The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 486,18 Kb.
Pdf görüntüsü
səhifə11/23
tarix03.10.2017
ölçüsü486,18 Kb.
#3054
1   ...   7   8   9   10   11   12   13   14   ...   23

www.kitabxana.net

  –  Milli Virtual Kitabxana

 

35 


 

İnci sevilməli qız idi. Əvvəllər İnci ona nə qədər əlçatmaz görünürdü, daha çox istəyirdi. Son illər 

əksinə, qızın ona qırsaqqız olub əl çəkməməsindən marağı azalmışdı. Başa düşürdü ki, İnci onu öz orbitində 

saxlamaq üçün dəridən-qabıqdan çıxır. Yeni İl adı ilə evə dəvət etməsi də yəqin ki, bu qəbildən idi. Qızın belə 

hərəkəti İkramda ikrah hissi yaratsa da, uşaqlıq sevgisinin gücü sonda bütün hissləri üstələyirdi. 

- Sıxılma, daralma, özünü tam sərbəst, rahat hiss et. Qapını bağlamışam, heç kim bizi narahat edə 

bilməz. Məsmə sabah gələcək. Telefonu çıxarmışam, zəhləmizi tökməsinlər. Yeməklər hazırdır. İçkimiz də 

yerində, şampan almışam. Sənə demişdim: sən və mən. Vəssalam. Belə şərait bir də ələ düşəsi deyil. Bir də öz 

evimiz olanda, - İnci İkramla divanda yanaşı əyləşib, qollarını onun boynuna sarıdı. 

"Zavallı elə bilir mən onu alacağam", - İkram düşünərək öz-özünə gülümsədi. Uşaq olanda bu barədə 

düşünmək istəməsə də, illər ötüb yaşa dolduqca insanların niyə birini sevib, digəri ilə ailə qurmasının 

səbəblərini dərk etməyə başlayırdı. Evlənmək çətin iş deyildi, xoşbəxt olmaqsa müşkül məsələ idi. Yaşadığın 

mühiti, ətrafındakı insanların münasibətini nəzərə almadan özünü hisslərinin qurbanı etmək insanı gec-tez 

bədbəxtliyə aparıb çıxaracaqdı. Məsum sevgisindən savayı heç bir üstünlüyü olmayan bu mələyin nə vaxtsa 

adiləşib onun üçün əcinnəyə dönməyəcəyinə kim zəmanət verə bilərdi?! 

İnciyə qarşı ciddi fikri olmasa da gözəlliyinə biganə deyildi. Qadın kimi onu çox sevirdi. Qəlbindəkini 

gizləməsə, İnciyə açıqlasaydı, onun ürəyini qırmaqdan, münasibətinin pozulmasından artıq nə qazanacaqdı. 

Cürəti çatmırdı deməyə, hələ ki, ehtiyac yox idi... 

- Nə olub sənə. - İnci onu özünə sarı çəkib, dodaqlarından öpdü, - nə fikirləşirsən, belə yaramaz, nə də 

belə yeni il qarşılamaq olmaz. 

- İçki nəyin var? Bəlkə kefimin lap düzəlməsi üçün yüz atım, hə, ağlın nə kəsir? 

- Yox, üstünü düzəltsən saat on ikiyə tab gətirməyəcəksən. Kəlləni atıb yatacaqsan. Gəl indidən yat

dincəl. Yeni il başlanana yaxın səni oyadaram, ili birlikdə qarşılayarıq. 

- Şükür məsləhətinə. 

İkram İncinin sözünə bənd imiş, oturduğu divana uzandı. 

Keçmə də kişilərin bu işindən, - İnci təəssüfləndi, - nə ləzzət alırlar çox içməkdən bilmirəm. Bayramda 

danışıb gülərlər, yoxsa içib yatarlar? 



www.kitabxana.net

  –  Milli Virtual Kitabxana

 

36 


 

O, otağın isti olmasına baxmayaraq yataq otağından örtük gətirib İkramın üstünə atdı. Gözü televizorda 

stolu bəzəyib bayram süfrəsi hazırladı. Darıxanda İkramın yanında oturub, uzun-uzadı tamaşa etdi. Onun 

yuxulu gözlərindən öpdü, saçlarını tumarladı, sifətini sığalladı. Xəyala daldı: görəsən onlar xoşbəxt ola 

biləcəklərmi? 

İkram elə şirin yuxuya getmişdi ki, sığalladıqca ayılmaq əvəzinə, xumarlanırdı. Yeni ilə bir saat qalmış 

İncinin səbri tükəndi: 

- İkram, canım, bəsdi yatdın, il ayrılan vaxt yaxınlaşıb... 

İkram könülsüz ayılsa da, İncinin göstərdiyi nəvazişdən qəlbən ləzzət alırdı. Özündən asılı olmayaraq 

onun öpüşlərinə cavab verməklə yanaşı, qucaqlayıb yanına çəkmək, bağrına basmaq istəyirdi. 

- Ey, ey oğlan, şuluqluq vaxtı deyil, - İnci İkramın qolları arasından qalxıb ayağa durdu, - gəl əvvəl 

çörək yeyək, mədəmizin qayğısına qalaq, Yeni ili qarşılayaq, sonra baxarıq özünü necə aparacaqsan... 

- Mən maç-maç, quc-quc istəyirəm, - İkram ərköyün körpə kimi mızıldanırdı. 

- Dəcəllik olmaz! Boş mədə ilə maç-maç yaramaz. Dur! 

İkram tənbəl-tənbəl divandan qalxdı: 

- Oho, süfrəni hazırlamısan? Birdənəsən! Elə isə başlayaq. 

Stolun ətrafında üz-üzə oturdular. Qonaq süfrədəki bolluqdan xoşhallanmışdı: 

- Hansından başlayaq? 

- Hansından istəyirsən, ye. Çəkinmə, özünü evindəki kimi hiss et. Dayan, qulluq edim. 

- Bəh, bəh, bəh, - ağzını marçıltdatdı, - İlk badəni sənin sağlığına içməmək nankorluq olar. 

Onun yeməyə başlamamış içkiyə girişməsi İncinin xoşuna gəlməsə də dinmədi. Bu gecə qanqaraçılığa 

yol vermək ağılsızlıq olardı. Qonağının sərxoşluğuna dözməkdən ayrı çarəsi yox idi. İnsanı tanımaq doğrudan 

da çətin imiş. İkramın içkiyə aludəçiliyi, qəribə danışığı, hərəkətələri ona yad bir adamı xatırladırdı. 

Baxmayaraq ki, İkramı neçə illərdi sevirdi. Əslində, indi yaxından tanımağa başlayırdı. Axı, onlar heç vaxt 

birlikdə belə sərbəst, özbaşına olmamışdılar. Bəlkə də buna görə İnci onu dərindən tanıya bilməmişdi. 



www.kitabxana.net

  –  Milli Virtual Kitabxana

 

37 


 

- Məni nə hesab edirsən? Elə mən yeyirəm, içirəm, sən baxırsan. Məni görməmisən, təzəcə tanış 

olmusan, yoxsa mən tamaşa göstərəcəyəm, sən baxacaqsan? Keçməz, sən də mənimlə yeyib içəcəksən. Dayan, 

özüm sənə qulluq edəcəyəm. 

O, İncinin qarşısındakı piyaləni şərabla doldurdu. 

- Əzizim, mənə o qədər çox oldu, - İnci etiraz etdi. 

- Eybi yox, heç nə olmaz. Bax, əsil vaxtıdır, - divardakı saatın on ikiyə yaxınlaşan əqrəblərini göstərdi, - 

bunu içəcəyik ikimizin sağlığına. Qoy qarşıdan gələn yeni ilimiz xeyirli olsun. Bizi bir-birimizə ömürlük yaxın 

etsin, sevdirsin, - nə düşündüsə, bir anlıq dayanıb davam etdi, - qoy sənin "mamaşanın" kafedə iş-gücü o qədər 

artsın ki, nəinki gündüzlər, gecələr də evə gəlməsin, bizim görüşlərimiz üçün belə gözəl fürsətlər bol olsun... 

Başqa vaxt olsaydı, İnci İkramın eyhamla vurğuladığı son cümləsindən inciyərdi. Ancaq indi qanını 

qaraltmamaq üçün əhəmiyyət vermədi: 

- Belə sağlıqdan sonra mütləq öpüşmək lazımdır. 

Piyalələr cingildədi. İkram şərabı başına çəkib İnciyə yaxınlaşdı. Onu sinəsinə sıxıb, dodaqlarından 

öpdü. İnci qeyri-ixtiyari aralanmağa çalışdısa da, qəlbindəki başqa bir hiss qoymadı: İstədiyin elə budur da, 

dartınmağın nə mənası? 

İnci ürəyində çoxdan gizlətdiyi hisslərini aşkarlamalı oldu. Eyni hərarətlə İkramı qucaqlayıb, axan 

gözlərini, yanan dodaqlarını öpdü. Öpüşlərinə İncidən aldığı cavabdan ruhlanan İkram qızı divana uzadaraq 

onun sinəsini açıb fəallığını artırdı... 

İnci içdiyi şərabdan keflənsə də hissiyatını itirməmişdi. Çənəsindən, boynundan başlayıb üzü aşağı 

baldırlarına sarı istiqamət alan İkramın əllərinin sığalını, gəzən nəfəsini duyduqca, bədəninə yayılan ehtirasdan 

titrəyirdi. Ondan fərqli olaraq çox içdiyindən ola bilsin ki, İkram nə etdiyini anlamır, - düşündü. Bəlkə, bu yerə 

gətirib çıxartmaq heç lazım deyildi. Özünü toplayıb, İkrama imkan verməsin? Heç ağlına gətirməmişdi ki, 

sevgilisi onun yanına sərxoş vəziyyətdə gəlsin. Sabah ona etdiyini anlatmaqmı olar? Ağlının başında 

olmadığını, sərxoşluğunu əlində bayraq etməzmi? Özünü mələk kimi göstərməyə dəyməz, - daxilində başqa bir 

səs dilləndi. Məgər gizlincə kimsəsiz mənzildə gecəni ikilikdə keçirməyə dəvət edən qızın yanına gələn oğlan 

bilmir ki, bu görüşdə nə baş verə bilər? Onlar bir-birlərini sevirlərsə, o, nədən ehtiyatlanır? Onu taleyinə 

bağlamaq, sevgisini sübut etmək üçün özünü təslim etmək istəyən o deyildimi? 




Yüklə 486,18 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə