Tədris-istehsalat təcrübəsinin keçirilməsinə dair mövzular I həFTƏ I mövzu. TƏLƏBƏLƏRƏ TƏDRİS-İstehsalat təCRÜBƏSİNİn aparilmasi və onun məQSƏDİ haqqinda məlumat verməK. DİAlektoloji TƏCRÜBƏNİn keçİRİLMƏSİNİn məQSƏd və VƏZİFƏLƏRİ


III.MÖVZU:FONETİK TRANSKRİPSİYA HAQQINDA



Yüklə 43,64 Kb.
səhifə5/15
tarix03.03.2022
ölçüsü43,64 Kb.
#84309
1   2   3   4   5   6   7   8   9   ...   15
Praktika Mövzuları

III.MÖVZU:FONETİK TRANSKRİPSİYA HAQQINDA

Şivə faktlarının qeydə alınmasında Azərbaycan əlifbasından istifadə edilir. Bununla belə şivələrin səs sistemini incəliyi ilə qeyd etməkdə əlifbadakı hərfi işarələr ehtiyacı tam ödəyə bilmir. Buna görə şivə tələffüzünü danışıldığı kimi yazıya köçürməkdə bəzi dialektik işarələrdən də istifadə edilir. Belə işarələr hərflərin altında, üstündə və yanında qeyd olunur. Onlar aşağıdakılardır:

: saitin sağ yanında qoyulub onun davamlı – uzun tələffüzünü bildirir. Məs: mü:n (bunun), su:n (suyun), sə:r (səhər) və s.

Hərfin üstündə qoyulub, səsin qısa deyilişini bildirir. Məs: kişi, dıfar və s.

~ səsin burunda deyilişini göstərir və hərfin üstündə qoyulur. Məs: Əlıı (əlini), gözüü (gözünü) və s.

~ səsin burunda və davamlı uzun deyilişini bildirir və hərfin üstündə yazılır. Məs: ma (mənə), əlu (əlini) və s.

~ səsin əvvəlkinin uzun, sonrakının qısa olmaqla diftonq kimi tələffüzünü bildirir. Məs: (soyuq), (neft) və s.

. samitin yanında yazılan nöqtə onun kar tələffüzünü bildirir. Məs: doqquz. Əgər hərfin üstündə qoyulursa, onda samitin cingiltili deyilişi nəzərdə tutulur. Məs: hətta və s.

s samitin üstündə yazılıb onun nəfəsli (aspiratlı) deyilişini bildirir. Məs: çalaq

V səsin sözdən düşməsini göstərir. Məs: az (ay qız)

> səslərin əvəzləndiyini bildirir. Məs: a>ə qərə

// səs və ya sözün variantlarının işarəsidir. Məs: Pikə // Bikə, gödək // törə və s.

n sonor affrikatı göstərir. Qovuşuq səsi bildirir. Məs: donuz (donuz)

x/ səsin yumşaqlığını, h səsinə yaxınlığını göstərir Məs: çiçəx/

səsin cingiltili affrikat olduğuna işarədir. Məs: alaam

ц ts kar affrikatı bildirir. Məs: цaj (çay)

q dilarxası partlayan kar samiti bildirir. Məs: qış (qış).

Təcrübə keçməli tələbələr transkripsiya etməyə alışdıqdan sonra keçirilən hazırlıq məşğələlərində Azərbaycan dili şivələrinin əsas xüsusiyyətlərini təkrar yada salmalıdırlar.

Akad. M.Şirəliyev Azərbaycan dilinin dialekt və şivələrini tarixi-coğrafi prinsip əsasında təsnif edərək 4 qrupa ayırır:

-Azərbaycan dili dialekt və şivələrinin Şərq qrupu

-Azərbaycan dili dialekt və şivələrinin Qərb qrupu

-Azərbaycan dili dialekt və şivələrinin Şimal qrupu

-Azərbaycan dili dialekt və şivələrinin Cənub qrupu

I.Azərbaycan dili dialekt və şivələrinin Şərq qrupu. Şərq qrupuna Quba, Bakı, Şamaxı dialektləri, Muğan şivələr qrupu daxildir.

Fonetik xüsusiyyətlər.

e>a əvəzlənməsi: qeyçi, qeymağ, qeysi

a>ə əvəzlənməsi: ərəbə, xəlçə

a>o əvəzlənməsi: boba, bormağ, popağ

o>u əvəzlənməsi: udun, quşun, dudağ

ö>ü əvəzlənməsi: çüreg, üreg, üküz

Söz ortasında y>g əvəzlənməsi: dügmə, ignə, dügi

Dodaqlanmayan saitlərdən sonra dodaqlanan saitlərin gəlməsi: aton, gəlün, gəlsön, gəlmisüz

Dodaqlanan saitlərdən sonra dodaqlanmayan saitlərin gəlməsi: dördümci, yudi, gördi

Sağır nun işlənmir.

Söz sonunda cingiltili samitlərin iştirakı: yarpağ, çörəg.

Saitlərin ahənginin pozulması: qeytan, aleceg, yazmeg, ayi.

Qrammatik xüsusiyyətlər.

İndiki zamanın qıpçaq variantının işlənməsi: mən aladam, sən alasan, u aladu.

-ubən, -übən, -ubəni, -übəni, -ıbannarı, -ibənnəri, -ubannarı, -übənnəri feili bağlama şəkilçilərinin işlənməsi: gidübən, gidibənnəri.

Qyri-qəti gələcək zamanın inkarında –man, -mən şəkilçisinin işlənməsi: almanam, gəlmənig.

Sual cümlələri ancaq intonasiya ilə düzəlir: Ərzəni yazdun?

Səciyyəvi sözlər: tuğ, becid, həri, qənbər, meşmeşi, göyçi.

II.Azərbaycan dili dialekt və şivələrinin Qərb qrupu. Qərb qrupuna Qazax, Qarabağ, Gəncə dialektləri, Ayrım şivəsi daxildir.

Fonetik xüsusiyyətlər.

ə>a əvəzlənməsi: ciyar, Heydar, xavar

i>ı əvəzlənməsi: ışıx, ılıx, qıymat

Söz ortasında və təkhecalı sözlərin sonunda b>v əvəzlənməsi: çovan, bava, qav, civ

Söz ortası və söz sonunda c>j əvəzlənməsi: aj, bajı

Söz sonunda karlaşma: qonax, papax, çörəx

Söz sonunda b>f əvəzlənməsi: kitaf, alıf

Sağır nun işlənir.

Qrammatik xüsusiyyətlər.

Təsirlik halın –yı4 şəkilçilərinin işlənməsi: baveyi, kapıyı

Sifətin müqayisə dərəcəsinin –rax, -rəx şəkilçisinin işlənməsi: gödərəx, köhnərəx

İndiki zamanın –er,-or, -ör şəkilçisinin işlənməsi: aler, quror, görör

Sual cümlələrinin sual ədatlarının iştirakı ilə düzəlməsi: Evə getdinmi?

Səciyyəvi sözlər: malaza, qəlbi, tuş, ayıbalası, kora

III.Azərbaycan dili dialekt və şivələrinin Şimal qrupu. Şimal qrupuna Şəki, Zaqatala, Qax dialektləri daxildir.

Fonetik xüsusiyyətlər.

ə>e əvəzlənməsi: men, derman, ne

f>p əvəzlənməsi: pərə, qıpıl, pundux

Burun samitlərinin işlənməsi: maa, əlıı, əlıa, əlaa

Ahəngin pozulması: gəldux, beşlıx

Qrammatik xüsusiyyətlər.

Xüsusi III şəxs və işarə əvəzliyinin işlənməsi: ho, honnar, habı, həblə

Mən, sən əvəzlikləri yönlük halda mağa, sağa formasında işlənir.

Nəqli keçmiş zamanda III şəxsdə -ıtdı,-itdi işlənir: alıtdı, gəlitdi

II və III növ təyini söz birləşməsinin II tərəfində mənsubiyyət şəkilçisi işlənmir: qöz ağrı, baş ağrı, menin qöz

Səciyyəvi sözlər: xıdıl, marxal, qarq, undey, yassar

IV.Azərbaycan dili dialekt və şivələrinin Cənub qrupu. Cənub qrupuna Naxçıvan, Ordubad, Təbriz dialektləri, İrəvan şivəsi daxildir.

Fonetik xüsusiyyətlər.

e>ə əvəzlənməsi: əv, nəfit

a>ə əvəzlənməsi: qəyə, qəçi

ü>i əvəzlənməsi: bilbil

o>a əvəzlənməsi: davşan, qavırma

ö>ə əvəzlənməsi: təvlə, əvlat

k>ç əvəzlənməsi: çeçi, çüçə

g>c əvəzlənməsi: cücə, cetdim

x>h əvəzlənməsi: hurcun, hala

Burun saitlərinin işlənməsi: dədaa, əvıı

ç samitinin yerinə ts işlənməsi: tsay, tsal, tsadır

Ahəngin pozulması: gedax, getdıx

Qrammatik xüsusiyyətlər.

İndiki zamanın –iy, -io, -iri əlamətinin işlənməsi: seviri, gəliy, gedio

Səciyyəvi sözlər: zir, zivmək, xudrı, oyma, yaxınkeş


Yüklə 43,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə