Təsdiq edirəm: Kafedra müdiri: prof.Ş. T. Tağıyev Mövzu Pedaqogikanın mövzusu, vəzifələri və əsas anlayışları Plan



Yüklə 34,15 Kb.
səhifə1/4
tarix06.01.2022
ölçüsü34,15 Kb.
#82612
  1   2   3   4
Mövzu 1 ped möv.


Təsdiq edirəm:

Kafedra müdiri: prof.Ş.T.Tağıyev

Mövzu 1. Pedaqogikanın mövzusu, vəzifələri və əsas anlayışları

Plan:

  1. Pedaqogikanın obyekti, predmeti və əsas pedaqoji anlayışları

  2. Pedaqoji elm və pedaqoji proses, onların qarşılıqlı əlaqəsi. Pedaqogika elminin vəzifələri.

  3. Pedaqogikanın əsas anlayışları: pedaqoji proses, təhsil, təlim, tərbiyə

  4. Pedaqogika elminin quruluşu

Ədəbiyyat siyahısı

  1. Kazımov N.M Məktəb pedaqogikası. Bakı Çaşıoğlu, 2009.

  2. Abbasov A.N. Pedaqogika. Bakı Mütərcim, 2010.

  3. Paşayev Ə.X. , Rüstəmov F.A. Pedaqogika Yeni kurs. Bakı: Çaşoğlu, 2002.

  4. Əhmədov H.H. Pedaqogika Bakı – 2013.

Pedaqoji biliklər qədimdir və bəşər cəmiyyətinin inkişafından ayrılmazdır. Bu biliklər böyüyən nəslin həyata hazırlanması, onun təhsil-tərbiyəsi ilə bağlı insan fəaliyyətinin spesifik sahəsinə aiddir. Bəşəriyyətin tərəqqisi dünyaya gələn yeni nəslin özündən əvvəlki nəsillərin istehsal, sosial və mənəvi təcrübəsinə yiyələnməsi, onu daha da zənginləşdirilmiş halda yeni nəslə ötürməsi sayəsində mümkün olmuşdur. Bu, insan cəmiyyətinin mövcudluğuna və inki­şa­fına zəmin yaratmışdır. İstehsalın daha da inkişafı və mürəkkəbləşməsi sayəsində elmi biliklərin həcmi artmış, böyüməkdə olan nəslin həyata hazırlanması daha da mühüm əhəmiyyət kəsb etmiş, təhsil-tərbiyə işinin xüsusi təşkil olunmuş şəraitdə həyata keçirilməsi zərurəti yaranmışdır. Təhsil-tərbiyə cəmiyyətin obyektiv tələbatına çevrilmiş və onun inkişafının mühüm şərti olmuşdur. Nəticədə, təhsil-tərbiyə işi xüsusi ictimai funksiya kimi ayrılmış, yəni xüsusi təhsil-tərbiyə müəssisələri və uşaqları oxudan, öyrədən peşə sahibləri – peda­qoq­lar meydana gəlmişdir.

Qədim Yunanıstanda varlıların uşaqlarını məktəbə müşayət edən şəxsi paydaqoqos adlandırmışlar. Zaman keçdikcə həmin sözün mənası dəyişmişdir: pedaqogika uşaqların tərbiyəsi haqqında, pedaqoji proses haqqında fikir, söz, nəzəriyyə, elm kimi təşəkkül tapıb inkişaf etmişdir.

Cəmiyyətin inkişafının ilk mərhələsi sayılan ibtidai icma dövründə pedaqoji proses adət və ənənələrin, əmək vərdişlərinin məişətdə, bilavasitə iş zamanı uşaqlara aşılanması formasında cərəyan etmişdir; yəni pedaqoji proses hələ xüsusi fəaliyyət növünə çevrilməmişdi. Təlim və tərbiyə ilə məşğul olan xüsusi şəxslər və məktəblərdə o zaman olmamışdır.

Zaman keçdikcə xalq təlim və tərbiyəyə aid öz hiss və arzularını atalar sözlərində, zərb-məsəllərində, tapmacalarda, nağıllarda, dastanlarda, rəvayətlərdə ifadə etmişdir. Cəmiyyətin inkişafı gedişində məktəblər yaranmış, təlim və tərbiyə ilə xüsusi şəxslər məşğul olmuş, ayrıca ictimai fəaliyyət növü olan müəllimlik, tərbiyəçilik meydana çıxmışdır.

Təhsil-tərbiyə nəzəriyyəsinin intensiv inkişafına baxmayaraq, XVII əsrə qədər pedaqogika bir sıra digər elmlər kimi fəlsəfənin tərkib hissəsi olmuşdur. Pedaqogika bir elm kimi çex pedaqoqu Yan Amos Komenskinin adı ilə bağlıdır. Ilk dəfə Y.A.Komenski təlim, tərbiyə və təhsil məsələlərini elmi zəmində izah etməyə və əsaslandırmağa təşəbbüs göstərmişdir. O, pedaqoji hadisələrin mahiyyət və məzmununu təbiətvarilik prinsipi əsasında şərh edir və deyirdi ki, bilikləri şagirdlərə dərindən və möhkəm mənimsətmək lazımdır, çünki təbiətdə kökləri torpağa dərin işləyən ağaclar möhkəm olur.

Bir elm kimi pedaqogikanın predmeti insan şəxsiyyətinin inkişafının və formalaşmasınin mahiyyətini tədqiq etməkdən, onun metodikası və nəzəriyyəsinin xüsusi sahəsi olan pedaqoji prosesin təşkilini işləyib hazırlamaqdan ibarətdir. Pedaqoji sahə cəmiyyətin inkişafından təcrid olunmuş şəkildə nəzərdən keçirilə bilməz. Bəşəriyyətin ictimai tərəqqisi yalnız yeni nəslin həyata qədəm qoymuş hər bir üzvü istehsal və sosial sahələrdə öz sələflərinin mənəvi təcrübəsindən istifadə etmək, onu zənginləşdirməklə daha da inkişaf etmiş şəkildə gələcək nəsillərə çatdıra bildiyi halda mümkündür. Istehsal inkişaf edib mürəkkəbləşdikcə elmi biliklər yiğılmağa başladı və beləcə böyüməkdə olan nəslin həyata hazırlaşdırılması xüsusi əhəmiyyət kəsb etdi. Buna görə də gənc nəslin tərbiyəsinin xüsusi şəkildə təşkili zərurəti yarandı.

Pedaqogika – təhsilin, tərbiyənin, təlimin qanunauyğunluqlarını, prinsiplərini, məzmununu, metodlarını və formalarını öyrənir və öyrədir. Pedaqogikanın obyekti tərbiyə münasibətləri nəticəsində inkişaf edən insandır. Pedaqogikanın predmeti insanın inkişafını təmin edən tərbiyə münasibətləridir.

Hər hansı elm sahəsinin kateqoriyaları dedikdə həmin elmin mahiyyətini əks etdirən ümumi anlayışlar nəzərdə tutulur. Hər bir elmdə kateqoriyalar aparıcı rol oynayır. Kateqoriyalar bütün elmi bilikləri əhatə edir və onların tam sisteminin əlaqələndirir.

Pedaqogikanın beş başlıca kateqoriyası var:


Yüklə 34,15 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə