QəDİm tüRBƏLƏRİnaci taleyi



Yüklə 22,8 Kb.
tarix01.11.2017
ölçüsü22,8 Kb.
#7798

Azərbaycan Arxeologiyası 104 Azerbaijan Archeology

2002 Vol.: 4 Num.: 1-2

İŞQAL OLUNMUŞ ABİDƏLƏR








QƏDİM TÜRBƏLƏRİNACI TALEYİ

Fəridə Aslanova (Xəzər Universitəsi)





Ulu keçmişli Azərbaycan torpağı memarlıq abi-dələrilə zəngindir. Yüksək əxlaqi-mənəvi dəyər- | lərə, kamil zövqə və duyuma, ənənəvi zəhmətsevər-liyə və istedada malik xalqımız əsrlər boyu yaratdığı mədəni irsi bizə nadir tarixi yadigarlarla ərməğan etmişdir. Təəssüf ki, onlarm böyük qismi indi mən-für və riyakar qonşularımızın tapdağı altındadır. Əsr-lərə sinə gərmiş bu abidələr hal-hazırda ən acı tale-lərini yaşayır. Belə abidələr sırasmda vaxtılə uluları-mızm öz adlı-sanlı adamlarmm qəbirləri üzərində böyük hörmət, ehtiram və sonsuz məhəbbət hisslə-rüə ucaltdıqları türbələr də vardır.

Onlardan biri erməni təcavüzünə məruz qalan Füzuli bölgəsindəki Mirəli türbəsidir. Xatirə me-marlıq nümunəsi olan bu türbə XIV əsrə aid edilir. Vaxtılə Mil düzündən Yuxan Qarabağa yolu dü-şənlər yəqin ki, düzün qurtaracağmda 6z iti gümbə-zilə göyə dikilən bu nadir və sirli memarlıq nümu-nəsini görmüşlər. Çox güman ki, bu türbə Ağdam-dan Füzuliyə gedənlərin də nəzər-diqqətindən ya-ymmamışdır. Füzuliyə az qalmış, yolun sol tərəfm-dəki dəniz dalğaları kimi bir-birini qovan kimsəsiz təpələr arxasmdan qəflştən iti gümbəzli hündür bir minarənin görünməsi  vaxtlar əsl möcüzəni xatırladırdı. Əslin-də bu qədim türbə öz memarlıq formasma və gümbəzinə görə orta əsr memarlığmın təkrarolunmaz nümunəsi olmasıla doğrudan da xoş bir möcüzə idi və bəlkə də elə buna gorə müqəddəsləşdirilmiş, bütün nüfiıza malik ziyarətgaha çevrilmişdi. Kimə məxsus olması və hansı memar tərəfindən ucaldılması dəqiq müəyyən edilməsə də, bu qədim memarlıq nümunəsi Azərbaycanda yeganə və elmi cəhətdən də maraqlı və əhəmiyyətli idi. Türbə üçpilləli kürsü üzərində ucaldılan silindirik formalı və onu tamamlayan konus şəkilli hündür gümbəzdən ibarət olmaqla bütünlüklə səylə yonulmuş ağ daşdan tikilmişdi. Onun şimal hissəsində çatma tağ şəkilli giriş qapısını çərçivələyən portal yerləşdirilmişdi. Portal türbənin divar səthindən xeyli qabağa



Azərbaycan Arxeologiyası 2002

105


Azerbaijan Archeology Vol.: 4 Num.: 1-2

çıxarılmışdı. Mirəli türbəsi qədim koç yolu üstündə



yerləşdiyindən, əsrlər boyu buradan 6z boyük sürü-

lərilə yaylaqlara və yaylaqlardan düzlərə koç edən-

lər onun divarlarına çol tərəfdən əl çatana kimi

müxtəlif işarələr və rəsmlər həkk etmişdilər. Bun-

ların özləri də tarixi nöqteyi-nəzərdən çox əhəmiy-

yətli idi. Təəssüflə qeyd etməliyik ki, on ilə yaxın-

dır ki, düşmən tapdağı altında olan nadir memarlıq

abidəsi kimi tanınan Mirəli türbəsinin aqibəti haq-

qmda heç nə bilmirik. Eyni vəziyyətdə olan digər

tarixi yadigarlarımız haqqmda da məlumatımız yox-



dur. Onlardan biri də oz məqsədi və elmi dəyəri ilə

Mirəli türbəsinə yaxm olan Zəngilan bölgəsindəki

Məmmədbəyli türbəsidir. Mirəli türbəsi kimi orta

əsrlərə- XIY əsrə aid edilən bu abidə Zəngilan böl-

gəsinin Məmmədbəyli kəndindən keçən qədim yo-

lun sağ tərəfində hündür təpədə yerləşirdi. Məm-

mədbəyli türbəsi piramidal örtüklü səkkiztilli priz-

madan ibarətdir. Onun səthi bir tili istisna olmaqla sadə işlənmişdir.Yalnız giriş olan

til dekorativ bəzəyə malikdir. Kompozisiya cəhətdən yaxşı işlənmiş giriş Məmməd-

bəyli türbəsinin səciyyəvi xüsusiyyətini təşkil edir və onu məlum olan memarlıq

nümunələrindən fərqləndirir. Maraqlıdır ki, türbənin giriş qapısı başqa türbələrdən

fərqli olaraq yer səthindən xeyli yuxarıda yerləşdirilmişdir. 1975-ci ildə Məmməd-

bəyli türbəsində ilk qazıntılar aparılarkən onun sərdabə hissəsi üzə çıxanlmışdır.

Düzbucaqlı şəkildə olan və çatmatağla örtülən sərdabənin giriş yolu da müəyyən

edilmişdi. Giriş quran qaydalarma müvafiq kiçik ölçülü düzəldilmişdir. Bununla

əlaqədar sərdabəyə girən hündür kəs əyilməklə burada uyuyan mərhuma oz hörmət

və ehtiramını bildirməli idi. Türbə daşdan tikilmişdir. Lakin onun divan kərpic

tikintilərdə olduğu kimi yükdaşıyıcı kütləyə və üzlüyə bolünmür. Çöl tərəfdən til

müstəvilərinin əsas sahəsi batıq olduğımdan türbənin küncləri qabarıq şəkil almışdır.

Məmmədbəyli türbəsinin diqqəti cəlb edən elementlərindən biri onun karnizidir.

Qara rəngli daşdan olan bu karnizin aşağı daşıyıcı hissəsi çəp kəsilmiş enli zolaqdan

ibarətdir.

Ümumilikdə, konstruktiv elementlərin mütənasibliyi, gozəl memarlıq kom-pozisiyası Məmmədbəyli türbəsinin monumentallığını nəzərə çatdıran amillərdir.

Tədqiqatçıların fıkrincə, səkkiz tilli türbələr,  cümlədən Məmmədbəyli türbəsi bir qayda olaraq tamnmış nüfiızlu adamlann qəbirləri üstündə ucaldılırdı. Maraqhdır ki, Məmmədbəyli türbəsinin giriş hissəsinin üstündə nəsx xəttilə ərəbcə yazılmış kitabə də belə adamlardan birinin adı yazılmışdır. Kitabəyə görə, türbə 704-cü ildə ramazan ayında (1305-ci il) Məhəmməd əl-Xacənin qəbri üstündə tikilmişdir. Təsvir etdiyimiz bu iki türbə hal-hazırda erməni vandallarının nəzarəti altmda olsa da, əminik ki, tezliklə azad olunacaq və yenidən 6z qəddlərini dikəldərək başıuca keçmişimizdən söhbət açacaqlar.



Azərbaycan Arxeologiyası 2002

106 Azerbaijan Archeology



Vol.: 4 Num.: 1-2

ƏDƏBtYYAT

  1. Ismayılov Q.S. Abidələr, xatirələr, düşüncələr. Bakı, 1981.

  2. Salamzadə Ə.V. Azərbaycanın memarlıq abidələri. Bakı, 1958.

  3. Salamzadə Ə.V., Məmmədzadə K.M. Arazboyu abidələr. Bakı, 1979.

  4.  ,  .,  .   . , 1967.

Yüklə 22,8 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə