TəHMİNƏ VƏ zaur və ya. BeşMƏRTƏBƏLİ evin altinci məRTƏBƏSİ


* * * Xəyalilə təsəllidir, könül meyli vüsal etməz



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə25/27
tarix28.11.2023
ölçüsü0,86 Mb.
#135189
1   ...   19   20   21   22   23   24   25   26   27
Anar - Təhminə və Zaur @kitabchi

* * *
Xəyalilə təsəllidir, könül meyli vüsal etməz,


Könüldən dişrə bir yar olduğunu aşiq xəyal etməz.
...bilmirdi ki, bir qədər də keçəcək və bir axşam, yağışlı bir axşam, yağışlı payız
axşamlarının birində, qüssəli, beli bükülmüş, sinli bir kişi avtobusdan düşəcək
Qoltuğunun altında nimdaş portfeli olacaq bu kişinin – portfelin içində kağızlar,
çörək, kolbasa, pendir, bir də gündəlik qayğıları olacaq. Bəlkə kişi tindəki
köşkün qabağında ayaq saxlayacaq, qəzet alacaq... Bəlkə yadına düşəcək ki,
siqareti, kibriti qurtarıb, satıcıya pul verəcək (əlbəttə, əgər o vaxtlar pul hələ
işlənəcəksə), siqaret alacaq, pulun qalığını hesablamadan cibinə atacaq, sonra
yavaş-yavaş evinə tərəf addımlayacaq... Televizorun (ya o zaman televizorlar
olmayacaq, qoloqraflar olacaq, kim bilir) axşam proqramı haqqında, sabahkı
işləri haqqında düşünəcək. Düşünəcək ki, oğluna çəkmə almalıdır, qızına palto,
arvadına plaş və öz plaşını da təmizlənməyə verməlidir... Düşünəcək ki, qaz
pilətəsini təmir etdirmək və dama qır saldırmaq lazımdır yayda kurorta getmək
üçün pul yığmaq lazımdır (əgər o vaxtlar pul işlənəcəksə hələ). Düşünəcək ki,
təzə müdirlə heç dil tapa bilmir, düşünəcək ki, hava yaman pisdir və düşünəcək
ki, çox mənasız ömür sürüb bu dün-yada.
Birdən diksinəcək: ona elə gələcək ki, küçənin o tərəfindən gənc bir qadın
buruldu tini və dərhal da qeyb oldu... və bu qadının uzaq kölgəsi qəfil külək kimi
onun ürəyinin içində əsəcək, unudulmuş bir qoxunu gətirəcək onun xəyalına... və
qocanın qəlbində – dünyada ən basılmaz qüvvə olan bir hiss – ümid oyanacaq.
Ümid bir anlığa çoxdan ötüb keçmiş gəncliyinin bütün şirin-acılarını qaytaracaq
ona və sevdiyi bütün qadınlar okeanda itmiş uzaq adamlar kimi gəlib keçəcək
gözlərinin önündən. Keçib gedən kölgəni haqlamaq, tutub saxlamaq istəyəcək,
amma dərhal da bu fikri başından qovacaq və aramla yoluna davam edəcəkdir.
Tinə çatanda dayanacaq ki, nəfəsini dərsin, çünki bu yoxuş lap adamın kələyini
kəsir. Öz-özünə kənar şeylər haqqında düşünməyi qadağan edəcək, ancaq
axşamkı televerilişlər (yaxud qoloverilişlər) haqqında, hava haqqında və
belindəki yel xəstəliyi haqqında fikirləşməyə icazə verəcək... Lap onun
böyründən vıyıltıyla keçən motosiklet yağış gölməçəsini onun üstünə
sıçradacaqdı. Motosikletdə isə cavan oğlanla cavan qız oturacaqlar, qız oğlanın
boynunu bərk-bərk qucaqlayacaqdır və qoca kişiyçün həmişəlik qırmızı görünən
işıqfor cavan motosikletçilər üçün yaşıl çırağını yandıracaqdır... Nə biləydi qoca.

Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə