Tələbə: Musayeva Şəfiqə Rövşən qızı Qrup: 769A3 Rəhbər: B. m Kazımov. N.Ə Kafedra müdiri: Prof. Məmmədov. M. A



Yüklə 0,65 Mb.
səhifə10/10
tarix12.06.2023
ölçüsü0,65 Mb.
#116828
1   2   3   4   5   6   7   8   9   10
Praktika Hesabat-2

Biz tələb edirik:
-Cəmiyyət qarşında duran vəzifələrinin icrasının əhəmiyyətinin dərk edilməsi və ümumi məqsədlərə çatmaq üçün fəal iştirakı;
-qanunvericilik və normativ aktlarla müəyyən edilmiş vəzifə borclarının layiqincə yerinə yetirilməsini;
-Öz işinin nəticələrinə görə hər bir işçinin fərdi məsuliyyətini, icra intizamını və bir komanda kimi fəaliyyəti;
-xalqını, vətənini, kollektivini sevməyi, ümumi dəyərlərə və Cəmiyyətin ənənələrinə hörmətlə yanaşmağı.

Menecerlərin İnsan resurslarının idarə edilməsində mühüm vəzifələri.
Menecerlər onlar üçün mövcud olan bütün material, sərmayə və insan resurslarını optimallaşdırmağa cavabdehdir. Əgər söhbət insanların idarə edilməsindən gedirsə, bütün menecerlər müəyyən dərəcədə aşağıdakı beş fəaliyyətə lazımi dərəcədə diqqət ayırmalıdır: heyətin saxlanılması, komplektləşdirməsi, inkişafi, adaptasiyası və dəyişikliyin idarə edilməsi.
Heyətin komplektləşdirilməsi təşkilat daxilində: birincisi, vəzifə tələblərini müəyyənləşdirən fəaliyyətləri əhatə edir; ikincisi, işin icrası üçün hansı bacarığa malik neçə nəfərin lazım olduğunu müəyyən edir; üçüncüsü, ixtisaslaşmış namizədləri işə qəbul edir, seçir və irəli çəkir.
Saxlama işçiləri səmərəli fəaliyyətə görə: birincisi, mükafatlandırma tədbirlərini əks etdirir; ikincisi, işçilərlə menecerlər arasındahəngdar əmək münasibətlərini təmin edir; üçüncüsü, təhlükəsiz və sağlam əmək mühitini dəstəkləyir.
İnkişaf funksiyasının məqsədi işçilərin bilik, bacarıq, qabiliyyətini və digər xüsusiyyətlərini inkişafetdirməklə onların vəzifələr üzrə səriştəsini qorumaqdır. İnsan resursları mütəxəssisi bu məsələlərə istinad etmək üçün "səriştə" terminindən istifadə edir.
Adaptasiya təşkilatda insan resursları siyasətinin (məsələn, nizam-intizam) və biznes strategiyasınin (məsələn, qiymət üzrə lider - "cost leadership") təmin olunmasına nəzarət edir.
Dəyişikliyin idarə edilməsi təşkilatın daxili və xarici mühitində baş verən inkişafi əvvəlcədən görmək və cavablandırmaq məqsədi güdür və işçilərə bütün səviyyələrdə baş verən dəyişikliklərin öhdəsindən gəlmək imkanı verir.
Bu proseslərin fərdi, işçi qrupu və ya daha geniş təşkilati vahid (məsələn, departament) tərəfindən həyata keçirilə biləcəyini bildirməyə ehtiyac yoxdur. Onlar barədə təşəbbüsü bəzən təşkilat (məsələn, heyətin komplektləşdirilməsi səyləri və ya menecmentin inkişafi proqramları), bəzən də işçi qrupları (məsələn: könüllü pensiya, təhlükəsizliyin təkmilləşdirilməsi) irəli sürür. İstənilən halda bu prosesləri həyata keçirmək üçün öhdəliklər bir-biri ilə sıx surətdə bağlıdır. Bu proseslər hamısı birlikdə İRİE sistemini formalaşdırır. İRİE üzrə bütün əsas proseslərin bir-biri ilə əlaqəsini anlamaq üçün növbəti ssenarini nəzərdən keçirək.Çoxlu sayda əməkdaşın gözlənilmədən pensiyaya çıxması "Hand Corporation" şirkətinin vakant yerləri doldurmaq məqsədilə geniş işə qəbul prosesini həyata keçirməli olduğunu müəyyən edir. Şirkət son 3-5 ildə biznesdə baş verə biləcək sürətli dəyişikliklərdən yaxşı xəbərdar olduğů üçün vəzifə tələblərində gözlənilən dəyişikliklərlə bağlı işə qəbul strategiyasında yeniliklər tətbiq etməli, həmçinin gələcək işçilər üçün tələb olunan kompetensiyaların növünü müəyyənləşdirən seçim qaydalarını təkmilləşdirməlidir. Vəzifə tələblərinin dəyişməsi əməkhaqqı və mükafatlandırma siyasətini və qaydalarını da dəyişə bilər. Bu da öz növbəsində yeni motivasiya sisteminin işlənib-hazırlanması zərurətini gündəmə gətirəcək. 3-5 ildən sonra lazım olacaq bütün səriştələr indidən müəyyən edilə bilməz. Ona görə də şirkət tələblərə cavab vermək üçün bu müddət ərzində yeni təlim və inkişaf proqramlarını təklifetməlidir. Faydalı fəaliyyət üçün müxtəlif'səriştələrin zəruriliyi öz növbəsində qiymətləndirmə qaydalarının da dəyişdirilməsini qaçılmaz edəcək. Bütün bu tədbirlərin həyata keçirilməsi nəticəsində şirkət məqsədinə nail olmaq üçün bəzi işçilərin vəzifəsini böyütmək, yerini dəyişmək və işdən çıxarmaq məcburiyyətində qalacaq. O çalışmaqdavam edən digər işçilərin dəyişən şəraitin öhdəsindən daha uğurla gəlməsinə imkan verən mexanizmlər yaratmalıdır. Maraqlıdır ki, bir-biri ilə qarşılıqlı əlaqəsi olan bütün sistem və ya şəbələlərin tərkib hissasi kimi çoxsaylı əməkdaşların gözlənilmədən təqaüdə çıxması kimi adi bir hadisə bütün işlərin gedişatına təsir edə, onları dəyişə bilir. Hər hansı bir sistemdə baş verən dəyişiklik sistemin digər hissələrinə öz əks-təsirini göstərir. Bunların baş verəcəyini əvvəlcədən bilmək yaxşıdır, çünki biz daha sonra problemlərimizi yalnız bir sahədə məhdudlaşdıran səhv proqnozlara yol verməyəcəyik. Heyətin komplektləşdirilməsi təlim, kompensasiya və ya əmək münasibətləri ilə bağlı problemlərlə üzləşərkən bütün bu sahələrin necə qarşılıqlı əlaqədə olduğunu dərk etməyə imkan verəcək. Qısaca desək, sistemli yanaşma müxtəlif fərqli komponentlərin sistem daxilində və konseptual çərçivədə inteqrasiyasını təmin edəcək və IRIE sisteminin daha geniş təşkilati ehtiyaclarla əlaqələndirilməsinə yardımçı olacaq. Bəzilərinin qənaətinə görə, heyəti komplektləşdirmə, saxlama, inkişaf və adaptasiya fəaliyyətləri IR departamentinin xüsusi öhdəliklərinə aiddir. Lakin bu öhdəliklər birbaşa rəhbərlərin səlahiyyəti olduğuna görə hər hansı təşkilat çərçivəsində (təşkilat tərəfindən tabeliyində olan işçilərin davranış və hərəkətlərinə təsir göstərmək üçün) təmin edilən haqq kimi hər bir menecerin əsas fəaliyyətinə daxildir və onların işçilərin davranışına nəzərəçarpacaq dərəcədə təsir etməsinə imkan yaradır.

Mövsümün nəticələri.







İ
llik hesabat













Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə