“ŞƏffafliq azərbaycan” korrupsiyaya qarşi mübariZƏ İCTİMAİ BİRLİYİNİN 2014-CÜ İLƏ daiR İLLİk hesabati



Yüklə 193,31 Kb.
Pdf görüntüsü
tarix06.02.2018
ölçüsü193,31 Kb.
#25977


 

“ŞƏFFAFLIQ AZƏRBAYCAN” KORRUPSİYAYA QARŞI MÜBARİZƏ İCTİMAİ 



BİRLİYİNİN 2014-CÜ İLƏ DAİR İLLİK HESABATI 

 

 

Sədrdən ön söz 

 

“Şəffaflıq Azərbaycan” təşkilatının idarə heyəti və üzvləri adından işimizə göstərdiyiniz marağa görə 



sizə minnətdarlığımızı bildirmək istərdim. 2014-cü il həm Azərbaycan üçün, həm də təşkilatımız üçün 

vacib bir il olmuşdur. 

Azərbaycan  korrupsiyaya  qarşı  mübarizə  sahəsində  aparılan  tədbirlərin  ardıcıllığını  təmin  etmək  və 

yaxşı  idarəetməni  təbliğ  etmək,  dövlət  orqanlarının  işində  şəffaflığı  artırmaq  və  açıq  hökumət 

prinsiplərini təbliğ etmək istiqamətində səylərini davam etdirir. 2014-cü ildə Azərbaycan hökumətinin 

əsas  nailiyyətləri  sırasında  “Dövlət  qulluqçusunun  xidməti  fəaliyyətinin  qiymətləndirilməsi 

Qaydaları”nın  qüvvəyə  minməsi,  həmçinin,  əmək  kitabçalarının  ləğv  edilməsinin  ardından  əmək 

müqavilələrinin  elektron  qeydiyyatı  sisteminin  təqdim  olunmasıdır.  Bu  il  digər  müvəffəqiyyət  dövlət 

qurumları  tərəfindən  verilən  xidmətlərin  vahid  elektron  qeydiyyatı  sisteminin  yaradılmasıdır.  Biz 

xüsusilə  məmnunuq  ki,  İctimai  İştirakçılıq  haqqında  Qanun  nəhayətki  qüvvəyə  mindi.  Bu  qanun  ilk 

dəfə  Şəffaflıq  Azərbaycan  tərəfindən  təklif  olunmuş  və  həyata  keçirilmiş  formatda,  yəni  İctimai 

Qiymətləndirmə  Şuraları  əsasında  vətəndaş  cəmiyyəti  nəzarət  mexanizmlərinin  yaradılmasını  nəzərdə 

tutur. 

2014-cü ildə Transparency İnternational təşkilatının milli bölməsi olan “Şəffaflıq Azərbaycan” İctimai 



Birliyi  Amerika  Birləşmiş  Ştatları  Beynəlxalq  İnkişaf  Agentliyinin  (USAID)  maliyyə  dəstəyi  ilə 

Azərbaycan  Şəffaflıq  Tərəfdaşlığı  (AŞT)  adlanan  layihənin  həyata  keçirilməsini  və  Bakı,  Gəncə  və 

Qubada  İctimai  Maraqların  Qorunması  və  Hüquq  Məsləhət  Mərkəzlərinin  fəaliyyətini  davam 

etdirmişdir.  Bundan  başqa  təşkilatımız  layihənin  digər  komponentləri  olan  Azərbaycan  hökumətinin 

milli  və  beynəlxalq  səviyyədə  korrupsiyaya  qarşı  mübarizədə  üzərinə  götürdüyü  öhdəliklərin 

monitorinqi  və  KİV  və  sosial  şəbəkələr  vasitəsilə  vətəndaşlar  arasında  korrupsiya  və  onun  nəticələri 

barəsində  məlumatlılığın  artırılması  istiqamətində  fəaliyyət  göstərmişdir.  2014-cü  ildə  təşkilatımız 

“Transparency  International”  təşkilatının  Katibliyi  vasitəsilə  Avropa  İttifaqının  maliyyələşdirdiyi 

“Azərbaycanda  Milli  Şəffaflıq  Sisteminin  Qiymətləndirməsi”  adlı  layihəsini  davam  etdirmişdir.  Bu 

layihə  Azərbaycanda  idarəçilik  sisteminin  qiymətləndirilməsini  nəzərdə  tutan  böyük  regional 

araşdırmanın bir parçasıdır. Bu il biz həmçinin  ATƏT-in  Bakıdakı  Ofisi tərəfindən maliyyələşdirilən 

“Dövlət  xidmətlərinin  göstərilməsində  şəffaflığın  artırılması”  layihəsi  çərçivəsində  qalan 

öhdəliklərimizi  də  tamamlamışıq.  Qazanılan  yeni  layihələr  sırasında  təşkilatımızın  təşkilatçılıq  və 

texniki bacarıqlarının artırılması məqsədilə Kemoniks İnterneyşnl tərəfindən həyata keçirilən “İnkişaf 

naminə  Yerli  Bacarıqların  Artırılması”  layihəsi  və  Sahibkarlığın  və  Bazar  İqtisadiyyatının  İnkişafına 

Yardım  Fondunun  dəstəklədiyi  və 

“Şəffaflıq  Azərbaycan”  Gəncə  ofisi  tərəfindən  həyata  keçirilən 

“Kiçik və Orta Sahibkarlığa Dəstək” layihəsidir. 

Bu  ilin  yayında  vətəndaş  cəmiyyətinin  bank  hesablarına  girişi  tənzimləyən  qaydalara  dəyişikliklərin 

edilməsi  ilə  əlaqədar  biz  çətin  anlar  yaşadıq.  Keçid  dövrünün  problemlərinə  baxmayaraq,  biz 

fəaliyyətimizi və gördüyümüz işləri davam etdiririk. 

Bu  il  bizi  xüsusilə  sevindirən  hal  isə  Vətəndaşlara  Xidmət  və  Sosial  İnnovasiyalar  üzrə  Dövlət 

Agentliyi  ilə  strateji  əməkdaşlığımızın  gücləndirilməsi  və  Əmlak  Məsələləri  Dövlət  Komitəsi  ilə 

tərəfdaşlığımızın qurulmasıdır. 

Fuad Süleymanov, 

İdarə heyətinin sədri 

 



 

“Transparency International” təşkilatı haqqında 

 

“Transparency  International”  bütün  dünyada  korrupsiyaya  qarşı  mübarizədə  aparıcı 



beynəlxalq  qeyri-hökumət  təşkilatıdır.  Beynəlxalq  katibliyi  Berlin  şəhərində  yerləşən 

“Transparency International” təşkilatı dünyanın 90-dan çox ölkəsində yerləşən milli bölmələri 

vasitəsilə  həyata  keçirilən  antikorrupsiya  fəaliyyətini  əlaqələndirir.  Bu  bölmələr  özlərinin 

siyasi  xəttini  müəyyənləşdirməkdə  və  fəaliyyətləri  üçün  maliyyə  vəsaitinin  artırılmasında 

azad  seçimə  malik  olan  müstəqil  yerli  QHT-lərdir.  “Transparency  International”  aşağıdakı 

prinsipi  özünə  rəhbər  tutur:  “Korrupsiya  ölkəyə  aid  xüsusi  bir  hal  olduğundan,  yerli 

təşkilatların  fəaliyyəti  göstərilən  hər  hansı  xarici  təsirdən  və  ya  cəhddən  daha  effektli  ola 

bilər.” 


 

“Şəffaflıq Azərbaycan” haqqında 

 

“Şəffaflıq  Azərbaycan”  2000-ci  ilin  oktyabr  ayında  vətəndaş  cəmiyyətinin  və  elmi  dairələrin 



nümayəndələri  tərəfindən  təsis  olunmuş  və  tam  səlahiyyətli  yerli  bölmə  kimi  2001-ci  ilin 

oktyabrında “Transparency International” təşkilatı tərəfindən akkreditasiya olunmuş, 2013-cü 

ilin  mart  ayında  isə  yenidən  akkreditasiyadan  keçmişdir.  Biz,  əsasən,  ictimaiyyətin  bilik 

səviyyəsinin  artırılması  sahəsində  işləyir  və  Azərbaycanda  korrupsiyanın  səbəblərini, 

formalarını və bu təhlükəli ictimai fenomenin azaldılması yollarını araşdırırıq.  Biz həmçinin 

korrupsiyanın  şahidləri  və  qurbanları  olan  sıravi  fiziki  şəxslərə  hüquqi  yardım  göstərir  və 

hökumət  strukturlarına  siyasi  və  qanunvericilik  aktlarının  hazırlanmasında  köməklik 

göstəririk.    



 

Korrupsiya Qavrama İndeksi 2014  

 

2014-cü il dekabrın 3-də “Transparency International” özünün ən məşhur məhsulunu - 2014-



cü  il  üçün  Korrupsiya  Qavrama  İndeksini  nəşr  etdi.  Bu  sənəd  ictimaiyyətdə  və  hökumət 

strukturlarında  korrupsiyanın  qavranılmasını  qəbul  edən  iş  adamlarının  və  ölkə 

ekspertlərinin,  ölkə  vətəndaşlarının  və  əcnəbilərin  yaşadıqları  dövlətləri  müəyyən  dərəcələr 

üzrə  qiymətləndirir.  İndeks  100  bal  (çox  yaxşı),  0  bal  (çox  korrupsiyalaşmış)  nisbətində 

müəyyən edilir.  

2014-cü  ildə  Azərbaycan  29    balla    175  ölkə  arasında  126-cı  sırada  yer  almışdır.  Bu  il 

Azərbaycan  keçən  ilə  nisbətən  bir  az  irəliləmiş  və  hesabata  ilk  dəfə  daxil  edildikdən  bəri 

indeks üzrə ən yaxşı nəticəsini göstərmişdir. 



 

Cədvəl 1. Azərbaycanın Korrupsiya Qavrama İndeksində 2014-cü il üçün yeri və 

qiymətləndirilməsi  



İl 

Ölkələr 

arasında 

tutduğu yer 

İndeksdə yer alan 

ölkələrin sayı 

Topladığı bal 

0-dan (çox zəif)  

10-a dək (çox 

yaxşı) 

2000 

87 

90 

1.5 

2001  

84 

91 

2.0 

2002 

95 

102 

2.0 

2003 

124 

133 

1.8 


 

2004 



140 

146 

1.9 

2005  

137 

159 

2.2 

2006 

130 

163 

2.4 

2007  

148 

179 

2.1 

2008 

159 

180 

1.9 

2009 

143 

180 

2.3 

2010 

134 

178 

2.4 

2011  

143 

183 

2.4 

2012 

139 

176 

27

1

 

2013 

128 

177 

28 

2014   

126 

175 

29 

 

Ölkənin vətəndaş cəmiyyəti institutları arasında “Şəffaflıq Azərbaycanın” xüsusi yeri 

 

Azərbaycan  bölməsi  insanlara  kiçik  vəzifəli  şəxslərin  korrupsiya  hərəkətlərinə  qarşı 



müqavimət  yaradılmasında  köməklik  göstərməyə  başlayan  birinci  vətəndaş  cəmiyyəti 

təşkilatıdır  və  bunu  İctimai  Maraqların  Qorunması  və  Hüquq  Məsləhət  Mərkəzi  (ALAC)  və 

Hüquq Resurs Mərkəzi (LRC) layihələri çərçivəsində hüquqi məsləhət vermək yolu ilə həyata 

keçirməyə  başlamışdır.  Bölmə  vətəndaş  cəmiyyətinin  əhali  və  rüşvətxor  məmurlar  arasında 

yalnız səmərəli bir sədd kimi fəaliyyət göstərməsini deyil, həm də dövlət-QHT  əməkdaşlığının 

korrupsiyaya  qarşı  mübarizədə  effektivliyin  artırılmasını  təmin  etdiyini  aydın  nümayiş 

etdirmişdir.  “Şəffaflıq  Azərbaycan”  ən  azından  bəzi  insanların  korrupsiyaya  qarşı  olan 

münasibətini dəyişmişdir və vəzifəli şəxslərin zorakılığına qarşı heç bir əks nəticəsi olmadan 

uğurla etiraz oluna biləcəyini və olunmasını nümayiş etdirmişdir. 

 

2014 –cü ildə keçirilən layihələr   

1.

 



Azərbaycan  Şəffaflıq  Tərəfdaşlığı  Layihəsi  (AŞT)  (Bakı,  Gəncə,  Quba;  layihə  tərəfdaşları 

 

İqtisadi   Tətqiqatlar  Mərkəzi,  Konstitusiya  Araşdırmalar  Mərkəzi,  İnternyus  və  AGAT) 



 

donor  ABŞ  Beynəlxalq  İnkişaf  Agentliyi,  büdcə  1,5  milyon  ABŞ  dolları,  müddət  14 

 

Sentyabr 2012 – 15 Sentyabr 2016; 



2.

 

Azərbaycan  Milli  Şəffaflıq  Sistemi  Qiymətləndirməsi  (Avropa  Qonşuluq  Alətinin  Şərq 



regionu  üzrə  Milli  Şəffaflıq  Sistemi  Qiymətləndirməsi  layihəsinin  bir  hissəsi),  donor 

Avropa Birliyi, 115.900,26 Avro, müddət 1 mart 2013 – 28 fevral 2015;

 

3.

 



Dövlət  Xidmətlərinin  Göstərilməsində  Şəffaflığın  Artırılması,  donor  ATƏT-in  Bakı  ofisi, 

14.050  AZN,  14  iyun  2013  –  14  dekabr  2013  (öhdəliklərin  icrası  2014-cü  ildə  davam 

etmişdir);

 

4.



 

İnkişaf  naminə  Yerli  Bacarıqların  Artırılması  (İYBA),  donor  “Kemoniks”,  9.354  AZN, 

müddət 15 yanvar 2014 – 15 iyul 2015; 

5.

 



Kiçik və Orta Sahibkarlığa Dəstək, “Şəffaflıq Azərbaycan” Gəncə ofisi, donor Sahibkarlığın 

və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu , 24.000 ABŞ dolları, müddət 15 mart 

2014 - 14 yanvar 2016. 

                                                           

1

2012-ci ilin metodologiyavə məlumat formatı əvvəlki illərdən fərqləndiyi üçün, köhnə məlumatlar  ilə müqayisə etmək 



mümkün deyil. 


 

I.



 

AZƏRBAYCAN ŞƏFFAFLIQ TƏRƏFDAŞLIĞI (AŞT) LAYIHƏSI 

 

Azərbaycan  Şəffaflıq  Tərəfdaşlığı  Layihəsi  2012-ci  ilin  sonunda  başlayıb,  dörd  ildir  davam 

edən  ALAC  layihəsinin  növbəti  mərhələsi  olaraq,  vətəndaş  cəmiyyəti  təşkilatlarının 

korrupsiyaya qarşı aparılan mübarizədə oynadığı mühüm rolun gücləndirilməsini təklif edir, 

həmçinin şəffaflığın, hesabatlılığın və dürüstlüyün təminatı naminə insanların tələblərinə qarşı 

hökumətin məsuliyyətinin artırılmasını təşviq edir. Azərbaycan Şəffaflıq Tərəfdaşlığı layihəsi 

müxtəlif layihə komponentləri üzrə fəaliyyət göstərir: (a) anti-korrupsiya siyasətinin inkişafı və 

strategiyasının  həyata  keçirilməsi;  (b)  monitorinq  və  qiymətləndirmə  (məlumatların 

toplanması  və  təhlili  daxil  olmaqla);  (c)  ictimai  maarifləndirmə  və  təbliğat;  (d)  media,  o 

cümlədən  sosial  media;  (e)  Hökumət  ilə  birgə  aparılan  işdə  keçmiş  nailiyyətlərin  nəzərə 

alınması, həmçinin Bakıda, Gəncədə və Qubada yerləşən üç ALAC mərkəzlərinin fəaliyyətinin 

davamı.   

 

AŞT layihəsinin 2014-cü il daxil olmaqla ilk iki ilində “Şəffaflıq Azərbaycan” dörd təşkilatla 



ə

məkdaşlıq etmişdir. Bizim əməkdaşlıq etdiyimiz təşkilatlar aşağıdakılardır: 



Konstitusiya”  Araşdırmalar  Fondu  (KAF)  23  ixtisaslaşmış  QHT-ni  birləşdirir  və  Anti-

korrupsiya  Şəbəkəsini  təmsil  edir.  2014-cü  ildə  KAF  tərəfindən  icra  olunmuş  fəaliyyətlərin 

bəziləri:  

 

 



Yuxarıdakı  şəkillər:  2014-cü  il  9  iyun  tarixində,  Milli  Anti-korrupsiya  Fəaliyyət  Planının 

icrasına  dair  mövcud  vəziyyəti  müzakirə  etmək  məqsədilə,  KAF  Mərkəzi  Park  otelində 

hökumət  və  vətəndaş  cəmiyyətinin  üzvlərini  bir  araya  gətirmişdir.  Qeyri-hökumət 

təşkilatları, dövlət qurumları və media nümayəndələri iştirak etmişdir.  

 

KAF  2012-2015-ci  illər  üçün  Korrupsiyaya  qarşı  mübarizəyə  dair  Milli  Fəaliyyət  Planını 



təhlil etmiş və 2014-cü ilin fəaliyyətlərini təyin etmişdir. Monitorinqin nəticələri 2015-ci ildə 

nəşr olunacaq.  



 

İqtisadi Tədqiqatlar Mərkəzi 9 qeyri-hökumət təşkilatı tərəfindən koalisiya kimi yaradılmış, 

büdcə  prosesinin  monitorinqi  və  təhlilində  ixtisaslaşan,  ölkənin  ən  yaxşı  mütəxəssislərini 

özündə birləşdirən Milli Büdcə Qrupunu təmsil edir. 2014-cü ildə İTM tərəfindən icra olunmuş 

fəaliyyətlərin bəziləri:  

 

2014-cü il 29 apreldə İTM hökumət və vətəndaş cəmiyyəti arasında dialoqu asanlaşdırmaq 



və  Açıq  Hökumət  Tərəfdaşlığı  Milli  Fəaliyyət  Planının  icrasını  təşviq  etmək  məqsədilə 

Mərkəzi  Park  otelində  dəyirmi  masa  təşkil  etmişdir.  Qeyri-hökumət  təşkilatları,  dövlət 

qurumları  və  media  nümayəndələri  iştirak  etmişdir.  Bu  tədbirin  əsas  hədəfi  vətəndaş 

cəmiyyəti və dövlət rəsmilərinin monitorinqin metodologiyası ilə bağlı rəylərini eşitmək və 

tərəfdaşları gələcək ilin planları ilə tanış etmək olub.  



 

Azərbaycan  Gənclərinin  Avropaya  İnteqrasiyası  Təşkilatı  (AGAT)  gənclərin  Qərb 

demokratik  dəyərlərinə  yaxınlaşmasını  və  Azərbaycan  Şəffaflıq  Tərəfdaşlığı  Layihəsi 

çərçivəsində korrupsiyaya qarşı mübarizəyə gənclərin cəlb edilməsi məqsədini güdür. 2014-cü 

ildə AGAT tərəfindən icra olunmuş fəaliyyətlərin bəziləri:  

 



Yuxarıdakı  şəkillər:  20  iyun  2014-cü  il  tarixində  AGAT  AŞT  layihəsi  çərçivəsində 

“Korrupsiya ilə mübarizədə gənclərin rolu” mövzusunda təlim təşkil etmişdir. Layihənin 

eksperti,  Azərbaycan  Qızıl  Aypara  Cəmiyyətinin  Sağlamlıq  və  Qayğı  şöbəsinin  rəhbəri 

Mahbubi-Iran  Sabina  iştirakçıları  səhiyyə  sahəsində  korrupsiya  ilə  mübarizənin  hüquqi 

mexanizmləri  barəsində  məlumatlandırmışdır.  Ekspert,  həmçinin,  cəmiyyətin  inkişafında 

gənc nəslin əhəmiyyətindən də bəhs etmişdir.  



 

İnternyus, məqsədi peşəkar və inamlı medianın formalaşdırılması istiqamətində yerli medianı 

dəstəkləməkdir.  Ona  məxsus  olan    onlayn  xəbər  saytı 

www.mediaforum.az

    ölkənin  beş  ən 

məşhur  və  nüfuzlu  saytlarından  biridir  və  korrupsiya  məsələləri  üzrə  maarifləndirmə  və 

informasiyanın yayılması vasitəsi kimi istifadə olunur. 2014-cü ildə İnternyus tərəfindən icra 

olunmuş fəaliyyətlərin bəziləri:  

 



İnternyus  anti-korrupsiya  məsələləri ilə bağlı  1200-dən çox xəbər,  müsahibə və araştırma 

məqalələrindən ibarət 29 onlayn xəbər bülleteni və korrupsiya sahəsində 16 onlayn debat 

hazırlamışdır.  Video  materiallar  iki  regional  televiziyada  (Dunya  TV  in  Sumqayit  and 

MTV in Mingachevir) yayınlanmışdır. 

 

Korrupsiya sahəsində üzə çıxmış onlayn debatlar: 



 

https://www.youtube.com/watch?v=EdPIoLEfLls -



 Qubad Ibadoğlu, iqtisadiyyatçı 

 



http://www.mediaforum.az/korrupsiya/articles.php?lang=az&page=00&article_id=2

0140923125457760

 - Ilham Şaban , neft gəlirləri shəsində ekspert  

 



http://www.mediaforum.az/korrupsiya/articles.php?lang=az&page=00&article_id=2

0140922035741051-

 Vüqar Bayramov, iqtisadiyyatçı 

 



http://www.mediaforum.az/korrupsiya/articles.php?lang=az&page=00&article_id=2

0140918025451598

 – Azer Mehdiyev, iqtisadiyyatçı, sağlamlıq sığortası barəsində 

danışmışdır  



 

Hüquqi Məsləhət Mərkəzləri  

 

2014-cü  ilin  ikinci  yarısında  fors  major  hadisələr  “Şəffaflıq  Azərbaycan”ın  üç  partnyor  –  İTM, 

AGAT və İnternyus – fəaliyyətinə son qoymuşdur. Şəffaflıq Azərbaycanın dördüncü partnyoru – 

KAF-a 

gəldikdə isə “Şəffaflıq Azərbaycan” AŞT layihəsi çərçivəsində bu təşkilatla tərəfdaşlığını davam etdirir.  


 

 



Hüquqi yardım vətəndaşlara artıq qarşılaşılmış vəya qarşılaşma riski olan korrupsiya faktı ilə 

üz-üzə  qalarkən  qanuni  prosedurlardan  effektiv  formada  yararlanmaq  üçün  verilən 

tövsiyələrdir.  Yardımla  təmin  edilən  vətəndaşlar  mərkəzlərdə  çalışan  peşəkar 

hüquqşünasların  köməyi  ilə  öz  şikayətlərini  aydınlaşdırır,  şikayətlərini  yazılı  formada  tərtib 

edirlər və öz işlərinin həlli istiqamətində çalışırlar.  

 

1-ci Diaqram.  2014-cü  il  ərzində  xidmət  növlərinə  görə  ALAC müştərilərinin  sayı (ümumi 

say 1861)  

 

 

 

Quba  və  Gəncədəki  mərkəzlərimiz  kənd  əhalisinin  hüquqi  maarifləndirilməsi  məqsədilə 

hüquqi yardım sessiyaları keçirmişdir. 2014-cü ildə ümumilikdə 5 sessiya baş tutmuş və bu 

tədbirlərdən 126 nəfər faydalanmışdır. 

 

 

 



 

Yuxarıdakı şəkillər: Dekabrın 20-sində AŞT Quba 

Mərkəzi 


Quba  rayonunun  Avacuk  kəndində  hüquqi  məlumatlandırma  sessiyası  keçirmişdir.  AŞT 

Guba  Layihəsi  Koordinatoru  iştirakçıları  AŞT  fəaliyyət  növləri,  müxtəlif  kəndlərdə  keçirilən 

mobil  təlimlər  və  uğur  nümunələri  haqqında  məlumatlandırmışdır.  21-i  qadın  və  9-u  kişi 

olmaqla  30  nəfərin  qatıldığı  bu  tədbirdə  notariat  xidmətləri,  torpaq  məsələləri,  pensiya, 




 

elektrik  enerjisi  təchizatı  sahələrində  korrupsiya  problemi  müzakirə  edilmiş,  məşğulluq 



problemi və aşağı həyat standartları məsələləri barədə danışılmışdır.  

 

Anti-korrupsiya təhlil 

 

Hər üç mərkəzdə müraciətçilərlə bağlı məlumat toplanılır. Onların adı, demoqrafik vəziyyəti, 



coğrafi yerləşməsi, əhalinin zəif qrupuna aid olub olmadığı, yenidən müraciət edib etməməsi 

ilə bağlı  məlumatlar  yığılır.  Dərin  anti-korrupsiya  islahatlarının  aparılmasına  ən  çox  ehtiyac 

duyulan  sahələrinin  müəyyən  edilməsi  məqsədiylə  statistik  məlumatlar  hər  üç  mərkəz 

tərərfindən toplanılır və müzakirə olunur. 



 

2-ci  Diaqram.  2014-cü  il  ərizində  ALAC-a  daxil  olan  şikayətlərin  sahələri  (şikayətlərin 

ümumi sayı 1440)  

 

 

 

 

İctimai Maarifləndirmə və Məlumatlandırma 

 

Layihənin  bu  komponenti  hüquq  dili,  ictimai  məlumatlılıq,  seçicilərin  sayının  artırılması  və 

hüquqi  proseslərdə  vətəndaş  iştirakçılığı  yolu  ilə  hüquqi  mədəniyyəti  təşviq  etmək  məqsədi 

güdür. Bu fəaliyyətin nəticələri ictimai anti-korrupsiya təhsilini və korrupsiya ilə mübarizədə 

ictimai iştirakçılığı artıracağı gözlənilir. Bu tədbirlər ALAC mərkəzinə daxil olan korrupsiya 

ilə  əlaqəli  müraciətlərin  statistikasının  analizi,  ölkədə  baş  verən  proseslər  nəzərə  alınmaqla, 

ayrıca hədəf qrupları üçün xüsusən kənd yerlərində təşkil olunur.  

 



 

Ümumilikdə, Gəncə və Quba mərkəzləri 154 nəfəri  əhatə edən, rüşvət və korrupsiyaya qarşı 



fəaliyyət  və  təşəbbüsləri  təşviq  edən  8  ictimai  məlumatlandırma  kampaniyası  həyata 

keçirmişdir.   

 

 

 

 



 

 

 

 

 

 

 

Yuxarıdakı şəkillər27 Oktyabr 2014-cü il tarixində AŞT Gəncə Mərkəzi Şəmkirdə UAFA icma 

ə

saslı  rehabilitasiya  mərkəzində  vətəndaşların  müraciətlərinə  baxılma  qaydaları  haqqında 



təlim  təşkil  etmişdir.  Tədbirdə  iştirak  edən  11  nəfər  vətəndaşların  müraciətlərinə  baxılma 

qaydaları,  bu  qanunun  əsas  anlayışları,  dövlət  qurumlarına  müraciət,  şikayət  və  təklif 

yazmağın  proseduraları  və  onlara  baxılma  müddəti  barəsində  məlumatlandırılmışdır. 

Sessiyada  əldə  edilən  biliklər  praktiki  tapşırıqlarla  yoxlanılmışdır.  Sonda  AŞT  layihəsi 

haqqında informativ materiallar və “Vətəndaşların Müraciətlərinə Baxılma Qaydası haqqında 

Qanun” nəşrinin nüsxələri paylanılmışdır. 



 

 

İctimai vəkillik 

 

2014-cü  ildə  “Şəffaflıq  Azərbaycan”  öz    hüquq  mütəxəssisləri  tərəfindən  müəyyən  edilmiş, 



ümumilikdə ictimaiyyət üçün ən münasib və birbaşa maraq doğuran məsələlər ətrafında anti-

korrupsiya dəyirmi masalarını təşkil etməyə davam etmişdir (daşınmaz əmlakın reyestri, yeni 

olan  özəl  notarius  xidməti  institutu,  əhaliya  elektrik  enerjisinin  təchizatı,  birdəfəlik  ünvanlı 

sosial yardımın yeni formatı).  Dəyirmi masaların hər birində təqdim olunan tövsiyələr daha 

sonra təkmilləşdirilərək hökumətə təqdim edilmişdir.  

 

“Şəffaflıq  Azərbaycan”  ASAN  xidmət  mərkəzlərinin  sayının  və  əhatə  sahəsinin 



genişləndirilməsinə  və  dövlət  notarius  xidmətinin  əlavə  olunmasına  ehtiyacın  olduğunu 

bildirmişdir.  Vətəndaşlara  Xidmət  və  Sosial  İnnovasiyalar  üzrə  Dövlət  Agentliyinin 

kollegiyasının  “10”  aprel  2014-cü  il  tarixli  1/1-07  nömrəli  qərarı  ilə  dövlət  notarius  xidməti 

ASAN  mobil  xidmətinin  göstərdiyi  xidmətlər  arasına  daxil  olmuşdur.  Həmçinin,  4  saylı 

ASAN  xidmət  mərkəzi  7  may  2014-cü  il  tarixində  Bakı  şəhərində  fəaliyyətə  başlamışdır.

2

 



Bundan  əlavə,  müvafiq  qanuna  dəyişikliklər  edilərək  ASAN  xidmət  mərkəzləri  tərəfindən 

mənzillər  üzərində  mülkiyyət  hüquqlarının  ilkin  və  təkrar  dövlət  qeydiyyatına  alınması 

barədə  çıxarışların  və  texniki  pasportların  verilməsi  kimi  fəaliyyətlərin  icrasına  imkan 

yaradılmışdır .

3

  

 



                                                           

2

 



http://president.az/articles/11675

 

3



 “ASAN xidmət” mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin dövlət qeydiyyatına alınması barədə çıxarışlar verəcək, 

APA news agency, 12 February 2014, 

http://az.apa.az/news/331377

 



 

“Şəffaflıq Azərbaycan”ın elektron xidmətlərin əhatə dairəsinin və keyfiyyətinin artırılmasına 



dair  tövsiyələrinə  müvafiq  olaraq,  yeni  bir  elektron  xidmət  mövcud  xidmətlərin  siyahısına 

ə

lavə olunmuşdur. İndi müraciətçilər qeydiyyatda olan daşınmaz əmlaklarına texniki pasport 



və  plan  sənədini  əldə  etmək  üçün,  istədikləri  təqdirdə,  elektron  yolla  Daşınmaz  Əmlakın 

Dövlət  Reyestri  Xidmətinə  müraciət  edə  bilərlər.

4

 Həmçinin,  daha  əvvəl  təqdim  olunmuş  iki 



xidmət  -  əmlakın  yüklülüyünün  və  xitam  verilməsinin  dövlət  qeydiyyatı  vahid  e-hökumət 

portalına əlavə olunmuşdur.

5

 

 



“Şəffaflıq  Azərbaycan”  2011-ci  ildə  keçirdiyi  dəyirmi  masada  istehlakçılara  suyun 

verilməsinin  heç  bir  qayda  qanuna  əsaslanmadığını  və  istehlakçılarla  (fiziki  və  ya  hüquqi 

şəxslər)  heç  bir  standart  müqavilənin  bağlanmadığını  vurğulamışdı.  2014-cü  ildə  Suyun 

İstifadə Qaydaları nəhayət ki, qəbul və təsdiq olunmuşdur. Qaydalar aydın şəkildə həm su ilə 

təmin edənlərin həm də təmin olunanların hüquq və məsuliyyətlərini göstərir.

6

 



“Şəffaflıq  Azərbaycan”  işçilərin  əmək  kitabçaları  və  müxtəlif  dövlət  qurumlarına 

məktublarının  ləğv  edilməsini  hər  zaman  tövsiyə  etmişdir.  Elektron  əmək  müqavilələrinin 

2014-cü ilin dekabrında təqdim edilməsi ilə əmək kitabçaları və müxtəlif dövlət qurumlarına 

məktublar  ləğv  edilmişdir.  Elektron  məktub  nümunəsi  vahid  e-hökumət  portalından  və  ya 

Nazirliyin veb səhifəsindən əldə edilə bilər.  

“Şəffaflıq Azərbaycan”-ın dövlət qulluqçusunun meyarlar üzrə qiymətləndirilməsi sisteminin 

yaradılması tövsiyələrinə müvafiq olaraq, Dövlət Qulluğu Məsələləri üzrə Komissiya “Dövlət 

qulluqçusunun  xidməti  fəaliyyətinin  qiymətləndirilməsi  Qaydaları”nı  qəbul  etmişdir.  Bu 

qaydalar  dövlət  işçilərinin  meyarlara  əsaslanan  qiymətləndirilməsi  və  mükafatlandırılması 

üçün hüquqi çərçivə ilə təmin edir. 

7

    


Şəkil:  21  fevral  2014-cü  ildə  “Şəffaflıq  Azərbaycan” 

Azərbaycanda  əlilliyi  olan  insanların  hüquq  və  sosial 

müdafiəsinə  ziddiyət  təşkil  edən  məsələləri  müzakirə 

etmək  üçün  dəyirmi  masa  təşkil  etmişdir.  Əmək  və 

Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, yerli və beynəlxalq 

qeyri-hökumət 

təşkilatlarının 

nümayəndələri 

müzakirələrdə fəal iştirak etmişdir.  

 

 

                                                           

4

 Cabinet of Ministers decree No 266 dated 31 July 2014 on Changes to the Cabinet of Ministers decree No 191 dated 24 



November 2014 on Approval of the Rules to Deliver Electronic Services by National Executive Bodies in Concrete Areas 

and the List of Electronic Services 

www.cabmin.gov.az

 

5



 More Azerbaijan State Property Committee services integrated into e-government, 20 Aug 2014, today.az  

http://www.today.az/news/business/136363.html

 

6

 Order of the Cabinet of Ministers № 262, dated 17 July  2014 on Approval of the Rules for Water Use 



http://www.cabmin.gov.az/?/az/pressreliz/view/1429/

 

7



 

http://www.csc.gov.az/aze/index.php?option=com_content&view=article&id=3072%3Adoevlt-qulluqcusunun-xidmti-

faliyytinin-qiymtlndirilmsi-qaydalar&catid=59%3Akomissiyann-normativ-huequqi-aktlar-&Itemid=75&lang=en

 



10 

 

Azərbaycanda Su təchizatı: Nailiyyətlər və Problemlər  

İçməli  suyun  səmərəli  təchizatı  hər  bir  ailə  üçün  keyfiyyətli  həyatın  və  biznes  fəaliyyətinin 

ilkin  şərtlərindəndir.  Azərbaycanda  su  həm  şəxsi  yaşayış  yerlərinə  həm  də  kommersiya 

qurumlarına ölkənin yeganə su təchizatçısı olan Azərsu ASC tərəfindən təmin edilir. Şirkətin 

30 min biznes qurumu daxil olmaqla bir milyondan çox 

istifadəçisi var.  

“Şəffaflıq  Azərbaycan”  ABŞ  İnkişaf  Agentliyinin 

(USAID)  dəstəyilə  2011-ci  ildən  bəri  AŞT  layihəsi 

çərçivəsində  içməli  suyun  təchizatındakı  inkişafı 

izləmişdir. Təhlillərin nəticəsi və tövsiyələr Azərsu ASC-

yə  və  Milli  Anti-korrupsiya  Komissiyasına  2011-ci  ildə 

USAID-in  maliyyələşdirdiyi  “Şəffaflıq  Azərbaycan”-ın 

icra etdiyi dörd illik (2008-2012) layihə çərçivəsində təşkil 

olunmuş  dəyirmi  masada  təqdim  edilmişdir.  “Şəffaflıq 

Azərbaycan” 

AŞT 

layihəsi 



çərçivəsində 

suyun 


təchizatındakı inkişafı izləməyə davam edir.  

2011-ci ilin araşdırması göstərir ki, əsas problem 1999-cu 

ilin  İçməli  Suyun  Təchizatı  Qanunu  istisna  olmaqla 

təchizatçılarla  istehlakçılar  arasında  münasibətləri  tənzimləyən  xüsusi  qaydaların  olmaması 

idi.  Praktikada,  şəxsi  yaşayış  yerlərində  istifadəçilərin  çoxu  su  təchizatı  ilə  bağlı  müqavilə 

bağlamayırdılar, baxmayaraq ki, standart müqavilə forması mövcud olub.  

Həmçinin,  su  təchizatı  üçün  pul  nəğd  olaraq  iş  başında  olan  yerli  nəzarətçilər  tərəfindən 

toplanırdı.  Ödəniş  qəbzləri  isə  dövlətin  poçt  xidməti  verən  Azərpoçtun  formaları  olub  əl  ilə 

doldurularaq korrupsiya hallarına imkan yaradırdı. 40%-ə qədər sakinin su sayğacları var idi. 

Nəzarətçilərin  bu  sayğacları  kompüterləşmiş  mərkəzi  sistem  vasitəsilə  oxumaq  və  ya 

təfərrüatlı qəbzlər vermək üçün xüsusi alətləri yox idi. Beləcə, “Şəffaflıq Azərbaycan” hüquqi 

və  praktiki  vəziyyəti  yaxşılaşdırmaq  üçün    Azərsu  ASC-yə  öz  xüsusi  tövsiyələrini  təqdim 

etmişdir.  

Yaxın  zamanda,  “Şəffaflıq  Azərbaycan”  son  üç  ildə  bu  sahədə  gedən  inkişafı  izləmiş  və  bir 

neçə  müsbət  dəyişikliklər  tapmışdır.  Sayğacların  quraşdırılması  davam  edir  və  2011-ci  illə 

müqayisədə  20%  artmışdır;  nəzarətçilərin  20%-i  sayğacları  oxuyaraq  təfsilatlı  qəbz  verən 

alətlərlə təmin edilmiş və yerindəcə nəğd ödəniş əhəmiyyətli dərəcədə azalmışdır. Həmçinin, 

hökumət  Suyun  İstifadə  Qaydalarını  təsdiq  etmişdir.    Qaydalar  istehlakçıların  hüquq  və  

məsuliyyətlərinin bir hissəsini aydın şəkildə ifadə edir. Məsələn, əgər əvvəllər sayğacla bağlı 

məsuliyyət  istifadəçinin  üzərinə  düşürdüsə,  yeni  Qaydalar  bu  məsuliyyəti  sayğacın 

quraşdırma  yerindən  asılı  olaraq  (istifadəçinin  mülkiyyətinin  daxilində  və  ya  xaricində) 

istifadəçi  və  təchizatçı  arasında  bölür.  Bundan  əlavə,  sayğacların  quraşdırılması, 

yerləşdiurilməsi və təmiri təmamilə təchizatçının üzərinə düşür. Digər xidmətlərin təchizatını 

tənzimləyən  sənədlərdən  fərqli  olaraq,  bu  Qaydalar  açıq  şəkildə  vurğulayır  ki,  mübahisəli 

mövzular istifadəçinin xeyrinə şərh edilməlidir. 

Lakin, hələ də dəyişdirilməli bəzi məqamlar var. Həm Qanun, həm də Qaydalar imkan verir 

ki, su təchizatçıları istifadəçilərə göstərilən xidmətin qarşılığını sayğacların oxunması əvəzinə, 

2011-ci ilin noyabr ayında “Şəffaflıq 

Azərbaycan” suyun təchizatı sahəsində 

apardığı təhlillərin nəticəsini təqdim edir  

Şəkil: “Şəffaflıq Azərbaycan” 



11 

 

normativ  olaraq  hesablanmış  sabit  məbləğlə  ölçsün.  Bu  digər  xidmətlərin  təchizatı  zamanı 



təmamilə qadağan olunmuşdur. Qaydalara  əsasən fasiləsiz kanalizasiya xidmətinə təchizatçı 

tərəfindən təminat verildiyi halda, fasiləsiz su təchizatına təminatın verilməməsi bu vəziyyəti 

daha da çətinləşdirir. Bu isə, su təchiz edilib-edilməməsindən asılı olmayaraq əhalidən pulun 

yığılmasına  və  beləliklə  korrupsiyaya  şərait  yaradır.  Əlavə  olaraq,  təchiz  olunan  suyun 

keyfiyyəti üçün milli standartlar yoxdur.  

“Şəffaflıq Azərbaycan” su təchizatı sahəsində monitorinqə və Azərsu ASC və digər müvafiq 

hökumət  qurumları  ilə  əməkdaşlıq  çərçivəsində  mövcud  problemlərə  yönəlik  tövsiyələr 

hazırlamağa davam edəcək.  



 

II. 

AZƏRBAYCAN MİLLİ ŞƏFFAFLIQ SİSTEMİ QİYMƏTLƏNDİRMƏSİ 

Milli  Şəffaflıq  Sistemi  Qiymətləndirməsi  layihəsinin  məqsədi  ölkədə  rast  gəlinən  sistemli 

korrupsiya  risklərini  qiymətləndirmək  və  bu  risklərin  gələcəkdə  necə  azaldılması  barədə 

tövsiyələr  hazırlamaqdır.  İdarəçilik  institutlarının  hərtərəfli  qiymətləndirilməsinin 

çətinliklərini qəbul etməklə birlikdə, Milli Şəffaflıq Sistemi Qiymətləndirməsi anti-korrupsiya 

qanunvericiliyində əsas boşluqları, o cümlədən bu qanunların icrası zamanı ortaya çıxan zəif 

tərəfləri  müəyyən  edir  və  gələcək  islahatlar  üçün  yol  xəritəsi  təqdim  edir.  Tövsiyələr  daha 

sonra  hökumət,  vətəndaş  cəmiyyəti  və  özəl  sektor  tərəfindən  ölkədə  dürüstlüyün  təşviq 

edilməsi üçün istifadə oluna bilər.  2014-cü ildə keçirilən əsas fəaliyyətlər: 

 



“Korrupsiya barəsində məlumat verən şəxslərin müdafiəsi” (Whistleblower) qanun layihəsi ilə bağlı 

şərhlər  və  tövsiyələr  hazırlanaraq  Korrupsiyaya  qarşı  Mübarizə  Komissiyasına  baxış  üçün 

göndərilmişdir;  

 



Korrupsiya barəsində məlumat verən şəxslərin müdafiəsi ilə bağlı Konsepsiya Sənədi hazırlanıb və 

2015-ci ildə Komissiyaya göndəriləcək; 

Milli Şəffaflıq  Sistemi Qiymətləndirməsi hesabatı  iki 

dildə (azərbaycan və ingilis  dilində) nəşr edilmişdir.  Qiymətləndirmə Avropa  İttifaqının  maliyyə 

dəstəyi və “Transparency International” təşkilatının təkrarolunmaz metodologiyası əsasında həyata 

keçirilib.  Qiymətləndirmə,  ölkənin  hökumət  strukturunda  əsas  dövlət  institutları  və  qeyri-dövlət 

nümayəndələrinin  (1)  onların  ümumi  bacarıqları,  (2)  onların  daxili  idarəetmə  sistemi  və 

proseduraları və (3) onların şəffaflıq sistemindəki roluna əsasən aparılır. Həmçinin, qiymətləndirmə 

hər bir sütunun rəsmi hüquqi bünövrəsini və mövcud institusional təcrübəni tədqiq edir. 

 

 

 

 

 

 

 

 

 

Yuxarıdakı  şəkillər:  2014-cü  il  18  iyul  tarixində  Milli  Şəffaflıq  Sistemi  Qiymətləndirməsinin 

hesabatının tədimatı Park Inn otelində keçirilmişdir. “Şəffaflıq Azərbaycan” təşkilatının icraçı 

direktoru  Rəna  Səfərəliyeva,  Korrupsiyaya  qarşı  mübarizə  üzrə  Komissiyasının  katibi  Vüsal 

Hüseynov,  Avropa  Birliyinin  Əməliyyatlar  Bölməsinin  rəhbəri  Frederik  Berna  və  Anti-




12 

 

korrupsiya  Şəbəkəsinin  koordinatoru  və  Konstitusiya  Araşdırmalar  Fondunun  rəhbəri 



Ə

liməmməd  Nuriyev  tədbirdə  çıxış  etdikdən  sonra  layihənin  koordinatoru  Məhəmməd 

Muradov qiymətləndirməni təqdim edib. 

 

 

III.

 

DÖVLƏT XİDMƏTLƏRİNİN GÖSTƏRİLMƏSİNDƏ ŞƏFFAFLIĞIN ARTIRILMASI

 

2011–ci  ildə  Azərbaycanda  elektron  xidmətlərin  inkişafını  təşviq  etmək  məqsədilə,  ATƏT-in 

Bakı  Ofisinin  dəstəyilə  Estoniyada  fəaliyyət  göstərən  qeyri-hökumət  təşkilatı  “e-Hökumət 

Akademiyası”nın  ekspertləri  dəvət  olunmuşdu.  Azərbaycan  hökuməti  elektron  xidmətlərin 

təqdim  edilməsi  istiqamətində  konkret  addımlar  atmışdır.  Yerli  vəziyyətin  monitorinqi  və 

qiymətləndirilməsi həyata keçirildikdən sonra bu ekspertlər Avropa və BMT qiymətləndirmə 

meyarlarına  əsaslanan  metodologiya  ortaya  qoymuşdular.  Qiymətləndirmə  iki  hissədən 

ibrətdir: (i) e-hökumət infrastrukturunun və (ii) elektron xidmətlərin qiymətləndirilməsi. 

“Şəffaflıq  Azərbaycan”  təşkilatı  ATƏT-in  tərəfdaşı  kimi  qanunvericiliklə  nəzərdə  tutulmuş 

qaydada ASAN mərkəzləri və müvafiq dövlət orqanlarının göstərdiyi elektron xidmətlərinin 

monitorinqini  aparmış,    müvafiq  infrastruktur,  o  cümlədən  qanunvericiliyin  və  nəhayət, 

elektron  xidmətlər  sahəsində  müxtəlif  dövlət  orqanları  arasında  əməkdaşlıq  və  informasiya 

mübadiləsinin qiymətəndirilməsi üçün hesabatı hazırlamışdır.  

2014-cü  ildə  hesabat  işıq  üzü  görərək,  elektron  xidmətlərin  inkişafı  üçün  mühüm  ilkin  şərt 

olan  elektron  infrastrukturunun  Azərbaycanda  formalaşdığını  və  daha  da  inkişaf  etdiyini 

ortaya çıxarmışdır. Mövcud elektron infrastruktur imkan verir ki, digər dövlət agentlikləri ilə 

birgə  işə  ehtiyacın  olmadan  elektron  xidməti  dördüncü  səviyyəyə–  xidmətlərin  elektron 

çatdırılmasına qədər çıxartsın, hansı ki xidmətlərin müraciət və qəbulu onlayn həyata keçirilir.  

 

Yuxarıdakı  şəkillər:  22  dekabr  2014-cü  il  tarixində  “Şəffaflıq  Azərbaycan”  2013-2014-cü  illər 

ə

rzində Azərbaycanda Elektron Xidmətlərin Monitorinq və Qiymətləndirilməsinin nəticələrini 



ə

ks etdirən hesabatı təqdim etmişdir. Hökumət, vətəndaş cəmiyyəti, beynəlxalq təşkilatlar və 

mətbuat nümayəndələri iştirak etmişdir.  

 

IV. 

İNKİŞAF NAMINƏ YERLİ BACARIQLARIN ARTIRILMASI (İYBA) 

2014-cü ilin yanvar ayından etibarən 

“Şəffaflıq Azərbaycan” ehtiyac duyulan xidmətləri (təlim və 

vəkillik kampaniyalarının keçirilməsi və məsləhətlərin verilməsi) təmin etməsi, beynəlxalq donorlardan 

birbaşa alınan qrantların idarə olunması üçün təşkilatçılıq və texniki bacarıqlarının artırılması və milli 

yerli  siyasət  dialoqlarında  daha  səmərəli  iştirak  etməsi  məqsədilə  Kemoniks  İnterneyşnl  tərəfindən 




13 

 

həyata keçirilən, ABŞ Beynəlxalq İnkişaf Agentliyi tərəfindən maliyyələşdirilən “İnkişaf naminə Yerli 



Bacarıqların Artırılması” layihəsinə qoşulmuşdur.

  

I.



 

KİÇİK VƏ ORTA SAHİBKARLIĞA DƏSTƏK, ŞƏFFAFLIQ AZƏRBAYCAN GƏNCƏ 

 

Vətəndaşlara  pulsuz  hüquqi  xidmət  göstərmək  üçün  AŞT  layihəsindən  maliyyə  dəstəyi  alan



  Gəncə 

ofisi,  həm  də  biznes  dairələrini  hədəfləyən  xüsusi  layihə  həyata  keçirir  və  kiçik  və  orta  sahibkarlığa 

hüquqi  yardım  verir.  Layihə,  Sahibkarlığın  və  Bazar  İqtisadiyyatının  İnkişafına  Yardım  Fondu 

tərəfindən dəstəklənir. 



 

Bizim könüllülərimiz 

 

2000-ci  ildə  yaradıldığından  bəri  “Şəffaflıq  Azərbaycan”  tərəfindən  təlimatlandırılan 



könüllülərin  sayı  431-ə  çatıb,  onlardan  8-i  2014-cü  ildə  “Şəffaflıq  Azərbaycan”  ailəsinə 

qoşulanlardır.  



 

Mediada işıqlandırma 

 

2014-cü ildə “Şəffaflıq Azərbaycan” fəaliyyəti çap və elektron media da daxil olmaqla 207 dəfə 



işıqlandırılmışdır. Aşağıda ən maraqlı xəbərlərdən bir neçəsinin linki əlavə olunmuşdur:  

 

 

 

“Azərbaycan Şəffaflıq tərəfdaşlığı” 



http://sia.az/az/news/economy/416985-azerbaycan-seffafliq-terefdasli

 



 

“Milli Şəffaflıq Sisteminin Qiymətləndirilməsi- 2014” hesabatı təqdim olunub 

 

http://www.aztv.az/readnews.php?lang=az&id=15261



 

 



“Transparency  International”  təsdiq  edir  ki  “Şəffaflıq  Azərbaycan”  fəaliyyətinə  davam 

edir  


http://www.transparency.org/news/pressrelease/transparency_international_confirms_aze

rbaijan_chapter_continues_work_despi

 

 

2014-cü ildəki həmkarlarımız 

 

 



Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası 

 



Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi 

 



Milli Məclis

 



 

Ə

dliyyə Nazirliyi 



 

Ə



mək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 

 



Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 

 



Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 

 



Azəriqaz IB 

 



Azərsu ASC

 



 

Əmlak Məsələləri Dövlət Komitəsi

 



 



Bakı Elektrik Şəbəkə 

 



"Konstitusiya" Araşdırmaları Fondu 

 



İqtisadi Tədqiqatlar Mərkəzi  


14 

 



 

Internyus  

 

AGAT 



 

Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu 



 

İnsan Hüquqları Cəmiyyəti 



 

Korrupsiyaya qarşı Mübarizə Fondu 



 

Anti-Korrupsiya QHT-lərinin Məlumat və Əməkdaşlıq Şəbəkəsi 



 

Dövlət orqanları ilə əməkdaşlıq 

 

“Şəffaflıq Azərbaycan” bir neçə dövlət orqanı ilə yaxşı işgüzar münasibətlər qurmuşdur və bu 

münasibətlər  2014-cü  ildə  Korrupsiyaya  qarşı  Mübarizə  Komissiyası,  Bakıelektrikşəbəkə, 

Ə

dliyyə  Nazirliyi,  Daşınmaz  Əmlakın  Dövlət  Reyestri  Xidməti,  Əmək  və  Əhalinin  Sosial 



Müdafiəsi  Nazirliyi,  Vətəndaşlara  Xidmət  və  Sosial  İnnovasiyalar  üzrə  Dövlət  Agentliyi  ilə 

keçirdiyi dəyirmi masalar nəticəsində daha da genişlənmişdir. 



 

Dövlət orqanlarına qəbulun monitorinqi 

 

“Şəffaflıq  Azərbaycan”  daha  əvvəl  olduğu  kimi  2014-cü  ildə  də  Dövlət  Qulluğu  Məsələləri 

üzrə Komissiya tərəfindən Baş Prokurorluq, Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının 

Vəkillər  Kollegiyası  daxil  olmaqla,  müxtəlif  orqanlara  işə  qəbul  prosesində  müstəqil 

müşahidəçilər qismində iştirak etmək üçün dəvət olunmuşdur. 

 

“Şəffaflıq Azərbaycan” 2014-cü ilə olan nəşrləri 

 

 



Dörd  Dövlət  Orqanina  Verilmiş  Tövsiyələrin  İcrasinin  Monitorinqinin  Nəticələrinə  Dair 

Hesabat 


http://transparency.az/alac/files/D%C3%96RD%20D%C3%96VL%C6%8FT%20ORQANIN

A%20VER%C4%B0LM%C4%B0%C5%9E%20T%C3%96VS%C4%B0Y%C6%8FL%C6%8FR%C

4%B0N%20%C4%B0CRASININ%20MON%C4%B0TOR%C4%B0NQ%C4%B0N%C4%B0N%2

0N%C6%8FT%C4%B0C%C6%8FL%C6%8FR%C4%B0N%C6%8F%20DA%C4%B0R%20HESA

BAT%202014.doc

 

 



 

Milli Şəffafliq Sistemi Qiymətləndirməsi 2014 



http://transparency.az/alac/files/NISfinal.pdf

 

 



 

Azərbaycanda  elektron  hökumət  infrastrukturunun  və  elektron  xidmətlərin  monitorinqi 



və qiymətləndirməsi üzrə Hesabat 2014 

http://transparency.az/alac/files/Elektron%20xidmet%20son%20hesabat%20TI%20AZ.pdf

 



 



2014-cü  il  12  dekabr  tarixində  “çoxmənzilli  binaların    qeydiyyatı  sahəsində  problemlər  və 

nailiyyətlər”  

mövzusunda keçirilən Dəyirmi Masanın yekunu və verilən tövsiyələr

  

http://transparency.az/alac/files/coxmenzilli%20binalar.docx



 

 



 

25 iyun, 2014-cü il tarixində qaz təchizatı sahəsində keçirilmiş dəyirmi masanın yekunu və 

verilən tövsiyələr 



15 

 

http://transparency.az/alac/files/Qaz%20t%C9%99chizat%C4%B1%20sah%C9%99sind%C9



%99%20%C5%9F%C9%99ffafl%C4%B1%C4%9F%C4%B1n%20art%C4%B1r%C4%B1lmas%C4

%B1%20il%C9%99%20ba%C4%9Fl%C4%B1%20t%C3%B6vsiy%C9%99l%C9%99r%202014.doc

 



 



21  Fevral  2014-cü  ildə  “Əlillik  problemi  olan  şəxslərin  hüquqi  və  sosial  müdafiəsi 

sahəsində  əsas  problemlər”  mövzusunda  təşkil  olunmuş  dəyirmi  masanın  yekunu  və 

verilən tövsiyələr 

http://transparency.az/alac/files/%C6%8Flilliyi%20olan%20%C5%9F%C9%99xsl%C9%99ri

n%20h%C3%BCquqi%20v%C9%99%20sosial%20m%C3%BCdafi%C9%99si%20sah%C9%99si

nd%C9%99%20%C9%99sas%20probleml%C9%99r%20v%C9%99%20bununla%20ba%C4%9Fl

%C4%B1%20t%C3%B6vsiy%C9%99l%C9%99r%20%202014.docx

 



 

2014-cü  il  28  avqust  tarixində  “Vətəndaşlıq  vəziyyəti  aktlarının  dövlət  qeydiyyatı  məsələləri” 

mövzusunda keçirilən Dəyirmi Masanın yekunu və verilən tövsiyələr 

http://transparency.az/alac/files/V%C9%99t%C9%99nda%C5%9Fl%C4%B1q%20v%C9%99ziyy%C9

%99ti%20aktlar%C4%B1n%C4%B1n%20d%C3%B6vl%C9%99t%20qeydiyyat%C4%B1%20m%C9%99s

%C9%99l%C9%99l%C9%99ri%20il%C9%99%20ba%C4%9Fl%C4%B1%20t%C3%B6vsiy%C9%99l%C9

%99r%202014.doc

 

 



Internyus tərəfindən keçirilmiş onlayn debatlardan bir neçəsi: 

 

Şəffaflıq təşəbbüsü - nə yenilik var 

https://www.youtube.com/watch?v=EdPIoLEfLls

 

 



Media və korrupsiya 

https://www.youtube.com/watch?v=unM4FnK-WXw

 

 

''Mədən Sənayesində Şəffaflığın Artırılması'' Koalisiyasının 10 ili 



https://www.youtube.com/watch?v=OXiuVlX4o1o

 

 



 

İnzibati məsələlər  

 

Şəffaflıq Azərbaycan Ədliyyə Nazirliyi tərəfindən 21 may 2014-cü ildə təkrar qeydiyyata alınmışdır.  



 

İdarə heyətinin üzvləri  

 

Cədvəl 2 

 

Ad 



Vəzifəsi 

TI –da rolu 

Fuad Süleymanov  Hüquq elmləri namizədi, müstəqil exspet  



Təsisçi 

İdarə heyətinin sədri 

 

Sabit Bağırov 



 

Sahibkarlığın və Bazar iqtisadiyyatının inkişafına yardım 

Fondunun prezidenti, texniki elmlər namizədi 

Təsisçi 


İdarə heyətinin keçmiş 

sədr 

Dürdanə 


Məmmədova 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 

Konstitusiya hüququ məsələləri üzrə şöbə müdiri, Hüquq 

Təsisçi  

İdarə heyətinin üzvü 



16 

 

Elmləri doktoru 



Ə

liməmməd 



Nuriyev 

Konstitutsiya Araşdırmaları Fondunun Prezidenti, 

Korrupsiyaya qarşı mübarizə üzrə QHT-lərin 

məlumatandırma və əməkdaşlıq şəbəkəsinin koordinatoru  

İdarə heyətinin üzvü 

Rəna Səfərəliyeva 



Filologiya Elmləri Doktoru, Azərbaycan Dillər 

Universitetinin İngilis dilinin stilistikası kafedrasının 

dosenti    

Təsisçi 


İcraçı direktor 

İdarə heyətinin məhdud 

səlahiyyətli üzvü  

 

Cədvəl 3: Bizim əməkdaşlarımız və əlaqələr: 

İnternet səhifəmiz: 

www.transparency.az

  

Facebook səhifəmiz:   

http://www.facebook.com/TransparencyAzerbaijan

 

E-mail: 



info@transparency.az

 

 



 

 

Bakı mərkəzi 

Bakı, Azərbaycan, AZ 1009 Cəfər Cabbarlı küç, 16, 1-ci mərtəbə, mənzil 7 

Tel: (994 12) 497 81 70; 497 68 15  Tel/Fax: (994 12) 596 20 38 Toll free: (088) 707 07 07 

 

Vəzifəsi 

Adı Soyadı 

Təhsili 

E-mail 

1  İcraçı direktor 

Rəna 

Səfərəliyeva    



Filologiya Elmləri Doktoru, 

Azərbaycan Dillər 

Universitetinin İngilis dilinin 

stilistikası kafedrasının dosenti    

rena@transparency.az 

Layihə 



koordinatoru 

 

Elvin Yusifli  



 

Duquesne Universiteti, Sosial və  

ictimai  siyasət  üzrə  magistr 

dərəcəsi, Pittsburq, ABŞ 

 

elvin@transparency.az



  

Baş hüquqşünas   Azər Talıbov 



Bakı Dövlət Universitetinin 

Hüquq Fakültəsinin baş 

müəllimi 

azer@transparency.az 

Hüquqşünas 



köməkçisi   

Aytən 


Əlizamanlı 

Hüquq  üzrə  bakalavr  təhsili, 

Bakı Dövlət Universiteti 

ayten@transparency.az

 



Maliyyə 



və 

Adminstrativ 

məsələlər 

üzrə 


menecer  

Zəminə 


Ə

liyeva 


Bakı 

Kompyuter 

Kolleci, 

İdarəçilik və İT üzrə diplom    

zamina@transparency.az 

Elektron 



xidmətlər  layihə 

koordinatoru  

Məhəmməd 

Muradov 


Paris-Sud 11 Universiteti 

Master degree University of 

Paris-Sud 11 in diplomacy and 

strategic negotiations 

 

mahammad@transparency.az



  

Mühasib 



Natavan 

Hacıyeva 

Daşkənd İctimai İqtisad 

İnstitutu, maliyyə işi üzrə 

magistr dərəcəsi 

natavan@transparency.az 

Qrant 


meneceri/PR  və 

Media Mütəxəssisi 

Zümrüd 

İsmayılova 



Beynəlxalq  münasibətlər  və 

Avropa  çalışmları

  üzrə  magistr 

təhsili, 

Mərkəzi 

Avropa 


Universiteti

  

kanan_q@transparency.az 



İnformasiya  və 

komunikasiya 

şəbəkələri  üzrə 

koordinator  

Nikita 


Qurbatov 

Energetika 

üzrə 

bakalavr 



təhslisi, 

Azərbaycan 

Neft 

Akademiyası 



nikita@transparency.az

 

Gəncə Mərkəzi  

Ganja – H. Əliyev pros.103/2 



17 

 

Tel/fax: (994 22) 266 26 05 Toll free: (088) 202 02 02 



10  Hüquqşünas

/ Mərkəz  

direktoru 

Sevinc 


Sersan 

Azərbaycan 

Beynəlxalq 

Universiteti  hüquq  sahəsi  üzrə 

bakalavr təhsili 

sevinj@transparency.az

 

11   Layihə 



köməkçisi 

Lalə 


Abdullayevə 

Bakı 


Dövlət 

Universiteti, 

Jurnalistika 

fakültəsi 

üzrə 

bakalavr dərəcəsi 



lala@transparency.az

 

Quba mərkəzi 

Guba AZ 4000, Azərbaycan, Fətəlixan küç, 65 

Tel/fax: (994 169) 35 14 91 Toll free: (088)  404 04 04 

12   Hüquqşünas

/Mərkəz 


direktoru 

Eldar 


Kərimov  

Sankt-Peterburq Dövlət 

Universiteti, Hüquq ixtisası üzrə 

magistr dərəcəsi 

eldar@transparency.az 

13  Layihə 

köməkçisi  

İmran 


Ə

sgərov 


Bakı  İcra  Hakimiyyəti  yanında 

işgüzarlıq 

təlimləri 

mərkəzi 


sertifikatı 

imran@transparency.az 



 

 

Maliyyə məlumatı 

 

Cədvəl 4. Şəffaflıq Azərbaycan təşkilatının 2014-cü il üçün maliyyə məlumatı avro ilə  

 

Gəlir   


291 986 

Hesabat dövrünün başlanğıcında olan vəsait                           

34 719 

Xərclər   



278 162 

İlin yekununa qalan vəsait   

48 543 

İl üçün Aktiv saldo və ya kəsir 



13 824 

 

Nəzarət mexanizmi  

 

Maliyyə  sənədləri  və  digər  əlavə  dəstəkləyici  sənədlər  daxili  qaydalarına  uyğun  olaraq 



donorlar  (ATƏT,  USAID)  tərəfindən  mütəmadi  olaraq  yoxlanılır.  Bəzi  layihələr  fərdi  olaraq 

auditə  cəlb  edilir.  2014-cü  il  üçün  Şəffaflıq  Azərbaycan  təşkilatının  illik  maliyyə 

fəaliyyətlərinin  auditi  2015-ci  ilin  iyun  ayında  keçiriləcək  və  nəticələri  illik  hesabata  əlavə 

olunacaq. 

 

Tərtib etdi: 

 

Zümrüd İsmayılova  



AŞT Qrant Meneceri/

 

PR və Media Mütəxəssisi 



 

Yüklə 193,31 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə