Azərbaycan Respublikasında heyvanlar aləmi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında



Yüklə 28,35 Kb.
Pdf görüntüsü
tarix20.10.2017
ölçüsü28,35 Kb.
#5750


Azərbaycan Respublikasında heyvanlar aləmi ilə bağlı bəzi normativ 

hüquqi aktların təsdiq edilməsi haqqında 

  

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI 

  

"Heyvanlar  aləmi  haqqında"  Azərbaycan  Respublikası  Qanununun  tətbiq 



edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli, 

186 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara 



alır:

 

1. "Dövlət əhəmiyyətli təbii sərvətləri aid edilən heyvanlar aləmi obyektlərinin 



növləri,  bələdiyyə  və  ya  xüsusi  mülkiyyət  hüququnda  ola  bilər  heyvan  növlərinin 

sənədlərinin  forması  və  siyahısı",  "Heyvanlar  aləmindən  ümumi  və  xüsusi  istifadə 

Qaydaları",  "Vəhşi  heyvanlardan  onların  həyata  fəaliyyətinin  məhsullarını  əldə 

etmək məqsədi ilə istifadə edilməsi Qaydaları", "Zooloji kolleksiyaların yaradılması, 

zənginləşdirilməsi,  saxlanması,  istifadəsi,  dövlət  uçotuna  alınması,  onlarla  ticarət, 

habelə  Azərbaycan  Respublikasına  gətirilməsi,  onun  hüdudlarından  kənara 

göndərilməsi və aparılması Qaydaları" və "Ekoloji təhlükəsizlik normativləri və vəhşi 

heyvanların əldə edilməsi limitləri" təsdiq edilsin (əlavə olunur).

 

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.



 

 

 



Azərbaycan Respublikasının Baş naziri   A. RASİZADƏ

 

Bakı şəhəri, 13 iyul 2000-ci il

 

     № 117



 

  

  



 

 

 



 

  

Azərbaycan Respublikası Nazirlər 



Kabinetinin

 

2000-ci il 13 iyul tarixli, 117 nömrəli qərarı ilə



 

TƏSDİQ EDİLMİŞDİR

 

  

Vəhşi heyvanlardan onların həyat fəaliyyətinin məhsullarını əldə etmək 



məqsədi ilə istifadə edilməsi 

  

QAYDALARI 

  

I. ÜMUMİ MÜDDƏALAR



 

 

 

 1.  Bu  Qaydalar  «Heyvanlar  aləmi  haqqında»  Azərbaycan  Respublikası 

Qanununa  və

 «Heyvanlar  aləmi  haqqında»  Azərbaycan  Respublikası  Qanununun  tətbiq 

edilməsi  barədə»  Azərbaycan  Respublikası  Prezidentinin  1999-cu  il  30  avqust  tarixli,  186 



nömrəli Fərmanına əsasən hazırlanmışdır və vəhşi heyvanlardan onların həyat fəaliyyətinin 

məhsullarını əldə etmək məqsədi ilə istifadə edilməsi qaydalarını müəyyən edir. 

 2.  Vəhşi  heyvanlardan  onların  həyat  fəaliyyətinin  məhsullarını  əldə  etmək  məqsədi  ilə 

istifadə  edilməsinə  yalnız  heyvanları  təbii  mühitdən  ayırmamaqla  və  məhv  etməməklə  və 

onların yaşayış mühitini pisləşdirməməklə yol verilir. 

 3. Vəhşi heyvanların həyat fəaliyyəti məhsullarına bal, mum, zəhər, hormonlar, propolis

lələk və digər məhsullar aid edilir. 

 4.  Vəhşi  heyvanlardan  onların  həyat  fəaliyyətinin  məhsullarının  əldə  edilməsi 

Azərbaycan  Respublikası  Dövlət  Ekologiya  və  Təbiətdən  İstifadəyə  Nəzarət  Komitəsinin 

razılığı ilə həyata keçirilir. 



II. VƏHŞİ HEYVANLARDAN ONLARIN HƏYAT FƏALİYYƏTİ MƏHSULLARINI 

ƏLDƏ ETMƏK MƏQSƏDİ İLƏ İSTİFADƏ EDİLMƏSİ 

 1.  Vəhşi  heyvanlardan  onların  həyat  fəaliyyəti  məhsullarını  əldə  etmək  məqsədi  ilə 

istifadə edilməsi aşağıdakı hallarda qadağandır: 

 a) vəhşi heyvanların qış yuxusuna getdiyi dövrdə

 b) cütləşmə və çoxalma zamanı; 

 c) həyat fəaliyyəti məhsullarının bərpa müddəti başa çatmadıqda; 

 ç)  bioloji  xüsusiyyətlərini  nəzərə  alaraq  vəhşi  heyvanların  yaşamasının  təmin  edilməsi 

üçün  tələb  olunan  həddi  gözləmədən  həyat  fəaliyyəti  məhsullarının  yığılması  (əldə 

edilməsi); 

 d) həyat fəaliyyəti məhsullarının yığıldığı (toplandığı) obyektlərin dağıdılması və məhv 

edilməsi. 

 2. Vəhşi heyvanların həyat fəaliyyəti məhsullarının yığılmasına (əldə edilməsinə) razılıq 

almaq  üçün  fiziki  və  hüquqi  şəxslər  tərəfindən  Azərbaycan  Respublikası  Dövlət  Ekologiya 

və  Təbiətdən  İstifadəyə  Nəzarət  Komitəsinə  və  ya  onun  yerli  təşkilatlarına  müvafiq  ərizə 

(məktub) təqdim edilməlidir. 

 Ərizədə aşağıdakılar əks olunmalıdır: 

 a) heyvanın növü və həyat fəaliyyəti məhsulu

 b) heyvanların həyat fəaliyyəti məhsulunun əldə edilməsi üsulu; 

 c) ərazi və müddəti

 ç) heyvanların həyat fəaliyyəti məhsulundan istifadənin məqsədi; 

 d)  heyvanların  həyat  fəaliyyəti  məhsulunun  yığılmasını  (əldə  edilməsini)  aparan  şəxs 

barədə məlumat. Məlumatda aşağıdakılar əks olunmalıdır: 

 a) hüquqi şəxslər üçün — hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı; 

 b) fiziki şəxslər üçün — adı, atasının adı, soyadı və ünvanı. 

 3.  Azərbaycan  Respublikası  Dövlət  Ekologiya  və  Təbiətdən  İstifadəyə  Nəzarət 

Komitəsində ərizə (məktub) qeydə alınmaqla qəbul edilir. 

 Azərbaycan Respublikasının «Qırmızı Kitabı»na daxil edilmiş və daxil edilməmiş, lakin 

kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna növlərinin əldə edilməsinə icazə verilmir. 

 4. Ərizəyə (məktuba) qeydə alınma tarixindən başlayaraq 15 gün müddətində baxılır və 

müvafiq cavab verilir. 

 5.  Müvafiq  elmi  rəy  zərurəti  olduqda  və  bu  barədə  Dövlət  Ekologiya  və  Təbiətdən 

İstifadəyə  Nəzarət Komitəsi  tərəfindən  Azərbaycan Milli Elmlər Akademiyasının  Zoologiya 

İnstitutuna  müraciət  edildiyi  təqdirdə  həmin  məktubun  (ərizənin)  icra  müddəti  müvafiq 

cavab alınan vaxta qədər uzadılır.



 [4]

 



 6.  Vəhşi  heyvanların  bəzi  həyat  fəaliyyəti  məhsullarının  əldə  edilməsi  üçün 

qanunvericiliklə  digər  tələblər  müəyyən  edildikdə,  bu  tələblər  yerinə  yetirildikdən  sonra 

göstərilən məhsulların əldə edilməsinə icazə verilir. 

 7.  Azərbaycan  Respublikası  Dövlət  Ekologiya  və  Təbiətdən  İstifadəyə  Nəzarət 

Komitəsinin razılıq məktubu (heyvanların həyat fəaliyyəti məhsulunun növü, yığılma üsulu, 

müddəti, ərazisi və miqdarı göstərilməklə) verildikdə və həmin məktub Dövlət Ekologiya və 

Təbiətdən  İstifadəyə  Nəzarət  Komitəsinin  yerli  təşkilatlarında  müəyyən  olunmuş  qaydada 

qeydə  alındıqdan  sonra  müraciət  edən  fiziki  və  hüquqi  şəxslər  müəyyən  olunmuş 

müddətlərdə  heyvanların  həyat  fəaliyyəti  məhsulunun  yığılmasını  (əldə  edilməsini)  təşkil 

edə  bilərlər.  Əgər  heyvanların  həyat  fəaliyyəti  məhsulunun  yığılması  (əldə  edilməsi)  meşə 

fondu sahəsində aparılarsa, bu tədbiri həyata keçirən fiziki və hüquqi şəxslər «Azərbmeşə» 

İstehsalat  Birliyinin  yerli  təşkilatlarına  məlumat  verməlidirlər.  Müəyyən  olunmuş  müddət 

qurtardıqdan sonra 20 gün ərzində heyvanların həyat fəaliyyəti məhsulunun yığılması (əldə 

edilməsi) barədə Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət 

Komitəsinin yerli təşkilatlarına məlumat (heyvanların həyat fəaliyyəti məhsulunun yığılma 

miqdarı və ərazisi barədə) təqdim edilməlidir. 

 8. Heyvanların həyat fəaliyyəti məhsulunun yığılması (əldə edilməsi) zamanı heyvanları 

zədələməyən,  onların  yaşayış  mühitinə  zərər  vurmayan  və  mənfi  təsir  göstərməyən 

üsullardan istifadə olunmalıdır. 

 9.  Heyvanların  həyat  fəaliyyəti  məhsulunun  yığılmasına  (əldə  edilməsinə)  verilmiş 

razılıqdan yalnız adı göstərilən fiziki və hüquqi şəxs istifadə edə bilər. 

 10.  Heyvanların  həyat  fəaliyyəti  məhsulunun  yığılıb-yığılmamasından  (əldə  edilib-

edilməməsindən)  asılı  olmayaraq,  göstərilən  vaxt  qurtardıqdan  sonra  verilmiş  razılıq  öz 

qüvvəsini itirir. 

11. Heyvanların həyat fəaliyyəti məhsullarının yığılması (əldə edilməsi) nəticəsində vəhşi 

heyvanların  yaşayış  mühitinə  və  təbii  bərpasına  mənfi  təsir  göstərə  bilən  hallarda, 

heyvanların  sayı  həmin  ərazidə  optimal  miqdardan  az  olduqda  və Azərbaycan  Milli Elmlər 

Akademiyasının  Zoologiya  İnstitutunun  mənfi  rəyi  alındıqda  fiziki  və  hüquqi  şəxslərə 

heyvanların həyat fəaliyyəti məhsullarının yığılmasına razılıq verilməyə bilər.

 [5]

 

 



 

 

 



 

 

Yüklə 28,35 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə