TəHMİNƏ VƏ zaur və ya. BeşMƏRTƏBƏLİ evin altinci məRTƏBƏSİ


partlayacaq bu xəbər, bəzi-bəzi adamların yandırıb cızdaqlarını çıxaracaq



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə19/27
tarix28.11.2023
ölçüsü0,86 Mb.
#135189
1   ...   15   16   17   18   19   20   21   22   ...   27
Anar - Təhminə və Zaur @kitabchi


partlayacaq bu xəbər, bəzi-bəzi adamların yandırıb cızdaqlarını çıxaracaq...
Doğrudan da, ”ey həyat, sən nə qəribəsən...”. Nə gözəlsən, ey həyat, cavan,
güclü, sağlam olmaq nə gözəl şeymiş... həm də sərbəst, azad olmaq, istədiyin
kimi hərəkət eləmək, heç kəsdən asılı olmayasan, əksinə, səndən asılı olsunlar.
Həm də bütün ömrün irəlidə olsun... Əla...”.
Doğrudan da, məgər onun həyatı əla, əladan da əla deyilmi – əntiqə təzə maşını
var, əntiqə təzə mənzili olacaq, istədiyi kimi bəzəyəcək bu təzə mənzilini –
ekspedisiyalardan qəribə, əcaib daşlar gətirəcək, meşələrdən əcaib budaqlar
toplayacaq, maqnitofona quşların, meşənin, çayların, küləyin, dənizin səsini
yazacaq, mənzillərini təbiətin gözəl bir guşəsinə çevirəcək. Uzaq ölkələrə
səyahətlər edəcək, oradan da maraqlı şeylər gətirəcək – Afrika maskaları, yapon
kuklaları, hind taxta fiqurları... Bütün dünyanı, bütün ölkəni gəzəcək, evdə də
sağlam, xoşbəxt ailəsi olacaq – gül kimi təmiz arvadı, səliqəli, tərbiyəli, sağlam,
xoşbəxt uşaqları. Qoy gözü götürməyənlərin gözləri kor olsun; yansınlar,
cızdaqları çıxsın paxıllıqdan, həsəddən.
* * *
Yeddidə yığışmağa başladılar... Məcidin əmisi oğlu professor Bəhram Zeynallı
gəldi. Şahin gəldi. Zivər xanımın — dayısı gəldi... Dadaşın gəlməsi Zauru
təəccübləndirdi, amma Zivər xanım oğlunu mətbəxə dartdı:
— Sən Allah, hirslənmə, — dedi. — Dadaşa bilirsənmi nəyə görə demişik, çünki
onlar tərəfdən Murtuzun bacanağı olacaq — Nemət, o da sizin nəşriyyatda
işləyir, özü də Dadaşın əlinin altında: qoy onlar tərəfdən işçi olsun, bizim
tərəfdən o işçinin böyüyü — həm də Dadaş dilli-dilavərdir, sənin dədən kimi hər


sözü kəlbətinlə çıxartmaq lazım deyil ağzından, qoy bir az meydan sulasın, səni
tərifləsin orada.
— Məni tərifləmək nəyə gərəkdir axı... Məni tanımırlar bəyəm?
— Tanımağına, əlbəttə, tanıyırlar səni. Amma onlarda tək özləri olmayacaq ha.
Onların tərəfindən də yəqin yad adamlar olacaq, gərək onların yanında səni də,
elə bütün ailəmizi də bir əməlli-başlı təqdim eləyən olsun da. Odur ki, Dadaşa
qaşqabaq eləmə, boyuna anan qurban.
Zaur yorğun tərzdə:
— Qaşqabaq niyə eləyirəm ki?! Dadaş deyirsiz, Dadaş olsun, mənimçün nə
təfavütü var.
Səkkizçün elçilər Murtuzovgilə yollandılar. Zaur isə krossvord doldurmağa
başladı... Afrikada “K” hərfiylə başlanan on hərfli şəhəri heç cür yadına sala
bilmirdi... Elçiliyə, təbii ki, ancaq kişilər getmişdi, qadın qohumlar isə Zivər
xanımla mətbəxdə laqqırtı vururdular. Zaur sözləri aydın eşitməsə də qadınların
nə barədə, nədən danışdıqlarını çox gözəl təsəvvür edirdi – qadınlar gah bərkdən
məmnun-məmnun gülüşür, gah xısın-xısın pıçıldaşırdılar.
* * *
— Yəni ki, Zauru xüsusi təqdim eləməyə ehtiyac da yoxdur. — Dadaş danışa-
danışa çaydan qurtum-qurtum içir, qəndi dişləri arasında xırçıldadırdı
— hamımızın gözü qabağında böyüyüb... Ailəsini də, maşallah, yaxşıca
tanıyırsız, deyib, qonşu qohumdan yaxın olur adama, amma qonşu həm də
qohum ola, görün bu da nə aləmdir də... Ha, ha, ha, zarafat bir yana. Məcid
müəllim görkəmli alimlərimizdəndir, gözəl ailə başçısıdır, ailəsi də — demək
artıqdır — ən təmiz, ən gözəl, mərifətli, qanacaqlı, sağlam ailələrdəndir. Ot da
ki, bilirsiz, öz kökü üstündə bitər. Belə bir ailədə boya-başa çatmış oğul da, necə
deyərlər, layiqli cavandır, hansı tərəfdən götürürsüz götürün — savadı, biliyi,
tərbiyəsi, böyüklə böyükdür, kiçiklə kiçik. İki ildir bir idarədə çalışırıq
— kollektiv arasında da əməlli-başlı nüfuz qazanıb, cavan olmasına
baxmayaraq. Xasiyyəti ipək kimidir, ürəyi təmizdir, şəxsən mən bunu nöqsan
saymıram, amma hər halda bunu Zaura nöqsan bilən varsa, nə olar, yaşa
dolduqca, necə deyərlər, bərkə-boşa düşdükcə, şübhəsiz, təcrübəsi də artacaq.
Hər halda böyük gələcəyi var Zaurun. Bilirsiz ki, pis adamçün sizin kimi
hörmətli adamların qapısına elçi düşməzdik... Burada görürəm mənim dostum


Nemət müəllimdə əyləşib, o da necə deyərlər, qız evinin adamıdır, amma eyni
zamanda biz hamımız iş yoldaşıyıq, elə Nemət də Zauru yaxşı tanıyır və mənim
sözlərimi təsdiq edə bilər.
Nemət nə isə dodaqaltı mızıldandı, bu yəqin ki, Dadaşın sözlərinə şərik çıxdığını
ifadə etməliydi.
Murtuz pörtmüşdü, fısıltıyla ağır-ağır nəfəs alırdı. Bir az doluxmuşdu elə bil, axı
hər halda ilk dəfəydi elçi qəbul edirdi. Amma o biri bacanağı Cabbar özünü çox
fəal aparır, Dadaş danışdıqca: “bəli, bəli, qəşəng, qəşəng”, – deyə replikalar
verirdi. Nəhayət, Dadaş nitqinə balaca bir ara verdi və Cabbar gözlərini
Murtuzun üzünə zillədi. Murtuz yüngülcə başını tərpədən kimi Cabbar tələsik
üyüdüb tökməyə başladı:
— Bizimçün də böyük şərəfdir ki, sizin kimi mötəbər adamlar elçi gəlibsiz
qapımıza. Zauru hamımız tanıyırıq, mərifətli, qanacaqlı cavandır. Siz də,
şübhəsiz ki, Murtuzovlar ailəsini yaxşı tanıyırsınız. Yəni Balayeviçi
respublikamızda kim tanımır axı? Görkəmli sərkərdədir, hərbi xadimdir. Firəngiz
qızımız gözlərimizin qabağında böyüyüb. Doğrudur, indiyəcən onun səsini
eşitməmişik, indiki At Balaxanım qızların tayı deyil, dindirirsən qıpqırmızı
qızarır, başıaşağı, utancaq bir baladır, mən deyərdim qönçədir, fidandır, hələ gül
kimi açılmayıb... hamımız belə düşünürük ki, bu gözəl, göyçək cavanlar xoşbəxt,
qəşəng ailə quracaqlar: Allah xeyir versin...
Hamı gülümsündü, “Allah xeyir versin” dedi və bir dəqiqə sonra Alya, Tahirə və
Sürəyya armudu stəkanlarda çay gətirdilər, bu səfər bütün çaylar şirin idi.
Dadaş, başqa elçilər, ev adamları adət üzrə qaşıqları stəkanların içində
şaqqıldada-şaqqıldada hərləməyə başladılar. Hamı bir-bir Məcidi, Murtuzu,
Alyanı təbrik etdi. Dadaşla Nemət isə nəşriyyatın işlərindən söhbətə
qurşandılar...
Saat doqquzda, elçilər gülə-gülə, bərkdən danışa-danışa qayıtdılar. Hamıdan
qabaq içəri Dadaş girdi, Zauru da hamıdan qabaq o təbrik elədi... Deyəsən,
Zauru marçıldadıb öpmək fikri də vardı Dadaşın, amma Zaur birtəhər üzünü
kənar elədi və bu an Afrikadakı “K” hərfi ilə başlanan şəhər birdən-birə yadına
düşdü: Kasablanka. On hərf. Əlbəttə, Kasablanka...
* * *


Səhəri gün də qadınlar görüşdülər. Zivər xanım Alyagilə getdi və hər şey barədə
ətraflı danışdılar. Zaur geoloji ekspedisiyaya düzəlmişdi, bir aydan sonra getməli
idi. Məsələni çox da uzatmağın mənası yoxdur. Həm də ki, hər ikisinin – elə
Alya xanımın da, Zivər xanımın da ürəkləri bir az səksəkəli idi, iraq-iraq birdən
bir şey çıxdı, birdən, nə bilmək olur, Zaurun başına başqa fikir düşdü. Odur ki,
on günün içində həm nişan, həm də toy eləmək qərarına gəldilər. Hər iki tərəf
tədarükünü çoxdan görmüş, lazım olan hər şeyi çoxdan hazır edib saxlamışdır.
Alya lap qızı dünyaya gələn gündən xırda-xırda ona cehiz toplamağa başlamışdı
– parçalar, yorğan-döşək, bahalı örtüklər, qab-qacaq, duzqabına qədər – hər şey
səliqə-sahmanla hazır durub, məqamını gözləyirdi. Doğrudur, bəzi iri şeyləri
hələ alasıydılar – soyuducu, mebel, amma Spartak boyun oldu ki, üç günün
içində nə lazımdırsa tapar, tapdı da – 12 əşyadan ibarət ərəb mebeli, fin mətbəxi,
ZİL soyuducusu – bütün bunların xərcini də Spartak özü çəkdi, Cabbarla Tahirə
televizor, Nemətlə Sürəyya büllur çilçıraq aldılar...
Zeynallıgil də qıza və qızın qohumlarına bahalı hədiyyələr alıb hazır qoymuşlar
(o cümlədən Spartak üçün kostyumluq parça). Böyük bir restoranda dəm-
dəsgahlı toy üçün məbləğ də əmanət kassasında hazır idi, yetmiş adamlıq toy
etmək fikrində idilər. Alya xanım “azından əlli yeri gərək bizim olsun, –
demişdi, – o qədər dost-tanış var ki...”. Adət üzrə nişanı qız evi, toyu oğlan evi
eləməliydi.
Alya xanımla Zivər xanımın diplomatik danışıqları sülh və əmin-amanlıq
şəraitində keçdi, söhbətin axırında Alya xanım Zaurgilin ailəsini sabah
günortaya nahara dəvət elədi. Ayaqaçdıya.
Zaur işdən qayıdırdı. Hava soyuq idi, adamın iliyinəcən işləyən xəzri əsirdi.
Yağış da çisələməyə başladı. Zaur maşını saxlayıb düşdü, şüşə süpürücülərini
taxdı və avtobus dayanacağında büzüşüb durmuş Mədinəni gördü.
Zaur:
— Mədinə, — deyə çağırdı. — Gəlin oturun, aparım sizi.
Mədinənin əlində iri və görünür, çox ağır zənbil vardır, işdən sonra adəti üzrə
bazara dəymiş, ayın-oyun almışdı. Mədinə tələsik maşına yaxınlaşdı, keçib
oturdu və:
— Zaur, — dedi, — sizi Allah yetirdi mənimçün. Əlim-qolum qırılmışdı lap.
Avtobus da gəlib çıxmaq bilmir. Bir yandan da bu yağış, külək...


Zaur təbəssümlə:
— Evə? — deyə xəbər aldı.
— Əlbəttə... Day heç ümidim yox idi ki, bu zənbillə gedib evə çıxacağam.
Zaur:
— Necəsiniz? — deyə soruşdu.
— Sağ olun. Pis deyiləm uşaq bir az nasaz kimidir.
— Nə olub ki?
— Qripdir də, yəqin, həm də öskürür.
— İndi bütün şəhər qripdir.
Mədinə:
— Hə, kimi dindirirsən, xəstədir, — dedi, — maşınıvız təzədir, hə? Çox
mübarək, sağlığıvıza qismət olsun.
— Sağ olun.
Mədinə susdu, tərəddüd keçirirdi; desin, deməsin, nəhayət, Zaur çəpəki baxaraq
demək qərarına gəldi:
— Hə, sizi təbrik edirəm, eşitdim evlənirsiz.
Zaur:
— Çox sağ olun, — dedi və siqaret yandırdı.
İndi Zaur da soruşa bilərdi:
— Qonşunuz necədir?
— Təhminə? — Guya Zauru Mədinənin başqa bir qonşusu da maraqlandıra
bilərdi. — O da xəstələnib yazıq.
— Nədir ki? O da qrip olub?
— Qaraciyəri xəstədir onun... İndi də xəstəlik şiddətlənib, deyirdim axı bədbəxt
qızına — sənə içmək olmaz, qulaq asmır — Mədinə susdu, sonra əlavə
etdi. — Bəs görmürsünüz, day heç televizora da çıxmır ki.


Zaur:
— Mən televizora baxmıram, — dedi.
Mədinə həvəslə:
— Lap yaxşı eləyirsiz, — dedi. — Baxmalı nə var ki. Elə boş şeylər göstərirlər
ki...
Mədinə televiziya verilişlərindən danışırdı, onları pisləyirdi, amma Zaur
istəyirdi, yaman istəyirdi ki, Təhminə haqqında desin yenə bir şey. Görəsən,
Təhminə danışıbmı Mədinəyə o gün, o bağ yolundakı görüşlərini. Spartakın
bağlarından qayıdarkən Zaura rast gəlməsini?! Mədinə indi də dünənki verilişi
söyürdü.
— O nə film idi elə?.. Heç həyatda belə şeylər olur bəyəm?
Zaur:
— Təhminə yatır yəni? — deyə soruşdu.
— Yox, bu gün bir az babatdır, bəlkə hələ işə də çıxdı, — birdən bic-bic
gülümsünüb, — istəsəz axşam televizorda görə bilərsiz onu, — deyə əlavə etdi.
Zaur:
— Bəli, bununçün televizora baxmağa dəyər, — dedi.
Mədinə:
— Qaraciyəri xəstədir, o isə hər axşam içir, — deyə təkrar elədi. — İçir,
musiqiyə qulaq asır. Gecəyarısı ayılıram, baxıram, görürəm işıq gəlir, özü də
musiqi çaldırır.
Zaur gülümsündü. Gəlib Təhminəgilin küçəsinə çıxdılar. Həmin o bağın
yanından keçdilər. O bağın ki, haçansa – yox, Zaur dəqiq tarixi də deyə bilərdi –
iyunun 5-də, ilk dəfə burada bir saatdan artıq gözləmişdi Təhminəni. Axır ki,
Təhminə gəlib çıxmışdı, ağ düyməli qırmızı paltarda idi Təhminə həmin o gün,
dəniz sahilinə getmişdilər və münasibətləri də bundan başlamışdı... Zaur çöl
qapısının ağzında saxladı maşını. Həmin bu yerdə bir gecə Spartak saxlamışdı
maşınını və Zaur da onun təkərini deşmişdi... Mədinə birdən dedi:
— Zaurik, inanın mənə, bircə sizinlə xoşbəxt idi o yazıq, — Zaur bu sözlərə


təəccüb qaldı. Sözlərdən daha artıq Mədinənin ona lap Təhminə təkin “Zaurik”
deməsinə təəccüb qaldı. Çiyinlərini çəkdi Zaur.
Mədinə maşından çıxaraq:
— Çox sağ olun, — dedi. — Lap qapımın arasına girdiz. Allah səni xoşbəxt
eləsin.
Zaur:
— Dəyməz, canım, nə böyük iş imiş, — dedi və maşını ağır-ağır sürdü.
* * *
Zivər xanım:
— Sabah işdən bir az tez gəl, — dedi. — Alya xanım qonaq çağırıb bizi.
Zaur başını tərpətdi.
— Bu gün getmişdim Alyagilə. Hər şey barədə danışdıq. Məsələni uzatmağın nə
mənası var? Şahin restoranla iyirmisinə danışsın. İyirmisi şənbədir...
Zaur başını tərpətdi...
— Firəngizlə görüşübsən heç?
Zaur təəccüblə:
— Yox, niyə ki? — dedi.
— Necə niyə? Day sənin adaxlındır da. Bir görüşəydin kinoya, teatra, konsertə
aparaydın bir onu.
Zaur:
— Axı hələ rəsmən nişanlı deyilik, — dedi. — Görənbilən nə deyər... Yaxşı
düşməz...
Anası onun istehzasını ya başa düşmədi, ya da başa düşüb üzə vurmadı.
— Orası elədir, — dedi. — Sabah gedərik evlərinə, ayaqaçdı olar, sonra da sən
tez-tez onlara gedərsən, o bizə gələr, yəni elə nişana, toya nə qalıb
ki, — anasının gözlərində sevinc, fərəh, qürur vardı və Zaurun ona yazığı da
gəldi, hətta Zivər xanım özünü saxlaya bilməyib, “Ay Allah, bunun boyuna


qurban olum mən, — deyirdi, — pərvərdigara, çox görmə bizə bu xoşbəxtliyi”.
Sonra anası:
— Gecən xeyrə qalsın, — deyə yatmağa getdi. Zaur isə televizoru qurdu...
Filimin son kadrları bitdi, ekranda Təhminə göründü... Yoldakı o görüşdən sonra
Zaur görməmişdi Təhminəni və mat qaldı: solub-soluxmuşdu Təhminə,
arıqlamışdı, tamaşaçılara xeyirli gecələr arzulayarkən sifəti gülsə də, gözləri
qəmlidən qəmli, kədərlidən kədərliydi.
“Gecəniz xeyrə qalsın...” Zaurun yadına düşdü ki, Təhminə həmişə uzanıb-
uzanıb qurtarmaq bilməyən gecələrin dəhşətindən danışırdı. “Səhərə necə
çıxasan, necə dözəsən səhərəcən, ilahi”, – deyərdi... Füzulinin bir beytini tez-tez
təkrar edərdi:

Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə