Təsdiq edirəm: Kafedra müdiri: prof.Ş. T. Tağıyev Mövzu Pedaqogikanın mövzusu, vəzifələri və əsas anlayışları Plan



Yüklə 34,15 Kb.
səhifə3/4
tarix06.01.2022
ölçüsü34,15 Kb.
#82612
1   2   3   4
Mövzu 1 ped möv.

nəzəri və texnoloji funksiyalarını vəhdətdə həyata keçirir:

Nəzəri funksiyalar üç səviyyədə təzahür edir:



  1. Təsviredici və izahedici səviyyə (bu qabaqcıl pedaqoji təcrübəni öyrənməkdir);

  2. Diaqnostik səviyyə (bu pedaqoji hadisələrin vəziyyətini, pedaqoqun və şagirdlərin səmərəli fəaliyyətini, onları təmin edən şəraiti və səbəbləri üzə çıxarmağı nəzərdə tutur);

  3. Proqnostik səviyyə (bu pedaqoji gerçəkliyi eksperimental yolla tədqiq etmək və onun əsasında varlığı dəyişdirməyin modelini qurmağı nəzərdə tutur).

Pedaqogikanın texnoloji funksiyası üç səviyyədə həyata keçirilir:



  1. Layihə səviyyəsi (buraya tədris planları, proqramları, dərslik və dərs vəsaitlərinin, pedaqoji tövsiyələrin işlənib ha­zır­lanması və s. daxildir);

  2. Dəyişdirici səviyyə (bu səviyyədə pedaqoji elmin nai­liy­yət­ləri təhsil praktikasını təkmilləşdirmək və yenidən qur­maq məqsədilə tətbiq olunur);

  3. Refleksiv və korrektiv səviyyə (bu səviyyə elmi-tədqi­qat­la­rın nəticələrinin təhsil-tərbiyə praktikasına təsi­rinin ye­kun­la­rını qiymətləndirməyi və sonradan elmi-nəzəriyyə ilə prak­tik fəaliyyətin qarşılıqlı təsirini kor­rek­siya etməyi nə­zər­də tutur).

Hər hansı bir elm sahəsi kimi, pedaqogika elmi də özündə iki hissəni birləşdirir: O nəyi öyrənmişdir? O nəyi öyrənməlidir? Bu iki hissə arasında fasiləsiz dəyişən sərhəd vardır. Pedaqogikanın müxtəlif bölmələri fərqləndirilir. Ənənəvi olaraq fərqləndirilən bölmələr bunlardır: pedaqogikanın ümumi əsasları, didaktika, tərbiyəşünaslıq və məktəbşünaslıq. Bu bölmə­lərin hər biri nisbi müstəqil nəzəriyyə kimi (elmi idrakın forması olmaqla) pedaqogikanın strukturunda yer tutmuşdur. Pedaqogika elmi-pedaqoji nəzəriyyələrin məcmusu kimi təqdim oluna bilər. Bu gün hər bir nəzəriyyənin (məsələn, didaktikanın) özünün inkişafı nəticəsində yeni-yeni nəzəriyyələr (məsələn, “Müasir dərs nəzəriyyəsi”) işlənib hazırlanmışdır. Bu onu göstərir ki, pedaqogika elmi inkişaf edir, yeni-yeni nəzəriyyələr meydana gəlir. Bəşər cəmiyyəti yarandığı gündən yaşlı nəsil gənc nəslin tərbiyəsi qayğısına qalaraq, ictimai-tarixi təcrübəni gənc nəslə öyrətməyə çalışmış, onu əməyə və həyata hazırlamışdır. İctimai həyatın inkişafı həmin təcrübənin xüsusi biliklər və bacarıqlar şəklində ümumiləşdirilməsi pedaqogika elminin yaranmasına səbəb olmuşdur. Anadan olduğu gündən gənclik, ahıllıq yaşına qədər insanın tərbiyə, təlim və təhsilin qanunları və qanunauyğunluqlarını pedaqogika elmi öyrənir. Pedaqogika bir elm kimi öz adını yunan sözü olan “paidaqoqos” (paidos- uşaq, qoqos- ötürən) sözündən götürülmüşdür. O, qeyri – adi elmlərdən biridir. Pedaqogikanın qeyri – adiliyi ondadır ki, birincisi, o, son dərəcə mürəkkəb elmdir, çünki mütəşəkkil şəkildə insanın təhsil – tərbiyəsinin nəzəri və tətbiqi məsələlərini öyrənən elm adi ola bilməz. İkincisi, pedaqogika olduqca ziddiyyətli, dialektik elmdir, o daim inkişafdadır, çünki, insan cəmiyyətinin özü daim inkişafdadır. Üçüncüsü, pedaqogika olduqca zəngin nəzəri, praktik materiala malik elmdir. O, bəşəriyyətin tarix boyu yaratdığı irsdən süzülüb gəlir. Dördüncüsü, pedaqogika olduqca maraqlı elmdir. Ona görə ki, pedaqogika inkişaf tarixi, özünün yenilikləri, çoxlu səhvləri ilə maraqlıdır. Pedaqogika ictimai hadisələri öyrənir. Təhsil – tərbiyə ictimai hadisələr sinfinə aid olduğundan pedaqogika sosial elmlər sırasına daxildir. Hər hansı bir elmin inkişaf yolu nə qədər enişli – yoxuşlu olsa belə, o, cəmiyyətin tələbatlarının təsiri altında formalaşır və müəyyən ictimai funksiyaları yerinə yetirir. Cəmiyyətin inkişafı ilə məktəblər yaranmış, təlim və tərbiyə ilə xüsusi şəxslər məşğul olmuş, ayrıca fəaliyyət növü ortaya çıxmışdır. Məktəbin meydana gəlməsi və təlim – tərbiyənin ictimai fəaliyyət növü kimi formalaşması məktəb, müəllim, təlim – tərbiyə və şagirdlər haqqında fikirlərin, nəzəriyyələrin yaranmasına səbəb olmuşdur. Təlim – tərbiyə haqqında ayrı – ayrı görkəmli şəxslər – Platon, Aristotel, Əbu Əli İbn Sina, Bəhmənyar, Əfləzəddin Xaqani Şirvanı, Nizami Gəncəvi, Məhəmməd Fizulu, Nəsirəddin Tusi və başqaları faydalı fikirlər söyləmişlər.

Pedaqogikanın aşağıdakı


Yüklə 34,15 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə