Tədris-istehsalat təcrübəsinin keçirilməsinə dair mövzular I həFTƏ I mövzu. TƏLƏBƏLƏRƏ TƏDRİS-İstehsalat təCRÜBƏSİNİn aparilmasi və onun məQSƏDİ haqqinda məlumat verməK. DİAlektoloji TƏCRÜBƏNİn keçİRİLMƏSİNİn məQSƏd və VƏZİFƏLƏRİ



Yüklə 43,64 Kb.
səhifə4/15
tarix03.03.2022
ölçüsü43,64 Kb.
#84309
1   2   3   4   5   6   7   8   9   ...   15
Praktika Mövzuları

Metodik hazırlıq. Dialektoloji təcrübəyə əvvəlcədən ciddi metodik hazırlıq lazımdır. Bu mərhələyə tələbələri hazırlamaq və təcrübə obyektinin seçilməsi daxildir. Tələbələri təcrübəyə hazırlaşdırmaq işində isə əsas məsələ onlara danışığı fonematik yazmaq və ya nitqi transkripsiya etməyi öyrətməkdir. Bu məqsəddə hər bir təcrübə qrupu 2-3 saat hazırlıq məşğələsi keçməlidir. Bu mərhələdə tələbələrdən bir nəfər müəllimə köməkçi seçilir. Sonra təcrübəçilər arasında vəzifə bölgüsü aparılır, hazırlıq mərhələsində kafedra və dekanlıq da bəzi təşkilati tədbirlər görür. Qruplar bölünür, təcrübə keçiriləcək yerlər müəyyənləşdirilir. Rəhbər müəllim bu zaman tələbələr arasında belə bir bölgü də aparır ki, hər bir tələbənin təcrübə dövründə şivələrin kollektiv müşahidəsi zamanı nə iş görəcəyi ona aydın olsun. Elə ki, təcrübə obyekti müəyyənləşir, ondan sonra tələbələr həmin yerin- rayon və ya kəndin təbii şəraiti, bitki örtüyü, heyvanat aləmi, iqlimi, əhalinin əsas məşğuliyyəti, adət-ənənəsi, relyefi, hətta tarixi haqqında məlumatlı tanış olmalıdırlar. Təcrübə obyekti seçilərkən çalışmaq lazımdır ki, tələbələr özlərinin şivə mühitinə düşməsinlər. Çünki müşahidəçi yaşadığı və ya böyümüş olduğu yerdən zəngin fakt toplaya bilməz. İmkan daxilində çalışmaq lazımdır ki, onlar yeni nitq mühitinə düşsünlər. Belə olduqca işin keyfiyyəti artır, təcrübəçinin işə marağı çoxalır.

Əgər təcrübə zamanı anket üsulundan istifadə olunacaqsa, onda buna da xüsusi hazırlıq lazımdır. Yəni anket üçün əvvəlcədən suallar tərtib edilməlidir. Sualların tərtibində isə müəyyən tələblər gözlənilməlidir. Yəni anketə elə suallar salınmalıdır ki, onun cavabı uzun izahat tələb etsin. Bunun adı nədir? kimi bir sözlü cavab tələb edən suallara yer verilməlidir. Bir də ki, anketə salınan suallar o yerin xarakter şivə xüsusiyyətlərini açmağa kömək etməlidir. Məs. Bakı ətrafı şivələrini müşahidə etməli təcrübəçinin hazırladığı anketdə üzümçülük, balıqçılıqla əlaqədar, adət-ənənə ilə bağlı suallar olmalıdır. Laçın rayonuna gedən təcrübəçinin anketində isə qoyunçuluq və maldarlığa aid suallara üstünlük verilməlidir. Hətta dialektoloji lüğət üzərində iş aparmaq lazım gəlir. Belə məşğələlər zamanı təcrübəyə gediləcək yerin şivə xüsusiyyətləri ilə tanışlıq üçün aşağıdakı prinsiplə hərəkət edilsə, şübhəsiz təcrabə daha yaxşı keçər. Əgər təcrübə Bakı ətrafında aparılacaqsa, onda tələbələr M.Şirəliyevin “Bakı dialekti” əsəri ilə yaxşı tanış olmalıdırlar. Təcrübə Qərb rayonlarında keçiriləcəksə onda “Azərbaycan dilinin qərb qrupu dialekt və şivələri” kitabı əsas götürülməlidir. Bu sistem üzrə ”Naxçıvan MSSR dialekt və şivələri” , M.İslamovun “Nuxa dialekti” , “Muğan qrupu şivələri” kitablarından müvafiq şəkildə faydalanmaq məsləhətdir. Belə məşğələlərdə rəhbər müəllim tələbələrin diqqətini şivələrin aşağıdakı xüsusiyyətlərinə yönəltməlidir. Hər şeydən əvvəl fonetik transkripsiya təkrarlanmalıdır.


Yüklə 43,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə