədbəxt hadisə kimi qarşılansa da, İncinin nəzərində günahkar analığı 

idi. Haqqında yayılan dedi-qodulara, evdə yaranan narazılığa, tez-tez aralarında olan davalara  o baiskar idi. 

Onu ölümə, özünə qəsdə sürüklədiyi üçün atasının qatili hesab edirdi. 

Amma qatil gözü ilə baxsa belə, Məsmədən qeyri kimsənin ona yaxın durmaması bu söhbəti açıb 

ağartmasına dəymirdi. Xalasının biri uzun illərdi xaricdə yaşayır , digəri isə yenicə rəhmətə getmişdi. Başqa 

yaxın kimsəsi yox idi. Gözləmək lazım idi. İnanırdı ki, analığı nə vaxtsa etdiklərinin cəzasını alacaqdı. O günə 

qədər isə hər hansı bir yolla yaşamalıydı. Hələ ki, müstəqil yaşaya bilməzdi. O, Məsmənin qayğısına möhtac 

idi. Ona görə də bildiklərini ürəyində saxlamağa, susmağa üstünlük verdi. Məqamı çatana qədər. 

Əslində Məsmə insan kimi pis insan deyildi. İncini görən gündən onunla mehriban rəftar edir, hər 

qayğısını çəkməyə çalışırdı. Doğma qızı qədər xətrini istəyib, gözəl geyinməsinə, yaraşıqlı görünməsinə həmişə 

diqqət yetirərdi. Özü demişkən, qoy deməsinlər ki, ögey ana əlinə baxır. Baxmayaraq ki, övladı yox idi və 

ümumiyyətlə olmamışdı... 

Bütün insani keyfiyyətlərini, yaxşı cəhətlərini kölgədə qoyan yeganə qüsuru ayağısürüşkənliyi idi. 

Məsmənin nəzərində isə bu qüsur adi həyat tərzi, yaşamaq qaydasıydı. Canındakı ehtirasdanmı, yoxsa anasının 

yolunu davaqm etdirmək alnına yazılmışdımı, ağlı kəsəndən hamı kimi yaşamağı bacarmadı. Həyatın sərt üzünü 

görənədək, bəxtindən bir kişi də qarşısına çıxmadı ki, sevməyin nə olduğunu anlatsın, ona sahib çıxıb, xanımı 

etsin. Əksinə, hamı onun təcrübəsizliyindən öz məqsədi üçün istifadə etdi. İlk günlər özünü "qurbanlıq" hesab 

etsə də, sonradan "sənətinin bilicisi" oldu. Say-hesabını itirdiyi abortların nəticəsi o oldu ki, sonsuz qaldı. 

Ömrünün payızında, yaşı qırxı haqlayanda İncinin atası ilə qarşılaşması isə ona gecikmiş, vaxtı keçmiş baharı 

xatırlatdı. Lakin artıq gec idi. Sərbəst, özbaşına yaşadığı uzun illər bütün varlığına təsir göstərmişdi. Ömrü boyu 

bir kişi ilə yaşamaq, ona heç vaxt xəyanət etməmək?! Onun üçün bu çox çətin idi. Layiqli qaydada yaşamağı 




Yüklə 486,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə