TəRTİBÇİDƏN



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə89/91
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18846
1   ...   83   84   85   86   87   88   89   90   91

bətli və ümidverici sözlərini ona söylədi. Bir para fitnəkarların fəsadını 
dəf etmək və yüksək olan dövlətə  sədaqət göstərmək qaydalarını 
möhkəmləndirməsi uğrunda çalışırdı. 
Bu zaman sərdar Sisianovun Bakı vilayətinə yetişdiyi xəbəri çatdı. 
Bakı hakimi Hüseynqulu xan ilk günlərdə itaət etməyə razı olmuşdu. 
Sərdar ondan və adamlarından pis hərəkət baş verəcəyini ürəyinə 
gətirmirdi. Bir gün sərdar iki nəfər bəyzadə ilə birlikdə Bakı qalası 
ətrafında Hüseynqulu xanla söhbət etdiyi zaman İbrahim bəy adlı birisi 
iki nəfər başqa adamla gizləndikləri pusqudan güllə atıb, böyük sərdarı və 
yoldaşlarını öldürdülər və bununla da özlərini pad-şahın  əsgərlərinə 
düşmən etdilər. Bu kədərli xəbərdən mərhum İbrahim xanın övladının və 
vilayət  əhlinin halı  pərişan oldu. Çünki hələ Rusiya dövlətinin qayda-
qanunundan xəbərdar deyildilər. Onların fikri İran qaydalarına gedirdi. 
Əgər (İranda) belə bir böyük sərdar vəfat etsə, vilayətin də  nəzmi 
tamamilə pozular. Halbuki, yüksək dövlətin bir deyil, bir neçə sərdarı və 
sərkərdəsi belə, düşmənlə müharibədə öldürülərsə ondan dövlətin 
möhkəm nizamına və işlərinə xələl dəyməz və vilayətə qarışıqlıq düşməz. 
Sərdar Sisianovun vəfatından sonra general Nesvetayev Tiflisdə 
qoşunun və vilayətin işlərini nizama salmaqla məşğul oldu. Mərhum 
İbrahim xanın adamı dostluq məktubu ilə generalın yanına getdi, hər 
cəhətdən xatircəmlik hasil oldu. 
Haman 1806-cı ilin yazında Qızılbaş qoşunu Qarabağ tərəfə keçməyə 
başladı. Fətəli  şah mərhum  İbrahim xanın yanına xəlvətcə adamlar 
göndərib, ona ümidlər verirdi. Belə bir qüvvətli düşməni dəf etmək üçün 
Qarabağda yeger dəstəsi və mayor Lisaneviçdən başqa qoşun 
olmadığından ellər və kəndlər ayaq altında məhv ola bilərdi. (Bir tərəfdən 
də) taxıl biçiminin vaxtı gəlib çatmışdı. 
Buna görə  mərhum  İbrahim xan Qızılbaşla yola getməyi məsləhət 
bildi. O hər bir məsləhəti mayora deyirdi. Mayor da İbrahim xana Rusiya 
qoşununun tezliklə  gəlib yetişəcəyini vəd edirdi. Doğrudan da qoşunun 
gəlməsi çox yubandı. Qızılbaş qoşunu qalanın iki ağaclığına yetişmişdi. 
Mərhum  İbrahim xan evini, ailəsini xan bağından qalanın yaxınlığına 
köçürmüşdü. Bilmirəm bir para fitnəkar adamlar mayora nə demişdilər ki, 
o, 200 nəfər soldatla İbrahim xanın və ailəsinin üstünə gedib, o gecə 
Allahın qəzasından  İbrahim xanı, arvadı Tuba xanımı, qızı  Səltənət 
bəyimi, 12 yaşlı bir oğlunu, həmçinin Kəbirli 
  
 275


Abbasqulu ağanı, Hacıhəsənli bəyi və Mirzə Haqverdini, qərvəndli Hümmət 
bəyi, sarıcalı Gülməli bəyin oğlu Cavanşiri və  Həsənağanı, qərvəndli qulluqçu 
Əli Pənahı,  əfşar Cavanşiri və Mirzə Nağını, kəbirli  Əcəmoğlunun oğlu Hacı 
Həsəni və onun iki oğlunu, iki nəfər  şelli və iki nəfər başqa adamı, cəmi 17 
nəfəri öldürdü. Bu adamlar 1221-ci ildə
1
 gecə səhərə 3 saat qalmış öldürüldü. 
Bu hadisə üz verdiyi zaman general-mayor Mehdiqulu xan və polkovnik 
Cəfərqulu ağa qalada idilər. Onlar yüksək Rusiya dövlətinə qarşı dostluq 
qaydasını poza bilən heç bir iş görmədilər. (Əksinə) qorxuya düşmüş xalqı sakit 
etməyə çalışdılar və heç bir işdə  cənab mayorun ziddinə getmədilər. Taxıl və 
ərzaq az tapıldığı üçün onu tədarük etməyə səy etdilər. 
Bu zaman Qızılbaş qoşunu naibüssəltənə Abbas Mirzə ilə Ağoğlanda idilər. 
İbrahim xanın bu qəmli hadisəsindən hələ 15 gün keçməmişdi ki, qoşun və 
topxana general Nebolsinin sərkərdəliyi ilə  Şahbulağa çatdı. Qoşunun gəlməsi 
xəbərini eşidən Mehdiqulu xan Qarabağın adlı-sanlı atlıları, qulluqçuları  və bir 
neçə  bəyzadələr ilə birlikdə  Qızılbaş qoşununun yollarını  hər tərəfdən 
kəsdiklərinə baxmayaraq, qaladan çıxıb Nebolsinin yanına gəldi və Rusiya 
dövlətinin qoşununa qoşuldu. Onlar Əsgəran ətrafında ordu qurdular. Polkovnik 
Cəfərqulu ağa, mayor və yeger dəstəsi qalanı qorumaq üçün orada qaldılar. 
General Nebolsin, İranın naibüssəltənəsi Qızılbaş qoşunu ilə hücum edəcəyi 
ehtimalı ilə 2-3 gün gözlədi. Lakin onlardan bir əsər görünmədi. Ona görə  də 
belə  məsləhət gördülər ki, Qızılbaş qoşunu tərəfə  hərəkət etsinlər, onlar 
vuruşmaq istəsələr, vuruşsunlar,  əks təqdirdə hücum edib, onları Qarabağ 
torpağından çıxartsınlar. 
Naibüssəltənə Rusiya qoşununun ona tərəf gəlməsini eşidib, bütün qoşunu ilə 
müharibə etməyə  gəldi. Xonaşen mənzilinin yaxınlığında hər iki qoşun bir-biri 
ilə üzləşdi. Aralarında böyük dava oldu. Mehdiqulu xan öz adamları ilə Qarabağ 
qoşunu ilə  həmişə  bələdçilik edib, döyüşdə  də Rusiya qoşunu sıralarında 
Qızılbaş qoşununu dəf etməyə çalışırdı. İyul ayının 15-də Xonaşen mənzilində, 
hər iki qoşun arasında 7 saat davam edən döyüşdən sonra general Nebolsinin təd- 
 
 
 
 
 
 
 
 
 
                                                 
1
 
Hicri 1221-ci il miladi 1806-cı ilə  bərabərdir.  İbrahimxəlil xanın qətli 1806-cı il 14 iyun 
gecəsinə təsadüf edir. 
 
 276


 
biri, Kotlyarevskinin şücaəti və Mehdiqulu xanın köməyi ilə  Qızılbaş 
qoşunu məğlub oldu. Onlardan bir qədəri öldürüldü, bir parası əsir oldu, 
qalanı da Araz tərəfınə qaçdı. Bu davada Kotlyarevski də yaralandı. 
Ondan başqa 30 nəfərə  qədər zabit və soldat da yaralandı  və öldürüldü. 
General qoşun götürüb, onları (qızılbaşları) Qozlu çaya qədər təqib etdi
lakin bir əsər tapa bilmədi. 
Naibüssəltənə  ağır yükünün çoxusunu töküb, Qızılbaş qoşunu ilə 
qaçdı. İki gün ərzində Arazdan keçib, sərhədin o tayına çıxdı. 
Qızılbaş qoşununun məğlub olması xəbəri yayılan zaman Əbülfət xan, 
Qarabağın başqa qaçqın xanları və bəyləri ilə birlikdə bütün elləri və bəzi 
kəndləri köçürüb Naxçıvan və Ordubada tərəf aparırdılar. General-mayor 
Cəfərqulu ağa cənab-mayor Lisaneviç ilə ellərin məşhur atlılarını  və 
yaxın adamlarını götürüb, Qarabağ ellərini qaytarmaq və  Qızılbaş 
qoşununu dəf etmək üçün Zəngəzur mahalı yolu ilə  hərəkət etdilər. 
Soldatların dağlarda piyada yol getməsi və arxadan atlılara çatması çətin 
olduğuna baxmayaraq, var qüvvə ilə gecə-gündüz dayanmadan yol 
getdilər. Nəhayət, Qarabağ atlıları polkovnik Cəfərqulu ağanın başçılığı 
ilə Qapan və Ordubad dağlarında Qızılbaş qoşununa yetişib onunla 
davaya başladılar. Qızılbaş qoşunundan 2 minə yaxın atlı  və piyadasını 
dar dərələrdə məğlub edib, hamısını tutub soydular. At, paltar, yaraq və 
başqa  şeylərini  əllərindən alıb, lüt elədilər. Arxadan gələn soldatlar 
Qızılbaş qoşununun bir parasını ölü, bir parasını  əsir və qalanını da 
qaçmış gördülər. Sürülüb aparılmaqda olan Qarabağ elləri və 
rəiyyətlərinin hamısı qala ətrafında olan dağlara qayıtdılar. O zaman 
naibüssəltənə Araz kənarında idi. 
Bir tərəfdən general Nebolsinin qoşunu Mehdiqulu xanla birlikdə 
naibüssəltənəni məğlub etmələri, o biri tərəfdən də mayorun və polkovnik 
Cəfərqulu ağanın belə bir işi yerinə yetirmələri padşah  əsgərlərinin 
gücünü nümayiş etdirdi. Qarabağ camaatı asudə olub, hər kəs öz yerində, 
öz məkanında yerləşib, tam rahatlıqla yaşamağa başladılar. 
Həmin ilin qışında general-anşef qraf Qudoviç böyük imperator 
mərhum Aleksandr Pavloviç tərəfindən sərdar təyin olunaraq, Tiflis 
şəhərinə gəldi. General-mayor Nesvetayevin imperatora yazdığı ərizəsinə 
görə Mehdiqulu xanı öz yanına Tiflis şəhərinə çağırdı. Mehdiqulu xan 
bütün kəndxudalar və ellərin bəyləri ilə birlikdə 
 
 277


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə