TəHMİNƏ VƏ zaur və ya. BeşMƏRTƏBƏLİ evin altinci məRTƏBƏSİ



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə21/27
tarix28.11.2023
ölçüsü0,86 Mb.
#135189
1   ...   17   18   19   20   21   22   23   24   ...   27
Anar - Təhminə və Zaur @kitabchi

Pəncərədən daş gələr,
Xumar gözdən yaş gələr.
Səni mənə versələr,
Allaha da xoş gələr...
Mahnı qurtardı və dəstəyi asdı Təhminə. Zaur siqaret yandırdı və elə dərin bir
həsrət duydu ki, az qala ulayacaqdı. Təhminənin necə bir gecə keçirdiyini —
təsəvvür elədi və bu zaman telefon yenə səsləndi. Dəstəyi qaldırdı, mahnıya
qulaq asmağa başladı:


Ömrüm boyu daş daşıdım,
Gəmim dolmadı.
Gənc yaşımdan bir qız sevdim,
Mənim olmadı...
“Təhminə, ay Təhminə, axı niyə sən belə etdin? – demək istəyirdi Zaur, amma
heç nə demədi. “Özü də gör bir kimlə, Spartakla!” – demək istəyirdi Zaur, amma
heç nə demirdi. “Təhminə, axı mən səni, doğrudan da, sevirdim və doğrudan da,
xoşbəxt idim səninlə” – demək istəyirdi Zaur, amma heç nə demirdi. “Hamısı
yalan idi, yəni? Yəni heç məni sevmirdin, sevirdinsə niyə belə yaraladın?” –
demək istəyirdi Zaur, amma heç nə demirdi... “Axı mən bir də heç bir vaxt, heç
bir vaxt xoşbəxt olmayacağam, bilirsən ki bunu, axı mən artıq yaşamıram,
ölüyəm, canlı meyitəm” – demək istəyirdi Zaur, amma heç nə demirdi. Mahnı
qurtardı. Təhminə dəstəyi asdı. Bir neçə dəqiqə keçdi və Zaur elə düşündü ki,
hər şey bitib, bu zaman yenə zəng oldu, o, telefonu qaldırdı və mahnı eşitdi:
Qırmızı gül, sarı gül,
Bağçaların varı gül.
Gec açıldın, tez soldun,
Açmayaydın barı gül...
“Laçın” mahnısı idi... Təhminə bu mahnını dinləyəndə həmişə hıçqırıb
ağlayırdı... Zaur özü də ağlayırdı indi, lap erkən uşaqlıq çağlarından bəri ilk dəfə
idi ağlayırdı, səssiz-səmirsiz ağlayırdı, gözlərindən yanaqlarına süzülən
damcıları silmirdi. Ağlayırdı, çünki bilirdi ki, bu son vidalardır və yer üzündə
yalnız yeganə bir qadın bu cür vidalaşa bilərdi... “Laçın” mahnısının son bəndi
səslənirdi, – Zaur bilirdi ki, Təhminənin kasetində bu son mahnıdır və indi –


Zaurla Firəngizin toyu ərəfəsində Təhminə onun həyatından əbədilik çəkilib
gedirdi...

Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə