Tələbə: Musayeva Şəfiqə Rövşən qızı Qrup: 769A3 Rəhbər: B. m Kazımov. N.Ə Kafedra müdiri: Prof. Məmmədov. M. A


Təcrübə başlamaq üçün sənədlərin hazırlanması və fərdi tapşırıqların verilməsi



Yüklə 0,65 Mb.
səhifə5/10
tarix12.06.2023
ölçüsü0,65 Mb.
#116828
1   2   3   4   5   6   7   8   9   10
Praktika Hesabat-2

1.Təcrübə başlamaq üçün sənədlərin hazırlanması və fərdi tapşırıqların verilməsi
İstehsalat təcrübəsi – tələbələrin bütün təlimlərinin yekun mərhələsidi və bütün nəzəri dərslər başa çatdıqdan sonra həyata keçirilir. Bu təcrübənin əsas məqsədi tələbələrimizin ali məktəbdə aldığı nəzəri bilikləri möhkəmləndirmək, genişləndirmək və sonrakı dövürlərdə əmək fəaliyyətində istifadəsini təmin etməkdir.
İstehsalat (elmi) təcrübəsi bir qayda olaraq, peşə hazırlığı və diplomqabağı təcrübədən, magistr pilləsində isə elmi tədqiqat və elmi pedaqoji mərhələlərdən ibarət olur. Diplomqabağı təcrübə təlimin axırıncı mərhələsi olmaqla, bütün nəzəri dərslər və digər təcrübə növləri başa çatdıqdan sonra həyata keçirilir
Təcrübənin məqsəd və vəzifələri:İstehsalat təcrübəsi təhsil prosesinin tərkib hissəsidir və professional fəaliyyət növünün formalaşmasında mühüm əhəmiyyətə malikdir.İstehsalat təcrübəsi səriştənin formalaşdırılmasının həlledici mərhələsidir. O həm profissional funksiaları yerinə yetirmək üzrə, həm də əmək münasibətlərinə daxil olmağın təcrübəsini almağı və analiz etməyi təmin edir.Təcrübənin əsas vəzifələri bunlardır:

  • tələbənin ali (orta ixtisas) məktəbdə aldığı nəzəri bilikləri möhkəmləndirmək, dərinləşdirmək və sonrakı əmək fəaliyyətində istifadəsini təmin etmək;

  • tələbələri ixtisasın profilindən və xüsusiyyətindən asılı olaraq, yeni texnologiyalarla, iş üsulları ilə, elmi-tədqiqatlarla və digər məsələlərlə tanış etmək;

  • tələbələrdə işgüzarlıq, təşkilatçılıq və kommunikativ vərdişləri aşılamaq;

  • tələbələrin kompüter texnologiyaları sahəsindəki biliklərini təkmilləşdirmək;

pedaqoji ixtisaslar üzrə təhsil alan tələbələrdə pedaqoji peşəyə olan meyil və marağı möhkəmləndirmək və təlim-tərbiyə işlərini yaradıcılıqla həyata keçirmək bacarığını inkişaf etdirmək.

Müəssisənin idarəetmə strukturu
“Azəristiliktəchizat” ASC “Azərbaycan Respublikasında istilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 08 iyun 2005-ci il tarixli 847 saylı sərəncamına əsasən yaradılmışdır və əsas məqsədi Azərbaycan Respublikasının ərazisində yerləşən yaşayış evləri və binalarına, sosial obyektlərə, mülkiyyət formasından asılı olmayaraq digər müəssisə, idarə və təşkilatlara istilik və isti su təchizatı xidmətlərini göstərməkdən, istehlakçıların istilik enerjisinə olan tələbatının etibarlı və keyfiyyətli təminatını təşkil etməkdən ibarətdir.
“Azəristiliktəchizat” ASC istilik təchizatı sahəsində dövlətin vahid texniki iqtisadi siyasətini həyata keçirən əsas orqandır, səhmləri 100% dövlətə məxsusdur.
Cəmiyyət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 229 saylı 14 dekabr 2005-ci il tarixli Qərarı ilə təsdiq edilmiş Nizamnamə əsasında fəaliyyət göstərir.
Cəmiyyətin strukturu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 511 saylı 27 noyabr 2017-ci il tarixli Qərarı ilə təsdiq edilmişdir.
İdarə Heyəti Cəmiyyətin kollegial icra orqanıdır və tərkibi 3 nəfərdən-sədr və onun iki müavinindən ibarətdir.
Cəmiyyətin strukturuna “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin Aparatı, 11 xidmət təsərrüfatı, 2 Məhdud Məsuliyyətli Cəmiyyət, Bakı şəhəri üzrə 22, regionlar üzrə 51 İstilik Sistemləri İstismar sahəsi daxildir.
Cəmiyyətin baş ofisi Xətai rayonu, Xudu Məmmədov küçəsi, 3 ünvanda yerləşir. Dispetçer xidməti 24 saat fasiləsiz fəaliyyətdədir.

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə