Tələbə: Musayeva Şəfiqə Rövşən qızı Qrup: 769A3 Rəhbər: B. m Kazımov. N.Ə Kafedra müdiri: Prof. Məmmədov. M. A



Yüklə 0,65 Mb.
səhifə3/10
tarix12.06.2023
ölçüsü0,65 Mb.
#116828
1   2   3   4   5   6   7   8   9   10
Praktika Hesabat-2

Leonardonun ideyası
1480-cı ildə Leonardo Da Vinçi “tüstü yuvası” adlandırdığı ilk eskizlərini hazırladı. Bu qurğu divar sobalarındakı isti qazların mexaniki olaraq ventilyator vasitəsi ilə kənarlaşdırılmasına xidmət edirdi. Birləşdirilmiş istilik və enerji (burada enerji-mexaniki enerji formasında) istehsalının ilk qurğuları məhz belə yaranmışdır.
XV və XIX əsrlərdə mərkəzləşdirilmiş istilik texnologiyalarında növbəti addım atılaraq 1745 –ci ildə ilk buxar qızdırıcı cihazı, 1777-ci ildə Avropada evlər üçün istilik təchizatı sistemi və 1831-ci ildə isti su təchizatı sistemi yaradıldı və əsasən Fransa, Böyük Britaniya və Almaniyada tətbiq edilməyə başladı.
Lokport
Bu sahədə ən böyük tərəqqi 1876-cı ildə, ABŞ-da, Nyu-York, Lokport şəhərində baş vermişdir. Bu dünyada ilk mərkəzləşdirilmiş istilik təchizatı sistemi layihəsi olmuşdur. Bertsill Holl patent alaraq yerli yaşayış tikililərini və istehsalat binalarını buxar istiliyi ilə təmin etməyə başlamışdılr. İl ərzində bu sistemə qoşulanların sayı durmadan artmışdır. Maraqlıdır ki, mərkəzləşdirilmiş istilik təchizatına ilk investisiya 25 min dollar həcmində Holl Stim Kombineyşn (Holly Steam Combination) kompaniyasına qoyulmuşdur. 1880-cı ildə Bertsill Holl birləşdirilmiş istilik və enerji istehsalına patent almışdır.
1878-ci ildə Avropada ilk mərkəzləşdirilmiş istilik təchizatı sistemləri yaradılmışdır. Almaniyada Bonn şəhəri yaxınlığında hospital və İsveçdə Stokholm şəhər xəstəxanası istiliklə təmin edilməyə başlamışdır.
Avropada ilk addımlar
Avropada istilik təchizatı sistemlərinin inkişafı istiqamətində ilk addım elektrik sənayesinin intensiv inkişafı nəticəsində Almaniyada atılmışdır. Elketrik istehsalı (blok elektrostansiyaları və ümumi təyinatlı elektrik stansiyaları) tələbatçların mərkəzləşdirilmiş istilik təchizatının əsasını təşkil etmişdir.
İlk elektrik stansiyalarından biri Avropada, Postrasse, Hamburq şəhərində 1888-ci ildə tikilmişdir. 1893-cü ildə yeni şəhər idarəsi bu zavoddan istiliklə təmin edilməyə başlamışdır. Beləliklə Avropada ilk İEM yaradılmışdır. 1898-ci ildə yeni İEM-lər istifadəyə verilmişdir. Birinci Sakson İEM Bad Elsterdə, Alberbadı, ikincisi Berlində texniki universiteti istiliklə təmin etmək üçün tikilmişdir. Lakin bu İEM-dən hər biri yalnız bir binanı istiliklə təmin etmişdir.
Avropa mərkəzləşdirilmiş istilik təchizatı sistemi ilk dəfə Almaniyada 1900-cü ildə yaradılmışdır. 5 dekabrda Drezden şəhərində bələdiyyə istifadəsi üçün ilk mərkəzləşdirilmiş istilik təchizatı sistemi işə salınmışdır. Pakhofstrasda (Packhofstrasse) 12 bina İEM-də istehsal edilən istiliklə təmin edilmişdir. Birinci Dünya Müharibəsinə qədər daha beş alman şəhəri bu təcrübədən istifadə etməyə başlamışdır.
XX əsrin əvvəllərində Danimarkada Frederiksberg şəhərində tullantıların tam yanması qurğusu vasitəsi ilə yeni hospital istiliklə təmin edilməyə başlamışdır. 1904-cü ildə Macarıstanda işə ilk mərkəzləşdirilmiş istilik təchizatı sistemi salınaraq Budapeşt parlamentini istiliklə təmin etmişdir.
Birinci dünya müharibəsi dövründə bu sahədə irəliləyiş olmamış, 1921-ci ildən başlayaraq İEM və mərkəzləşdirilmiş istilik təchizatının iqtisadi bazası güclənməyə başlamış, yanacaqdan daha səmərəli istifadə məqsədi ilə İEM və mərkəzləşdirilmiş istilik təchizatı sistemlərinin sürətli inkişafı baş vermişdir. 1923 cü ildə Utrext (Utrecht), Hollandiya, 1925-ci ildə Kopenhagen, Danimarka, Reykyavik, İslandiyada,1930-cu ildə artıq 25 alman şəhəri bu təcrübədən istifadə etmişlər.
1930-cu ildə artıq Avropada 200-ə yaxın mərkəzləşdirilmiş istilik təchizatı sistemi mövcud idi.



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə