Təsdiq edirəm: Kafedra müdiri: prof.Ş. T. Tağıyev Mövzu Pedaqogikanın mövzusu, vəzifələri və əsas anlayışları Plan



Yüklə 34,15 Kb.
səhifə4/4
tarix06.01.2022
ölçüsü34,15 Kb.
#82612
1   2   3   4
Mövzu 1 ped möv.

vəzifələri vardır:

  1. Yeni insan şəxsiyyətinin hərtərəfli və ahəngdar inkişafını təmin edən pedaqoji prosesi tədqiq etmək.

  2. Şəxsiyyətin formalaşmasının hansı qanunauyğunluqları olduğunu aşkar etmək.

  3. Müəllimlərin tərbiyə - təhsil fəaliyyətinin nəzəriyyə və metodikasını işləyib hazırlamaq.

  4. Qabaqcıl pedaqoji təcrübəni ümumiləşdirib həyata tətbiq etmək.

Müəllimləri pedaqoji nəzəriyyələrlə, tərbiyə və təlim metodları və priyomları ilə təmin etmək.

Pedaqogikanın müxtəlif bölmələri fərqləndirilir. Ənənəvi olaraq fərqləndirilən bölmələr bunlardır: pedaqogikanın ümumi əsasları, didaktika, tərbiyəşünaslıq və məktəbşünaslıq. Pedaqogika elminin quruluşu dedikdə bu bölmələr nəzərdə tutulur. Pedaqogikanın ümumi əsaslarına pedaqogikanın mövzusu, əsas anlayışları, vəzifələri, mənbələri, sahələri, şəxsiyyətin formalaşması məsələləri, pedaqoji proses, onun qanunauyğunluqları, qanunları, tamlığı, zidiyyətlər daxildir.

Bundan sonra pedaqogika elminin ikinci əsas bölməsi, belə demək mümkündürsə, əsas sütunlarından biri, didaktika bölməsi gəlir. Didaktika təlim və təhsil haqqında nəzəriyyədir. Bu bölməni öyrənməklə, təhsil, təlim haqqında nəzəriyyələri, onların qanunauyğunluqlarını, qanunlarını, prinsiplərini, üsullarını, təşkili formalarını, yeni təlim texnologiyalarını öyrənirik.

Pedaqogikanın digər bölməsi tərbiyə nəzəriyyəsi adlanır. Burada məktəbdə və ailədə tərbiyənin təşkili, aparılması, üsulları, prinsipləri, tərbiyənin tərkib hissələri, onların mahiyyəti, həyata keçirilməsi yolları, ailə tərbiyəsi haqqında məlumatlara yiyəylənmək mümkündür.



Pedaqogikanın digər və son bölməsi məktəbin idarə olunması, yəni məktəbşünaslıq adlanır. Bu bölmədə məktəbin idarə olunması, məktəb direktorunun və onun müavinlərinin işi, məktəb sənədlərinin hazırlanması və digər məsələlər öyrənilir.
Yüklə 34,15 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə