TəHMİNƏ VƏ zaur və ya. BeşMƏRTƏBƏLİ evin altinci məRTƏBƏSİ


* * * Tutuşdu qəm oduna şad gördüyün könlüm



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə27/27
tarix28.11.2023
ölçüsü0,86 Mb.
#135189
1   ...   19   20   21   22   23   24   25   26   27
Anar - Təhminə və Zaur @kitabchi

* * *
Tutuşdu qəm oduna şad gördüyün könlüm,
Müqəyyəd oldu ol azad gördüyün könlüm.
Nə gördü badədə bilməm kim oldu badəpərəst.
Müridi-məşrəbü zöhhad gördüyün könlüm,
Füzuli eylədi ahəngi-eyşxaneyi Rum,
Əsəri-möhnəti-Bağdad gördüyün könlüm.


Səhər saat yeddidə dəmiryol vağzalının bufetində oturmuşdular, şirin çaxır
içirdilər, bayat çörəklə, qupquru qurumuş holland pendiriylə yavanlıq edirdilər.
Məmməd Nasir Zaurun söhbətinə diqqətlə qulaq asıb soruşdu:
— Neçənci mərtəbəyə qalxdı?
Zaur:
— Altıncıya, — dedi, — başımı verərəm ki, səhv etmirəm, öz gözlərimlə
görmüşdüm 6 rəqəmini... Amma bina da beşmərtəbəlidir axı...
Məmməd Nəsirin yaşı səksəni çoxdan keçmişdi, amma hələ də gümrah idi və
Allahın ver günü səhər tezdən bir-iki stəkan “Ağdam” portveyni vurardı bədənə.
Doğrudur, indi əvvəlkindən çox-çox az içərdi, amma əvvəlki təkin mütəmadiyən
hər gün içərdi... Axır vaxtlar tez-tez Zaurla içərdilər – illər keçdikcə onların yaş
fərqləri itib getmişdi və indi kənardan baxan elə güman edərdi ki, iki qoca şərab
içə-içə ötən günləri, keçmiş xatirələri yada salır, nəşriyyatda birgə keçmiş uzun
ömürlərindən söhbət edirdilər...
Zaur bir də təkrar etdi:
— Bina axı beşmərtəbəli idi...
Məmməd Nəsir uzun müddət harasa baxdı, gözləri yol çəkdi, elə bil baxışlarıyla
divarı deşib harasa çoxçox uzaqlara baxırdı, sonra qəfilcən belə bir kəlam bəyan
etdi:
— Əgər adamlar başa düşsəydilər ki, beşmərtəbəli binanın altıncı mərtəbəsi də
ola bilər, onda nə vardı ki...
1974-1978
Telegram 《》 pdf_kitablar 

Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə