Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında



Yüklə 59,91 Kb.
Pdf görüntüsü
tarix06.05.2018
ölçüsü59,91 Kb.
#42810


Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 

 

 

M a d d ə   1 .  Bu Qanunun məqsədi



 

Bu  Qanun  Azərbaycan  Respublikasında  məcburi  köçkünlərin  və  onlara  bərabər  tutulan 

şəxslərin məskunlaşdırılması, sosial müdafiəsi tədbirlərini və bununla əlaqədar dövlət orqanlarının 

vəzifələrini müəyyən edir. 

M a d d ə   2 .  Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər

 

Xarici  hərbi  təcavüz,  müəyyən  ərazilərin  işğalı  və  ya  mütəmadi  atəş  altında  saxlanması 

nəticəsində Azərbaycan Respublikası ərazisində daimi yaşayış yerlərini tərk etməyə məcbur olub 

ölkə hüdudlarında başqa yerə köçmüş şəxslər bu Qanunun məqsədləri üçün məcburi köçkün hesab 

olunurlar. 

Ermənistan Respublikasında və başqa dövlətlərdə aparılan etnik təmizləmə nəticəsində daimi 

yaşayış  yerlərini  tərk  edib  Azərbaycan  Respublikasına  gəlmiş  və  daimi  məskunlaşmamış  şəxslər 

məcburi köçkünlərə bərabər tutulurlar. 

M a d d ə   3 .  Bu Qanunun qüvvəsi

 

Bu  Qanun  1988-ci  il  yanvarın 1-dən bu  Qanunun qüvvəyə  mindiyi  vaxtadək  məcburi  köçkün 

olmuş və bu Qanunun 2-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş səbəbdən Azərbaycan 

Respublikasına gəlmiş şəxslərə şamil edilir. 

Bu  Qanunda  nəzərdə  tutulmuş  sosial  müdafiə  tədbirləri  məcburi  köçkünlərin  əvvəlki  yaşayış 

yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan üç il müddətində, məcburi köçkünlərə bərabər 

tutulan  şəxslərin  isə  əvvəlki  yaşayış  yerlərinə  qayıtması  üçün  şəraitin  yarandığı  və  ya  daimi 

məskunlaşdıqları vaxtadək qüvvədədir. 

Məcburi  köçkünlərə  bərabər  tutulan  şəxslərin  mənzil  qanunvericiliyinə  və  ya  mülki  hüquqi 

əqdlərə əsasən ayrıca mənzil sahəsi əldə etməsi onların daimi məskunlaşması hesab olunur. 

M a d d ə   4 .  Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi 

tədbirləri

 

Məcburi  köçkünlər  və  onlara  bərabər  tutulan  şəxslər  (bundan  sonra  -  “məcburi  köçkünlər” 

adlandırılacaq) barəsində aşağıdakı sosial müdafiə tədbirləri tətbiq edilir: 

müvəqqəti yaşayış sahəsi ilə təmin edilməsi; 

məşğulluğun təmin edilməsi; 

sosial təminat; 

tibbi təminat; 

təhsil hüququnun təmin edilməsi; 

nəqliyyat və mənzil-kommunal və digər güzəştləri

[1]


 

(Çıxarılıb) 

[2]

 

Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  məcburi  köçkünlərə  digər  sosial  müdafiə 



tədbirləri də müəyyən edilə bilər. 


M a d d ə   5 .  Məcburi köçkünlərin yaşayış sahəsi ilə təminatı

 

Məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata 

keçirilir.  Məskunlaşdırma  məqsədilə  yaşayış  üçün  yararlı  olan  və  ya  yararlı  hala  salınması 

mümkün  olan  yaşayış,  inzibati  və  yardımçı  binalardan,  habelə  digər  binalardan  istifadə  edilir. 

Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış 

məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq 

təşkil  edilmiş  düşərgələrdə  məskunlaşdırılırlar.  Düşərgələr  yaşayış  üçün  zəruri  tələblərə  cavab 

verməlidir. 

Məcburi  köçkünlərin  müstəqil  olaraq  müvəqqəti  məskunlaşmasına  o halda  yol  verilə  bilər  ki, 

bu  digər  şəxslərin  hüquqlarını  və  qanuni  maraqlarını  pozmasın.  Belə  hallar  mövcud  olduqda 

müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa 

yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. 

M a d d ə   6 .  Məcburi köçkünlərə torpaq sahələri ayrılması, kreditlər verilməsi və texniki 

yardımlar göstərilməsi

 

Məcburi  köçkünlərə  məskunlaşdıqları  rayonlarda  kənd  təsərrüfatı  ilə  məşğul  olmaları  üçün 

dövlət  proqramına  uyğun  olaraq  dövlət  və  bələdiyyə  torpaq  fondu  hesabına  müvəqqəti  olaraq 

torpaq sahələri ayrılır, onlara güzəştli kreditlər verilir, texniki və digər yardımlar göstərilir. Torpaq 

sahələrinin  ayrılması,  kreditlərin  verilməsi  və  yardımların  göstərilməsi  qaydaları  və  şərtləri 

müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 

M a d d ə   7 .  Məcburi köçkünlərin məşğulluğunun təmin edilməsi

 

Məcburi  köçkünlərin  məşğulluğu  dövlət  proqramına  uyğun  olaraq  müvafiq  icra  hakimiyyəti 

orqanları  tərəfindən  təmin  edilir.  Dövlət  məcburi  köçkünlərin  müstəqil  olaraq  işə  düzəlmələri, 

onların kommersiya və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları üçün zəruri şərait yaradır. 

Məcburi köçkünlərin məşğulluğunun təmin edilməsi dövlət idarə, müəssisə və təşkilatlarında 

kvota  müəyyən  edilməsi,  yeni  iş  yerlərinin  açılması  və  digər  tədbirlərin  görülməsi  ilə  həyata 

keçirilir. 

Məcburi  köçkünləri  daimi  işlə  təmin  etmək  mümkün  olmadıqda  müvafiq  icra  hakimiyyəti 

orqanları onların müvəqqəti və mövsümi işlərə cəlb edilməsini təşkil edirlər. 

Məcburi  köçkünlərin  işə  qəbulu  zamanı  əmək  kitabçasının  təqdim  edilməsi  məcburi  deyil. 

İdarə,  müəssisə  və  təşkilatlarda  ştatların  və  işçilərin  sayının  ixtisarı  zamanı  bu  şəxslər  işdə 

saxlanmaq üçün üstünlük hüququna malikdirlər. 

Kommersiya  və  sahibkarlıq  fəaliyyəti  ilə  məşğul  olan  məcburi  köçkünlərə  müvafiq  icra 

hakimiyyəti orqanının müəyyən etdiyi qaydada bank kreditləri verilə bilər. 

M a d d ə   8 .  Məcburi köçkünlərin sosial təminatı  

[3]

 

Məcburi  köçkünlərin  iş  stajı  və  əmək  haqqı  barədə  sənədləri  olmadıqda  onlara  pensiya 

“Vətəndaşların  pensiya  təminatı  haqqında”  Azərbaycan  Respublikasının  Qanununda  müəyyən 

edilmiş qaydada təyin edilir. 

Məcburi  köçkünlərə  əmək  qabiliyyətini  müvəqqəti  itirməyə  görə Azərbaycan  Respublikasının 

Əmək  Məcəlləsinin  74-cü  maddəsinə  uyğun  olaraq  müavinət  iş  stajından  asılı  olmayaraq  əmək 

haqlarının tam həcmində ödənilir. 

[4]


 


M a d d ə   9 .  Məcburi köçkünlərə maddi yardımlar

 

Məcburi  köçkünlərin  birdəfəlik  və  mütəmadi  pul  yardımları,  ərzaq  və  sənaye  məhsulları  ilə 

təmin edilmələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. 

Hüquqi və fiziki şəxslər, beynəlxalq təşkilatlar məcburi köçkünlərə maddi və digər humanitar 

yardımların  göstərilməsində  müstəqildirlər.  Bu  şəxslərin  humanitar  fəaliyyəti  müvafiq  icra 

hakimiyyəti orqanı tərəfindən əlaqələndirilir. 

M a d d ə   1 0 .  Məcburi köçkünlərin tibbi təminatı 

[5]


 

Məcburi köçkünlərə tibbi xidmət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada 

dövlət tibb müəssisələri tərəfindən göstərilir. 

Məcburi  köçkünlərə  dərman  preparatları  almaq  üçün  müvafiq  icra  hakimiyyəti  orqanı 

tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə müavinət verilir.

 

M a d d ə   1 1 .  Məcburi köçkünlərin təhsil hüquqlarının təmin edilməsi



 

Yaşayış  məntəqələrindən  kənarda  yaradılmış  düşərgələrdə  məskunlaşmış  məcburi  köçkün 

uşaqlarının məktəbəqədər və ümumi orta təhsili müvafiq icra hakimiyyəti orqanı tərəfindən təhsil 

standartlarına  uyğun  olaraq  təşkil  edilir.  Ümumtəhsil  məktəblərində  oxuyan  məcburi  köçkün 

uşaqları  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  müəyyən  olunmuş  qaydada  dərsliklərlə  və 

dərs ləvazimatları ilə təmin olunurlar. 

[6]

 

Qeyri-dövlət  ali  və  orta  peşə-ixtisas  təhsil  müəssisələri  məcburi  köçkün  tələbələrin  normal 



təhsili üçün müəyyən güzəştlər edə bilərlər. 

[7]


 

M a d d ə   1 2 .  Məcburi köçkünlərə nəqliyyat xidməti



 

Yaşayış məntəqələrindən kənarda yaradılmış düşərgələrdə məskunlaşmış məcburi köçkünlərin 

yaxınlıqdakı  yaşayış  məntəqəsinə  gedib-gəlmələrinin  təşkili  üçün  müvafiq  icra  hakimiyyəti 

orqanları  nəqliyyat  vasitələri  ayırırlar.  Məcburi  köçkünlər  müvafiq  icra  hakimiyyəti  orqanının 

qərarına  əsasən  məskunlaşma  yerini  dəyişdikdə  onların  əmlakının  daşınma  xərcləri  dövlət 

hesabına ödənilir. 

M a d d ə   1 3 .  Mənzil və kommunal xidməti güzəştləri

 

Məcburi  köçkünlərə  mənzil-kommunal  xidmətlərindən  və  telefondan  (şəhərlərarası  və 

beynəlxalq  danışıqlar  istisna  olmaqla)  istifadə  haqqını  ödəmək  üçün  müvafiq  icra  hakimiyyəti 

orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə müavinət verilir. 



[8]

 

M a d d ə   1 4 .  Məcburi köçkünlərə dövlət rüsumu ödəməkdə güzəştlər



 [9]

 

Məcburi  köçkünlər  şəxsiyyət  vəsiqəsinin  verilməsinə  görə,  habelə  1994-cü  il  iyunun  1-dək 

mülkiyyət  hüququ  əsasında  əldə  etdikləri  şəxsi  minik  avtomobillərinin  texniki  baxışı,  texniki 

pasportlarının,  dövlət  nömrə  nişanlarının,  sürücülük  vəsiqələrinin  dəyişdirilməsi  zamanı  bu 

əməliyyatlar üçün nəzərdə tutulmuş dövlət rüsumu ödəməkdən azaddırlar.

 

[10]



 

M a d d ə   1 5 .  Beynəlxalq müqavilələr



 

Bu  Qanunla  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  dövlətlərarası  müqavilələr  arasında 

ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. 

 

Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV 



Bakı şəhəri, 21 may 1999-cu il 

№ 669-IQ 

  

  

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI



 

 

 

1.

       

15  noyabr  2001-ci  il  tarixli  214-IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 731)

 

2.

       

23  noyabr  2001-ci  il  tarixli  219-IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 736)

 

3.

       

23 dekabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 dekabr 2005-



ci il)

 

4.

       

6  mart  2007-ci  il  tarixli  260-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu(Azərbaycan 



Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 401)

 

 



 

 

 



QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

 

 

 

 



 

[1]

 

23  noyabr  2001-ci  il  tarixli  219-IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 736) ilə 4-cü maddənin birinci hissəsinin 

yeddinci abzasında "güzəştləri" sözü "və digər güzəştləri” sözləri ilə əvəz edilmişdir.

 

  

[2]



 

23  noyabr  2001-ci  il  tarixli  219-IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 736) ilə 4-cü maddənin birinci hissəsinin 

səkkizinci abzası çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:

 

vergi güzəştləri.



 

  

[3]



  

6  mart  2007-ci  il  tarixli 260-IIIQD nömrəli  Azərbaycan  Respublikasının  Qanunu(Azərbaycan 



Respublikasının  Qanunvericilik  Toplusu,  2007-ci  il,  №  5,  maddə  401)  ilə 8-ci  maddəsinin  birinci  hissəsi 

çıxarılmışdır.

 

  

[4]



 

23 dekabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 dekabr 2005-ci il) 

ilə  8-ci  maddənin  ikinci  hissəsində  "sosial  sığorta  ödəmələri"  sözləri  "Azərbaycan  Respublikasının  Əmək 

Məcəlləsinin 74-cü maddəsinə uyğun olaraq müavinət" sözləri ilə əvəz edilmişdir.

 

 



 

 

 



  

[5]

 

15  noyabr  2001-ci  il  tarixli  214-IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 731) ilə 10-cu maddə yeni redaksiyada 

verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

 

Məcburi  köçkünlərə  tibbi  xidmət  bilavasitə  məskunlaşdıqları  ərazidə  yerləşən  tibb  müəssisələri 



tərəfindən  göstərilir.  Yaşayış  məntəqələrindən  kənarda  yaradılmış  düşərgələrdə  məskunlaşmış 

məcburi köçkünlərə tibbi xidmət müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil edilir.

 

Məcburi  köçkünlər  dövlət  tibb  müəssisələrində  birinci  növbədə  yerləşdirilirlər  və  tibbi  xidmətin 



bütün növlərindən pulsuz istifadə edirlər.

 



Məcburi  köçkünlər  müvafiq  icra  hakimiyyəti  orqanının  müəyyən  etdiyi  qaydada  dərman 

preparatları ilə pulsuz təmin edilirlər.

 

  

[6]



 

15  noyabr  2001-ci  il  tarixli  214-IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 731) ilə 11-ci maddə üzrə birinci hissənin 

2-ci cümləsi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

 

Yaşayış  məntəqələrindən  kənarda  yaradılmış  düşərgələrdə  məskunlaşmış  məcburi  köçkün 



uşaqlarının  məktəbəqədər  və  ümumi  orta  təhsili  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  təhsil 

standartlarına uyğun olaraq təşkil edilir. Ümumtəhsil məktəblərində oxuyan məcburi köçkün uşaqlar 

dərsliklərlə və dərs ləvazimatları ilə pulsuz təmin olunurlar.

 

 



 

  

[7]

 15  noyabr  2001-ci  il  tarixli  214-IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 731) ilə 11-ci maddə üzrə ikinci hissənin 

1-ci cümləsi çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:

 

Dövlət ali və orta peşə-ixtisas təhsili müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlər 



təhsil haqqını ödəməkdən azaddırlar. Qeyri-dövlət ali və orta peşə-ixtisas təhsil müəssisələri məcburi 

köçkün tələbələrin normal təhsili üçün müəyyən güzəştlər edə bilərlər.

 

  

[8]



 

15  noyabr  2001-ci  il  tarixli  214-IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 731) ilə 13-cü maddə yeni redaksiyada 

verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

 

 Məcburi  köçkünlər  mənzil,  kommunal  xidmətlər  (su  təchizatı,  qaz,  elektrik  enerjisi  və  s.)  və 



telefondan  istifadə  (şəhərlərarası  və  beynəlxalq  danışıqlar  istisna  olmaqla)  haqqını  ödəməkdən 

azaddırlar.

 

  

[9]



 

23  noyabr  2001-ci  il  tarixli  219-IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının  Qanunvericilik  Toplusu,  2001-ci  il,  №  12,  maddə 736) ilə  14-cü  maddənin  adında "vergi 

güzəştləri" sözləri "dövlət rüsumu ödəməkdə güzəştlər" sözləri ilə əvəz edilmişdir.

 

  



[10]

 

23  noyabr  2001-ci  il  tarixli  219-IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının  Qanunvericilik  Toplusu,  2001-ci  il,  №  12,  maddə  736)  ilə  14-cü  maddənin  mətnindən 

"gəlir vergisindən", "və vergiləri" sözləri çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:

 

Məcburi  köçkünlər  gəlir  vergisindən,  şəxsiyyət  vəsiqəsinin  verilməsinə  görə,  habelə  1994-cü  il 



iyunun  1-dək  mülkiyyət  hüququ  əsasında  əldə  etdikləri  şəxsi  minik  avtomobillərinin  texniki  baxışı, 

texniki  pasportlarının,  dövlət  nömrə  nişanlarının,  sürücülük  vəsiqələrinin  dəyişdirilməsi  zamanı  bu 

əməliyyatlar üçün nəzərdə tutulmuş dövlət rüsumu və vergiləri ödəməkdən azaddırlar.

 

  



 

Yüklə 59,91 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə