Təsdiq edirəm: Kafedra müdiri: prof.Ş. T. Tağıyev Mövzu Pedaqogikanın mövzusu, vəzifələri və əsas anlayışları Plan


pedaqoji proses, tərbiyə, təhsil, təlim və psixoloji inkişaf



Yüklə 34,15 Kb.
səhifə2/4
tarix06.01.2022
ölçüsü34,15 Kb.
#82612
1   2   3   4
Mövzu 1 ped möv.

pedaqoji proses, tərbiyə, təhsil, təlim və psixoloji inkişaf.

Pedaqoji proses dedikdə təlim, tərbiyə, təhsil və psixoloji inkişafın vəhdəti nəzərdə tutulur. Azərbaycanın görkəmli pedaqoqu Nurəddin Kazımov Məktəb pedaqogikası adlı dərsliyində pedaqoji proses kateqoriyasının mahiyyətini belə izah etmişdir: sistemləşdirilmiş biliklərin, bacarıq və vərdişlərin, habelə mənəvi keyfiyyətlərin və psixoloji qüvvələrin adamlara məqsədyönlü, planlı və mütəşəkkil aşılanması pedaqoji prosesdir. Pedaqoji proses ictimai, tarixi və sinfi səciyyəli olur.

Pedaqoji prosesin ictimai səciyyəsi cəmiyyətin bütün inkişaf mərhələlərinin ayrılmaz funksiyasından ibarət olmasındadır; Cəmiyyətin dəyişməsi və inkişafı ilə əlaqədar pedaqoji prosesin məzmununun və təşkili formalarının dəyişməsi və inkişafı onun tarixiliyi deməkdir; Cəmiyyətdə baş verən təbəqələşmənin təhsildə özünü göstərməsi pedaqoji prosesin sinfi səciyyəli olmasıdır.

Tərbiyə, ictimai-tarixi təcrübənin yeni nəslin sosial-iqtisadi, ictimai-siyasi həyata nəzəri və əməli cəhətdən hazırlanması məqsədinə xidmət edir. Tərbiyənin: zehni, mənəvi, fiziki, əmək, estetik və s. növləri var. Tərbiyə konkret sosial-iqtisadi, siyasi şərait, cəmiyyət və dövlətin mədəni səviyyəsi ilə sıx əlaqədədir. Tərbiyə prosesində insanda elə bir inkişaf gedir ki, bu sonda onun tərbiyəsinə təsir etməklə, onu dəyişdirir. N.Kazımov “Məktəb pedaqogikası” adlı dərsliyində tərbiyə kateqoriyasını belə mənalandırır: əsasən davranışla əlaqədar olan mənəvi keyfiyyətlərin adamlarda məqsədyönlü, planlı və mütəşəkkil surətdə formalaşdırılması prosesi tərbiyədir.

Pedaqoji elmin başlıca kateqoriyalarından biri də təlimdir. Təlim də ikitərəfli pedaqoji prosesdir: öyrədənlə öyrənənlər arasında qarşılıqlı fəaliyyətdir. Təlim zamanı üç başlıca istiqamətdə iş aparılır: 1) bilik, bacarıq və vərdişlərin mənimsənilməsini təşkil edilir; 2) həmin bilik və bacarıqlar vasitəsilə öyrənən şəxslərdə şüurun, psixikanın inkişafına diqqət yetirilir; 3) zəruri mənəvi keyfiyyətlərin onlara aşılanmasına qayğı göstərilir.

Təlim həm təhsil vəzifələrini, həm tərbiyə vəzifələrini, həm də psixoloji inkişaf vəzifələrini həyata keçirməyin başlıca vasitəsi hesab edilir.

Təhsil – insanın mənəvi siması olub, mədəniyyət, təlim-tərbiyə və mənəvi dəyərlərin təsiri altında formalaşır. Təhsil son nəticədə insanın nəzəri təlabatının və bacarıqlarının müəyyən inkişaf səviyyəsini, bacarıqlarını, vərdişlərini, bu və ya digər praktik fəaliyyət növünə hazırlığını göstərir. Səviyyə və həcminə görə təhsil ümumi, xüsusi, ibtidai, orta və ali ola bilər.

N.Kazımov təhsilə aşağıdakı kimi tərif vermişdir: təhsil sosial-iqtisadi həyatın tərkib hissəsi olub, müvafiq tədris müəssisəsində müəyyən müddətdə öyrədilən, tərbiyə və psixoloji inkişaf imkanlarına malik olan, təlimin həm zəruri şərti, həm də nəticəsi kimi özünü göstərən biliklərin , bacarıq və vərdişlərin məcmusudur.

Psixoloji inkişaf kateqoriyası dedikdə pedaqoji prosesdən, yəni təlim, tərbiyə və təhsildən ayrılmaz olan, daim onları müşayət edən psixoloji proseslərin, hiss və həyəcanların, psixoloji xüsusiyyətlərin, maraq və motivlərin, bir sözlə, psixoloji qüvvələrin inkişafı nəzərdə tutulur.

Psixoloji prosesler olan duyğu, qavrayış, təsəvvür, təxəyyül, təfəkkür, diqqət, iradə və s. təlim, tərbiyə və təhsil üçün son dərəcə zəruri olan psixoloji qüvvələrdir. Pedaqoji prosesin normal cərəyan etməsi üçün uşaqlarda və ya şagirdlərdə duyğuların, qavrayışın, diqqətin, iradənin, təfəkkürün və digər psixoloji proseslərin azı minimum inkişaf səviyyəsində olması vacib şərtdir.

2. Müasir dövrdə cəmiyyətin inkişaf səviyyəsi elmi tərəqqi ilə sıx bağlıdır. Elm anlayışı “bilmək, məlumatlı olmaq” mənalarını verən “aləmə” kökündəndir. Alim ( ərəbcə üləma) sözü də “elm” sözündən əmələ gəlmişdir. İctimai fikir tarixində öz xidmətləri ilə seçilən, elm və mədə­niy­yət aləmində tanınan görkəmli şəxsiyyətlər elm haqqında qiy­mətli fikirlər söyləmişlər. Qədim yunan filosofu Diogen elmi dünyada ən böyük xeyir, nadanlığı isə ən böyük şər hesab edirdi. Böyük türk mütəfəkkiri və şairi Cəlaləddin Rumiyə görə elm sahilsiz bir dəryadır, alim də sa­hilsiz dəryaya dalmış bir dalğıcdır. Dahi Azərbaycan şairi və mü­tə­fəkkiri Nizami Gəncəvi yazırdı:

Qüvvət elmdədir, başqa cür heç kəs,

Heç kəsə üstünlük eyləyə bilməz.

Hər uca rütbədən biliniz, fəqət

Alimin rütbəsi ucadır əlbət.

Azərbaycan milli izahlı ensiklopedik pedaqoji lüğətində (Bakı, 2005) “elm” və “alim” kəlmələri belə xarakterizə olunur:

“Elm - real gerçəkliyin ictimai şüurda inikası olan və onu (ger­çək­liyi) təkmilləşdirməyə yönələrək cəmiyyətə fayda verən obyek­tiv biliklər sistemidir. Alim - iqtisadiyyatın, ticarətin, inşaatın, mə­dəniyyət və incəsənətin, habelə təbiətin bu və ya digər sahəsindəki hadisələr arasında səbəb və nəticə əlaqələrini, qanunauyğunluqlarını elmi cəhətdən araşdıran əsasən elmlər namizədi (indi fəlsəfə dok­toru) və ya elmlər doktoru elmi dərəcəsi olan şəxsə deyilir”.

Azərbaycan dilinin izahlı lüğətində (II cild “Şərq-Qərb”, 2006) elm - təbiət və cəmiyyətin inkişafındakı qanunauyğunluqları və obyektiv aləmə təsiri üsullarını meydana çıxaran biliklər sistemi və bu biliklərin ayrıca sahəsi adlandırılır. Müəllim (ər.“öyrədən, müəllim”) sözü də “elm” kökündəndir. Pedaqoji anlamda müəllim - sistemləşdirilmiş bilik, bacarıq və vərdişləri, mənəvi, əxlaqi keyfiyyətləri öyrənənlərə, ye­tişən nəslə məqsədəyönlü, planlı və mütəşəkkil aşılayan, öyrədən, istiqamət verən və fəaliyyəti ilə cəmiyyətin inkişafına təkan verən pedaqoji təhsilli mütəxəssisdir. İnsanlara xeyirli, faydalı işlər aşılamaq tər­bi­yə­nin ana xəttidir.

Cəmiyyətin inkişafı gedişində məktəblər yaranmış, təlim və tərbiyə ilə xüsusi şəxslər məşğul olmuş, ayrıca ictimai fəaliyyət növü olan müəllimlik, tərbiyəçilik ortaya çıxmışdır. Məktəbin meydana gəlməsi və təlim-tərbiyənin ictimai fəaliyyət növü kimi formalaşması məktəb, müəllim və şagirdlər haqqında, təlim və tərbiyə haqqında fikirlərin, nəzəriyyələrin yaranmasına səbəb olmuşdur.

Pedaqoji elm pedaqoji prosesin səmərəliliyini artırır, pedaqoji proses də, öz növbəsində, pedaqoji elmi qidalandırır. Bunlar başqa-başqa hadisələr olsa da, aralarında qırılmaz qarşılıqlı əlaqə vardır. Pedaqoji proses, yəni təlim, tərbiyə, təhsil və psixoloji inkişaf ayrı-ayrı adamların arzu və istəklərindən asılı olmayan obyektiv proseslərdir: özü də öyrədən və öyrənənlər arasında, tərbiyəçi ilə tərbiyə olunanlar, müəllimlə şagirdlər arasında baş verən və şəxsiyyətin formalaşmasına yönələn proseslərdir. Pedaqoji elmin və pedaqoji prosesin daşıyıcıları da başqa-başqa şəxslərdir: birinci ilə əsasən müəllimlər və digər tərbiyəçilər, ikinci ilə əsasən pedaqoq alimlər məşğul olurlar. Pedaqoq alimlər arasında elmi tədqiqat işi ilə yanaşı, təlim-tərbiyə işi aparanlar olduğu kimi, müəllimlər və digər tərbiyəçilərdən elmi tədqiqat işi aparanlar da olur. Belələri, adətən, hər iki sahədə çox müvəffəqiyyət qazanırlar.

Müəllimlər və digər tərbiyəçilər əsasən tədris və istehsalat sahələrində, pedaqoq alimlər isə əsasən Pedaqoji Elmlər Akademiyasında, Təhsil Problərmləri İnstitutunda və ali məktəblərin pedaqogika kafedralarında fəaliyyət göstərirlər.

Pedaqogikanın elmi və praktik vəzifələrini müəyyənləşdirmək vacibdir. Pedaqogika elminin vəzifələrinə tədqiqatların aparılması, orta və ali məktəbin nəzəri və praktik vəzifələri, məktəblilərin, tələbələrin təhsil və tərbiyələrinin həyata keçirilməsi daxildir.

Pedaqoji elmin aparıcı vəzifələri sırasında qanunauyğunluqları müəyyənləşdirmək mühüm yer tutur. Pedaqogikanın qanunauyğunluqları əldə edilmiş nəticələr və mövcud şəraitlərdə obyektiv və qabaqcadan ona müvafiq şəkildə yaradılması əlaqəsi zəminində izah olunur.

Unutmayaq ki, pedaqogika özünün


Yüklə 34,15 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə