The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 486,18 Kb.
Pdf görüntüsü
səhifə9/23
tarix03.10.2017
ölçüsü486,18 Kb.
#3054
1   ...   5   6   7   8   9   10   11   12   ...   23

www.kitabxana.net

  –  Milli Virtual Kitabxana

 

28 


 

- Ay yazıq, neyləyəsən, həmişə sırtıq abırsızları görmüsən. Ona görə də indi təəccüblənirsən. İlk tanışlıq 

belə olur də. Sonra yavaş-yavaş hər şey yoluna düşür. 

- Gəlin onda çörək kəsməzdən əvvəl içək bu görüşün sağlığına. 

Nail əlində tutduğu şampan şərabından piyalələrə süzüb payladı. 

- İç, - Məsmə tərəddüd edən İncini stolun altından dümsüklədi. 

Ard-ardınca stolun üstünə müxtəlif təamlar düzülürdü. Nailin də sağlıq tostları bitmək bilmirdi. Məsmə 

ilə bir-birini tərifləyə şərabın axırına az qalmışdılar. 

- Gör qız nə istəyir soruş, bekar qalmasın, yesin-içsin. 

- Aaz, sənə nə olub, yesənə-içsənə, - Məsmə məzəmmətlə onu süzürdü. 

İncini qəribə bir süstlük bürümüşdü. Yediyi, içdiyi canına sınmırdı. Bu iki yad insanın arasında ürəyinə 

pis fikirlər gəlirdi. Nailin arxayınçılığı, maşından düşərkən Məsmənin ona mənalı göz-qaş etməsi, dəhlizdə 

Rimanın "xeyrini görəsən" atmacasını xatırladıqca İncinin qəlbinə dolan qara fikirlər canını alırdı. Olmaya onu 

buraya satmağa gətirib? Ola bilsin razılığa gəliblər, behini də alıb. Tanış olmaq, evlənmək adı ilə fırlayıb alan 

alacaq, satan da satacaq. O da olacaq Məsmə kimi anaya layiq qız və yaxud onun gələcək "işçisi". Bax bu 

qonaqlıq, yeyib-içmək də yəqin ona görədir. Onu sərxoş edib, ya da nə iləsə bihuş edib istəklərinə çatacaqdılar. 

İnci dəfələrlə Məsmənin hərraca qoyduğu bakirə qızları necə tora salacaqları barədə müştəriləri ilə olan 

söhbətlərini eşitmişdi. 

Stəkanı tutan əli əsdi. Şirəni uda bilmədiyindən boğazında qaldı. Çeçədi, əlini ağzına tutub yerindən 

qalxdı. 


- Ürəyində qaldı? Nə istəyirsən? Dayan kürəyinə vurum. 

- Keçdi, heç nə. Əllərimi yuyub qayıdıram. 

- Çölə çıxma, bildin də, qapının ağzında arakəsmədə kran var, əl-üzünə su vur qayıt. - Məsmə 

qayğılandı. 




www.kitabxana.net

  –  Milli Virtual Kitabxana

 

29 


 

İncinin isə qayıtmaq fikri yox idi. O bu dəqiqə əlinə düşən fürsətdən istifadə edib qaçmaq, ilan ağzından 

çıxan qurbağa kimi canını qurtarmaq istəyirdi. Əks halda onun bəkarətini əlindən alacaqdılar! İmkan 

verməyəcəkdilər özü öz bədəninə yiyəlik etsin, ismətini sevgilisi üçün qoruyub saxlasın... 

Başı söhbətə qarışan Məsmə xeyli vaxt keçməsinə baxmayaraq İncinin otağa qayıtmamasından narahat 

oldu. 


- Bay... bu qız nə çox ləngidi, görəsən nə oldu? - Yerindən durmağa ərindi, üzünü qapıya tərəf tutub 

çağırdı: 

- İnci, ay qız, nə oldu sənə, gəl çıx görüm. 

- Darıxma gələr. Səbəbsiz olmaz. Bəlkə özünə bər-bəzək verir. Dur maraqlan, nəyəsə ehtiyacı ola bilər. 

Səs-soraq gəlmirdi. Məsmə yerindən durub əvvəlcə vanna otağını, sonra da ayaqyolunu nəzərdən 

keçirdi. Təəcübdən dondu: İnci yox idi. 

Nail Məsmənin sual dolu baxışlarından təlaşa düşdü: 

- Qıza nə olub? Nə baş verib? 

- Qız yoxdu, yox olub... 

- Necə yox olub? İynədi itsin? Bizdən xəbərsiz hara çıxıb? Bu dəqiqə öyrənərəm. 

O divardakı düyməni basdı. Saniyə keçmədi, hər iki ofisiant içəri girdi. 

- Bizimlə oturan qız harasa çıxıb. O, buralara nabələddi, axtarın, tapın. 

- Bir az qabaq mən onu gördüm, - ofisiantlardan biri dilləndi. 

- Harda? 

- Dəhlizdə rastlaşdım. Özündə deyildi, harasa tələsirdi. 

- Bütün otaqları, hər yeri axtarın, mənə bir xəbər verin. 

Məsməni fikir götürmüşdü: İnci otaqdan çıxıb hara getmişdi? 



www.kitabxana.net

  –  Milli Virtual Kitabxana

 

30 


 

- Gəl otur, fikir eləmə, - Nail onu sakitləşdirməyə çalışdı, - bəlkə içdiyi şərabdan keflənib, çölə havasını 

dəyişməyə çıxıb? 

- Axı o elə çox içmədi. 

- Səbrli ol, beş dəqiqəyə tapılar. 

İki dəqiqə keçmədi ofisiant qapıda göründü: 

- Nail bəy, hər yeri gəzdik yoxdur... 

- Sən nə danışırsan, necə yəni yoxdur... 

- Həyətdəki dondurma satan bir qızın tək-tənha yaxınlıqdakı şosseyə tərəf getdiyini görüb. Yəqin odu... 

- Yaxşı, get, yeni nəsə öyrənsən mənə çatdır, -yerindən ayağa durub şikayətlindi, - daha nə yemək, olan-

qalan iştahamız da korlandı. Dur gedək, yolda görsək qaytaraq. Öyrənək, görək niyə belə edib, xətrinə nə dəydi, 

nə oldu axı? Bəlkə sən xətrinə dəymisən? 

- Yox, Allah haqqı mən yazıq nə etdim ki,  - Məsməni çaşqınlıq bürümüşdü. Görən nə oldu ki, İnci 

xəbərsiz, öz yanından baş alıb  getdi. Heç cürə ağlına sığışdıra bilmirdi. 

Nail Məsmə ilə gəldikləri maşına minib şəhərə gedən şosseyə tərəf yön aldılar. Şosse boyu hər ikisi 

gözünü yolun qırağından çəkmədən susmuşdular: İnci sanki, qeyb olmuşdu... 

Nail Məsməni evinin yaxınlığına gətirdi: 

- Səncə qız hara gedər? 

- Hara getsə evə gələcək. Uzağı axşama evdə olacaq. 

- Nə olsa mənə xəbər edərsən. Hələlik, - Nail sağollaşdı. Məsmə evin qapısını açarla açmaq istəyəndə 

bağlı olmadığını görüb sevindi. İncinin xasiyyətinə bələd idi. Evdən başqa harasa gedən deyildi. Sevinməklə 

yanaşı anlaya bilmədiyi qızlığının qəribə hərəkətinə görə ürəyində yaranan acığı sifətini turşutdu. Qapını açan 

İnciyə hövsələsiz suallar yağdırdı: 

- Ay balam, nə baş verib, nə olub sənə, əl yumaq bəhanəsi ilə çıxıb gizlicə qaçmısan. Qalmışıq axtara-

axtara: görəsən, qıza nə oldu, başına nə iş gəldi? Niyə belə edirsən? Məni də başa sal bilim. 



www.kitabxana.net

  –  Milli Virtual Kitabxana

 

31 


 

İnci sualı sualla qarşıladı:  

           - Sən de görüm məni niyə ora aparmışdın?! 

- Təsadüfən rastlaşdıq. Hörmət məqsədi ilə bizi restorana apardı. Oturub çörəyimizi yeyib qayıdacaqdıq. 

Burda pis nə var ki? Yediyim bir parça çörəyi də zəhərə döndərib gətirdin burnumdan. 

- Yox, təsadüf deyildi. Sən gəzmək bəhanəsi ilə evdən çıxsan da, onunla rastlaşmağı qabaqcadan 

razılaşmışdın. 

- Tutaq ki, elədir. Hə, nə olsun? 

- O olsun ki, sənin çoxdan könlündən keçir ki, məni ona satasan. 

- Gic-gic danışma, bu ağlına haradan gəlib? 

- Aylarla beynimi aparmağından. Yoxsa elə deyil? Nə qədər axmaq olasan ki, o cür imkanlı adamın 

"Mama Roza"lıq edən arvadın öz övladı yaşında olan qızı ilə ailə qurmasına inanasan. Güman ki, bir gecəlik 

siğəyə razılaşmısan. Qaçmasaydım məni sərxoş edib, o harının qucağına atacaqdın. Planın da uğurla baş 

tutacaqdı... 

- Ay Allah, sən nə qədər "fantazyor" qızsanmış, - Məsmə bu sözlərin İncidən eşitməsinə məətəl 

qalmışdı, - Mən səni belə bilməzdim. Dilin nə yaman uzanıb? Ay axmaq, nə edirəm, sənin xeyrin üçün edirəm. 

Səni güclə kiminsə yatağına salmaq fikrim yoxdur. İstəyirəm dərk edəsən, gələcəyini fikirləşəsən. Gözəlliyinin, 

qızlığının qədrini, dəyərini biləsən, daha küləyə verməyəsən. Ay ağılsız, ağlın olsa Naildən, nailkimilərdən 

bacardığın qədər faydalanıb, ömrünü xoş, var içində keçirərsən. Həmişə belə təravətli qalmayacaqsan. 

Gülürsən, anlamırsan ki, dünyada ən böyük güc, ən dəyərli həqiqət puldur. İnsan bütün ömrü boyu çoxlu pul 

qazanmaq üçün çalışır. Həyat yaradan dörd ünsürdən üçünü - odu, suyu, torpağı pulla alırsan. Pulu qazanmaq 

naminə isə gərək nədənsə keçəsən, sərf edəsən. Dünyanın ən səxavətli varlığı - Tanrı həm də ən böyük 

alverçidir. Hələ olmayıb ki, bəndədən əvəzini almadan pul, var qismət etsin. Baxır kimə necə yanaşır. Hərənin 

bir cür başını qatışdırır. Mümkün deyil itkisiz nəyisə əldə edəsən... 

Məsmənin fəlsəfi həyat dərsindən bezən İnci səsini qaldırdı: 

- Mən var-dövlətdən ötrü sevgimi, namusumu qurban verə bilmərəm. Ömrüboyu kasıb yaşayıb xoşbəxt 

olmaq, şərəfsiz varlı yaşamaqdan yaxşıdır. 



Yüklə 486,18 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə