Temperaturun öLÇÜLMƏSİ plan temperatur şkalaları və temperatur kəmiyyət vahidləri. Mexaniki kontakt termometrləri



Yüklə 5,22 Mb.
səhifə13/23
tarix05.08.2023
ölçüsü5,22 Mb.
#120374
1   ...   9   10   11   12   13   14   15   16   ...   23
nöc 1

Laqometr
Bu cihaz maqnit -elektrik sistemlidir. Laqometr öz aralarında sərt bağlanmış iki çərçivədən ibarət olub, mis naqildən, müqavimətləri r, və r2 olmaqla hazırlanır. Cərçivələrin ümumi oxuna cihazın əqrəbi qeydirilir (şəkil 3).
Yumşaq poladdan olan silindrik ucluqlar arasındakı üzükşəkilli hava araboşluğunda çərçivənin aktiv tərəfi və qütb ucluqları fırlanır. Qütb ucluqları və içliklər arasındakı hava araboşluğu qeyri –bərabərdir və buna görə də burada maqnit sahəsi qeyri –bərabər paylanır. Horizontal oxdan hər iki tərəfə araboşluğu minimaldır və hər iki tərəfə bu oxa nəzərən getdikcə artır. Buna uyğun olaraq mərkəzdə maqnit induksiyası maksimal olur və mərkəzdən kənarlaşdıqca kvadratik qanunla qütb ucluqlarının kənarlarına doğru azalır. Beləliklə, çərçivənin dönmə bucağı maqnit induksiyasının funksiyasıdır, yəni, İ1 və İ2 cərəyanları r1 və r2 müqavimətli çərçivələrdən keçərkən elə istiqamətlənir ki, onlarda əmələ gələn M1 və M1 momentləri qarşı –qarşıya yönəlir:

Şəkil 3. Laqometr:
1 – içlik (nüvə); 2 – çərçivə; 3 – maqnit.


 
(1)

burada C1, C2 - çərçivənin həndəsi quruluşundan asılı olan əmsaldır;
B1, B2 - çərçivədən keçən maqnit induksiyasıdır.
Laqametrdə tarazlaşdırıcı moment çərçivələrdən birinə təsir etdikdə digər çərçivədəki moment onu balanslaşdırır. Ölçmələrin xətalarını ləğv etmək üçün çərçivənin momentsiz hazırlanması qərarlaşdırılır, məsələn onu zərif -nazik qızıl lentli yaxud kiçik momentli -kiçik diametrli bürünc naqildən hazırlayır.
Rt müqaviməti dəyişdikcə İ1 cərəyanı artır və bunun nəticəsi8ndə M1 momentinin artmasına səbəb olur və bu zaman hərəkətli sistem saat əqrəbinin hərəkətinin əksi istiqamətdə dönməyə başlayır. Burada çərçivənin r1 aktiv tərəfi böyük maqnit gərginliyindən kiçik gətginlik sahəsinə yerdəyişməsinə səbəb olacaqdır. Çərçivənin r2 aktiv tərəfi isə əksinə, kiçik maqbit sahəsindən böyük maqnit sahəsinə yerdəyişəcəkdir. Bununla belə M1 momenti kiçiləcək, M2 isə böyüyəcəkdir, eyni zamanda B1 azalacaq, B2 isə artacaq. Bəzi dönmə bucaqlarında hərəkətli sistemi tarazlıq vəziyyətinə keçir, yəni:



Buradqan da


  (2)

yaxud  .


Buradan belə nəticə hasil olunur ki, hərəkətli sistemin dönmə bucağı iki cərəyanın nisbətini (yunanca “loqus”) təyin edir, cihaz isə bu nisbəti ölçür və laqometr adlanır.
İ1İ2 cərəyanlarını qida mənbələrinin U gərginliyi ilə ifadə etsək və uyğun müqaviməıtlərdə alarıq:


  (3)

burada r1, R1, r2, R2, RL = const.


Odur ki,
 

Beləliklə, mənbələrdən birində generasiya olunmuş cərəyanların nisbətini laqometrlə ölçürlər. Onun gərginliyinin müəyyən hüdudlarda dəyişməsi cihazın göstərişinə təsir etmir. Bu da onun -Laqometrin üstünlüyüdür.


Sənaye laqometrlərinin dəqiqlik sinifləri 0,5; 1,5; 2; 2,5 olur.

Yüklə 5,22 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə