The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 486,18 Kb.
Pdf görüntüsü
səhifə13/23
tarix03.10.2017
ölçüsü486,18 Kb.
#3054
1   ...   9   10   11   12   13   14   15   16   ...   23

www.kitabxana.net

  –  Milli Virtual Kitabxana

 

41 


 

- Məni öz aşnanmı saxlamaq istəyirsən? Düzmü dedim? 

İkram İncinin sifətinin, səsinin sərtləşdiyini görcək özünü itirdi: 

- Yox, mən elə demədim, ailə dedim. 

- Necə olur, səhərdən sənin danışdıqların həqiqət olur, mən deyən yox?.. Dur rədd ol burdan, eşidirsən, 

görməsin səni gözüm. Cəhənnəm olsun sənin həqiqətin. Nifrət edirəm, əclaf!.. 

İncinin belə qəzəblənməsini ömründə görməyən İkram ona tərəf uçan kətildən özünü qoruyub tələsik 

addımlarla, üst-başını düzəldərək səsini çıxarmadan mənzili tərk etdi. 

İnci döşəməyə sərilib hönkürtü ilə ağlayırdı... 

  

*** 



  

Məsmənin gəlişi axşama çəkdi. Onu qarşılayan İncini görəndə üzündə, baxışlarında dəyişiklik sezdi. İnci 

gülümsəyib özünü şən aparmaq istəsə də, qəmgin görünürdü. Gözləri şişmiş, azacıq qızarmışdı. Məsmə 

həyəcanlandı, hövlanək soruşdu: 

- Bu nə sir-sifətdi? Nə baş verib, nə olub sənə? 

- Mənə? Heç nə. 

- Bəs gözlərin niyə nəlbəki boyda olub? 

- Bütün gecəni gözümü yummamışam. Yuxusuzluqdandı. Bir də televizora baxmaqdan. 

- Televizorda maraqlı nə vardı ki, səhərədək gözüvü dikmisən? 

- Qızlar videonu qoşmuşdular. Mən də yaxın oturmuşdum. 

- Video? Maraqlı porno vardı? 

- Belə də... 




www.kitabxana.net

  –  Milli Virtual Kitabxana

 

42 


 

- Ay xətəkarlar. Səhərisi bizə gəlmişdilər? Bəs ev heç qonaq gələn evə oxşamır? 

- Az oturdular. Onlar gedəndən sonra evi səliqə-sahmana salmışam. 

Məsmə əynini dəyişib adəti üzrə otaqlara, mətbəxə göz gəzdirdi. Mətbəxdə zibil qabının yanında 

düzülən boş qabların içərisindən şərab şüşəsini ayırd etdi: 

- Şərab da içmisiz? 

- Mən yox, qızlardan ikisi içdi. 

- Bərəkallah. Sözüm yoxdu rəfiqələrinə, - dodaqlarını büzdü - amma yox e, sən məni aldada bilməzsən. 

Sənə nəsə olub, boynuna almırsan. Boynuna al. Almırsan ki, eybi yox, boynuna alan günün olar. 

Məsmə haqlı idi. O, nə qədər çalışsa da, gözlərindəki kədəri gizlədə bilmirdi. İnci qərarında qəti idi. 

İkramla daha heç vaxt barışmayacaqdı. İllərlə böyük məhəbbətə, ülvi sevgiyə, xoşbəxt gələcəyə olan inamını 

qıran insanı necə bağışlamaq olar? Hələ əsgərlikdən qayıdanda İkramda özünə soyuma hiss etmişdi. Ötüb 

keçəcəyini güman edirdi. Onu hər vəchlə qəlbinə yaxın etmək üçün əlindən gələni etsə də, İkramın gözlərindəki 

anlaşılmaz kölgə heç də getməyibmiş. Demə şübhələri əbəs deyilmiş. İstinad etdiyi "cəmiyyət" və "həqiqət" onu 

illər keçdikcə yalançı, simasız insana çevirmişdi. 

Üç gün sonra qarşısına çıxmağa üzü olmayan İkram zəng etmişdi. İnci səsi tanıyaraq telefonu 

qapatmışdı. Bir neçə gün də ötdü. Yenə zəng etmişdi. Yalvarış dolu səslə sevgisini inandırmaq istəyirdi: 

- Qısa de, nə istəyirsən? - İnci onun uzun-uzadı nağıl danışmasına tab gətirmədi. 

- İstəyirəm ki, məni düz başa düşəsən. Həmin gün o sözü pis mənada demədim. Sən başqa cür yozdun. 

Ancaq mən başqa cür düşünürəm... 

- Sən necə istəyirsən düşün. Mən isə həmişə bir cür düşünürəm. Ya sevirəm, ya nifrət edirəm. Sənə də 

nifrətimi bildirdim, başqa nə istəyirsən? Qurtardım səninlə. Nəinki üzünü görmək, heç səsini də eşitmək 

istəmirəm. Bir də mənə zəng etmə! 

- Peşiman olacaqsan!.. 

İnci onun sözünü yarımçıq kəsib dəstəyi qoydu. 



www.kitabxana.net

  –  Milli Virtual Kitabxana

 

43 


 

Həmin gün uzun müddət əsəbindən özünə gələ bilmədi. Başını ev işləri ilə qarışdırıb, unutmaq istədi. 

İkramın bitməyən cümləsi - "Peşiman olacaqsan" - elə bil qulağında ilişib qalmışdı. Onsuz da peşimanam, - 

ürəyində gileyləndi, - bundan da peşiman günüm olacaq? 

Elə bil köksündə nə isə qırılmışdı, sınmışdı. Və bu qırıq-sınıq zaman keçdikcə sağalmaq əvəzinə onu 

daha çox göynədirdi. Göynətdikcə İkramın nümunəsində bütün kişilərə qəlbində nfirət yaranırdı. Qadını əldə 

edənədək sürünürlər, məqsədlərinə çatan kimi tanımaq olmur, bu etibarsızları. Ağlı kəsəndən sevdiyi "kişi 

nümunəsi" ona belə qiymət qoyursa, bundan sonra ləyaqətli birisinin tapılacağına inanmaq ağılsızlıqdır. Nə 

qədər təmiz, namuslu yaşamaq istəsə də, əhəmiyyəti yox idi. Anası «mamarozalıq» edən qızın ləyaqətli 

yaşamağa haqqı yox idi. Heç qara qarğanın da ağ balası olarmı? İkramın onun ömür-gün yoldaşı seçə 

bilməməsində, əslində günah İkramdan çox Məsmədə idi. Məhz Məsmənin Səlimdən sonra istədiyi kimi 

yaşaması, özünü layiqli apara bilməməsi, çoxlarını bu ailəni əxlaqsız hesab etməsinə sövq etmişdi. Ən böyük 

günahı Məsmənin qızı olması idi. Atasının ömrünü kəsən Məsmə, onun da tale yolunu bağlamışdı. 

Fikirlər burulğanında əldən düşüb gözlərini qapayaraq dünyadan ayrılanda, düşdüyü qaranlıqdan yol 

tapa bilməyib qəzəbindən nə edəcəyini bilmirdi. Məsmədən, İkram kimi kişilərdən, taleyindən qisas almaq 

arzusu ilə alışıb-yanırdı. Adi insan kimi saf yaşamasına mane olanlardan, təhrik etdikləri yolun cəzası ilə 

heyfini çıxacaqdı. Onun daxili aləminə kor olanları, ürəyindən qara qanlar axsa da, zahiri zənginliyi - hər 

yetənin imkanı çatmadığı qeyri-adi həyat tərzi ilə üstələməliydi. Bu məqsədə Məsmənin göstərdiyi yolla, Nail 

kimilərin vasitəsilə az vaxtda yetə bilərdi. Mənəviyyatsızları yalnız maddiyyatla heyrətləndirmək olardı. 

Bəlkə Məsməni sevindirib Naillə görüşsün. Onsuz da daha etiraz etməsinin heç bir lüzumu qalmamışdı, 

gələcək həyatını alın yazısının ixtiyarına buraxmışdı. 

Bir gün yenə evdə Naildən söz düşəndə İnci Məsməni təəccübləndirdi. 

- İstəyirsən, Naillə görüşüm? 

Məsmə qulaqlarına inanmadı: 

- Düz sözündü? Ya məni dolayırsan? 

- Sən mənə de, istəiyrsənmi? Sən istəyirsənsə, mən razıyam. 

- Uduzmazsan, səni yağ içində böyrək kimi saxlayacaq. Bəs sənin sevgin hara qeyb oldu? 



Yüklə 486,18 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə