Temperaturun öLÇÜLMƏSİ plan temperatur şkalaları və temperatur kəmiyyət vahidləri. Mexaniki kontakt termometrləri


Mühazirə 12, 13, 14, 15, 16, 17, 18,19, 20



Yüklə 5,22 Mb.
səhifə16/23
tarix05.08.2023
ölçüsü5,22 Mb.
#120374
1   ...   12   13   14   15   16   17   18   19   ...   23
nöc 1

Mühazirə 12, 13, 14, 15, 16, 17, 18,19, 20
TƏZYİQİN ÖLÇÜLMƏSİ
PLAN
1. Əsas anlayışlar.
2. Ölçülən təzyiqlərin növləri.
3. Sistemdaxili və sistemdənkənar təzyiq ölçü vahidləri.
4. Təzyiq ölçü (vahidlərinin) vasitələrinin təsnifatı;
5. Mayeli manometrlər;
6. Deformasiyalı təzyiq vericiləri;
7. Elektrik təzyiq vericiləri;
7.1. Tutumlu təzyiq çeviriciləri;
7.2. Pyezoelektrik təzyiq çeviriciləri;
7.3. Tenzorezistorlu təzyiq çeviriciləri.
ƏDƏBİYYAT
1. Чистофорова Н.В., Колмогоров А.Г. Технические измерения и приборы. Часть 1. Измерение теплоэнергетических параметров. Учебное пособие. – Ангарск. 2008 – 200с.

Təzyiq əsas fiziki kəmiyyətlərdən biridir və onun ölçülməsi həm hesabat məqsədi ilə, məsələn mühitin enerji (istilik) və miqdarının, sərfiyyatın təyin edilməsində və həm də texnoloji məqsədlə, məsələn müəssisələrdə istifadə edilən təzyiq boru kəmərlərində təhlükəsiz və effektiv hidravlik rejimlərin proqnozlaşdırıl-masında və nəzarətində vacibdir.


Təzyiq mütləq kəmiyyətin normal kəmiyyətə nisbətidir, yəni cismin səthinə perpendikulyar təsir edən F qüvvə vektrounun bu səthin S sahəsinə nisbətidir (P=F/S). Təzyiq qüvvəsinin bərabər paylanmasında təzyiq, normal təzyiq qüvvəsinin təsir etdiyi sahəyə nisbətidir.
Təcrübədə qazşəkilli və maye mühitlərinin təzyiqləri iki müxtəlif səviyyəyə nisbətən ölçülə bilər (Şəkil 1):
- mütləq vakum səviyyəsi, yaxud mütləq sıfır, yəni qapalı fəzada (boşluqda) mühitdəki maddənin atom və molekulları çıxarılmış ideallaşdırılmış vəziyyətdəki mühit;
- atmosfer yaxud barometrik təzyiq səviyyəsi (ГОСТ 8.271_77).
Vakuma nisbətən ölçülən təzyiq -mütləq təzyiq -MT adlanır. Barometrik təzyiq BT -yer atmosferinin mütləq təzyiqidir. BT konkret ölçmə şəraitindən: havanın temperaturu və dəniz səviyyəsindən hündürlüyündən asılıdır. Atmosfer təzyiqindən böyük yaxud kiçik olan təzyiq, atmosfer təzyiqinə nisbətən ölçülür və uyğun olaraq artıq -yuxarı (изботочным) -УТ(AT) yaxud seyrəkləşmə təzyiqi-vakummetriq təzyiq -VT adlanır. Müvafiq olaraq MT=BT+YT yaxud MT=BT-VT. İki fərqli prosesdə yaxud bir prosesin iki nöqtəsində onların heç biri atmosfer təzyiqi olmamaqla mühitin təzyiq fərqlərinin ölçülməsində belə fərq differensial təzyiq adlanır -DT.
Təzyiq ölçü vahidləri (CT CЭB 1052 -89) aşağıdakı üsullardan biri ilə təyin edilir:
1) konkret fiziki prosesdə tarazlaşdırılmış təzyiqin ölçülməsində maye sütununun yüksəkliyi ilə: 4oC-də su sütunu vahidləri ilə (mm su süt. Yaxud m.su süt.) yaxud OoC-də civə sütunu ilə (mm. civə süt. yaxud Torriçeli süt.) və normal sərbəst düşmə təcili ilə;
Şəkil 1. Ölçülən 1,2 və 3 nöqtələrindəki fiziki proseslərin təzyiqlərinin növləri:
BT – barometrik təzyiqdir;
MT – mütləq təzyiqdir;
YT(AT) – yaxurı yaxud artıq təzyiqdir;
VT – vakummetrik təzyiqdir;
DT – differensial təzyiqdir.

2) qüvvə və sahə ölçü vahidləri ilə.


Beynəlxalq vahidlər sistemində (1960-cı ildə qəbul edilmiş -Sİ) qüvvə vahidi olaraq N (Nyuton), sahə vahidi olaraq -m2 qəbul edilmişdir. Buradan isə təzyiq vahidi paskal təyin edilir. Pa =1N/m2 və onun törəmə vahidləri, məsələn, kulopaskal (1kPa=103Pa), meqapaskal (1Mpa =103kPa =106Pa). Sİ sistemində istifadə edilən təzyiq vahidləri ilə yanaşı, əvvəllər qəbul edilmiş sistemlərdəki vahidlərdən, həmçinin sistemdən kənar vahidlərdən də istifadə edilir.
Texniki vahidlər sistemində MKQSS (metr, kiloqram-qüvvə, saniyə) qüvvə kiloqram -qüvvə ilə (1kq.s ≈ 9,8 N) ölçülür. Təzyiq ölçü vahidi MKQSS-də kq/sm2 və kq/m2; kq/sm2 (kгс/cm2) texniki təzyiq ölçü vahidi yaxud metrik atmosferdir (at.). Yuxarı təzyiqlər ölçülərkən texniki atmosfer ölçü vahidinin (ATU -aty.) işarəsi “aty” istifadə edilir.
Fiziki vahidlər sistemində CГС (sm, qr, saniyə) qüvvə vahidi olaraq dina (1 din = 10-5N) qəbul edilir. CГC çərçivəsində təzyiq vahidi olaraq bar (1 bar=1din/sm2) daxil edilmişdir. Eynizamanda sistemdənkənar eyniadlı vahidlər də vardır, metroloji vahid bar yaxud standart atmosfer (1 bat =106din/sm2; 1mbar =10-3bar =103din/sm2). Qeyd olunan vahidlərdən başqa təcrübədə sistemdənkənar fiziki vahidlərdən yaxud normal atmosfer təzyiqindən (atm) -760mm civə sütununa ekvivalent olan vahiddən istifadə edilir.
İngilis dilli ölkələrdə təzyiq vahidi olaraq psi (psi =lbf/in2) -qüvvə funtu bölünsün süym kvadratı (1 funt =0,4536 kq).
Cədvəl 1-də bir sistemdaxili yaxud sistemdənkənar təzyiq ölçü vahidlərindən digərinə keçmək üçün çevirmə əmsalları göstərilmişdir: məsələn 1 texniki atmosfer ≈ 0,980665 bara uyğun gəlir (sistemdənkənar vahid -bardır). Həqiqətdə isə çox vaxt belə cədvəldə verilmiş çevirmə əmsalları kimi yüksək dəqiqlik tələb edilmir. Təxmini qiymətləndirmələrdə təzyiq hesablamalarında nisbi xəta 0,5%-dən yuxarı olmadıqda aşağıdakı nisbətlərdən istifadə etmək faydalıdır:



2% səhv etməklə texniki atmosferlə (atm) standart atmosfer (barla) və meqapaskalın 1/10 hissəsi arasındakı (1at=1 bar=0,1 MPa), 3% səhv etməklə texniki və fiziki atmosferlər arasındakı fərqi nəzərə almamaq (1 at=1 atm) olar.



Yüklə 5,22 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə